48
3. Hüququn analogiyası
Bəzi hallarda elə vəziyyət yaranır ki, hüquqi cəhətdən tənzimlənməyi tələb edən ictimai münasibəti qanunun
analogiyası əsasında nizama salmaq mümkün olmur. Belə ki, müvafiq münasibətə tətbiq edilə bilən və mülki
qanunvericilikdə oxşar münasibəti qaydaya salan norma müvcud olmur. Buna görə də qanunun analogiyasından
istifadə etmək imkanı əldən çıxır. Bu cür halda hüququn analogiyası kimi operativ üsulu tətbiq etməklə vəziy-
yətdən çıxış yolu tapmaq mümkün olur.
Hüququn analogiyası dedikdə
, hüquqi cə
hə
tdə
n tə
nzimlə
nmə
yi tə
lə
b edə
n ictimai münasibə
ti qanunun
analogiyası ə
sasında nizama salmaq mümkün olmadıqda, yə
ni oxş
ar münasibə
ti rə
smiləş
dirə
n mülki hü-
quq norması olmadıqda, hə
min münasibə
tin mülki hüququn prinsiplə
rinə
istinad etmə
klə
nizamlanması
baş
a düş
ülür. Bununla müvafiq münasibətdə iştirak edən tərəflərin hüquq və vəzifələri hüquqi cəhətdən qayda-
ya salınır.
Mülki hüququn prinsipləri qanunda birbaşa və konkret olaraq formulə edilmişdir (MM-in 6-cı maddəsi). Bu
prinsiplər əsasında mülki hüquq subyektlərinin hərəkətlərindən hüquqi nəticə yaranır. Söhbət həmin prinsiplərə
istinad olunmaqla tərəflər üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsindən gedir. Mülki qanunvericilik bu
cür hüquq və vəzifələri rəsmi surətdə tanıyır (MM-in 14-cü maddəsinin 1-ci bəndi). Bu, o deməkdir ki, mülki
hüququn prinsipləri əsasında hərəkətlərdən yaranan mülki hüquq və vəzifələr hüquqi əhəmiyyətə malikdir.
Hüquqtətbiqetmə orqanı hüququn analogiyasından istifadə zamanı təkcə mülki hüququn prinsiplərini əsas
götürməməlidir. O, həm də ədalət, mənəviyyat, vicdan, insaf, mürvət kimi mənəvi-əxlaqi dəyərlərə istinad
etməlidir. Onun hüququn analogiyası əsasında müvafiq münasibəti tənzimləməsi və qaydaya salması aülabatan
olmalıdır.
Hüququn analogiyası institutunu bir sıra ölkələrin (məsələn, Almaniyanın, Büyük Britaniyanın, Hollandiya-
nın, Fransanın, Ispaniyanın və s.) qanunvericiliyi də tanıyır. Ispaniya MM-in 6-cı maddəsi hüququn prinsipləri-
ni hüququn mənbə növlərindən biri kimi müəyyənləşdirir. Misirin, Iraqın və Əlcəzairin mülki məcəllələri ha-
kimlərə müsəlman hüququ prinsiplərini əsas götürməklə qanundakı boşluüu doldurmaq hüququ verir.
§ 6. Mülki qanunvericiliyin sistemləş
dirilmə
si
Mülki hüququn nizamasalma predmetinə daxil olan ictimai münasibətlərin əhatə dairəsi son dərəcə genişdir.
Bu, həmin münasibətlərin çoxsaylı normativ aktlarla tənzimlənməsini şərtləndirir. Həmin aktlar dövlətin müx-
təlif hüquqyaratma orqanları (ali qanunverici dövlət hakimiyyət orqanı, prezident hakimiyyəti, hökumət, mərkə-
zi icra hakimiyyət orqanları və s.) tərəfindən qəbul edilir. Onlar eyni və bərabər hüquqi qüvvəyə malik deyil,
vaxt və zaman baxımından üst-üstə düşmür, müxtəlif münasibətləri tənzimləyir, ayrı-ayrı subyektlərə ünvanla-
nır. Zaman keçdikcə mülki qanunvericilik sisteminə daxil olan həmin aktlar arasında ziddiyyətlər yaranır. Nor-
mativ aktların sayı durmadan günbəgün artır. Göstərilən bu cür hallar, şübhəsiz ki, qüvvədə olan müvcud mülki
qanunvericilikdən istifadə olunmasını qəlizləşdirir, vacib və lazım olan normativ aktın axtarılıb tapılmasını çə-
tinləşdirir. Bəs belə mürəkkəb vəziyyətdən necə çıxmalı?
Göstərilən vəziyyətdən çıxış yolu mülki qanunvericiliyi sistemləşdirməkdən ibarətdir. Mülki qanunvericili-
yin sistemləşdirilməsi dedikdə, bu qanunvericilik sisteminə daxil olan normativ aktlardan təjrübədə mü-
nasib, rahat və əlverişli qaydada istifadə etmək məqsədi ilə həmin aktların nizama salınması başa düşü-
lür. Bu cür nizama salınmaya həm qanunvericinin, həm hüquqtətbiqetmə orqanının, həm də bütün vətəndaşla-
rın maraq və ehtiyacı vardır. Mülki qanunvericiliyin sistemləşdirilməsi nəticəsində hüquq normaları arasında
ziddiyyətlər aradan qaldırılır, köhnəlmiş normalar ləğv edilir və ya dəyişdirilir, yeni normalar sistemə daxil edi-
lir, köhnəlmiş aktlardan qanunvericilik azad olur, normativ materialdan istifadə asanlaşır. Sistemləşdirmə mülki
qanunvericilik üçün mühüm əhəmiyyəti olan məsələdir.
Mülki qanunvericilik üç üsulla sistemləşdirilir. Buna sistemləşdirmənin növləri də deyilir:
●
inkorporasiya;
●
konsolidasiya;
●
məcəllələşdirmə.
Inkorporasiya dedikdə, hüquqi materialın, yəni qüvvədə olan normativ hüquqi aktların məcmuələrdə, toplu-
larda və ya külliyyatlarda müəyyən qaydada elə birləşdirilməsi başa düşülür ki, bu zaman aktların normativ
məzmunu mahiyyətcə dəyişdirilmir. Sistemləşdirmənin bu üsulu nəticəsində qanunvericilik xaricən işlənilir
və yeniləşdirilir. Belə ki, inkorporasiya nəticəsində normativ aktların xarici cəhətdən qaydaya salınmasına nail
olunur: bu aktlar əlifba sırası, xronoloæi adrıcıllıq və ya tənzimlədiyi ictimai münasibətlər (sahə) kimi əlamətlərə
görə birləşdirilir. Əvvəlcə normativ aktın mətnində rəsmi dəyişikliklər edilir. Sonra qanuni qaydada ləğv edilmiş
və ya qüvvəsini itirmiş normaların ifadə olunduüu maddələr və bəndlər mətndən çıxarılır, yəni mətnə onlar daxil
edilmir.
Inkorporasiya məsələləri ilə həm dövlət orqanları, həm ictimai təşkilatlar, həm qeyri-dövlət təşkilatları, həm