Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   45   46   47   48   49   50   51   52   ...   63

_______________ Milli Kitabxana _______________ 
211 
 
118  B. Nizami turuncun bu keyfiyyəti ilə  Həzrət peyğəmbərin həyatı  və taleyi 
arasında yaxın bənzəyiş görür. Bütün peyğəmbərlərdən, bütün Tanrı elçilərindən 
sonra gəlməsinə baxmayaraq, Həzrət Məhəmmədin adı Tanrı  dərgahındakı "Lövhi-
məhfuz"da ilk peyğəmbər sifətilə yazılıb. Deməli, turunc kimi o da öncə bar gətirib, 
bundan sonra çiçəkləyib, yəni bütün peyğəmbərlərdən sonra zühur edib, bəşəriyyətə 
bəlli olmuşdur. 
119 B. 
"Adəm hələ su və torpaq şəklində olarkən mən peyğəmbər idim"hədisinə 
işarədir.İkinci misra islam fəlsəfəsinin belə bir müddəasına əsaslanır ki, Məhəmməd 
peyğəmbərlərin sonuncusudur, ondan sonra dünyaya bir daha peyğəmbər gəlməyəcək. 
120 B. İslam  əsatirinə görə  Məhəmməd peyğəmbərin möcüzələrindən biri 
"şəqqül qəmər" - onun barmağının işarəsilə ayın tən ortadan parçalanmasıdır. Guya 
həmin gündən etibarən parçalanmış, incəlmiş Ay onun hakimiyyət möhürünə 
çevrilmişdir. Nizami heç bir zəbərcəd qaşlı üzüyün gözəllikdə, şərafətdə bu möhürə 
(Aya) tay olmadığını bildirir. Zəbərcəd sarıya çalan yaşıl daşdır. Qədim astronomların 
fikrincə, əslində yaşıl rəngdə olan Ay da, günəş şüalarını əks etdirdiyi üçün sarımtıl 
görünür. 
121 B. Əreb  əlifbasında yazılışına görə "Mim" hərfinin baş  tərəfi dairəcikdən, 
həlqədən ibarətdir. Nizami bunu qulun qulağındakı köləlik həlqəsinə  bənzədir və 
cahanın Həzrət peyğəmbərə qul olduğunu bildirir. Lakin dünyanın özü də dairə, həlqə 
şəklindədir. Deməli, hər iki dünya Məhəmməd peyğəmbərin qulağı  həlqəli quludur, 
köləsidir. 
122 B. Merac zamanı yerdən göyün yeddinci qatına, Tanrı  dərgahına bir göz 
qırpımında getdiyi üçün Məhəmməd peyğəmbərə "sahəölçən" ünvanı verilmişdir. 
123 B. "Ümmi" - ərəbcə savadsız deməkdir və  Məhəmməd peyğəmbərin 
ünvanlarından biridir. "Ümmi" və "Adəm" sözləri "Əlif' və "Mim" hərflərinin yardımı 
ilə yazılır, "Məsiha" sözü də  "Mim" ilə başlanır. Adların yazılışında hərflərin 
ortaqlığından istifadə edən Nizami sübut etməyə çalışır ki,Məhəmməd peyğəmbər 
ondan əvvəl gəlmiş hər iki peyğəmbərdən: həm Adəmdən, həm də Məsihadan (Həzrət 
İsadan) üstün dayanır. 
125 B. İslam etiqadına, görə kainat Tanrının "Kun!" ("Ol!") buyruğu  əsasında 
yaranmışdır. Nizami Gəncəvi Məhəmməd peyğəmbərin adını Tanrı  pərgarı ilə 
yaranmış bu aləmin ən işıqlı nöqtəsi hesab edir, onu dünya üzüyünün qaşı sayır. 
Nüktə - incə  məna, zərif fikirlər və düşüncələr. Nizamiyə görə, Məhəmməd 
məfkurəsi bütün deyilmişlərə son nöqtə qoymuş, bəşər fikrinin yekunu kimi ortaya 
çıxmışdır. 


_______________ Milli Kitabxana _______________ 
212 
 
128 B. Həzrət Məhəmmədin ailə üzvlərinin ismət, ləyaqət sahibi olmalarına 
işarədir. 
129 B. İslam etiqadına görə Həzrət Məhəmmədin məqbərəsini məhəbbətlə seyr 
edənlərin cinayətləri və suçu əfv edilir. 
İkinci misrada Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsi (sentyabr, 
621) və müharibədə Məkkə mürtəcelərinə qalib gəlməşi (624-cü ildə) nəzərdə tutulur. 
135 B. Həzrət Məhəmmədin yerdə ləng və təngnəfəs, göydə, merac zamanı isə 
ruh üstündə coşğun, qanadlı olduğunu alqışlayır. 
136 B. Sənət süvariləri - ozanlar, şairlər;  Boz at — ilham köhləni, yaxud 
yaradıcı qələm. 
137 B. 
Həzrət Məhəmmədin meracı başqa şairlər tərəfindən vəsf olunduğu üçün 
Nizaminin yubanmasına işarədir. 
 
PEYĞƏMBƏRİN MERACI HAQQINDA 
 
138 B. 
Cənub hökmdarı - Həzrət Məhəmmədin ləqəblərindən biri. 
140 B. Kainatın hərəmxanəsi - maddi dünyanın göyləri. 
142 B. Həzrət Məhəmmədin Tanrı dərgahına meracının ruhi deyil, çismani merac 
olması nəzərdə tutulur. 
145 B. Yəni merac zamanı  Həzrət Məhəmmədin bədəni, cismi də ruha, qanada 
çevrilmişdi. 
151 B. Çərx öküzü - Sur bürcü; Yer öküzü - əfsanəyə görə Yer yuvarlağını öz 
belində saxlayan öküz; gövhər- Məhəmməd peyğəmbər. 
152  B. Cevza bürcündə yerləşən ulduzlar öz düzülüş qaydasına görə  kəmərə
Xərçəng bürcündəki 13 ulduzun topası isə taca bənzəyir. 
153 B. 
Başaq bürcü Məhəmməd peyğəmbərin meracından o qədər fərəhləndi ki, 
bu gəlişdən feyz alıb tərtəzə sünbülə döndü və  "Sünbülə " bürcünü qoparıb aslan 
bürcünə atdı. 
154 B. 
Tərəzi (Mizan) bürcündə yerləşdiyinə görə Zöhrə ulduzu (Venera,Çolpan 
ulduzu) tərəziçi, mizançı  ləqəbini qazanmışdır. Məhəmməd peyğəmbərin merac 
hünərini səciyyələndirmək üçün Nizami deyir ki, bu gecənin qədrini, qiymətini yalnız 
Zöhrə özünün Tərəzi bürcündə ölçə bilər. 
155 B. Məhəmməd peyğəmbər öz mənəvi əzəmətinə görə o qədər siqlətlidir ki, 
Tərəzi bürcü bu sanbalın, bu çəkinin qarşısında səcdə  qılmalı oldu.Zira Həzrət 
peyğəmbərin vəzni Mizan bürcünün daş-tərəzi vəznindən müqayisəedilməz dərəcədə 
ağırdı. 
156 B. Süsənbər çiçəyinin  şirəsi  əqrəb zəhərindən qurtulmaq üçün məlhəm 
hesab olunur. Nizami Gəncəvi Məhəmməd peyğəmbərin nəfəsini Sü- 
  


_______________ Milli Kitabxana _______________ 
213 
 
sənbər məlhəmi hesab edir. Həzrət peyğəmbər  Əqrəb bürcünün quyruğuna 
yanaşmaqla onu zərərsizləşdirir. 
157 B. Məhəmməd peyğəmbər Yay bürcü kamanından elə bir ox atdı ki,zəhər 
onun evinin Çəpiş-Cüdəy bürcündən xeyli uzaqlaşdı,qaçdı. Kaman -Oxatan (Qövs) 
bürcü; Ox (Tir) - Ütarid planeti; Çəpiş - Cüdəy bürcü. 
Oxatan bürcünə daxil olanda Ütarid fəlakət törədir. Çəpiş-Cüdəy bürcündə Zühəl 
(Saturn) planetinin indi də işi fitnə-fəsaddan ibarətdir. Beytin mənası budur ki, Həzrət 
Məhəmməd Oxatan bürcündən şikaryıxan bir ox atdı və Zühəl planetini Çəpiş-Cüdəy 
bürcündən qovdu, buranı  zəhərlənməkdən xilas etdi, Oxatan bürcündən çıxarmaqla 
Ütaridi də zərərsizləşdirdi. 
Prof. R.Əliyevin yozumuna görə, burada yəhudi Harisin qızı Zeynəbin Həzrət 
Məhəmmədin çəpişin zəhərlənməsinə işarə edilmişdir. 
158  B. Su və yağmurluq bürcü sayılan Balıq (Hut) bürcünün başı Günəşin 
yerləşdiyi Dolça bürcünə doğru əyilmişdir. Gözəllik rəmzi olan və buna görə günəşə 
bənzədilən Yusifin qardaşları  tərəfindən su quyusuna atılması Günəşin Dolça 
bürcündən keçməsinə  bənzədilmişdir. Dənizdə üzərkən balina tərəfindən udulmuş, 
Yunis isə bir müddət onun qarnında yaşamışdır... Beytin mənası budur ki, Yusif su 
dolunda quyuya atıldığı kimi, Həzrət peyğəmbər də Dolça bürcünün günəşidir, başını 
Dolça bürcünə söykəmiş Balıq bürcünün -balinanın Yunisidir. 
159  B. 20 aprel çağlarına təsadüf edir. Sürəyya bürcünün üç hissəsi Öküz 
bürcündə, yalnız bir hissəsi Quzu bürcündə yerləşdiyi üçün, Nizami səmanın bu 
hissəsini şah təxtinə bənzətmişdir. Yəni Həzrət Məhəmməd öz Sürəyya təxtini Quzu 
bürcündə qurandan sonra səhralara, çöllərə bahar gəldi, gül,çiçək ordusu aləmi 
bürüdü. 
     162  B. Həzrət peyğəmbər səma gülüstanından keçərkən Tanrıdan əmr gəldi ki
"Sən həndəvərə baxma ki, diqqətin dağılmasın." Həzrət Məhəmməd "Yana baxmadı", 
yəni bu kəlamı gözləri üstünə qoydu, gözləri bu nur ilə sürmələndi. 
163 B. Həzrət Məhəmməd ilə bağlı hədislərdən birinə işarədir: "Mənim Tanrım 
mənə ədəb öyrətdi" 
165 B. Həzrət peyğəmbərin nəfəsinin  ətri, mişki gecənin göbəyini mişk-bana 
çevirdi, aypara isə atı Bürağın ayağında nal kimi parıldamağa başladı. 
181 B. Yəni Həzrət peyğəmbər merac yürüşündə maddi aləmi arxada qoydu, 
Tanrı dərgahına gəlib yetdi. 
184 B. Həzrət peyğəmbər meracda ruh üstündə uçub getdiyi üçün canında cismani 
müqavimət duymurdu. 
187 B. Yəni Həzrət peyğəmbər meracda Tanrı dərgahına daha ayaqları üstə deyil, 
başı üstə gedirdi. 
 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə