57
olan kateqoriya kimi baxmaq olar. Belə halda o, həm bazis münasibətini (faktiki münasibəti), həm də üstqurum
münasibəti (ideoloæi münasibəti) əhatə edir. Daha doürusu, bu baxımdan hüquq münasibəti özündə hüquqi üst-
qurumla iqtisadi bazisin birliyini əks etdirir. Hüquq münasibəti bu mənada hüquq norması ilə tənzimlənən fakti-
ki-real münasibətin özüdür.
Lakin hüquqi forma ilə məzmunun vəhdəti olan hüquq münasibəti və faktiki-real münasibət kimi iki müxtəlif
anlayış eyniləşdirilə bilməz. Onlar eynimənalı, üst-üstə düşən anlayışlar deyildir. Hüquq münasibətinə hüquq nor-
maları ilə tənzimlənən ictimai münasibət kimi tərif verilməsi hüquq münasibətini (formasını) ictimai münasibətlə,
yəni faktiki münasibətlə (məzmunla) eyniləşdirməyə səbəb olur. Buna görə də həmin tərifi münasib və uüurlu he-
sab etmək olmaz.
Beləliklə, hüquq münasibəti iki mənada işlədilən kateqoriyadır: məhdud mənada hüquq münasibəti; geniş mə-
nada hüquq münasibəti. Məhdud mənada hüquq münasibəti dedikdə, faktiki real münasibətlərin hüquqi forma-
sı başa düşülür. Bu baxımdan o, ideoloæi münasibət kimi çıxış edərək hüquqi üstqurumu əhatə edir. Geniş məna-
da hüquq münasibə
ti forma ilə (ideoloæi münasibətlə) məzmunun (faktiki münasibətin, bazis münasibətinin)
vəhdətini ifadə edir. Bu baxımdan hüquq münasibəti iqtisadi məzmunla hüquqi formanın, yəni iqtisadi bazislə hü-
quqi üstqurumun birliyi kimi çıxış edir. Lakin bu cür yanaşma hüquq münasibətinin əsl və həqiqi xüsusiyyətini
müəyyən etməyə imkan vermir.
Bəs hüquq münasibətinə münasib necə anlayış vermək olar? Biz görürük ki, müəyyən hər hansı bir ictimai
münasibətə girən tərəflər hüquqlar əldə edirlər, vəzifələr daşıyırlar. Əgər münasibətə daxil olan tərəflərin hüquq
və vəzifələri hüquq normalarına əsaslanarsa, həmin normalarda nəzərdə tutularsa və müəyyənləşdirilərsə, onda
bu, hüquq münasibəti hesab ediləcəkdir. Məsələn, vətəndaş tikinti təşkilatına (podratçıya) bağ evi tikməyi sifa-
riş edir. Bu, ictimai münasibətlərin bir növü olan podrat münasibətidir. Bu münasibət hüquqi cəhətdən podrat mü-
qaviləsi ilə rəsmiləşdirilir. Podrat müqaviləsi podrat münasibətinin hüquqi formasıdır. Podrat münasibətində iki
tərəf (podratçı, sifarişçi) iştirak edir. Onlar hüquq və vəzifələrə malikdirlər: bağ evini tikib sifarişçiyə vermək və-
zifəsi; podratçıya podrat haqqı ödəmək vəzifəsi; bağ evinin təhvil verilməsini tələb etmək hüququ; podrat haqqı-
nın ödənilməsini tələb etmək hüququ və s. Bax, bu hüquq və vəzifələr mülki hüquq normalarına əsaslanır, bu nor-
malarda nəzərdə tutulur. Həmin normalar MM-in 39-cu fəslinə daxil olan 752-776-cı maddələrdə ifadə olunub.
Deməli, göstərilən münasibət podrat hüquq münasibətidir. Alqı-satqı, kirayə, icarə, daşıma, borc və digər münasi-
bətlərdə iştirak edən tərəflərin hüquq və vəzifələri də mülki hüquq normalarına əsaslanır.
Beləliklə, hüquq münasibəti elə bir ictimai münasibətdir ki, bu münasibətdə iştirak edən tərəflərin hü-
quq və vəzifələri hüquq normalarına əsaslanır və həmin normalarla müəyyənləşdirilir. Bir çox müəlliflər
hüquq münasibətinə anlayış verərkən buna oxşar mövqe tuturlar.
Hüquq münasibətləri mürəkkəb xarakterə malik olan hadisədir. Onlar ictimai münasibətlərin xüsusi növüdür.
Bəs hüquq münasibətlərinin xarakterik əlamətləri hansılardır? Hüquq elmi (doktrinası) onların bir sıra xarakterik
ə
lamətlərini müəyyənləşdirir. Birincisi, hüquq münasibətləri həmişə və bütün hallarda istisnasız olaraq, hüquq
normaları ilə
bağ
lı olur. Əgər faktiki ictimai münasibətlər (məsələn, alqı-satqı, daşıma, icarə, kirayə və s. müna-
sibətlər) hüquq normaları əsasında qurularsa, onda bu münasibətlər hüquq münasibətləri forması alır. Bu formanı
yalnız o münasibətlər alır ki, həmin münasibətlər hüquq normaları ilə nizama salınır. Hüquq norması yoxdursa,
onda hüquq münasibəti də müvcud deyil. Hüquq münasibəti elə bir formadır ki, burada mücərrəd xarakterli hüquq
norması konkret olaraq ifadə edilir. Amma heç də bütün ictimai münasibətlər hüquq normalarının köməyi ilə tən-
zimlənmir. Bu münasibətlərin müəyyən qrupu əxlaq, adət və s. normaların vasitəsi ilə nizama salınır. Belə halda,
ş
übhəsiz ki, hüquq münasibətlərindən danışmaq olmaz. ctimai münasibət ona görə hüquq münasibəti adlanır ki,
o, hüquq normaları ilə tənzimlənir.
kincisi, hüquq münasibətləri
iradə
vi xarakterə
malikdir. Bu, onunla izah olunur ki, hüquq münasibətləri
ideoloæi münasibətlərin bir növüdür. Ideoloæi münasibətlər həmişə iradəvi xarakter daşıyır. Ideoloæi münasibət
növü kimi hüquq münasibətləri insanların şüur və düşüncəsindən keçir və son məqamda başa düşülmüş, dərk edil-
miş, beləliklə də, iradəvi münasibət kimi çıxış edir.
Hüquq münasibətlərinin iradəvi xarakter daşıması iki mənada başa düşülməlidir: geniş və ya obyektiv məna-
da; məhdud və ya subyektiv mənada. Hüquq münasibətlərinin obyektiv və ya geniş mənada iradəvi xarak-
terə
malik olması onu ifadə edir ki, bu münasibətlərdə dövlət iradəsi əks olunur. Belə ki, dövlət iradəsi ümum-
məcburi davranış qaydalarında, yəni hüquq normalarında təzahür edir. Bu normalar hüquq münasibəti iştirakçı-
larının hüquq və vəzifələrini tənzimləyir. Həmin normalar onlar üçün məcburi qüvvəyə malikdir. Bu normalar
vasitəsi ilə də dövlət iradəsi konkret hüquq münasibətlərində öz əksini tapır. Özü də dövlət iradəsi hüquq müna-
sibəti iştirakçılarının iradəsindən asılı deyil. Bu mənada və baxımdan o, obyektiv iradədir.
Hüquq münasibətlərinin məhdud və ya subyektiv mənada iradəvi xarakterə malik olması onu ifadə
edir ki, bu münasibətlərdə tərəflərin (iştirakçıların) subyektiv, fərdi-şəxsi və konkret iradələri əks olunur. Hü-