Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   29   30   31   32   33   34   35   36   ...   63

_______________ Milli Kitabxana _______________ 
136 
 
Tülkü bu qoca qurdu yatmış görüb yumşaldı,  
Yerə qoydu başını, o da uyğuya daldı. 
 
Tülkünü yatmış görüb fürsət tapdı cibkəsən,  
Çaldı pul kisəsini. Getdi, itdi nəzərdən. 
 
Keşikdə duranların qorxuludur yatmağı,  
Ya başı əldən gedər, ya başından papağı. 
 
Uyuyacaq yer deyil dünya, oyan, Nizami!  
1405
       Hər şeyi etməyin çoxdan çatıb məqamı. 
 
Doqquzuncu söhbət 
 
DÜNYA QAYĞILARINDAN QURTULMA BƏHSİ 
 
Ey vüsal gecəsindən daha əziz, mehriban,  
Sübhün bayrağı kimi çevik kölgəli insan! 
 
Nə vaxtacan kölgətək qəmgin görünəcəksən?  
Qalx ki, yürü ki, bayraq gözəlləşir yürürkən. 
 
Yola çıxan soltanlar öncə yükünü yollar,  
Özündən öndə gedər karvanı qatar-qatar. 
 
Sultan isən, çıx yola, səfər vaxtıdır artıq,  
Yol üçün yemək götür, dəyərli azuqə yığ. 
 
Özün yola çıxmamış göndər getsin yükünü,  
1410
      Bu gün başla sabahkı ruzu tədarükünü. 
 
Bal arısı sabahı - uzağı gördüyündən,  
Şanlarını doldurur balla elə bu gündən. 
 
Baxın, savaş səfində hər qarışqa - qəhrəman,  
Sabahını düşünüb, yem daşıyır durmadan. 


_______________ Milli Kitabxana _______________ 
137 
 
Aqil insan oğlu da, kor deyilsə gözləri,  
Qarışqadan, arıdan gərək qalmasın geri. 
 
Səfa görmək istəyən zəhmətə arxalanar,  
Yayda ruzu yığanlar, qışda rahat dolanar. 
 
Nə sən bilirsən, nə mən, qananlar bilir bunu,  
1415 
      Öz borcunu verməyin əvəzsiz olduğunu. 
 
Heyif ki, aqibəti düşündürmür heç kəsi,  
Yalnız bir anlıq olur çoxunun düşüncəsi. 
 
Fələklərdən ucadır əslində məqamımız!  
Aqibəti düşünmək - yüksəliş imkanımız! 
 
Öz sonunu düşünmək imkanımız var bizim,  
Başqa xilqətlərə bu, qismət deyil, əzizim. 
 
Sevgi, həyat nəşəsi şirin olsa da candan,  
Aqibəti düşünmək ondan da xoşdur, inan. 
 
Biz ki, əzəl binadan vaqifik könüllərə,  
1420
       Torpaqdan yaransaq da, sahibik bir gövhərə. 
 
Bu gəlişdən, gedişdən tək bizik xəbər tutan,  
Qalır yaddaşımızda hərəsindən bir nişan. 
 
Biz ki, doqquz fələyin dərs aldıq məktəbində,  
Əbcədini oxuduq bizim yer lövhəsində. 
 
Heç kəs damğalanmayıb bu dağla bizdən erkən,  
Bu bağın ilk nübarı bircə sənsən, bir də mən. 
 
O gün ki torpağım töküb də, islatdılar,  
Bir az iksir atdılar, can mayası qatdılar. 
 
Torpağın göz yaşıyla, qan ilə yoğrulsa da,  
1425
       Neçə xəzinə yatır, bilsən, onun altında! 


_______________ Milli Kitabxana _______________ 
138 
 
Tanrının yoğurduğu bu torpağı tanı sən,  
Şükür qıl, ey naşükür, ən ulu zirvədəsən. 
 
Dərk elə mövqeyini, səfərinin səmtini,  
Hardan gəlir bu yollar, hara aparır səni? 
 
Bu səfərə çıxarkən nəydi fikrin, niyyətin?  
Bu səfərdən dönməyin nədir sirri, hikməti? 
 
Bu aləmə gəlməmiş, hələ lövbər salmamış,  
Bizim bu dağılmışda hələ məskun olmamış. 
 
Sən əzəli aləmin dolaşırdın fövqündə,  
1430
       Hüma səadətinə çatdın Həməl bürcündə! 
 
Onda sənin eşqinin uçuş meydanı hədsiz,  
Əbədiyyət yolun da sonsuzdu, ey xəbərsiz! 
 
Enmək istədin yerə, göydə acizmi qaldın?  
Bu torpağa, bu suya sərin kölgəni saldın. 
 
Günəşin ətəyini ayağının altına, 
Dartıb çəkirsən hərdən, dünya dar gəlir sana. 
 
Bəzən tək yaşamağı üstün tutursan artıq,  
Qayıtmaq sevdasına düşməyin də bir anlıq. 
 
Tərəddüd içindəsən. Özgə hansı işin var?  
1435
      Bircə ipin üstündə tuta bilmirsən qərar. 
 
Səxavət meydanında lütf saçan müflissən,  
Bu varlıq aləmində köhnə sənsən, tazə sən. 
 
Yavrusunu öldürən anadan əl çək, yetər!  
Ata öyüdlərinə qulaq ver, ey bixəbər. 
 


_______________ Milli Kitabxana _______________ 
139 
 
Ey sadə insan oğlu, dədənə bax, dədənə,  
Gör neylədi? Dədənin yolu "Gəl!" deyir sənə. 
 
Qoy burda əyləşənlər dinclik gözləməsinlər,  
Bekar keçən ömür-gün hədər deyilmi məgər? 
 
Hədər keçən günləri nə cür qaytarmaq geri?  
1440
       Səcdə qılıb, baş əyib öpməliyik bu yeri! 
 
Biz ki, qara gildənik, hardandır ağ gün bizə?  
Necə şadlanasan ki, şadlıq olub möcüzə! 
 
Məgər varmı fələyin xoşbəxt etdiyi adam?  
Varsa, nə sənsən, nə mən. Əl çək belə xülyadan. 
 
Biz dünyaya gəldik ki, kədər duyaq, qəm yeyək,  
Gəlmədik ki, nitq edək, axşam-səhər zəvzəyək! 
 
Bu dünya dedikləri alğı-satqıymış, inan,  
Bircə düzlük görmədim burda başdan-binadan. 
 
Gələndə rəngin neçin şərab kimi qızardı?  
1445   
    Gəlməyin arxasınca çün bir getmək də vardı! 
 
Nə vaxtacan sürəcək bu hicranlar, görüşlər,  
İstəmədən gəlişlər, istəmədən gedişlər? 
 
Görün, hansı şübhələr könüldən gəldi, keçdi,  
Yoxluğumuz bir yana, varlığımız da heçdi. 
 
Uçma, axı cahana yavaş-yavaş gəlmisən,  
Tələsmə, bu həyata gecikmisən axı, sən. 
 
Vaxt çatıb... zəng çalınar, bizim köç də başlanar,  
Sikkəmizlə ən yeni axçalar naxışlanar. 
 


_______________ Milli Kitabxana _______________ 
140 
 
Çürümüş, köhnə gilə tazə bir can verərlər,  
1450
       Dağılmış parçaları yenə birləşdirərlər. 
 
Ey bugünkü halından utanıb qızarmayan!  
Fikirləş öz sonunu, barı o gündən utan! 
 
Bu səhranın köhləni təkcə dindir, yalnız din,  
Yalnız odur çarəsi bu qədər müşküllərin. 
 
Bizi qarşıda gözlər nə qədər möhnət, kədər,  
Gəlhagəl dərdlərimiz yalnız din ilə gedər. 
 
Yol-yoxuş... atı bərk sür, tənbəl, ərincək olma,  
Ey canı bərk, mətinləş, imanı kövrək olma! 
 
Günəşin aynasını tut üzünə, bax bir an,  
1455   
    Özündən soruş, öyrən, neçin üzüqarasan? 
 
Üzr, tövbə özündən, qəbulu Allahdan um  
Hər işini taleyə tapşırıb, olma məzlum! 
 
TÖVBƏSİNİ POZAN ZAHİDİN HEKAYƏTİ 
 
Məscid əhli bir sofu uydu bir gün şeytana,  
Məsciddən üz çevirdi, aldı onu meyxana. 
 
Mey dilinə dəyincə mey kimi nalə qıldı: 
- Zavallı canım! - dedi, - özgə nə çarə qaldı? 
 
Nəfs ilə həvəs quşu könlümdə axtardı dən,  
Heyhat, tələ qurdular təsbeh danələrindən. 
 
Kəbəm çıxdı əlimdən, Kəbə artıq mənə yad,  
1460
       Ev-eşiyim dəyişdi, dönüb oldu xərabat. 
 
Qara taleyim məni, gör, kimlərə tay etdi,  
Qələndərlik öyrətdi, imanımı zay etdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə