Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə34/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   30   31   32   33   34   35   36   37   ...   490

 

39 


nəzərdə tutulur və hesablanır. Bu baxımdan onlar ümumi məcburi xarakterə malikdir.  

Plenum qərarları hüquq normasının məhkəmələr tərəfindən dözgün və birmənalı başa düşülüb tətbiq edilmə-

sini təmin edir. Onlar mülki hüquq normalarının aşaüı məhkəmə orqanları tərəfindən dözgün tətbiq edilməsi ba-

xımından xüsusi əhəmiyyət kəsb edir. Bu qərarlar mülki hüquq (sivilistika) elmi tərəfindən işlənib hazırlanmış 

nəzəriyyələri, postulatları, konsepsiyaları və ideyaları qəbul etməklə kifayətlənmir. Onlar da öz növbəsində hü-

quqtətbiqetmə praktikasının sabitliyini və vahidliyini təmin etmək məqsədi ilə müxtəlif ümumiləşdirmələr ifadə 

edir.  Plenum  qərarlarında  bəzi  hallarda  nəzəri  mühakimələrlə  özləşirik:  müvafiq  hüquq  norması  necə  və  nə 

üçün  məhz  belə  tətbiq  olunmalıdır?  Məhkəmə  tərcübəsində  yaranan  müddəalar  bəzən  sonralar  mülki 

qanunvericilikdə nəzərə alınır (məsələn, özrlü səbəblərə görə ötürülən iddia müddətinin uzadılması və s.).  

Lakin bunlara baxmayaraq, plenum qərarları özündə ümumi məcburi davranış qaydası (hüquq norması) mü-

ə

yyən etmir. Bu qərarlar yalnız hüquq normalarının məzmun və mənasını təfsir edir, aydınlaşdırır, izah edir. Ali 



Məhkəmənin yeni hüquq norması yaratmaüa ixtiyarı çatmır. Ona görə də onun qəbul etdiyi qərarlar mülki 

hüququn mənbəyi rolunda çıxış edə bilməz. Ali Məhkəmə konkret işlər özrə məhkəmə təcrübəsini öyrənir və 

onları ümumiləşdirərək qərarlar qəbul edir. Əgər qüvvədə olan qanunvericiliyə əlavələr və dəyişikliklər edilmə-

si qənaətinə gələrsə, onda o, qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək təqdimatla Milli Məclisə mü-

raciət edir (Konstitusiyanın 96-cı maddəsi).  



§ 4. Mülki qanunvericiliyin hüquqi qüvvəsi 

1. Mülki qanunvericiliyin qüvvəsi anlayışı və əhəmiyyəti  

Həyatda elə hallarla rastlaşırıq ki, mülki qanunvericilik aktlarının tətbiqi zamanı müxtəlif hüquqi qüvvəyə 

malik olan normativ aktlar arasında kolliziya (ziddiyyət) əmələ gəlir. Bu cür kolliziya (ziddiyyət) eyni qüvvəyə 

malik olan normativ aktlar arasında da yarana bilər. Normativ aktlar vaxtaşırı olaraq müntəzəm surətdə təzələ-

nir,  yeni  mülki  hüquq  normaları  əmələ  gəlir,  köhnə  normalar  qüvvədən  düşür.  Göstərilən  halda  belə  bir  sual 

meydana çıxır: müvafiq münasibətə hansı normativ akt tətbiq edilməlidir? Mülki qanunvericilik aktları nə vaxt 

qüvvəyə minir və nə vaxt qüvvədən düşür? Bundan əlavə, mülki hüququn predmetinə daxil olan ictimai müna-

sibətlər özlərinin yüksək dinamizmi ilə fərqlənir. Bu, o deməkdir ki, mülki hüquqla tənzimlənən ictimai müna-

sibətlər durmadan inkişaf edir. Xüsusən ictimai-iqtisadi dəyişikliklər dövründə və şəraitində mülki hüquqla rəs-

miləşdirilən və nizama salınan əmlak və şəxsi qeyri-əmlak münasibətlərinin yeni növləri əmələ gəlir. Bu müna-

sibətlər  öz  əlamətinə  görə  mülki  hüququn  predmetinə  daxil  edilir.  Bu  cür  halda  belə  bir  sual  yaranır:  mülki 

qanunvericilik aktları nə vaxtdan həmin münasibətlərə şamil edilir? Bu aktlar hansı mülki münasibətlərə tətbiq 

olunur? Həmin aktlar sonradan əmələ gəlmiş münasibətlərə tətbiq edilirmi? Daha sonra, mülki qanunvericilik 

aktlarının Azərbaycan Respublikasının bütün ərazisindəmi və ya hər hansı inzibati-ərazi vahidinin ərazisindəmi 

qüvvədə olmasını, habelə bu aktların Azərbaycan Respublikasının bütün vətəndaşlarınamı, əcnəbilərəmi və ya-

xud hüquqi şəxslərəmi və s. şamil edilməsini müəyyənləşdirmək vacib əhəmiyyətə malik olur.  

Göstərilən bu və ya digər suallara cavab vermək üçün zaman (vaxt), məkan (ərazi), predmet və şəxslər (sub-

yektlər) kimi amillər baxımından qanunvericilik aktlarının hüquqi qüvvəsinin hədlərini dəqiq olaraq müəyyən 

etmək zərurəti yaranır. Bu, mülki hüquq normalarının dözgün tətbiqi və həyata keçirilməsi üçün olduqca vacib-

dir. Normativ aktların hüquqi qüvvəsinin hüquqi praktika üçün birbaşa əhəmiyyəti vardır.  



Mülki qanunvericilik aktlarının hüquqi qüvvəsi dedikdə, bu aktların müəyyən zaman (vaxt, müddət) 

ə

rzində, müəyyəərazi (məkan) hüdudlarında konkret şəxslər (subyektlər) dairəsinin və kateqoriyasının 



iştirak etdiyi münasibətləri tənzimləməsi başa düşülür. O, özündə dörd məsələni birləşdirir:  

 mülki qanunvericilik aktları hansı münasibətlərə şamil edilir (mülki qanunvericiliyin predmetə görə hü-



quqi qüvvəsi)

 hansı vaxtdan (müddətdən) hansı vaxta kimi qanunvericilik aktları hüquqi qüvvəyə malikdir (mülki qa-



nunvericiliyin zamana görə hüquqi qüvvəsi);  

  mülki  qanunvericilik  aktları  hansı  ərazidəki  münasibətləri  tənzimləyir  (mülki  qanunvericiliyin  əraziyə 



görə qüvvəsi) 

 mülki qanunvericilik aktları hansı şəxslər dairəsinə və kateqoriyasına ünvanlanmışdır (mülki qanunveri-



ciliyin şəxslərə görə hüquqi qüvvəsi).  

Dediklərimizdən belə bir nəticəyə gələ bilərik ki, mülki qanunvericilik aktları yalnız müəyyən müddət (za-

man) ərzində, yalnız müəyyən ərazi (məkan) sərhədləri daxilində və nəhayət, yalnız konkret subyektlər (şəxs-

lər) dairəsinə ünvanlandıqda, hüquqi əhəmiyyət kəsb edir, hüquqi qüvvəyə malik olur və məcburi olaraq icra 

edilir.  Bu,  o  deməkdir  ki,  qüvvədən  düşmüş  aktlar  tətbiq  oluna  bilməz;  bu  aktlar  yalnız  qüvvəyə  mindikdən 

sonra tənzimləyici rol oynayır; müəyyən inzibati-ərazi vahidi üçün nəzərdə tutulan normativ akt ölkənin bütün 

ə

razisinə şamil edilə bilməz; konkret şəxslər dairəsinə ünvanlanan aktlar digər kateqoriya subyektlərə aid olun-



mur və s.  


Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə