Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   30   31   32   33   34   35   36   37   ...   63

_______________ Milli Kitabxana _______________ 
141 
 
Niqab örtdü, yaşmdı əqlin gözləri məndən.  
Xərabatin özü də xarab oldu əlimdən. 
 
Bu dünya darlığından qurtula bilsəydim, ah!  
Ətəyimdən ləkəni bir silə bilsəydim, ah! 
 
Qəzadan deyilmi bu? Mən hara, bu "Lat" hara?  
Mübarək məscid hara, viran xərabat hara? 
 
Bir gənc pərdə dalından dinləyərək zahidi,  
1465
       Təmiz, pak nəfəsindən od saçaraq söylədi: 
 
- De, qəzadan sənə nə? Sənintək yüz min gəda,  
Qəzanın nəzərində dəyməz bir arpaya da. 
 
Tövbə qapısına gəl, təmizlə günahını,  
Başqa hədyan söyləmə, seç Tanrı dərgahını! 
 
Üzr istəyib, tövbə qıl, keçərlər günahından,  
Qolu bağlı gedərsən yoxsa ora bir zaman. 
 
Çöldə ot otladığın, yatdığın yetər artıq,  
Bir az da fələklərin yaşıl bağçasına çıx. 
 
Ayıltmasa göy səni çəkil, hicra guşəyə,  
1470
        Bir azca azuqə yığ o dünyaya köçməyə. 
 
Qanlı yaşlar tökməyin, axı nə mənası var?  
Çoxdan gəbərib gedib sağlığında yatanlar. 
 
Səni yuxu sərsəmi görən "Şəfəq sahibi",  
Yayınacaq gözündən, endirəcək niqabı. 
 
Fələk köçü yüklədi, qalx, ey Nizami, oyan!  
Kimdir bu gecə yarı ayağını bağlayan? 
 
  


_______________ Milli Kitabxana _______________ 
142 
 
       Onuncu söhbət 
 
DÜNYANIN SONU HAQQINDA 
 
Ey fələk, bu hərlənmək nə vaxtacan sürəcək?  
Bu nə zülmdür? Ey Yer, yavaş, aram ol görək. 
 
Hər gecənin sonunda axı, səhər açılar,  
1475
       Hər yoxuşun sonunda axı, bir eniş də var. 
 
Əsib yerin layları, titrəyir neçin, nədən,  
"Qiyamət zəlzələsi dəhşətdir" ayəsindən. 
 
Zəlzələdən çökürsə yaralı Yer kürəsi,  
Fələk zəncirlərinin çürüməzmi həlqəsi? 
 
Sökülür qəlpə-qəlpə Yer kürəsi - yanar dağ,  
Qırır zəncirlərini zəncir divanəsi, bax. 
 
Qopub düşür göylərin göy qurşağı, kəməri,  
Kimlə yarışacaq Yer boş görəndə göyləri? 
 
Ey fələk, ələk-vələk kainat kimə gərək?  
1480
       Bu qiyamət, bu dəhşət nə vaxtacan sürəcək? 
 
Nə sübhün ətri qalıb, nə qürub ərğəvanı,  
Nə bu yerlərin topu, nə göylərin çövkanı. 
 
Yerlər qalxır göylərə, matəm havası çalır,  
Ətəyini qaldırıb, göy də yerə alçalır. 
 
Marığa yatmış fələk çıxır pusqu yerindən,  
Qoparır bu aləmi oxundan, mehvərindən. 
 
Qoca fələk yüz yerdən yırtır öz xirqəsini,  
Torpaq inci düzümlü ipini, riştəsini. 


_______________ Milli Kitabxana _______________ 
143 
 
Göylər enirkən yerə, yerlər də qalxır göyə,  
1485
       Alt-üst olur kainat, tamam dönür heçliyə. 
 
İnsan adlı bəladan xilas olur göylə yer,  
Hər ikisi insanın tozundan təmizlənir. 
 
Göylər insan işilə bir də uğraşmayacaq,  
Yerlər insan məkrindən tamam uzaqlaşır, bax! 
 
Ulduzlar xəcalətli, ulduzlar ələk-vələk,  
Bircə ovuc torpağa nə vaxtacan baş əyək? 
 
Həlqələnib, qıvrılıb, işi bitirib fələk
Son qisməti son anda bir çimdik torpaq yemək. 
 
Ey dünyanın bağrını qan edən, fəğan edən,  
1490
      Heç varmı səndən savay onu bunca incidən? 
 
Qəm küpünün içinə bu torpaq necə doldu?  
Ətrafının rəngi də matəm yaşılı oldu. 
 
Siz ki, çərxin önündə bu qədər məğmun, aciz,  
Qəm küpünü torpaqdan nə cür təmizlərsiniz? 
 
Yuyun ətəyinizi barı yeddi nəhr ilə,  
Dumanlı çevrənizi qumla, qum sellərilə. 
 
Alın çərxin əlindən ulduzlar xirqəsini,  
Damğalayın qapqara xətlə Yer kürəsini. 
 
Fələklərin sürətlə hirslə hərlənməsindən,  
1495
       Necə, bəla gələcək Yerin başına, bilsən! 
 
Göydə yanan, partlayan, batıb gedən hər nə var,  
Yer üçün bir nümunə, bir timsaldı apaşkar. 
 
Partlayıb dağılan baş, görün, necə məhv olur,  
Yer kürəsi eləcə kültək göyə sovrulur. 
 


_______________ Milli Kitabxana _______________ 
144 
 
Bu mişk rəngli sədəf- göy bizə düşmən imiş, ah!  
Gözləri ulduz-ulduz, özü yırtıcı timsah. 
 
Yox, bu dənizdən çıxan dürrün sədəfi deyil,  
Mərifət mədəninin daş-qaşı da deyil, bil. 
 
O sədəfin sirrini kim bilsə, beyni donar,  
1500
       Zümrüd görmüş ilantək kor olar, gözsüz qalar. 
 
O sədəfdə nə işıq, nə göz nuru ara, gəz,  
Min-min gözü olsa da, heç biri heç nə görməz. 
 
Bilirəm, bəyənmirsən ölümün haqq yolunu,  
Özgələrin gözüylə çünki görmüsən onu. 
 
Vaxtdır, öz ayağına zəhmət verib tələs sən,  
Özgənin ayağıyla mənzil kəsə bilməzsən. 
 
Zorun, zərin gücünə Bəhram göyə çıxsa da,  
Korun qisməti gordu, bir məzardı axırda. 
 
Bu qəbrin qapısını bağlamaq olmaz, olmaz!  
1505
       Bu damın bacasından boylanmaq olmaz, olmaz! 
 
Sən bu dustaq evində səbr et, döz iztiraba,  
Pəncərəni, qapını şaşqınlar kimi qapa. 
 
Nə vaxtacan fələkdən bəhs edəcəksən, yetər,  
Kül qoy onun başına, yelbeyinmiş nə qədər! 
 
Kəhkəşanı, səmanı az qarğa, az söy barı,  
Bir arpaya da dəyməz bu saman oğruları. 
 
Aş bu mavi günbəzi, o qədər yüksəl ki, sən,  
Boynunu dar həlqədən xilas edə biləsən. 
 
Teldən nazik fəhm də, sapdan zərif xəyal da,  
1510
      Çərxin incə yolunu acizdir anlamaqda. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə