51
tətbiq edilərsə, onda hüquq norması izah edilmir. Dediklərimiz onu sübut edir ki, hüquq normasının aydınlaşdı-
rılmasından sonra onun məzmununun izah edilməsi heç də həmişə lazım gəlmir.
Izah etmə təfsir prosesinin elə bir elementidir ki, onun vasitəsilə hüquq normasında ifadə olunan dövlət ira-
dəsinin mənası, mahiyyəti müəyyənləşdirilir. O, xarici ifadə formasına, yəni obyektiv (maddi) formaya malik-
dir. ×ox vaxt izah etmə rəsmi sənədlərdə ifadə olunur.
Beləliklə, mülki hüquq normalarının təfsiri dedikdə, hüquq normasında ifadə olunan mənanın, göstərişin də-
qiq olaraq müəyyən edilməsinə yönələn mürəkkəb iradəvi proses başa düşülür. Bu prosesin nəticələri maraqlı
subyektlərin nəzərinə çatdırılmaqdan ötrü dərc oluna bilər.
Mülki hüquq normalarının təfsir edilməsini şərtləndirən hallar müxtəlifdir. Ən birinci hal ondan ibarətdir ki,
hüquq normaları düsturların, formulların, sözlərin, cümlələrin vasitəsi ilə ifadə olunur. Belə halda onların məna
və əhəmiyyətini başa düşmək üçün əqli-təfəkkür fəaliyyətinə ehtiyac yaranır.
kincisi, hüquqyaratma subyekti (qanunverici) dövlət iradəsini rəsmiləşdirmək üçün nisbətən qısa formullar-
dan istifadə edir. Belə halda, şübhəsiz ki, bu formulları açıqlamaq zərurəti yaranır.
Üçüncüsü, hüquqi texnikanın üsul və vasitələri mükəmməl deyil. Söhbət hüquqi konstruksiyalardan, spesifik
terminlərdən, istinad sistemindən gedir. Bir sıra hallarda bu vasitə və üsulların başlıca xüsusiyyətlərini müəy-
yənləşdirmək zərurəti yaranır. Belə halda hüququn təfsiri köməyə gəlir.
Tə
fsirin subyektlə
ri müxtəlifdir: səlahiyyətli dövlət orqanları; qeyri-dövlət təşkilatları; ictimai təşkilatlar;
ayrı-ayrı vətəndaşlar. Onlara interpretator deyilir. Təfsirin obyekti mülki qanunvericilik sisteminə daxil olan
qanunlar və qanun qüvvəli aktlardır. Təfsirin predmeti isə hüquq yaradan orqanın normativ aktda ifadə olunan
tarixi iradəsindən ibarətdir.
2. Mülki hüquq normalarının tə
fsirinin növlə
ri
Mülki hüquq normalarının təfsirini müxtəlif əsaslara görə ayrı-ayrı növlərə bölmək olar. Təfsir edən sub-
yektlə
rə
görə onun iki növü fərqləndirilir: rəsmi təfsir; qeyri-rəsmi təfsir.
Rə
smi tə
fsir odur ki, o, səlahiyyətli orqan tərəfindən verilir. Bu cür təfsir müvafiq hüquq normasını tətbiq
edən şəxslər üçün məcburi xarakter daşıyır. O, hüquqi əhəmiyyətə malik olub, müəyyən hüquqi nəticə əmələ
gətirir. Özü də bu cür təfsir hüquqtətbiqetmə praktikasında mülki hüquq normasının eyni cür başa düşülməsini
və tətbiq olunmasını təmin edir. Rəsmi təfsir öz ifadəsini xüsusi aktda (sənəddə) tapır.
Rəsmi təfsirin özünün iki növü vardır: normativ (ümumi) təfsir; kazual (fərdi) təfsir. Normativ təfsir odur
ki, bu cür təfsir ümumi məcburi xarakterə malik olub, qeyri-məhdud saylı hallara aid edilir və geniş dairəli sub-
yektlərə şamil olunur. Özü də rəsmi təfsir yeni hüquq norması yaratmaüa səbəb olmur.
Normativ təfsir özü iki cür olur: autentik (müəllif) təfsir; leqal (icazə verilmiş) təfsir. Autentik (müəllif) təf-
sir odur ki, bu cür təfsiri hüquq normasını qəbul edən orqan (hüquqyaratma orqanı) verir. Autenik təfsirin sub-
yekti rolunda Milli Məclis, prezident, Nazirlər Kabineti və s. çıxış edə bilər. Məsələn, Milli Məclis özünün qə-
bul etdiyi Mülki Məcəlləni təfsir edərsə, buna autentik (müəllif) təfsir deyilir. Prezidentin öz verdiyi fərmanı
izah etməsi də bu cür təfsirə misal ola bilər.
Təfsir etməyə ixtiyarı olmayan, amma bu məqsədlə müvafiq orqanlardan icazə almış orqanın etdiyi təfsirə
leqal təfsir deyilir. Ali Məhkəmənin qanunları təfsir etməyə ixtiyarı çatmır. Amma bu ali məhkəmə orqanına
icazə verilmişdir ki, o, qanunvericiliyin tətbiqi məsələlərinə dair məhkəmələrə rəhbər izahatlar versin. Bu, leqal
təfsirdir. Deməli, leqal təfsir normanı qəbul etməyən orqanın verdiyi izahatdır. Belə halda həmin orqanın rəsmi
təfsir etmək üçün xüsusi səlahiyyəti olmalıdır.
Rəsmi təfsirin ikinci növü kazual təfsir adlanır. Kazual təfsir dedikdə, səlahiyyətli orqanın konkret hüquqi
işlə bağlı olaraq hüquq normasının məzmununu izah etməsi başa düşülür. Bu cür təfsir həmin konkret iş üçün
məcburidir. Onun başqa işlərin həlli zamanı əhəmiyyəti yoxdur. Kazual təfsir ümumməcburi xarakter daşımır.
Bu təfsirin əsas məqsədi, müəyyən konkret hadisənin (halın) dözgün həll edilməsindən ibarətdir. Yalnız konkret
hadisəyə aid edildiyinə görə o, kazual (latınca casus - hadisə) təfsir adlanır.
Məcburi hüquqi əhəmiyyətə malik olmayan, rəsmi xarakter daşımayan təfsirə qeyri-rəsmi təfsir deyilir. Bu
cür təfsiri rəsmi statusu olmayan subyektlər verir. Qeyri-rəsmi təfsirin subyekti rolunda elmi idarələr, tədris mü-
ə
ssisələri, ictimai təşkilatlar, alimlər, mütəxəssislər, habelə praktiki işçilər çıxış edirlər. Rəsmi təfsirdən fərqli
olaraq qeyri-rəsmi təfsirin məcburi hüquqi qüvvəsi yoxdur. Lakin buna baxmayaraq, onun mülki hüquq norma-
sının təjrübədə dözgün tətbiq edilməsində mühüm əhəmiyyəti vardır. Qeyri-rəsmi təfsir mülki qanunvericiliyin
mənasının dərin və hərtərəfli başa düşülməsinə kömək edir.
Qeyri-rəsmi təfsir əsasən tövsiyə və məsləhət kimi formalarda ifadə olunur. Bu formalar hakimiyyət göstə-
rişlərindən məhrum olub, məcburi hüquqi qüvvəyə malik deyil. Qeyri-rəsmi təfsir şifahi formada da ifadə oluna
bilər. Məsələn, vəkilin, prokurorun vətəndaşları qəbul etdikləri zaman mülki hüquq normasının mənasını izah
etməsi və s.