Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə56/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   52   53   54   55   56   57   58   59   ...   490

 

65 


Krediti qaytarmaq vəzifəsi, habelə digər vəzifə və hüquqlar səhmdar cəmiyyətinə keçir. Bununla kredit hüquq 

münasibətinin  subyekt  tərkibi  dəyişir.  Bu  dəyişikliyə  əsas  olan  hal  isə  hüquqi  şəxsin  (məhdud  məsuliyyətli 

cəmiyyətin) yenidən təşkil olunmasıdır.  

Daha bir misalda sifarişçi haqqını əvvəlcədən ödəyib özünə bağ evi tikdirmək barədə tikinti təşkilatı ilə pod-

rat müqaviləsi bağlayır.  Onlar arasında bununla podrat hüquq münasibəti  yaranır. Evin hazırlanmasına iki ay 

qalmış sifarişçi həmin evi tikinti təşkilatından tələb etmək hüququnu alqı-satqı müqaviləsi əsasında öz qonşusuna 

satır. Beləliklə, sifarişçinin evi tələb etmək hüququ qonşuya keçir. Qonşu podrat hüquq münasibətində əvvəlki, 

köhnə subyekti — sifarişçini əvəz edir. Bununla həmin münasibətin subyekt tərkibi dəyişir. Bu cür dəyişikliyə 

ə

sas olan hal mülki-hüquqi əqddir, yəni alqı-satqı müqaviləsidir. 



Subyektiv mülki hüquq və vəzifələrin bir şəxsdən digər şəxsə keçməsinə hüquqi varislik deyilir. Subyektiv 

mülki hüquq və vəzifələrin əvvəlki daşıyıcısına hüquqi sələf deyilir. Bu hüquq və vəzifələri qəbul edən şəxs isə 



hüquqi varis adlanır. Yuxarıda çəkdiyimiz misallarda ölən borcverən və borc alan vətəndaş, məhdud məsuliy-

yətli  cəmiyyət,  bağ  evi  tikməyi  tapşıran  sifarişçi  hüquqi  sələf  hesab  edilir.  Ölənlərin  vərəsələri,  səhmdar 

cəmiyyəti, sifarişçinin qonşusu isə hüquqi varis sayılır. Hüquq və vəzifələr hüquqi varislik qaydasında hüquqi 

sələfdən hüquqi varisə keçməklə mülki hüquq münasibətlərinin subyekt tərkibi dəyişir. Hüquqi varislik hüquq 

və vəzifələrin mülki hüquq münasibətlərinin hər hansı bir subyektindən digər subyektlərə keçməsi üsuludur. Bu 

zaman mülki hüquq münasibətinin yeni subyekti əvvəlki köhnə subyekti əvəz edir. Amma ona keçmiş hüquq və 

vəzifələr dəyişmir, mülki hüquq münasibəti ləğv edilmir.  

Hüquqi varislik qaydasında hüquqi sələfdən hüquqi varisə həm ayrı-ayrı hüquq və vəzifələr, həm də komp-

leks və məcmu halında hüquq və vəzifələr keçə bilər. Bu baxımdan mülki hüquqda hüquqi varisliyin iki növü 

fərqləndirilir: 

 xüsusi (sinqulyar) hüquqi varislik; 



 ümumi (universal) hüquqi varislik. 



Xüsusi (sinqulyar) hüquqi varislik odur ki, bu varisliyə əsasən hüquqi sələfin yalnız bəzi hüquq və vəzifə-

ləri hüquqi varisə keçir. Bu zaman hüquqi varis bütün mülki hüquq münasibətlərində yox, ancaq bir və ya bir 

neçə mülki hüquq münasibətində hüquqi sələfini əvəz edir. Daha doürusu, xüsusi (sinqulyar) hüquqi varislik 

qaydasında hüquqi sələfin bütün mülki hüquq münasibətləri özrə hüquq və vəzifələri yox, yalnız bir və ya bir 

neçə mülki hüquq münasibəti özrə hüquq və vəzifələri keçir. Bu növ hüquqi varisliyə misal olaraq öhdəlik hü-

quq münasibətində şəxslərin dəyişməsini (ühdəliklərin verilməsini) göstərmək olar (MM-in 26-cı fəsli). Əgər 

öhdəlik  hüquq  münasibətində  səlahiyyətli  şəxs  (kreditor)  başqa  birisi  ilə  əvəz  olunarsa,  buna  tələbin  gözəşti 

(verilməsi) deyilir (MM-in 194-202-ci maddələri). Məsələn, yuxarıda çəkdiyimiz misalda sifarişçi podrat öhdə-

lik münasibətindən irəli gələn bağ evini tələb etmək hüququnu öz qonşusuna gözəşt etdi, yəni verdi. Başqa bir 

misalda sahibkar kənd sakininə borc pul verir və onlar arasında borc öhdəlik hüquq münasibəti yaranır. Sahib-

kar bu münasibətdən irəli gələn borcu tələb etmək hüququnu öz qardaşına bağışlama qaydasında gözəşt edir. 

Göründüyü kimi, bu münasibətdə sahibkarın (hüquqi sələfin, kreditorun) yerini onun qardaşı (hüquqi varis) tu-

tur.  


Ə

gər öhdəlik hüquq münasibətində borclu şəxs əvəz olunarsa, buna borcun köçürülməsi deyilir. Məsələn, 

yuxarıda misal kimi zəkdiyimiz borc hüquq münasibətində sahibkar yox, borclu şəxs, yəni kənd sakini fermer 

təsərrüfat başçısı ilə dəyişdirilir. Bu zaman hüquq münasibətində kənd sakininin (hüquqi sələfin) yerini fermer 

təsərrüfatı başçısı (hüquqi varis) tutur. Onun sahibkara borcu qaytarmaq və ödəmək vəzifəsi hüquqi varisə ke-

çir. Göründüyü kimi, belə halda hüquq yox, vəzifə bir şəxsdən digərinə keçir.  

Hüquqi varis bir yox, bir neçə mülki hüquq münasibətində də öz hüquqi sələfini əvəz edə bilər. Məsələn, və-

təndaş üç mülki hüquq münasibəti — kirayə hüquq münasibəti özrə istifadə hüququnu, borc hüquq münasibəti 

özrə borcu tələb etmək hüququnu, bank əmanəti hüquq münasibəti özrə əmanətin faizini almaq hüququnu başqa 

şə

xsə verir.  



Elə hüquqlar da vardır ki, bu hüquqları xüsusi (sinqulyar) hüquqi varislik qaydasında vermək olmaz. Söhbət 

öhdəlik hüquq münasibətinin tərəflərindən biri olan səlahiyyətli şəxsin (kreditorun) şəxsiyyəti ilə qırılmaz bağlı 

olan tələb hüquqlarından gedir. Məsələn, şəxs öz portretinin hazırlanmasını rəssama sifariş edir. Onlar arasında 

mülki hüquq münasibəti əmələ gəlir. Aydın bir həqiqətdir ki, həmin şəxs göstərilən münasibət özrə hüququnu 

başqa şəxslərə gözəşt edə bilməz. Bundan əlavə, alimentlər haqqında və həyata və ya saülamlıüa vurulan zərə-

rin  əvəzinin  ödənilməsi  haqqında  tələblərin  gözəşt  edilməsinə  yol  verilmir  (MM-in  194-cü  maddəsinin  3-cü 

bəndi). 

Ümumi (universal) hüquq varisliyi odur ki, bu varisliyə görə qanunun, ümumiyyətlə, hüquq varisliyinə yol 

vermədiyi hallar istisna olmaqla, bir hüquqi akt nəticəsində hüquqi varis bütün hüquq münasibətlərində öz hü-

quqi sələfinin yerini tutur və onu əvəz edir. Bu zaman hüquqi sələfin bütün hüquq münasibətləri özrə hüquq və 



 

66 


vəzifələri tam kompleks və məcmu halında hüquqi varisə keçir. Məsələn, vərəsəlik ümumi (universal) hüquq 

varisliyinə misaldır. Ata ölür. Onun bütün hüquq münasibətləri özrə (alqı-satqı, kredit, podrat, sığorta, delikt, 

icarə, kirayə, bank hesabı, bank əmanəti, girov, daşıma, borc və s.) hüquq və vəzifələri vərəsəlik qaydasında və-

rəsələrə keçir. Vərəsələr ölmüş atanı bütün hüquq münasibətlərində əvəz edir və onun yerini tuturlar.  

Ümumi  (universal)  hüquq  varisliyinə  hüquqi  şəxslərin  yenidən  təşkil  olunmasını  da  misal  göstərmək  olar 

(MM-in 56-cı maddəsi). Onların təşkil olunması yolları müxtəlifdir: birləşmə yolu; bölünmə yolu; ayrılma yolu; 

qoşulma yolu; çevrilmə yolu. Məsələn, iki özəl təhsil kolleci yenidən təşkil olunaraq universitet halında birləşir. 

Hər bir kollecin (hüquqi sələfin) hüquq və vəzifələri yeni yaradılmış universitetə (hüquqi varisə) keçir. Univer-

sitet onları bütün hüquq münasibətlərində əvəz edir. Belə halda, söz yox ki, ümumi (universal) hüquq varisliyi 

göz qabağındadır.  

Qanun bəzi hüquqların universal (ümumi) hüquq varisliyi qaydasında keçməsinə yol vermir. Bu cür hüquq-

lara aiddir: səlahiyyətli şəxsin (kreditorun) şəxsiyyəti ilə bağlı olan hüquqlar; alimentlər barədə tələblər; həyata 

və ya saülamlıüa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblər.  

3. Mülki hüquq münasibətlərinin obyektləri  

Obyekt (lat. «obcectum» - predmet) mülki hüquq münasibətinin elementlərindən biridir. Bu, fəlsəfə elmində də 

işlədilən anlayışdır, fəlsəfi kateqoriyadır. Fəlsəfi nöqteyi-nəzərdən obyekt dedikdə, subyektin fəaliyyət və şüuru-

nun predmeti başa düşülür. Obyekt odur ki, insanın idrak və digər fəaliyyəti məhz ona yönəlir. Fəlsəfədə obyekt 

subyektə qarşı qoyulur. Mülki hüquq elmində və qanunvericilikdə obyekt anlayışı kifayət qədər tez-tez işlədilir. 

Lakin hüquqi nöqteyi-nəzərdən onun özünəməxsus spesifik cəhətləri vardır. Obyekt mülki hüquq münasibətinin 

elementlərindən biri olmaqla hüquqi kateqoriya kimi çıxış edir.  

Mülki hüquq münasibətinin obyekti odur ki, məhz onun barəsində mülki hüquq subyektləri hüquq müna-

sibətinə girirlər, məhz onun haqqında bu münasibət yaranır, məhz onun barəsində subyektlərin hüquq və vəzifə-

ləri əmələ gəlir. Obyektsiz mülki hüquq münasibəti yaranmır və müvcud olmur.  

Nələr mülki hüquq münasibətinin obyekti ola bilər? Bu məsələ barəsində uzun müddətdir ki, alimlər arasın-

da kəskin diskussiya gedir. Həmin məsələ haqqında diskussiya gedişində üç konsepsiya yaranmışdır:  

 obyektin monist konsepsiyası (hərəkət nəzəriyyəsi); 



 obyektin əşya nəzəriyyəsi;  

 obyektin plüralist konsepsiyası.  



Monist konsepsiyaya görə, yalnız subyektlərin hərəkəti hüquq münasibətlərinin obyekti ola bilər. Belə ki, 

ancaq  insanların  hərəkəti,  əməlləri  hüquqi  tənzimlənməyə  məruz  qalır,  yalnız  insanın  davranışı  hüquqi  təsirə 

cavab vermək iqtidarındadır. Maddi predmetlərə və əşyalara faktiki cəhətdən təsir etmək olar (istifadə etməklə, 

məhv etmək vasitəsilə), amma onlara hüquqi cəhətdən təsir göstərmək qeyri-mümkündür. Bu konsepsiya tərəf-

darlarından  biri  olan  O.S.Ioffe  göstərirdi  ki,  obyektin  ümumi  anlayışı  fəlsəfədə  verilmişdir:  obyekt  dedikdə, 

subyektə qarşı duran elə xarici predmet başa düşülür ki, subyektin fəaliyyəti və şüuru məhz ona yönəlir. Buna 

uyüun olaraq, o, mülki hüquq münasibətinin obyektinə anlayış verirdi: mülki hüquq münasibətinin obyekti odur 

ki, mülki subyektiv hüquq və mülki hüquqi vəzifə məhz ona yönəlir, daha doürusu, ona təsir göstərir. Müəllif 

daha sonra göstərirdi ki, xarici aləmin bütün hadisələri arasında yalnız insanın davranışı subyektiv hüquq və və-

zifələrin göstərdiyi təsirə cavab verə bilər. Nə əşyalar, nə şəxsi qeyri-maddi nemətlər bu cür təsirə cavab ver-

mək iqtidarındadır. Ona görə də əşyalar, şəxsi qeyri-maddi nemətlər hüququn obyekti ola bilməz. O.S.Ioffenin 

fikrincə, hüquq münasibətinin obyekti insanın davranışından, onların fəaliyyət və ya hərəkətlərindən ibarətdir. 

Başqa bir müəllif N.Q.Aleksandrovun mövqeyincə, hüququn obyekti odur ki, məhz hüquq münasibəti ona 

təsir göstərir. Müəllif buradan belə nəticə çıxarırdı ki, hüquq münasibətinin obyekti həmin münasibətdə iştirak 

edən şəxslərin hərəkətindən ibarətdir. Sovet müəlliflərindən Y.M.Maqaziner göstərirdi ki, hər bir hüququn ob-

yekti  başqa  şəxsin  hərəkətidir.  Onun  fikrincə,  mülki  hüquq  münasibətinin  obyektini  insanın  davranışı  təşkil 

edir. Öhdəlik hüquq münasibətində iştirak edən səlahiyyətli şəxsə başqa şəxsin (borclu şəxsin) hərəkətinə olan 

hüquq məxsusdur və bu, onu göstərir ki, öhdəlik hüquq münasibətinin obyekti yalnız hərəkətdən ibarət ola bi-

lər. 

Beləliklə, monist konsepsiyaya görə, bütün hüquq münasibətlərinin ümumi, vahid və yeganə obyekti vardır. 



Bu, insanın davranışından ibarətdir. Həmin obyekt təkdir. Ona görə də monist konsepsiya obyektin təkliyi nə-

zəriyyəsi də adlanır 

Obyektin əşya nəzəriyyəsi kifayət qədər geniş yayılmışdır. Bu nəzəriyyə hərəkəti hüquq münasibətinin ob-

yekti kimi inkar edir və qəbul etmir. Həmin nəzəriyyənin fəal tərəfdarlarından biri M.Aqarkov olmuşdur. Onun 

fikrincə, hüquq münasibətinin obyekti əşyadır və ya hər ehtimala qarşı, hər şeydən əvvəl, əşyadır. Borclu şəxsin 

davranışı bu əşyaya yönəlir. Əşya nəzəriyyəsi hüquq ədəbiyyatında tənqid olundu. Bu nəzəriyyəyə qarşı çıxaraq 

O.S.Ioffe göstərirdi ki, obyekt anlayışını elmi cəhətdən dözgün işıqlandırmaq üçün cinayət hüquq elminin ob-



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə