531
sında yaranan münasibətlərin tənzimlənməsi müfəssəl şəkildə həyata keçirilməzsə, bu cür müqaviləni podrat
müqaviləsi saymaq olmaz.
Bununla bərabər, əşyanın hazırlanmasını və ya istehsal edilməsini nəzərdə tutan müqavilənin növünün təyin
edilməsində mülki qanunvericiliyin müəyyən etdiyi müvafiq göstərişin mühüm əhəmiyyəti vardır (MM-in 604-
cü maddəsi). Bu göstərişə görə iki şərt əsasında hazırlanmalı və ya istehsal edilməli olan malların göndərilməsi-
nə dair müqavilələr podrat müqavilələrinə yox, alqı-satqı müqavilələrinə (mal göndərmə müqavilələrinə) bəra-
bər tutulur:
●
birincisi, əgər sifarişçi malların hazırlanması və ya istehsalı üçün zəruri materialların mühüm hissəsini
göndə
rmə
yi öz öhdə
sinə
götürmürsə; göstərilən müqavilələr zəruri materialların mülkiyyətçisinin hansı tərəf
olmasından asılı olaraq fərqləndirilir; əgər işin (sifarişin) görülməsi üçün zəruri olan materialları sifarişçi verər-
sə, belə halda podrat müqaviləsi bağlanmış sayılır; əgər əşyanın yaradılması üçün zəruri olan materialı podratçı
verərsə və onu öz əməyi ilə hazırlayarsa, belə halda mal göndərmə müqaviləsi bağlanır. Fransanın, ngiltərənin,
ABŞ-ın və s. ölkələrin praktikası məhz bu mövqedə dayanır.
●
ikincisi, əgər mal göndərən tərəfin vəzifələrinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa
xidmə
tlə
rin göstə
rilmə
sində
n ibarə
t deyildirsə.
Bu müqavilələrin bir-birindən fərqləndirilməsinə imkan verən ikinci cəhət ondan ibarətdir ki, əgər mal gön-
dərmə münasibətlərinin əsas sosial-iqtisadi təyinatı cəmiyyət üzvlərinin kütləvi, tipik, müxtəlif növlü və çox çe-
ş
idli mallara olan tələbatını ödəməkdən ibarətdirsə, podrat müqaviləsi ilə yalnız bir nəfər cəmiyyət üzvünün
(sifariş
çinin) ehtiyacları tə
min edilir.
Üçüncüsü, mal göndərmə müqaviləsi malların şərtləşdirilmiş müəyyən müddət ərzində partiyalarla göndəril-
məsini müəyyənləşdirir; podrat müqaviləsi isə müəyyən bir işin icrasını, sonra isə icranın nəticəsinin sifariş-
çiyə verilməsini nəzərdə tutur.
Podrat müqaviləsinə oxşar, onunla həmmərz və əlaqəli olan müqavilə növlərindən biri əmək müqaviləsidir.
Bu müqavilələri yaxınlaşdıran əlamət ondan ibarətdir ki, iş prosesi, əmək prosesi, başqa sözlə desək, istehsal
prosesi həm podrat, həm də əmək müqaviləsinin hüquqi tənzimetmə predmetinə daxil olan münasibətlərdir. La-
kin bu müqavilələr fərqli cəhətlərə də malikdir.
Podrat müqaviləsini əmək müqaviləsindən fərqləndirən birinci cəhət ondan ibarətdir ki, podrat müqaviləsi
üzrə yaradılan əşya (məmulat) onun sifarişçiyə verilməsi anına kimi mülkiyyət hüququ əsasında podratçı-
ya məxsusdur. Podratçı həmin əşya üzərində mülkiyyət hüququ qazanır. Bundan fərqli olaraq əmək müqaviləsi
üzrə işçinin yaratdığı bütün şeylər işverənə (müəssisəyə), yəni işəgötürənə məxsusdur.
kinci fərq ondan ibarətdir ki, podrat müqaviləsi üzrə podratçı işi öz materialları, öz qüvvəsi, əməyi və və-
saiti hesabına icra edir. O, işi öz riski (cavabdehliyi) ilə görür. Görülmüş işin təsadüfi məhv olması və ya zə-
dələnməsi riski sifarişçiyə verilən vaxta kimi podratçının üzərinə düşür (MM-in 772.1-ci maddəsi). Belə halda
podratçı gördüyü işin haqqını almaq ixtiyarından məhrum olur. Əmək müqaviləsi üzrə işləyən işçi isə işverənin
vəsaiti və materialları əsasında əmək prosesində iştirak edir. şçinin gördüyü iş nəticə verməsə də, o, əmək haq-
qı almaqdan məhrum edilmir.
Üçüncüsü, podrat müqaviləsi üzrə podratçı müstəqil təsərrüfat subyekti kimi işin (sifarişin) görülməsi və
nəticəyə nail olunması üsullarının seçilməsində və müəyyən edilməsində sifarişçidən asılı olmur. O, işi şəx-
sən yerinə yetirmək vəzifəsi istisna edilməklə (MM-in 755-ci maddəsi), qalan bütün hallarda müqavilə üzrə öz
vəzifəsini icra etdiyi zaman işin görülməsinə üçüncü şəxsləri də cəlb edə bilər. Müqavilə əlaqələrinin belə
mürəkkəb strukturu podrat müqaviləsi üçün xarakterikdir. Buna görə də bu xüsusiyyətə podrat müqaviləsinin
fərdi, spesifik əlaməti kimi baxılırdı. Əmək müqaviləsi bağlayan işçi isə əmək münasibətlərində olduğu müəssi-
sənin, idarənin və ya təşkilatın ştatına daxil edilir, daxili əmək nizam qaydalarına, əmək qanunvericiliyinə tabe
olur. O, işverənin verdiyi göstərişləri icra etməyə borcludur. Beləliklə, əmək müqaviləsi üzrə işçi öz əmək funk-
siyasını yerinə yetirməklə məşğul olur ki, bu, ixtisas, vəzifə və dərəjə ilə şərtlənir. Podrat müqaviləsi üzrə pod-
ratçı sifarişçiyə münasibətdə müstəqildir; o, özü işi təşkil edir, işin görülmə vaxtını ayrı-ayrı dövrlərə bölür və
s. Şübhəsiz, əmək müqaviləsi üzrə işləyən şəxs belə hüquqlara malik deyil.
Dördüncüsü, əmək münasibətlərinin əmək müqaviləsi vasitəsi ilə tənzimlənməsinin əsas məqsədi əmək pro-
sesini nizamlamaqdan, podrat müqaviləsi üzrə mülki-hüquqi tənzimetmənin başlıja niyyəti isə görülən işdən
müə
yyə
n bir nə
ticə
ə
ldə
etmə
kdə
n və
bu nə
ticə
ni sifariş
çiyə
vermə
kdə
n ibarə
tdir. Bunlardan başqa, göstə-
rilən müqavilələr bir-birindən həm də belə bir cəhəti ilə fərqlənir ki, əmək müqaviləsi üzrə işləyən şəxs işçi ad-
lanır; işçi qismində isə yalnız fiziki şəxslər çıxış edə bilər. Podrat müqaviləsi üzrə işləyən (iş görən) şəxs isə
podratçı adlanır; həm fiziki şəxslər, həm də hüquqi şəxslər podratçı funksiyasını yerinə yetirə bilərlər.