Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   47   48   49   50   51   52   53   54   ...   63

_______________ Milli Kitabxana _______________ 
217 
 
334 B. Nizami Gəncəvi onun üstünə  fərr (Ahuraməzda tərəfindən nəsib edilmiş 
nur həlqəsi) sala biləcək böyük hami, himayədar arzulayır. 
338 B. Sən zülmətdə dirilik suyunu tapan Xızr peyğəmbər və iki qitənin fatehi 
Makedoniyalı  İskəndər qədər güclü şəxsiyyətsən, "Məcesti" (Şərqdə  "Əlməcəsdi") 
adlı ulduzşünaslıq  əsəri yaratmış böyük yunan alimi Ptolomey (Petlimus) kimi 
bilginlərə qibləgahsan, yol göstərənsən. 
340  B. Dini etiqada görə, üzüyünün qaşında "Tanrı" kəlməsi yazılmış Süleyman 
peyğəmbər bütün heyvanlar, quşlar, cinlər, divlər və müxtəlif dilli tayfalar üzərində 
mütləq hakimiyyətə malikmiş. 
341  B. Süleyman peyğəmbərin atası Davud peyğəmbər olduğu kimi Fəxrəddin 
Bəhram  şahın da atasının adı Davuddur. Bu bənzəyişdən istifadə edən Nizami 
Gəncəvi Bəhram  şahın bütün təbiət üstündə mütləq hakimiyyətə malik Süleyman 
peyğəmbər səviyyəsində qüdrət, cəlal və istedad sahibi olduğunu bildirir. 
344 B. Vuruş və müharibə ilahəsi, həmçinin cəngavər sayılan Mərrix ulduzunun 
farsca adı Bəhramdır. Bu ad uyğunluğundan istifadə edən Nizami Gəncəvi bildirir ki, 
Bəhram  şah Davud oğlu öz bəhramlığını, yəni müharibə meydanında cəngavərliyini 
aşkara çıxarsa, "Yeddi gözəl" qəhrəmanı Bəhram Gurun nəsibi yalnız gor olar, yəni 
Ərzincan hakiminin qarşısında davam gətirə bilməz. 
346 B. XII əsrdə Bəhram şah Davud oğlunun hökmranlıq etdiyi Ərzincan vilayəti 
Ermənistanı, Rum elini (Bizansı) və Əbxazıstanın böyük bir hissəsini əhatə edirdi. 
352 B. Mavi pənçərə - səma, fələk. Müəllif bildirir ki, hər kim Bəhram  şaha 
pəncə qaldırmağa cəsarət etsə, pəncəsiz qalacaq, yəni istər-istəməz  məğlubiyyətə 
düçar olacaqdır. 
353 B. Bəhram  şah elə  əzəmətli bir hakimiyyətə malikdir ki, yola saldığı 
karvanların zınqırovlarının, zənglərinin səsi fələyin qulaq pərdəsini yırta bilər. 
Özünün alovlu, qızğın nəfəsi ayna kimi görünən Ay səthinin şüşəsini parçalaya bilər. 
 
HÜZURUNDA YER ÖPƏRKƏN SÖYLƏNİB 
 
357 B. Bəhram şah Davud oğlunun bütün vuruşlardan müzəffər çıxması,doqquz 
qatlı göylərin belə onun qüdrətindən agah olması nəzərdə tutulur,alqışlanır. 
358  B. "Yerin, göyün qulağı" deyildikdə iki balığın - səmadakı Hut (Balina) 
bürcünün və əsatirə görə Yer yuvarlağını öz belində saxlayan əfsanəvi balığın qulağı 
nəzərdə tutulur. Nizami demək istəyir ki, yerin dibindən tutmuş fələklərə, səyyarələrə 
qədər bütün incilər sənin zəfər qılıncına yaraşır. 


_______________ Milli Kitabxana _______________ 
218 
 
360 B. Qılıncın Fərat çayı qədər qan tökmüş və düşməni dirilik suyundan yoksun 
məhrum etmişdir. 
362 B. Key Xosrov - İranın tarixi, əfsanəvi qəhrəmanlarından biri: qüdrətli  şah 
rəmzi, Firdovsi "Şahnamə"sinin başlıca personajlarından biri; Cəmşid - tarixi əfsanəyə 
görə İranın şahlar panteonunda Pişdadiyan sülaləsinin dördüncü hökmdarı. Rəvayətə 
görə şərab, mey onun zamanında kəşf edilmiş, Cəmşid adı və cami-cəm deyilən piyalə 
Şərq poeziyasında şadlıq rəmzi kimi işlənmişdir. 
Beytin mənası budur ki, sənin piyalən iki qüdrətli sərkərdənin və padşahın 
qüvvəsini özündə  təcəssüm etdirən möhtəşəm bir hökmdarın  əlindədir. Buna görə 
sənin çıraq çöhrənin nuru və işığı günəş pərvanəsini yandırıb külə döndərə bilər. 
367 B. Çoxlarını vəzir, vəkil mərtəbəsinə qaldırsan da, əlindən tutan, sənə yardım 
edən yalnız ulu Tanrıdır, onun mələkləridir. 
371 B. Firidun - Dəmirçi Gavənin Zöhhaka qarşı üsyanından sonra taxta əyləşmiş 
əfsanəvi  İran  şahlarındandır. Özünü ikinci Zərdüşt elan edərək Zərdüşt dinini bərpa 
etməyə və əsrinin tələblərinə uyğunlaşdırmağa çalışmışdır. 
Zöhhak - İranın klassik şahlar panteonunda Pişdadiyan sülaləsinin beşinci 
hökmdarı sayılır. Milliyyətcə  ərəb olduğuna görə onu Zöhhak Tazi də adlandırırlar. 
Əjdaha mənasını verən Zöhhak zülm və istibdad timsalıdır.  Əfsanəyə görə 
çiyinlərindən çıxmış iki ilana hər gün iki gəncin başını yedizdirərmiş. 
Beytin mənası: Firidun kimi haqsever, mərd, cəsur insanlara arxalanmasan, ölkəni 
zülm, istibdad bürüyər, çiyinlərindən ilan çıxmış Zöhhak kimi sital müstəbidlər baş 
qaldıra bilər. 
374 B. Təxt, tac sənə irsən keçməsə də, onu döyüşdə qazanmısan. 
 
KİTABIN YAZILMASI SƏBƏBİ 
 
397 B. Beytin mənası: Nizaminin boş qalmış könül dənizini öz incilərinlə 
zənginləşdir, "Sirlər xəzinəsi "ni bəyən, təqdir et. 
399 B. Əfsanəyə görə, Nuh peyğəmbər qopacaq tufanı öncə bilib yaxşı bir gəmi 
düzəldir və ümumdünya daşqınından xilas olur. Buna görə Nuh peyğəmbər heç bir 
tufanda qərqolmaz ilk və qüdrətli gəmiçi sayılır. Nizami demək istəyir ki, mənim 
tufanlı denizə bənzər əsərimdə - "Sirlər xəzinəsi"ndə Nuhun özü qərq ola bilər. 
Əsatirə görə Xızr peyğəmbər zülmətdə tapdığı dirilik suyundan içib əbədi yaşayan 
şəxsiyyətdir.  Şairin fikrincə, Xızr kimi ən  əzəmətli  şəxs belə bu dirilik suyunda - 
"Sirlər xəzinəsi"ndə öz kuzəsini sındırıb naçar qala bilər. 
403 B. Birinci misra "Hədiqətül-həqaiq" ("Həqiqətlər bağçası") müəllifi Sənainin 
Qəznə hakimi tərəfindən qiymətləndirildiyini işıqlandırır. İkinci misrada Nizami deyir 
ki, mən də "Sirlər xəzinəsi" dastanını yazmaqla 
 


_______________ Milli Kitabxana _______________ 
219 
 
damğamı Rum elində sikkəyə vurmuşam, yəni Ərzincan hakimi Bəhram şahın adına 
layiq əsər yaratmışam. 
406  B. Nizami Gəncəvi türk - azərbaycanlı olduğuna işarə vurar və farsca yazan 
başqa şairlər içərisində özünü qərib hesab edir, onu bu qəriblikdən yalnız Bəhram şah 
kimi hökmdar türkün qurtara bilecəyini söyləyir. 
407  B. Nizami Gəncəvi öz poeziyasının orijinallığına işarə vurur, təzə sözlərini 
bar gətirən ətirli bağa bənzədir, öz gücünü özgədən, piltədən və neftdən alan çırağa 
oxşamadığını, müstəqilliyini bildirir. 
410-411 B. Prof. R.Əliyev və professor Mübariz Əlizadə bu cür beytlərin Nizami 
üslubuna və xarakterinə zidd olduğunu və katiblər tərəfindən qondarıldığını bildirirlər. 
417 B. Arxadan gələnlər - Nizamilə yarışmaq istəyən şairlər. 
425 B. Nizami yenicə tamamladığı "Sirlər xəzinəsi"ni  Ərzincan hakimi Bəhram 
şaha təqdim etməkdə çətinlik çəkdiyini bildirir. Görünür, həmin dövrdəki irili-xırdalı 
müharibələr gediş-gəliş yollarnıı kəsmişdir. 
 
SÖZ QOŞMAĞIN FƏZİLƏTİ HAQQINDA 
 
432 B. Nizami cahanın Tanrı  tərəfindən "Kun - Ol!"  əmrilə yaradılmasına işarə 
edir. Onun əzəli qələmi "Lövhi-məhfuz"da kainatın taleyini sözlə yazıb, deməli, hər 
şeydən öncə sözü yaratmışdır. 
437 B. Yaradıcı  şəxsiyyətin canı - bu aləmə yadigar qoyub getdiyi sözündədir
bədəni, cismi, gövdəsi gəldi-gedərdir, tələl (skelet) hökmündədir. 
440 B. Kainatın yaradılışından məqsəd sözdür, onun sonu da sözdən ibarətdir. 
Əbədi qalan yalnız sözdür. 
444 B. Yalnız həqiqəti axtaranlar və tapanlar böyük söz yaratmağa və bu sözün 
sayəsində yaşamağa qadirdirlər. Sözü gerçəkliyi pərdələmək vasitəsinə çevirənlərə, 
bomboş  xəyal uydurmaçılarına söz heç vaxt üz göstərmir,yalançıları, saxtakarları 
yaxına buraxmır. 
445 B. 
Yaradıcı insanın taleyi yaratdığı sözün dəyərindən asılıdır. 
446 B. Damarları donanlar, bağrı yananlar – bədii və elmi söz yaradıcıları, 
şairlər və alimlər. 
450  B. Söz - Tanrının "Kun - Ol!" əmri. Candakı şah damar - ruh. Kələfin ucu - 
maddi aləm. Beytin mənası: Tanrı neməti söz kəşf edilməsəydi, ruhu və bu maddi 
aləmi tapmaq olardımı? Yox! 
451 B. 
Təbiətin və şəriətin bütün qanunları yalnız bədii və elmi sözün sayəsində 
kəşf olunub və möhürlənib, təsdiq olunub. 
454 B. Söz qasidi - qələm və dil. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə