539
Podratçının ikinci əsas vəzifəsi
yerinə
yetirdiyi iş
in nə
ticə
sini sifariş
çiyə verməkdən ibarətdir. Bu vəzifə
podratçının birinci əsas vəzifəsi ilə çox sıx surətdə bağlıdır. şin nəticəsinin sifarişçiyə verilməsi ilə həmin
nəticə üzərində mülkiyyət hüququ sifarişçiyə keçir. Söhbət podratçının hazırladığı məmulatdan gedir. Podrat
müqaviləsində hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi material-
lardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyət hüququnu sifarişçiyə verir (MM-in 752.2-ci maddəsi).
Podratçı yalnız sifarişçinin tapşırığına və müqavilə şərtlərinə uyğun gələn işin nəticəsini sifarişçiyə təq-
dim etmə
yə
borcludur. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etmə-
si qüsurlara bərabər tutulur, bu şərtlə ki, onu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün olmasın (MM-in
762.3-cü maddəsi). Bu halda sifarişçinin ixtiyarı var ki, aşkar edilən qüsurun əmələ gətirdiyi hüquqlardan istifa-
də etsin (MM-in 763, 764, 765, 766-cı maddələri).
Vəzifə daşımaqla bərabər, podratçı həm də hüquqlara malikdir. Onun hazırladığı daşınar əşyaya girov hüqu-
qu (MM-in 757-ci maddəsi), tikinti aparılan torpaq sahəsinə ipoteka hüququ (MM-in 758-ci maddəsi) və digər
hüquqları vardır.
2. Sifariş
çinin ə
sas hüquq və
və
zifə
lə
ri
Podrat müqaviləsi üzrə sifarişçinin birinci əsas vəzifəsi podratçının gördüyü işin nəticəsini qəbul etmək-
də
n ibarətdir. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən, iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetiril-
miş işi qəbul etməyə borcludur (MM-in 770-ci maddəsi).
Sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etməlidir. Sifarişçi işin nəticəsini nəzərdə tutu-
lan müddətdə qəbul etməyə də bilər. Bu halda münasibətlər nejə qaydaya salınır? Qanun həmin hüquqi məsələnin
tənzimlənməsi yolunu da göstərir. Belə ki, sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş
qəbul edilmiş sayılır (MM-in 770-ci maddəsi).
Sifarişçi işin nəticəsini qəbul etməkdən ibarət olan əsas vəzifəsini yerinə yetirməməyə görə məsuliyyət da-
ş
ıyır. Onun yerinə yetirilmiş işi qəbul etməməsi podratçıya ixtiyar verir ki, o, zərərin əvəzinin ödənilməsini
tə
lə
b etsin (MM-in 756.1-ci maddəsi). Analoji hüquqdan podratçı sifarişçi tərəfindən işin yerinə yetirilməsi
üçün zəruri olan hərəkətlərin edilməməsi hallarında (məsələn, təmir üçün podratçıya verdiyi predmetdən istifa-
də qaydalarını ona vermir, verməsini öhdəsinə götürdüyü zəruri materialları podratçıya təqdim etmir və s.) da
istifadə edir. Podratçıya ödənilən zərərin əvəzi hesablanarkən gecikdirmə müddəti, haqqın miqdarı, podratçının
öz iş qüvvəsindən başqa formada istifadə etməsi nəticəsində əldə edə biləjəyi fayda kimi amillər nəzərə alınır.
Sifarişçinin ikinci əsas vəzifəsi onun podratçıya gördüyü işin müqabilində müəyyən edilmiş haqq ödə-
mə
kdə
n ibarətdir. Sifarişçi podratçıya şərtləndirilmiş haqq ödəməyə borcludur (MM-in 753.1-ci maddəsi). Si-
farişçinin bu vəzifəsi onun işin nəticəsini qəbul etmək vəzifəsi ilə yaxın əlaqədədir.
Bir qayda olaraq, sifarişçi yerinə yetirilmiş iş üçün podratçının haqqını iş icra olunub qurtardıqdan sonra
ödəyir. Bu onunla izah olunur ki, sifarişçi yerinə yetirilən işin həcminin, dəyərinin və keyfiyyətinin müqaviləyə,
tapşırığa və smetaya müvafiq olmasını yoxlamaq imkanı qazansın.
Bununla belə, podrat müqaviləsində haqqın hissə-hissə də ödənilməsi nəzərdə tutula bilər. Podrat işlərinin
ə
vəzinin bir hissəsinin qabaqcadan avans kimi ödənilməsi istisna edilmir.
Sifarişçi podrat işləri qurtarana kimi istənilən vaxt
müqavilə
nin icrasından birtə
rə
fli qaydada imtina et-
mək ixtiyarına malikdir. Belə halda sifarişçi icra edilən işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin
ə
vəzini ödəməyə borcludur (MM-in 759.1-ci maddəsi). Bununla belə, bəzən sifarişçi anjaq yerinə yetirilmiş
işin haqqını ödəyir; o, müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini isə ödəməli deyildir. Belə ki, əgər sifarişçi
tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hə-
rəkətlərlə bağlı olan səbəbə görə xitam verilə bilər. Bu zaman podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb
etmək hüququna malikdir, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun (MM-in 759.2-ci maddə-
si). O ki qaldı podratçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna, qeyd etməliyik ki, o, bu hüquq-
dan istifadə edə bilməz. Ona görə ki, sifarişçinin müqaviləni ləğv etməsi podratçının təqsirli əməlləri ilə bağlı-
dır.
Podrat müqaviləsi işlər qurtaranadək podratçının təşəbbüsü ilə xitam verilə bilər. Bunun üçün iki şərtin ol-
ması tələb olunur. Mülki qanunvericilik podrat müqaviləsinə podratçının təşəbbüsü ilə xitam verilməsinin iki
halını fərqləndirir; həmin hallara görə müqavilənin xitam edilməsi eyni yox, müxtəlif hüquqi nəticəyə səbəb
olur. Birinci hal podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən
və
ya hə
min hə
rə
kə
tlə
rlə
bağ
lı olmayan sə
bə
bə
görə xitam verilməsindən ibarətdir. Bu hala misal olaraq pod-
ratçının xroniki xəstəliyə düçar olması, ailə və ya iş vəziyyətinə görə başqa şəhərə köçməsi, podratçı təşkilatın
fəaliyyətinə xitam verilməsi (məsələn, müflisləşməsinə görə və s.) və digərlərini göstərmək olar. Həmin hallara
görə podratçı işlər qurtaranadək müqaviləyə xitam verə bilər, bu şərtlə ki, sifarişçi üçün işlərin başqa şəkildə
bərabər və ya daha əlverişli şərtlərlə görülməsi mümkün olsun. Bu zaman podratçı yerinə yetirilmiş işin haq-