_______________ Milli Kitabxana _______________
160
Başında gəzdirirsən, yük olar qızıl sənə,
Aparar səni, ayaq bassan üzəngisinə.
Qızılı heç almamaq verməkdən xeyirlidir,
Çünki qızılı vermək can verməyə bənzəyir.
Qızılı aldığın vaxt sənə tamah verirlər,
Qızıl əldən gedəndə qəlbə rahatlıq gələr...
Nə qədər yığsan belə, əldən çıxacaq tez-gec,
Canın rahat olmazmı qızıl yığmayasan heç?
Qızıl yığmaq dərd verir, baş ağardır səfratək,
1695
Onu meyvətək yeyib, dərdi dağıtmaq gərək.
Gündoğandan yayılmış qızıl butün cahana.
Fəqət günbatan zəri deyib cahillər ona.
Səxavətə düşməndir həm Qərb, həm də Qərb əhli,
Şərq ilə Şərq əhlisə səxavətin məşəli.
Şərqin sultanı Günəş nə verirsə hər səhər,
Axşamüstü Qərb alar, dilənçitək dilənər.
Quşların qol-qüvvəti yalnız qanadlarında,
Yaltaqların qüdrəti qızıl adlı varında.
Dəməşqin məhəngilə eşqin tərəzisində,
1700
Rum qızılı yoxlanıb xalislik bildirsə də.
Gözlər qamaşdırsa da, başına kül tök onun,
Çoxu qurbanı olmuş aldadıcı altunun.
Qızıl kimin başından qapmayıb papağını,
Kimin qulyabanıtək kəsməyib qabağını?
_______________ Milli Kitabxana _______________
161
XAİN SOFU İLƏ HACININ DASTANI
Bir Kəbə mübtəlası hazırlaşdı səfərə,
Öyrənib bələd oldu qaydalara, dəblərə.
Ehtiyacından artıq bir az qızılı vardı,
Öz halal dinarını kisəsində saxlardı.
Düşündü: filan sofu əl çəkibdir dünyadan,
1705
Tanrı bəndəsidir o, azdır bu cür düz adam.
Ürəyimə damıb ki, dəyanət də ondadır,
Qoy verim zəri, deyim: əmanət də ondadır.
Bu niyyətlə sofuya o baş çəkdi bir gecə,
Kisəsini əmanət verdi ona gizlicə.
- Yaxşı saxla bu sirri, - tapşırdı dönə-dönə,
Qayıdaram, kisəni yenə verərsən mənə.
Xacə səfərə çıxdı, düşdü yolun ağına,
Şeyx də sərin qızılı basdı yanan bağrma.
Titrəyirdi ürəyi neçə illərdən bəri,
1710
Bu qızılın sapsarı şöləsindən ötəri.
- İşlərimi bununla düzəldərəm! - söylədi,
Yolunu gözlədiyim xəzinəm əlimdədi.
Tanrının mənə bir az gec verdiyi neməti,
Gərək tez ötürüm ki, qaçırmayım fürsəti.
Kisənin boğazından ilgəyi açdı səfil,
Neçə gecə kef çəkib, şadlıqdan uçdu sofu.
Yaxasına keçirdi qızıl dolu kisəni,
- Göbəyimin üstündə görüm, - dedi, - qoy səni.
_______________ Milli Kitabxana _______________
162
Cingildətdi pulları, bu səsdən xumar oldu,
1715
Gözəllərin saçları boynunda zünnar oldu.
Heyhat, parçalanınca şeyxin dərviş xirqəsi,
Zövqün yerini tutdu günah, qəm düşüncəsi.
Sofu elə yedi ki, əlinə düşən ovu,
Çırağı da bir gilə yağın möhtacı oldu.
Bizim hacı elə ki, Kəbədən geri döndü,
Öz hindlisi önündə bir Türk kimi göründü.
- Gətir, ey zahid! - dedi, - gətir görək bir onu.
Zahid soruşdu: - Nəyi? Hacı dedi: - Altunu!
Sofu işarə qıldı: - Sus, lütf elə bir qədər,
1720
Xaraba kənddən axı kim xərac ala bilər?
Sağlığına qızılı sərf elədim bazara,
Mənimtək müflis hara, dinar kisəsi hara?
Türk ki yəğma elədi, kim dayanar önündə?
Evini hindli qula ismarlar hansı bəndə?
Belimi qırdı mənim o rükni qızılların,
Dözə bilmədim, yedim, boynumdadır vəbalın.
Min bir sevinc içində sofu malı yemişdi,
Min bir göz yaşı töküb üzr istəyirdi indi.
- Kərəm eylə, lütf qıl, yaman peşman olmuşam,
1725
Kafər idim, dönmüşəm, bir müsəlman olmuşam.
Cahanın təbiəti min fəsada boyludur,
Bir fəsad da yarandı, təkcə mənimmi qüsur?
_______________ Milli Kitabxana _______________
163
Hacıdakı mərhəmət qopartdı bir qiyamət:
"Əfv et, önündə dərviş ayaq üstə durub pərt!"
Demək, Tanrıya çatdı Tanrının verdikləri,
Zəhməti zərgər çəkər, zəri qapar müştəri.
Öyüd verdi özünə: - Azca təsəllimiz var,
Dərvişin heç nəyi yox... Heçdən nə almaq olar?
Bir arpası da yox ki, tutub alam əlindən,
1730
Çarəm nədir? Taleyə boyun əyməliyəm mən.
Sofünun boğazından keçən o maldan qalan,
Başı halqalı "Mim"lə kufi "Əlif'dir, inan.
Əfv olunmaq istəsən, ey Şeyx, qulaq as mənə:
Haramın olanları halal edimmi sənə?
Neştər batır nəfsinə, ey fələktək saxtakar,
Ac gözlü, qısa yenli, uzun əlli tamahkar!
Heç bir ürək nəfsdən, tamahdan ayrı deyil,
Vəfalı, etibarlı kişi yoxdur, bunu bil!
Din - əyarı qızıldır, vermə onu şeytana,
1735
Fəğfurun şərəfini layiq görmə səgbana.
Dini şeytana versən, cəzanı sən çəkərsən,
Müflisə verilən mal geri dönməz yenidən.
Dünya pislik yurdudur, axirət qazancıyıq,
Tutub din ətəyindən bir guşə tap, ey yazıq!
Bu yolların bəkçisi - yağmaçı quldurbaşı,
Burda müflis zəngindən, yoxsul varlıdan yaxşı.
_______________ Milli Kitabxana _______________
164
Müflislərə toxunmur bu fələyin tilsimi,
Yalnız möhtəşəmlərin qırır qafiləsini.
Bu vəfasız dünyadan könlüm bir az halıdır,
1740
Arını məhv eyləyən öz şəhdi, öz balıdır.
Tamah salan varmı heç acı aslan ətinə?
Öləndə qurd-quş belə toxunmaz cəsədinə.
Ayaq üstə duran şam xonçada, başda gəzər,
Bədirlənmək istəyən Ay incələr, əksilər.
Torpaqla qurd dostluğu eləyir daim külək,
Özü yüngül, əli boş, heç nə itirməyəcək.
Göl quşları bilir ki, balıqların bəlası,
Gümüş pullarındadır, pullar ovun aynası.
Sənin diləklərinin tərəzisi olan zər,
1745
Beş rükət namazının fatihəsinə bənzər.
Əgər Nizami kimi sən pak ola bilməsən,
Bu arzu yollarında çətin kama yetəsən.
On dördüncü söhbət
QƏFLƏTDƏN OYANMA ŞƏRTLƏRİ
Ey qəflət yuxusunda xoşbəxt uyuyan xumar!
Yeyən, içən eşşəkdən, öküzdən fərqinmi var?
Xəbərsizsən aləmin bu mavi günbəzindən,
Dövr eyləyən günəşdən, göylərin mərkəzindən.
Sirri dərk edir ancaq nəzər əhli başbilən,
Nadanın nə ilgisi dövrün keşməkeşiylən?!
Dostları ilə paylaş: |