Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə42/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

İnformasiya sistemləri menecmenti
 
140 
Dövlət idarəetmə orqanlarında da AİS böyük rol 
oynayır. Belə  təşkilatlar üçün iqtisadi səmərəliliyin qiymət-
ləndirilməsi həqiqətən qeyri-mümkündür. Bu cür təşkilatlarda 
AİS-in tətbiqi və istifadəsinin səmərəliliyi ehtiyatın – iş 
vaxtının,  əməkhaqqının qənaəti və ya informasiya hazırlan-
masının sürətinin  yüksəlməsi, nöqsanların sayının azalması 
kimi qiymətləndirilir. Lakin çox zaman əmək ehtiyatının, 
əməkhaqqı fondunun qənaəti əldə edilmir. İş ondadır ki, AİS-
in tətbiqi zamanı ya yeni vəzifələr yaranır,  ya  da  ehtiyatın  
(vaxtın və ya əməkdaşların) kifayət qədər olmadığına görə 
əvvəllər həlli mümkün olmayan vəzifələrin həyata keçirilməsi 
üçün menecment yeni imkanlar əldə edir. 
İS-in maliyyəsi və onun iqtisadi səmərəliliyi məsələ-
lərinə qiymət verərkən mütəxəssislər üç əsas istiqamətə 
əsaslanır: 

 
Ənənəvi texnologiyalarla müqayisədə  İT-ın isti-
fadəsinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi. Bu halda 
səmərəlilik maliyyə  və  əmək ehtiyatının qənaətindən  əldə 
olunan səmərə kimi qiymətləndirilir.  

 
Şirkətin AİS-nə  və onun yaradılmasına inves-
tisiyaların səmərəliliyinin qiymətləndirilməsi. Bu halda layi-
həyə qoyulan xərclərin çıxarılması (geri dönməsi) məsələsi 
böyük  əhəmiyyət kəsb edir. İS-in yaradılması, tətbiqi və 
istifadəsinə qoyulan xərclərin səviyyəsi qiymətləndirilir. Gəlir 
şirkətin fəaliyyətinin bütün növləri üzrə qiymətləndirilir. 

 
İS-in  əldə olunmasının ümumi dəyərinin qiymət-
ləndirilməsi (Total coast of Ownership). Bu istiqamət araş-
dırılır və  İS-in istismarı  və istifadəsinə  şirkət tərəfindən 
çəkilən xərclərin səviyyəsinə  təsir göstərən bütün amillər 
əsaslı təhlil edilir. 
İnvestisiyanın səmərəliliyinin və informasiya sisteminin 
dəyərinin müəyyən olunması prosesinin (ilkin və yekun 
dəyərin) təhlilində aşağıdakı məsələlər əsas tutulur: 


İnformasiya sistemləri menecmenti
 
141 

 
informasiya texnologiyalarına investisiyalar haq-
qında qərarlar gözlənilən iqtisadi səmərə, risk və  xərclərlə 
müəyyən edilən iqtisadi məqsədəuyğunluqdan çıxış edərək 
qəbul edilir; 

 
xərclərin artması  əməkdaşların və ümumilikdə  İS-in 
işinin səmərəliliyinin yüksəlməsinə gətirib çıxarır; 

 
həddindən artıq qənaət boşdayanma vaxtının və 
texniki dəstək üçün müraciətlərin sayının artmasına gətirir; 

 
əgər  İS-in  şirkətin fəaliyyətinin  iqtisadi və maliyyə 
nəticlərinə bilavasitə təsiri yoxdursa, onda İS-in fəaliyyətinin 
səmərəliliyi ortasahəli  İS-nə  xərclənən vəsaitlərin  müqayisə 
olunması ilə qiymətləndirilir.  
 
9.2. İS-in iqtisadi səmərəliliyinin statistik 
qiymətləndirilməsi 
 
İS-in iqtisadi səmərəliliyinin statistik qiymətləndirilməsi 
digər üsullardan xeyli əvvəl yaranmışdır. İS-in iqtisadi səmə-
rəliliyinin qiymətləndirilməsinin birinci istiqaməti çərçi-
vəsində  iş vaxtının qənaətinə,  əməkhaqqı fonduna, informa-
siyanın işlənib hazırlanmasında nöqsanların azaldılması ilə 
bağlı olan ümumi istehsal xərclərinin azaldılmasına baxılır. 
AİS-in tətbiqindən  əldə olunan iqtisadi səmərəlilik qısa 
müddətə (adətən 1 il) qiymətləndirilir. Bu zaman aşağıdakılar 
nəzərə alınmır: 

 
şirkətin ümumi istehsal fəaliyyətinin nəticələri; 

 
informasiya komplekslərinin iş vaxtının real struk-
turu; 

 
ekzogen (xarici) iqtisadi göstəricilərin (inflyasiya, 
əməkhaqqının səviyyəsinin artması, sahənin inkişaf sürəti və 
s.) dinamikası. 
Nəticədə iqtisadi səmərəliliyin qiymətləndirilməsinin 
hazırkı istiqamətini (metodunu) statik adlandırırlar. Bu meto-


İnformasiya sistemləri menecmenti
 
142 
dun çərçivəsində  səmərəliliyin mütləq və nisbi göstəriciləri 
fərqləndirilir. 
Statik qiymətləndirmə metodu üçün iqtisadi 
səmərəliliyin əsas göstəriciləri aşağıdakılardır: 
 

 
AİS-in istifadəsindən əldə olunan iqtisadi səmərə: 
İ
s
 = İ
m
 – N
k
 * M
x
 

 
İS-nə qoyulan xərclərin çıxarılması  müddəti: 
X
ç
  = M
x
/ İ


 
Nisbi iqtisadi səmərə: 
N
is
 = İ
s
/İ

 
Burada:  İ
m
 – AİS-in fəaliyyətinin iqtisadi nəticələri; 
M
x
 - AİS-in yaradılması  və  fəaliyyətinin təşkilinə qoyulan 
əsaslı xərclər; N
k
 - sahə üzrə normalaşdırılmış əmsal; İ
S
 – illik 
iqtisadi səmərə;  X
Ç
 - layihəyə qoyulan xərclərin çıxarılması 
müddəti. 
AİS-in növündən və  şirkətin  İM-in vəzifələrindən asılı 
olaraq, iqtisadi səmərəliliyin qiymətləndirilməsinin göstəri-
ciləri fərqlənə bilər. Məsələn, belə göstərici kimi İG – iqtisadi 
rentabellik çıxış edə bilər.  İG aşağıdakı düstur ilə müəyyən 
edilir: 
İG= İ

/ M

Adətən, iqtisadi səmərənin müəyyən edilməsi  ənənəvi 
texnologiyalarla (və ya əvvəlki İS-lə) müqayisədə informasiya 
axınının işlənib hazırlanması üçün sərf edilən iş vaxtının və 
nəticədə,  əmək ehtiyatının müqayisəsi yolu ilə  həyata 
keçirilir.  İS-in tətbiq edilməsinin səmərəliliyi informasiyanın 
işlənib hazırlanması sürətinin (bir nəfər tərəfindən görülən iş 
həcminin) artması hesabına  əməkdaşların sayının (ştat 
vahidinin) ixtisarı  əsasında müəyyən edilir. İS-in tətbiq 
edilməsinin səmərəliliyi informasiya axınının dəyişilməsi və 
nəticədə, informasiyaya nəzarət və informasiyanın işlənib 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə