Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə48/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   44   45   46   47   48   49   50   51   ...   490

 

54 


Xüsusi-hüquqi təfsir üsulu odur ki, bu üsul mülki hüquq (sivilistika) elminin və qanunvericilik texnikasının 

bilikləri  əsasında  hüquqi  terminlərin,  konstruksiyaların,  kateqoriyaların,  anlayışların  mənasının  və  məzmunu-

nun aydınlaşdırılmasını nəzərdə tutur. Xüsusən də hüquqyaratma orqanı yeni hüquqi anlayış və kateqoriyalar 

formulə edəndə bu üsuldan daha geniş surətdə istifadə olunur. Məsələn, MM-in 1108-ci maddəsi «ətrafdakılar 

üçün yüksək təhlükə yaradan fəaliyyət» kimi anlayış işlədir. Bu anlayışın mahiyyət və məzmunu mülki hüquq 

elminin  bilikləri  əsasında  aydınlaşdırılır.  Mülki  qanunvericilik  «təqsir»,  «kobud  ehtiyatsızlıq»,  «zəruri  müda-

fiə», «son zərurət» və s. anlayışlar işlədir. Bunların da məzmununa mülki hüquq elminin verdiyi biliklər əsasın-

da aydınlıq gətirilir.  

Təfsir üsulları bir-biri ilə qarşılıqlı əlaqədədir. Onların hamısı birlikdə mülki hüquq normalarının məzmunu-

nun dəqiq müəyyənləşdirilməsində böyük rol oynayır.  



TÖVSIYƏ OLUNAN ƏLAVƏ ƏDƏBIYYAT  

Qraædanskoe pravo. Uçebnik. ×astü 1 / Pod red. A.P.Serqeeva, Ö.K.Tolstoqo. M., 1998. (ql. 2). 

Qraædanskoe pravo. Uçebnik. Tom 1 / Pod red. E.A.Suxanova. M., 1998 (ql. 4). 

Qraædanskoe pravo. Uçebnik. ×astü / Pod red. A.Q.Kalpina, A.I.Masləeva. M., 1997 (ql. 2). 

Qraædanskoe pravo. Uçebnik. ×astü 1/ Pod red. T.I.Illarionovoy, B.M.Qonqalo, V.A.Pletnevoy. M., 1998 

(ql. 2).  

Qraædanskoe pravo. Uçebnik. ×astü 1 / Pod red. Z.I.Üıbulenko. M., 1998 (ql. 2). 

Qraædanskoe pravo. Uçebnik. / Pod red. S.P.Qrişaeva. M., 1999 (ql. 1, § 3).  



Qusev S.I. Rukovodəhie razüəsneniə Plenumov Verxovnıx Sudov — vaænoe sredstvo ukrepleniə zakonnos-

ti // Sovetskoe qosudarstvo i pravo. 1985. ¹ 10.  



Zıkin I.S. Obıçay v sovetskoy pravovoy doktrine // Sovetskoe qosudarstvo i pravo. 1982. ¹ 3.  

Noviükiy I.B. Istoçniki sovetskoqo qraædanskoqo prava. M., 1959.  

Ə

liyev E. Beynəlxalq nəqliyyat daşımalarının konvension təsbiti. Bakı. 2001. 



Palandt. Bürgerliches Gesetzbuch. Kommentar. München.1999. 

Klünzinger E. Einführung in das bürgerliche Recht. München.1993. 

Larenz K. Allgemeiner Teil des deutschen Bürgerlichen Rechts. München.1989. 

Kaiser. Bürgerliches. Recht. Heidelberg: C.F. Müller. 1997. 

Kühler H. BGB. Allgemeiner Teil. München.1998. 

Brehm W. Allgemeiner Teil des BGB. 1997. 

Brox H. Allgemeiner Teil des Bürgerlichen Gesetzbuches.1997. 

Sakag Vaqaüuma, Toru Ariidzumi. Qracdanskoe pravo Əponii. Kniqa 1. M., 1983. 

  

 



 

 

MÖVZU 3 

 Mülki hüquq münasibətləri  

§ 1. Mülki hüquq münasibətinin anlayışı və əsas  

xüsusiyyətləri  

1. Mülki hüquq münasibətinin anlayışı  

ctimai həyatda və cəmiyyətdə yaşayan insanlar bir-birləri ilə müxtəlif cür münasibətlərə girir və qarşılıqlı 

fəaliyyət göstərirlər. Elə bil ki, insan cəmiyyətinin özü həmin münasibətlərin məcmusundan, bu cür qarşılıqlı 

fəaliyyətin  məhsulundan  ibarətdir.  Cəmiyyətdəki  münasibət  və  əlaqələrin  əhatə  dairəsi  həddən  ziyadə  və  son 

dərəcə geniş olub, kifayət qədər müxtəlif və rəngarəngdir. Onlara misal olaraq siyasi münasibətləri, dini müna-

sibətləri,  iqtisadi  münasibətləri,  əxlaqi  münasibətləri,  mədəni  münasibətləri  və  s.  göstərmək  olar.  Özü  də  bu 

münasibətlərin hamısı ictimai münasibətlərdir.  

Insan  cəmiyyətində  meydana  gələn  və  fəaliyyət  göstərən  ictimai  münasibətlərin  müxtəlif  növləri  arasında 

hüquq  münasibətləri  mühüm  yer  tutur.  Dövlət  cəmiyyəti  hüquq  münasibətləri  ilə  əlaqələndirir  və  birləşdirir. 

Hüquq münasibətləri mürəkkəb xarakterə malik olan məsələdir, çoxtərəfli hadisədir. Buna görə də həmin məsə-

lə hüquq doktrinasında ən mübahisəli məsələlərdən biridir. Uzun müddətdir ki, hüquq münasibəti geniş və qız-

üın diskussiyaların predmetinə çevrilmişdir. Hüquq elmi bu məsələnin məna və mahiyyətinin aydınlaşdırılması-

na xüsusi diqqət yetirir. Odur ki, hüquq münasibətinin işıqlandırılmasına çoxsaylı ədəbiyyat — məqalələr, mo-

noqrafiyalar, tədris və nəzəri əsərlər və s. həsr edilmişdir. Onun bir çox aspektləri hüquq elmində hələ də müba-

hisə predmeti olaraq qalır. 

Mülki hüquq münasibəti sivilistika doktrinasının (mülki hüquq elminin) ən vacib və mühüm kateqoriyaların-




 

55 


dan biridir. Mülki qanunvericilik bu kateqoriyaya leqal definisiya (tərif) vermir. Bəs mülki hüquq münasibəti 

dedikdə,  biz  nə  başa  düşürük?  Bu  suala  dözgün  cavab  vermək  üçün,  hər  şeydən  əvvəl,  hüquq  münasibətinin 

məna və məzmununu açmaüa çalışaq. Yalnız bundan sonra mülki hüquq münasibətinin mahiyyətini başa düşə 

bilərik. Axı, mülki hüquq münasibəti hüquq münasibətinin bir növüdür. Hüquq münasibətinin isə müxtəlif növ-

ləri fərqləndirilir: konstitusiya hüquq münasibəti; inzibati hüquq münasibəti; maliyyə hüquq münasibəti; əmək 

hüquq münasibəti; cinayət hüquq münasibəti; cinayət-prosessual hüquq münasibəti və s.  

Hüquq münasibəti, hər şeydən öncə, hüquqla özvi surətdə bağlıdır. Hüquqla əlaqədar olmayan hüquq mü-

nasibətinin müvcudluüundan söhbət gedə bilməz. Əgər hüquq, hüquq norması müvcud deyilsə, onda hüquq mü-

nasibəti  də  yoxdur.  Dövlətəqədərki,  yəni  dövlətin  meydana  gəlməsinə  kimi  müvcud  olan  arxaik-ibtidai 

cəmiyyətdə hüquq münasibətləri yaranmamışdır. Ona görə ki, həmin cəmiyyətdə hüququn özü olmamışdır. Bu 

və ya digər münasibətin məhz hüquqla bağlılıüı onu hüquq münasibəti adlandırmaüa əsas verir. Məsələn, vergi 

münasibətləri maliyyə hüququ ilə, əmək münasibətləri əmək hüququ ilə, əmlak münasibətləri mülki hüquq ilə 

və s. bağlıdır. Ona görə də bunlar hüquq münasibətləri adlanır. Dediklərimizdən belə çıxır ki, hüquq münasi-

bətləri hüquqdan ayrı və ondan asılı olmadan müvcud ola bilməz.  Bu iki hüquqi hadisə arasında səbəbli 

nəticə əlaqəsi vardır.  

Bəs  hüquqla  hüquq  münasibəti  arasında  bağlılıüın  əsas  cəhətləri  nədən  ibarətdir?  Bu  suala  cavab  vermək 

üçün  hüququn  sosial  təyinatının  nədən  ibarət  olmasını  xatırlamaq  lazımdır.  Hüququn  əsas  və  başlıca  təyinatı 

ictimai münasibətləri qaydaya və nizama salmaqdan ibarətdir. Hüquq ictimai münasibətlərin xüsusi, rəsmi və 

dövlət tənzimləyicisidir. Məhz hüquq münasibətləri vasitəsilə hüquq öz məqsədinə çatır və nail olur. Məhz hü-

quq münasibətləri vasitəsilə hüququn real qüvvə və səmərəli alət olması müəyyənləşdirilir, ifadə edilir. Məsə-

lən, maliyyə hüquq münasibətləri vasitəsilə maliyyə hüququ, əmlak hüquq münasibətlərinin vasitəsilə mülki hü-

quq, əmək hüquq münasibətləri vasitəsilə əmək hüququ və s. özlərinin tənzimləyici funksiyasını və rolunu yeri-

nə  yetirir.  Deməli,  hüquq  münasibəti  ictimai  münasibətin  hüquqla  tənzimolunma  vasitəsidir.  Bu,  hüquq 

münasibəti ilə hüququn bağlılıüını sübut edən birinci xüsusiyyətdir.  

Bəs müvafiq ictimai münasibət hüquqla tənzim edildikdə onun nəticəsi nə olur? Bu cür tənzimetmə nəticə-

sində nə yaranır? Qeyd etmək lazımdır ki, hüquq yaradıcı xüsusiyyətə malik deyil. O, yalnız ictimai münasibət-

lərin tənzimləyicisidir. K.Marksın sözləri ilə desək, hüquq özlüyündə heç nə yaratmır, o, yalnız ictimai münasi-

bətləri sanksiyalaşdırır, protokollaşdırır, iqtisadi ehtiyacları ifadə edir. Söhbət hüququn müxtəlif cür ictimai mü-

nasibətləri tənzimləməsindən gedir. Belə ki, vətəndaşlar, təşkilatlar, idarələr və müəssisələr öz müxtəlif tələbatla-

rını təmin etmək üçün cürbəcür ictimai münasibətlərə daxil olurlar. Əgər bu münasibətlər hüquqla tənzimlənərsə, 

onda hüquq münasibətləri yaranır. Məsələn, alıcı vətəndaş alqı-satqı müqaviləsi əsasında öz qonşusundan (satıcı-

dan) minik avtomobili alır. Bu, ictimai münasibətdir. Özü də o, mülki hüquqla tənzimlənir. Belə ki, həmin müna-

sibətə alqı-satqı müqaviləsi haqqında mülki hüquq normaları tətbiq edilir. Bu cür tənzimetmə nəticəsində hüquq 

münasibəti yaranır. Deməli, hüquq münasibəti hüquqla tənzimetmənin nəticəsidir. Bu, hüquq münasibəti ilə 

hüququn bağlılıüını sübut edən ikinci xüsusiyyətdir.  

Amma bu, o demək deyildir ki, hüquq münasibətinin yaranmasına hüquq səbəb olur. Əslinə baxsan bu, belə 

deyildir. Onun əmələ gəlməsinə hüquq yox, həyati hallar əsas olur. Məhz həyati hallar insanlar arasında münasi-

bətlər yaradır. Hüquq yalnız münasibət iştirakçılarının hüquq və vəzifələrinin əmələ gəlməsini bu hallarla bağlayır 

və əlaqələndirir. Bu yerdə K.Marksın ifadəsini işlətmək yerinə düşərdi. O yazırdı ki, yalnız mübadilənin özü fakti-

ki münasibətlər yaradır. 

Beləliklə, hüquq münasibəti hüququn yox, hüquqla tənzimetmənin nəticəsidir. Buna görə hüquq münasibəti-

nin yaranmasına hüququn özü səbəb ola bilməz. Hüququn öz-özünə müvcud olması hüquq münasibətinin mey-

dana gəlməsinə dəlalət etmir. Vacibdir ki, müvafiq ictimai münasibət hüquqla tənzimlənsin. Bu isə hüquq mü-

nasibətinə  hüquq  əsasında  əmələ  gələn  ictimai  əlaqə  kimi  anlayış  verən  müəlliflərin  mövqeyinin  qeyri-

inandırıcı olmasını sübut edir. 

Qeyd etdik ki, hüququn əsas təyinatı ictimai münasibətləri tənzimləməkdən ibarətdir. Bu və ya digər ictimai 

münasibəti tənzimləməklə hüquq həmin münasibətlərə hüquqi forma verir. Bunun nəticəsində bu münasibətlər 

yeni keyfiyyətə və xüsusi formaya malik olur. Bu, hüquq münasibəti formasıdır. Lakin ictimai münasibət itmir, 

tam saxlanılır. Daha doürusu, hüquqla tənzimlənərkən ictimai münasibətlərə hüquqi örtük və pərdə geydi-



rilir. Amma hüquqla tənzimetmə hər hansı bir yeni ictimai münasibətin yaranmasına səbəb olmur. O, yalnız ar-

tıq  müvcud  olan  real  və  faktiki  münasibətlərə  müəyyən  hüquqi  forma  verir.  Deməli, hüquq  münasibəti  hü-



quqla tənzimlənən real-faktiki münasibətin formasıdır. O, bu cür faktiki münasibətin forması kimi çıxış 

edir. Bu, hüquq münasibəti ilə hüquq arasında bağlılıüı sübut edən üçüncü xüsusiyyətdir. K.Marks yazırdı ki, 

mübadilə nəticəsində yaranan faktiki münasibətlər sonra müqavilə şəklində hüquqi forma alır. Məsələn, yaşayış 

evi kənd sakininə kirayəyə verilir. Bu, real (faktiki) kirayə münasibətidir. Bununla əlaqədar olaraq kirayə mü-



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə