Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   39   40   41   42   43   44   45   46   ...   63

_______________ Milli Kitabxana _______________ 
185 
 
MÜRŞİD İLƏ MÜRİDİN HEKAYƏTİ 
 
Pirlər məmləkətində kamil pirlərdən biri,  
Yola çıxdı, yanında minlərcə müridləri. 
 
"Yel də, yol da veribdir ulu Tanrımız" - deyə,  
Mürşid müridlərinə bir yel etdi hədiyyə. 
 
Şeyxə bütün müridlər bərk etiraz etdilər,  
1990
       Qaldı yalnız bir nəfər, baş götürüb getdilər. 
 
Sual verdi pir ona təəccüblə, maraqla: 
- Hamı getdi, sən qaldın... nədir məqsədin, bala? 
 
Mürid cavab verdi ki: - Ey yeri qəlbim olan!  
Ayağının tozudur başımın tacı, inan. 
 
Yellə gəlmişəm məgər, burdan yellə gedəm mən,  
Hansı od, hansı tufan qoparar məni səndən? 
 
Rüzgar kimi gələnlər rüzgar kimi gedərlər,  
Dözüm, səbat göstərər hümmət gözləyən ərlər. 
 
Toz yüngül olduğundan tez qonar, tez də uçar,  
1995
       Daim yer dəyişənlər bir yerdə tutmaz qərar. 
 
Vüqarlı, uca dağlar yavaş-yavaş doğulur,  
Səbirli, sabitdi ki, əzəmətli dağ olur. 
 
Pərdə yırtmaq zamanın əzəli vərdişidir,  
Ağır yük daşımaqsa kişilərin işidir. 
 
Sən ki eşşək deyilsən, əl çək bədən yükündən,  
Zahidlik yükü daşı, xam deyilsən, əgər sən. 
 
Sənin zahidlik xəttin əyilməsə, düz olsa,  
Yas nədir bilməyəcək, hamı batsa da yasa. 
 


_______________ Milli Kitabxana _______________ 
186 
 
Zahidliyin göz diksə zərli şah xələtinə,  
2000
       Bənzəyər Süleymanla zənbil hekayətinə. 
 
Dəruni zahidliyin qəbası altında şam,  
Hidayət nuru saçar, qızıl saçar hər axşam. 
 
Xoşdur, zahid görünsə hətta meyxanələrdə,  
Xəzinələr saxlanır çünki viranələrdə. 
 
Zər yelənli bayrağın altında olduğundan,  
Nizami zahidliyi səfa gətirir müdam. 
     
On səkkizinci söhbət 
 
İKİÜZLÜLƏRDƏN ƏLHƏZƏR 
 
Daim özünə bənzər saxta sikkələr kəsən,  
Qəlbi kimi boş qəlib yapanları tanı sən. 
 
Gendən bax, üzdən tanı, onların içi zülmət,  
2005
       Sirr vermə, barmağına dolar səni kəmfürsət. 
 
Qarşında işıq kimi parlaq görünər onlar,  
Arxanca kölgə kimi oğrun sürünər onlar. 
 
Üzdə şam kimi dümdüz, içi ud kimi düyün,  
Düzlüyün arxasında əyrilikdir gördüyün. 
 
Səndən həzər vurarlar nöqsanını görənlər,  
Yaxşını tez unudub, yamanını görənlər. 
 
Öpüb qucarlar səni, sözdə məhəbbətləri,  
Dərinlərdə qıvrılar kinləri, nifrətləri. 
 
Nitqləri alovlu, ciyərləri buz kimi,  
2010
       Ürəklər çoxdan ölmüş, özləri toppuz kimi. 
 


_______________ Milli Kitabxana _______________ 
187 
 
Vurma can məhəkinə, zay olduğu bilinər,  
Ayaq basma o yerə, əsrik deyilsən əgər. 
 
Xəzinə gizlədiblər dağda, bu sirri açma,  
Rüsvay edərlər səni, yanlarında danışma. 
 
Küy basarlar: guya sən can-ciyərsən onlara,  
Yalmanıb, yaltaqlanıb səndən yol umanlara. 
 
Sülh edərlər səninlə, zay etməkçün sübhünü,  
Allah vursun onların ülfətini, sülhünü. 
 
Nəfs, mənfəət güdən hər ünsiyyət, hər tədbir,  
2015
       Düşmənliklə mayalı dostluğun kəfənidir. 
 
Gəlir güdən dostluğun məgər səliqəsi var?  
Xeyr! Düşmənlik ilə gizli əlaqəsi var. 
 
Dost sənin zəhərini qənd sanar, şəkər bilər,  
Eybini də az qala ləyaqət, hünər bilər. 
 
Dost rahatlıq, səadət verən məhrəmdir sənə,  
Əgər belə deyilsə, uyma, dərd, qəmdir sənə. 
 
Həddini aşan sevgi bənzər atəşə, oda.  
Pişik istədiyindən yeyər balasını da. 
 
Dost kimdir? Dost sirrini saxlayan bir vəfadar,  
2020
       Məgər dostmu yel kimi hər pərdəni açanlar?! 
 
Onların fikri-zikri səni yolmaq, şaşırmaq,  
Qazancım, ruzunu bir əfsunla aşırmaq. 
 
Üzdə aşiqin kimi mehriban görünərlər,  
Dar gündə atıb qaçar, sanki toza dönərlər. 
 
Qılıq göstərən dostu inkar edirsə qəlbin,  
Dost deyil, düşməndir o, buna əmin ol, əmin. 
 


_______________ Milli Kitabxana _______________ 
188 
 
Bədən hardan bilsin ki, kimdir əsil sevgili?  
Vəfalı dostu yalnız qəlb tanıyır, can bilir. 
 
Sənin bircə qəlbin var, qəlbində yüz kədərin,  
2025
        Bir gülün var, böyründə min bir tikan neştəri. 
 
Cahan mülkü minlərcə, fəqət Firidun bircə,  
İncə rayihə növ-növ, fəqət beynin kiçikcə. 
 
Aləmdə hər varlığın bir incə pərdəsi var,  
Sənin də min sirrini bircə ürəyin saxlar. 
 
Sənin öz ürəyinin qıfılı yoxsa əgər,  
Məgər sənin sirrini qıfıllarmı özgələr? 
 
Qəlbi tünük deyilsən, onda bəs nə üçün sən,  
Sirrini Günəş kimi ərzə bəyan edirsən? 
 
İncə könlün sirrini faş etsə, yanma əbəs,  
2030
       Tünük şüşələr meyi çox da saxlaya bilməz. 
 
Nəfəsi nəfəsindən ən yaxın dost istəsən,  
Onu kənarda gəzmə, öz qəlbindən istə sən. 
 
Bir halda ki, tutmusan ön cəbhədə yerini,  
Onda yüz dost içindən seçməlisən birini. 
 
Dostunun dost zatını sınaqdan keçirmədən,  
Gizli gövhərlərini qarşısına tökmə sən. 
 
SİRR SAXLAYAN İLƏ CƏMŞİDİN DASTANI 
 
Cəmşidin çox güvənli, yaxın həmdəmi vardı,  
Gündən nur alan Aytək şahdan işıq alardı. 
 
Oğlan şaha mehriban, şah oğlanın məftunu,  
2035
       Bütün saray əhlindən üstün tuturdu onu. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə