Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə473/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   469   470   471   472   473   474   475   476   ...   490

 

543


Tapşırıq  müqaviləsinin  ikinci  əsas  xüsusiyyəti  ondan  ibarətdir  ki,  bir  az  qabaqda  göstərdiyimiz  kimi,  bu 

müqavilə əsasında  mülki nümayəndəlik münasibətlərindən savayı, həm də öhdəlik hüquq münasibətləri 

ə

mələ gəlir. Bu müqavilə hüquqi və faktiki xidmətlərin göstərilməsi üzrə öhdəliyin yaranmasını şərtləndirir. Bu 

onu ifadə edir ki, bu cür öhdəlik hüquq münasibətlərində obyekt kimi həm faktiki xarakterli, həm də hüquqi xa-

rakterli hərəkətlər çıxış edə bilər. Vəkalət alan ona tapşırılan əqdləri, işləri və ya digər xidmətləri icra edir 

(MM-in 777.1-ci maddəsi). Söhbət burada hüquqi xarakterli əqdlərdən, faktiki hərəkətin növü olan işlərdən və 

xidmətlərdən gedir. 

Tapşırıq müqaviləsinin üçüncü xüsusiyyəti ondan ibarətdir ki, bu müqavilədə tərəf rolunda çıxış edən vəka-

lət  alanın  fəaliyyəti  qeyri-maddi  xarakterli  vasitəçilik  funksiyasının  yerinə  yetirilməsinə    yönəlir.  Vəkalət 

alan həm də nəzərdə tutulan müsbət nəticəyə nail olunmasına qarantiya və zəmanət vermir. O, tapşırığı konkret 

nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (MM-in 777.1-ci maddəsi). 

Tapşırıq müqaviləsinin dördüncü xüsusiyyəti ondan ibarətdir ki, o, fidusiar xarakterli müqavilə növünə 

ş

amil edilir (latınja «fides» - etibar). Bu müqavilə onu bağlayan vətəndaşların bir-birinə qarşılıqlı etimad gös-



tərmələrinə, etibar etmələrinə əsaslanır və şəxsi xarakter daşıyır. Belə ki, vəkalət verənlə vəkalət alan ara-

sında qarşılıqlı münasibətlərə şəxsi etibar elementi xasdır. Ona görə də bu münasibətlərin şəxsi-etimad xarakte-

rinin itirilməsi tərəflərin hər ikisinə ixtiyar verir ki, onlar heç bir dəlil-səbəb və arqument gətirmədən müqa-

viləni  pozsunlar.  Belə  ki,  tapşırıq  müqaviləsinin  hər  bir  iştirakçısı  istənilən  vaxt  müqaviləni  ləğv  edə  bilər 

(MM-in 786.1-ci maddəsi). Qeyd etməliyik ki, etimad (etibar) hər bir əqdin vacib və zəruri elementi sayılır. La-

kin elə əqdlər vardır ki, həmin əqdlərin mahiyyəti onların iştirakçılarının bir-birinə qarşılıqlı etibar etmələrindən 

ibarətdir; bu səbəbdən onlar fidusiar əqdlər adlanır; tapşırıq müqaviləsi məhz belə əqdlərdən biridir. 



§ 2. Tapşırıq müqaviləsinin elementləri 

1. Tərəflə

Tapşırıq müqaviləsində iki tərəf iştirak edir: 

 vəkalət verən; 



 vəkalət alan. 

Vəkalət verən təmsil olunan, vəkalət alan isə nümayəndədir. Tapşırıq müqaviləsinin əsas funksiyası da bu iki 

müqavilə iştirakçısı arasındakı münasibətləri tənzimləməkdən və qaydaya salmaqdan ibarətdir. Roma hüququ və-

kalət verəni «mandant», vəkalət alanı isə «mandatari (prokurator)» adlandırırdı. 

Tapşırıq müqaviləsinin subyekt tərkibi bu müqavilənin növü ilə şərtlənir Əgər tapşırıq müqaviləsi ümumi 



mülki münasibətləri tənzimləyirsə, bu cür müqavilədə istənilən hər hansı hüquqi və fiziki şəxsin həm vəka-

lət verən, həm vəkalət alan rolunda çıxış etməsi istisna olunmur. Özü də buradaca dərhal qeyd etməliyik ki, 

yalnız tam mülki fəaliyyət qabiliyyətli vətəndaşlar bu müqavilənin bağlanmasında tərəf qismində iştirak edə bi-

lərlər. Başqa sözlə desək, tapşırıq müqaviləsini bağlamaq üçün həm vəkalət alanın, həm də vəkalət verənin tam 

mülki fəaliyyət qabiliyyətinə malik olmaları tələb olunur. Müqavilənin predmeti faktiki hərəkətlər olduqda on-

ların tam fəaliyyət qabiliyyətinə malik olmaları tələb edilmir. Ona görə ki, faktiki hərəkətlər qeyri-əqd tipli hə-

rəkətlərdir. Belə hərəkətlərin edilməsi üçün isə vəkalət alan şəxsin tam mülki fəaliyyət qabiliyyətinə malik ol-

ması tələb edilmir. Məsələn, şəxs öz yaxın qohumuna tapşırır ki, o, evdəki paltarları camaşırxanada yudurtsun; 

bu zaman vəkalət alan şəxsin tam mülki fəaliyyət qabiliyyətinə malik olması tələb edilmir. Amma hüquqi hərə-

kətlər əqd tipli hərəkətlərdir (məsələn, müqavilə bağlamaq və s.); əqd bağlamaq qabiliyyəti isə mülki fəaliyyət 

qabiliyyətinin məjburi elementlərindən biridir. Odur ki, şəxs əqd bağlayarsa, o, tam mülki fəaliyyət qabiliyyəti-

nə malik olmalıdır. 

Kommersiya nümayəndəliyi münasibətlərini tənzimləyən tapşırıq müqaviləsinə  gəldikdə isə onu demək 

lazımdır ki, bu növ müqavilə üzrə vəkalət alan tərəf rolunda kommersiya nümayəndəsi (sahibkarları daimi və 

müstəqil surətdə təmsil edən şəxs) çıxış edə bilər (MM-in 361-ci maddəsi). Kommersiya nümayəndəsi dedikdə 

sahibkarlıq statusuna malik olan vətəndaşlar və kommersiya təşkilatları başa düşülür. Belə çıxır ki, kom-

mersiya nümayəndəliyi  münasibətlərini rəsmiləşdirən tapşırıq müqaviləsi üzrə vəkalət alan qismində  yalnız sa-

hibkar vətəndaşlar və kommersiya təşkilatları iştirak edə bilərlər. Qeyri-kommersiya təşkilatlarının və qeyri-sahib-

kar vətəndaşların bu müqavilə üzrə kommersiya nümayəndəsi (vəkalət alan) kimi iştirak etmələri istisna olunur. 

Hakimiyyət funksiyasını həyata keçirən və mülki hüququn xüsusi subyekti sayılan dövlətin tapşırıq müqa-

viləsinin bağlanmasında iştirakına gəldikdə isə deyə bilərik ki, onun bu müqavilənin iştirakçısı olmaq imkanı 

istisna edilmir. Hüquq ədəbiyyatında dövlətin tapşırıq müqaviləsinin bağlanmasında çıxış etməsinin mümkün-

lüyü fikri söylənilir. Məlum məsələdir ki, dövlət mülki (əmlak) dövriyyədə özü çıxış etmir. Onu mülki hüquq 

münasibətlərində müxtəlif mərkəzi icra hakimiyyət orqanları – Maliyyə Nazirliyi, Mərkəzi Bank və digər or-

qanlar təmsil edir. Məsələn, Mərkəzi Bank Azərbaycan dövləti adından ödənişlər haqqında sazişlər və ya başqa 

kontraktlar bağlaya bilər. 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   469   470   471   472   473   474   475   476   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə