Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə469/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   465   466   467   468   469   470   471   472   ...   490

 

538


tikinti podratı sahəsində tapşırılan işin podratçının şəxsən özü tərəfindən icra edilməsi çətin məsələ sayılır. Belə 

halda baş podrat prinsipi tətbiq edilir. Bu prinsipə görə podratçı ona tapşırılmış işi icra etmək üçün işin görül-

məsinə digər üçüncü şəxsləri də cəlb edir. Bu halda podratçı baş podratçı rolunda çıxış edir, işin yerinə yeti-

rilməsi üçün cəlb edilmiş üçüncü şəxslər isə subpodratçı adlanırlar. Baş podratçı işin ayrı-ayrı komplekslərinin 

görülməsini  müqavilə  əsasında  subpodratçıya  tapşırır.  Bu  cür  müqavilə  subpodrat  müqaviləsi  adlanır.  Sub-

podratçıların öhdəlikləri icra etməməsinə və ya lazımı qaydada icra etməməsinə görə sifarişçi qarşısında onlar 



yox, baş podratçı məsuliyyət daşıyır. Baş podrat prinsipinin mahiyyəti bundan ibarətdir. 

Bununla belə, quraşdırma və xüsusi xarakterli digər işlərin görülməsi ilə əlaqədar olaraq sifarişçi baş podrat-

çının razılığına əsasən üçüncü şəxslərlə (quraşdırma və ya ixtisaslaşdırılmış təşkilatlarla) müqavilə bağlaya bi-

lər. Bu cür müqavilə birbaşa (düzünə) müqavilə adlanır. Birbaşa müqavilələrin bağlanmasında baş podratçı 

iştirak etmir və buna görə də baş podrat prinsipi tətbiq olunmur. 

Səkkizinci tələb ondan ibarətdir ki, podratçı ona tapşırılan işi öz riski ilə (cavabdehliyi ilə) icra edir.  ndi-

ki mülki qanunvericilik riskin iki növünü müəyyənləşdirir (MM-in 772-ci maddəsi). Birinci növ risk müqavilə 

icra olunarkən istifadə olunan materialların, avadanlığın, emal məqsədi üçün veriləəşyaların və ya digər 

ə

mlak növlərinin (taxta, sement, inşaat qurğuları, paltar üçün parça və s.) təsadüfən məhv olması və ya zədələn-



məsi  ilə  bağlıdır.  Bu  cür  risk  üçün  məsuliyyəti  müvafiq  əmlakı  verən  tərəf  daşıyır.  Materialın  təsadüfən 

məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür (MM-in 772.2-ci maddəsi). Bu prin-

sip Roma hüququ ənənəsinə uyğun gəlir. Roma hüququna görə təsadüfi risk üçün mülkiyyətçi məsuliyyət daşı-

yırdı. Roma hüququnun bu qaydası yeni və müasir qanunvericilikdə də saxlanılmışdır. Belə ki, əmlakın təsadü-

fən məhv olması və ya təsadüfən zədələnməsi riski əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tu-

tulmayıbsa, mülkiyyətçinin üzərinə düşür (MM-in 152.10-cu maddəsi). 

kinci növ risk görülmüş işin (işin nəticəsinin) təsadüfən məhv olması və ya zədələnməsi ilə bağlıdır. Bu 

halda görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın nəticəsi sifarişçiyə verildiyi vaxta 



kimi  podratçının  üzərinə  düşür  (MM-in  772.1-ci  maddəsi).  Lakin  işin  nəticəsi  sifarişçiyə  təhvil  verildiyi 

andan podratçı bu cür riskə görə məsuliyyət daşımır.  şin nəticəsinin sifarişçiyə verilməsi ilə eyni vaxtda tə-

sadüfən məhv olma və  ya zədələnmə riski də ona keçir. Sifarişçi işin nəticəsini qəbul etməyi gecikdirə bilər. 

Onda risk barədə məsələ nejə həll olunur? Qanun bu sualı da cavabsız qoymur. Belə ki, sifarişçinin müəyyən 

edilmiş müddətdə işin nəticəsini qəbul etməyərək gecikdirmə halına yol verməsi onu riskə görə məsuliyyətdən 

azad etmir. Ona görə ki, qanun sifarişçinin işin nəticəsini qəbul etməyi gecikdirməsini də işin nəticəsinin veril-

məsinə bərabər tutur (MM-in 772.1-ci maddəsi). Odur ki, sifarişçi işin nəticəsinin qəbul olunmasını gecikdirsə, 

işin nəticəsinin məhv olması və ya zədələnməsi riski onun üzərinə düşür. Qeyd etmək lazımdır ki, risk məsələsi 

podrat və əmək müqavilələrini bir-birindən fərqləndirməyə imkan verir. Bu fərqləndirmənin isə praktika üçün 

böyük əhəmiyyəti vardır. Belə ki, əmək müqaviləsi əsasında görülmüş işin təsadüfən məhv olması zamanı işçi-

nin əmək haqqı saxlanılır. Podrat müqaviləsinə əsasən görülmüş iş isə sifarişçiyə verildiyi vaxtadək təsadüfən 

məhv olarsa, podratçıya podrat haqqı ödənilmir. 

Podratçının icra etməli olduğu əsas vəzifəyə aid doqquzuncu tələb (şərt) ondan ibarətdir ki, o, sifarişçi tərə-

findən ona verilmiş əmlakın salamat saxlanılması üçün zəruri olan bütün tədbirləri görməyə borcludur. Podratçı 

nəinki sifarişçinin ona verdiyi materialların, həm də təmir, yaxşılaşdırma və ya digər işlərin görülməsi üçün si-

farişçinin ona təqdim etdiyi əmlakın salamat saxlanılması üçün məsuliyyət daşıyır. Məsələn, televizorun təmiri, 

paltarın yuyulması, qızıl qırıntılarından zərgərlik məmulatı düzəldilməsi, dərinin rənglənməsi, mebelə yeni üz-

lük çəkilməsi və digər podrat işlərində televizor, paltar, qızıl qırıntıları, dəri, mebel və podratçıya verilən digər 

predmetlər sifarişçinin əmlakı sayılır. Podratçı bu əmlak növlərinə özününkü kimi qayğı və qulluq göstərməli-

dir. O, göstərilən əmlak növlərinin itməsi və ya zədələnməsi ilə nəticələnə biləjək hər cür diqqətsizlik halına gö-

rə cavabdehdir. Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya 

zədələnməsi üçün məsuliyyət daşıyır (MM-in 771-ci maddəsi). 

Podratçının  əsas  vəzifəsi  ilə  bağlı  olan  məsələlərdən  biri  podratçının  hazırladığı  məmulata  qarantiya 



müddəti üzrə öhdəlik götürməsidir (MM-in 774-cü maddəsi). Podratçının hazırladığı məmulat keyfiyyət ba-

rədə müqavilə şərtlərinə uyğun olmalıdır. O, qarantiya müddəti ərzində aşkar edilmiş qüsurlara görə məsuliyyət 

daşıyır.  Belə  ki,  qarantiyanın  qüvvədə  olduğu  müddətdə  aşkar  edilmiş  qüsur  müvafiq  hüquqlar  əmələ  gətirir 

(MM-in 774-cü maddəsi). Belə ki, qarantiya müddəti ərzində məmulatda qüsur müəyyən etdikdə sifarişçinin ix-

tiyarı var ki, göstərilən alternativlərdən birini seçsin: 

 qüsurun aradan qaldırılmasını tələb etmək (MM-in 763.1-ci maddəsi); 



 yeni məmulat hazırlanmasını tələb etmək (MM-in 763.1-ci maddəsi); 

 qüsuru özü aradan qaldırıb, çəkdiyi xərclərin əvəzini ödəməyi tələb etmək (MM-in 764.1-ci maddəsi); 



 qüsura uyğun olaraq haqqın miqdarını azaltmaq




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   465   466   467   468   469   470   471   472   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə