533
mək lazımdır. Onun fikrincə, bu onunla izah edilir ki, müqavilə bağlanan zaman nə obyektin özü, nə də bütöv-
lükdə müəlliflik hüququ vardır. Bəzi hallarda müqavilənin subyekt tərkibi müəllif və podrat müqavilələrini bir-
birindən fərqləndirmək üçün əsas meyar kimi götürülür. Məsələn, heykəltəraşlıq əsərinin yaradılması müqavilə-
si üzrə iş müəllifin özü tərəfindən icra edilərsə, bu, müəllif müqaviləsi hesab olunajaqdır. Yox, əgər sifarişin ye-
rinə yetirilməsi işini başqa şəxs həyata keçirərsə, belə halda yalnız podrat müqaviləsindən söhbət gedə bilər.
§ 2. Podrat müqaviləsinin elementləri
1. Tərəflər
Podrat müqaviləsi üzrə münasibətlərdə iki tərəf iştirak edir:
●
podratçı;
●
sifarişçi.
Podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi öhdəsinə götürən tərəfdir. Podrat müqaviləsinin bağlan-
masında podratçı kimi həm hüquqi şəxslər, həm də vətəndaşlar çıxış edə bilərlər.
Podratçı rolunda hüquqi şə
xsin çıxış etməsi onun mülki hüquq qabiliyyəti ilə şərtlənir. Belə ki, hüquq şəxs
müqavilə üzrə podratçı funksiyasını onun ümumi və ya xüsusi hüquq qabiliyyətinə malik olmasından asılı
olaraq icra edir. Kommersiya hüquqi şəxsləri ümumi (universal) mülki hüquq qabiliyyətinə malikdir. Ona görə
də onlar, qanunla qadağan edilməyən istənilən növ fəaliyyətlə, o cümlədən podrat işləri ilə məşğul ola bilərlər
(MM-in 44.2-ci maddəsi). Siyahısı qanunla müəyyən edilən ayrı-ayrı podrat işləri ilə hüquqi şəxslər yalnız li-
senziya (xüsusi icazə) əsasında məşğul ola bilərlər. Belə ki, podrat işlərinin ayrı-ayrı növləri xüsusi razılıq
(lisenziya) tə
lə
b olunan fə
aliyyə
t sahə
sinə
aiddir. Bu cür podrat işlərinin dairəsi «
Xüsusi razılıq (lisenziya)
tə
lə
b olunan fə
aliyyə
t növlə
ri və
onları verə
n icra hakimiyyə
ti orqanlarının Siyahısı» ilə
müə
yyə
n edilir.
Məsələn, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı; dağ-mədən işləri, dağ və buruq
qazmalarının aparılması; liftlərin quraşdırılması və təmiri; energetika obyektlərinin, avadanlıqların və qurğula-
rın quraşdırılması, sazlanması və təmiri; bina və qurğuların layihələşdirilməsi, tikinti-quraşdırma işləri və digər
podrat işləri xüsusi razılıq tələb olunan fəaliyyət növünə aiddir. Həmin işlərin görülməsinə xüsusi icazəni mü-
vafiq normativ akt əsasında əlaqədar mərkəzi icra hakimiyyət orqanı (AR-in Fövqəladə Hallar Nazirliyi) verir.
Xüsusi (mə
hdud) mülki hüquq qabiliyyə
tli hüquqi şə
xslə
rə gəldikdə isə onu demək olar ki, bu şəxslər
yalnız təsis sənədində (nizamnamə və ya əsasnaməsində) nəzərdə tutulan podrat işini yerinə yetirirlər. Təsis sə-
nədində nəzərdə tutulmayan qalan digər podrat işlərini onların həyata keçirməsinə ixtiyarı çatmır. Söhbət hər
ş
eydən əvvəl, qeyri-kommersiya hüquqi şəxslərindən gedir. Lakin bu, o demək deyildir ki, qeyri-kommersiya
hüquqi şəxsləri podrat işləri ilə məşğul ola bilməzlər. Podrat işlərinin görülməsi həmin təşkilatların qarşısına
qoyduğu məqsədə nail olmağa xidmət edərsə və bu məqsədə zidd olmazsa, onlar sahibkarlıq fəaliyyətinin bir
növü kimi podrat işlərini görə bilərlər (MM-in 43.6-cı maddəsi).
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər podratçı funksiyasını yerinə
yetirə bilərlər. Belə ki, mühəndis-axtarış işləri, inşaat konstruksiyalarının istehsalı, inşaat fəaliyyəti və digər
podrat işləri sahibkarlıq fəaliyyətinə aid edilmişdir. Ona görə də həmin şəxslərin bu cür podrat işlərini həyata
keçirmələri üçün vergi orqanlarında uçota durmaları tələb olunur («Sahibkarlıq fəaliyyəti haqqında» AR Qanu-
nunun 10-cu maddəsinin 2-ci bəndi).
Podrat müqavilə münasibətlərində iştirak edən ikinci tərəf sifarişçidir. Sifarişçi dedikdə müvafiq qarşı tərəfə
işin görülməsini tapşıran şəxs başa düşülür. Mülki hüququn istənilən subyekti, yəni hüquqi şəxslər, vətən-
daşlar, bələdiyyələr və dövlət bu müqavilədə sifarişçi funksiyasını yerinə yetirmək ixtiyarına malikdirlər. Qa-
nun podrat müqaviləsi üzrə sifarişçi rolunda çıxış edən şəxslər barəsində hər hansı xüsusi tələb irəli sürmür. Öz
xüsusi ehtiyac və tələblərini ödəmək istəyən hər hansı bir şəxs bu müqavilənin bağlanmasında sifarişçi qismin-
də iştirak edə bilər.
Dövlə
t bu müqavilədə sifarişçi rolunda çıxış edə bilər. Dövlət ehtiyaclarını təmin etmək məqsədi ilə o, pod-
rat münasibətlərinə daxil olur. Belə ki, bu və ya digər müəssisə Azərbaycan Respublikasının qanunvericilik akt-
ları ilə müəyyən edilmiş qaydada müqavilə əsasında dövlət ehtiyacları üçün işlər görə bilər.
2. Müqavilənin predmeti
Podrat müqaviləsinin predmeti onun yeganə mühüm şərti hesab olunur. Bu, əvəzli xarakterə malik olan bir
çox mülki-hüquqi müqavilələr üçün xarakterik haldır.
Hüquq ədəbiyyatında podrat müqaviləsinin predmeti barədə müxtəlif, lakin bir-birindən o qədər də fərqli ol-
mayan fikirlər söylənilir. Müəlliflərdən bəziləri görülmüş işin nəticəsini müqavilənin predmeti hesab edirlər.
Bəzi müəlliflərin mövqeyinjə, podratçının gördüyü işin (fəaliyyətin) özü podrat müqavilənin predmetini təşkil
edir. şi və onun nəticəsini müqavilənin predmeti sayan müəlliflərə də rast gəlmək olur. Müqavilənin predmeti-
ni həm işin özünün, həm də onun maddiləşmiş nəticəsinin olması barədə fikir söyləyənlər də vardır.
Bizim fikrimizjə, podrat müqaviləsinin predmetinin podratçının gördüyü işin nəticəsindən ibarət olması