Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   48   49   50   51   52   53   54   55   ...   63

_______________ Milli Kitabxana _______________ 
220 
 
ÖLÇÜLÜ SÖZÜN ÖLÇÜSÜZ SÖZDƏN ÜSTÜNLÜYÜ 
 
462 B. Poemanın ilk beytindəki hədisin məzmunu yenidən yada salınır:"Ya 
Cəbrail, bu nə  qəsdir?", "Ya Məhəmməd, bu ərşin altındakı Tanrı  xəzinəsidir, onun 
açan isə şairlərin nitqidir". 
463 B. Sözün tərəzisini quran ulu hökmdar - Tanrı.  Sözün aşiqləri - 
peyğəmbərlər. 
464 B. 
Ərşin bülbülləri - şairlər. 
465 B. 
İlham məqamında şairlər mələk səviyyəsinə ucalırlar. 
471 B. 
Şairlik əvəzinə saray məddahlığı edən, eybəcəri gözəl kimi qələmə verən 
şeirbazların həyasızlığı, sərvət,  şöhrət düşkünlüyü ucbatından poeziyanın ləyaqəti 
ayaqlar altına salınmışdır. 
472  B. Söz pərdəsində ahəng yaratmağı bacaranlar, yəni yaradıcı qüdrətə malik 
olan  şairlər yoxsul həyat keçirsələr də, mənən zəngindirlər, onların özü yerdə, ruhu 
göydə yaşar. 
473 B. Qələm, kağız götürüb dizi üstündə  şeir yazan şairlər  şahlardan fərqli 
olaraq, qılınca və orduya ehtiyac hiss etmədən ürəkləri, ölkələri tutmağa qadirdirlər. 
Buna görə onlar məğrur və əzəmətlidirlər, heç bir şahın dərgahına baş əyməzlər! 
474 B. Yaradıcı qüdrət hər iki cahanın hökmdarıdır. Onun ömürdən başqa 
mənəvi ömrü, dünyadan başqa mənəvi dünyası var. 
475 B. Dizinə dirsəklənib başını  aşağı dikən sənətkar bu vəziyyətilə  gərilmiş 
kamana bənzər. Kamandan çıxan ox şairin dilindən saçılan bədii sözdür ki, mənəvi 
şikarı ələ gətirir. 
476 B. Yaradıcılıq məqamında böyük əzablar çəkən  şair istədiyi sözü tapanda 
düşdüyü əzabdan qurtulur, öz kaman həlqəsini qırır, dikəlir. 
477 B. Fələyin qulağına həlqə taxmaq onu özünə qul etmek deməkdir.Yalnız 
yaradıcı qüdrət sahibləri bu işi görməyi bacarır, zamanı özünə  təslim edir, fələyi 
qulağı həlqəli qula çevirə bilirlər. 
478  B. Hoqqabaz fələk hoqqa, oyun çıxardığı halda, yaradıcı qüdrət sahibi onun 
qarşısına misilsiz söz inciləri çıxarır və buna görə  fələyin belini sındırır, ona qalib 
gəlir. 
479 B. Yaradıcı ilham məqamında sənətkarın ürəyi köks qəfəsini dağıdır,uçur, 
qanadlanır və  sənətkarın dodağından öpmək istəyir. Niyə? Çünki indicə 
dodaqlarından dürrə, mərcana bənzər sözlər saçılmışdır. 
489 B. Beli kəmərli mərdlər - şairlər. 
491 B. 
Məddah saray şairləri, qarınqulular, ucuz şöhrət və sərvət düşkünləri sözü 
satmaqla görün nə dərəcədə alçalır, sənətin sikkəsini hörmətdən salırlar. 
492 B. 
Zülmətə işıq salan ləl - günəş, yaxud poeziya. 
 
  
 


_______________ Milli Kitabxana _______________ 
221 
 
494  B. Burada saray şairlərinin aqibətinə  işarə olunur. Sultanın qızılı hesabına 
zərli əba geyən şeirbazlar axırda sultanın qəzəbinə düçar olur, bəzən dəmir çeynəmək, 
qılınc zərbəsi dadmaq dərəcəsinə  gəlib çatırlar. Burada saray şairlərinin boğazına 
əridilmiş qızıl tökmək dəbinə də işarə var. 
495  B. Nizaminin fikrincə, sultan qəzəbindən qorunmağa yeganə təminat şairin 
öz nəfsini cilovlamağı bacarmasıdır, o, civə kimi saf, təmiz qalmağı bacarmalıdır. 
Qədim kimyagərlərin fikrincə, qızıl civəyə doğru can atdığı halda, civə qızıla doğru 
can atmır. O müstəqildir, pakdır. 
497 B. Özləri verməyincə hökmdarlardan pul, mükafat, imtiyaz umma! 
500 B. Sənətkarın hörmətini, nüfuzunu ucaldan yalnız öz poeziyasıdır. Yalnız 
böyük poeziyası sayəsində o, göyün yeddinci qatında yerləşən  əfsanəvi Sidr ağacı 
mövqeyinə yüksələ bilər, cəmiyyətin  ən uca qatında mövqe tutan sultanlardan, 
şahlardan belə yüksək və əzəmətli görünər. 
501  B. Beyt "Şairlər - söz hökmdarıdır" ərəb məsəli üstündə qurulmuşdur. 
502 B. Sən  əsrlərin, fələklərin başı üstündən keçib gedə biləcək böyük, qadir, 
ülvi söz yaratmağa borclusan. Nəfsini cilovla, özünü gəldi-gedər  şahlar, sultanlar 
önündə alçaltma! 
503  B. Burada gündüzdən daha çox gecələr çalışan  şairlər  şama bənzədilir. 
Gündüzlər sakit dayanan şamlar yalnız gecələr yaşayır, əriyə-əriyə işıq saçmaqla ayıq-
sayıq ömür keçirirlər. 
508 B. Yalnız bədii sözün ləyaqətini uca tutan şairlər Ay kimi işıqlı, Günəş kimi 
qüdrətli poeziya yarada bilərlər. 
512 B. Düzəliş üçün şeirlərini başqa şairlərin ixtiyarına vermə, onlar sənin min bir 
əziyyətlə becərdiyin tarlanı tapdaya, inci düzdüyün sapı qıra bilərlər. 
515  B. Nizami öz poeziyasının inqilabi mahiyyətini işıqlandırır: Mən  şeri 
ümumxalq malı etdim, meyxanədən və saraya xidmət vəzifəsindən qurtardım, sənəti 
uca bir mövqeyə qaldırdım. 
516  B. Nizami Gəncəvi öz poeziyasının beynəlmiləl mahiyyətinə işarə vurur. Bu 
poeziya yalnız xirqə (qıldan toxunma, yamaqlı, cındır əba) geyən sufilər, dərvişlər və 
zahidlər üçün deyil, belinə zünnar (qıldan toxunmuş  kəmər) bağlayan xaçpərəstlər
məsihilər üçün də gərəklidir. Nizami poeziyası olan yerdə nə xirqəyə ehtiyac qalır, nə 
zünnara. Bütün bəşəriyyətə məxsus Nizami sənəti dini atributların hamısından yüksək 
dayanır. 
521 B. Harut və Marut - Tanrı tərəfindən göndərilmiş iki mələyin adıdır. Hər ikisi 
Zöhrə xanıma vurulub, onu yoldan çıxarmaq istəyirlər. Tanrının buyruğu ilə Zöhrə 
planetə çevrilir. Harut ilə Marut isə Babilistanda cəzaya məhkum olunur, dərin bir 
quyudan başıaşağı asılırlar. Poeziyada Harut, Marut, Babil sehr, əfsun rəmzi kimi 
işlədilirlər. Nizami ana yurdu Gəncəni Babilistana, öz poeziyasını isə cadugərlərin 
tilsimini qıran qüdrətə, habelə dan ulduzu Zöhrəyə bənzədir. 
 
  


_______________ Milli Kitabxana _______________ 
222 
 
522  B. Bu məntəqənin (Gəncənin) Zöhrəsi (musiqiçi və müğənnilərin hamisi), 
mənim Zöhrəm tərəziçidir, sözümün dəyərini tərəzidə çəkir. Mizan bürcündə ölçür və 
görür ki, mənim şeir-sənət dilim ruh aləminin dilidir,ləyaqət və gözəllik meyarıdır. 
523  B. Harutun sehr və tilsimləri yalana, adam aldatmaya əsaslandığı üçün 
haramdır, mənim sənət cadularını isə  həqiqətə, ilhama güvəndiyi uçün,zəhmətimlə 
qazandığını gündəlik duzum, çörəyim qədər halaldır. Mənim halalım hər cür haramı 
sındırır, batil edir. 
 
GECƏNİN VƏSFİ VƏ KÖNÜLƏ DALMAQ SÖHBƏTİ 
 
525 B. Qalxanı suya atmaq, qalxanı atmaq - təslim olmaq deməkdir. 
Beytin mənası: gecə düşdü. 
529 B. Ayın süd nənəsi - fələk, göylər. Gündüz zınqırovu – Günəş.Beytin mənası: 
Ay göy qübbəsində bədrləndi, az qala, Günəş qüvvəsilə nur saçmağa başladı. 
534 B. Üzüqara kafər - gecənin qaranlığı. 
536 B. Burada söhbət kəllə  qəndə  bənzəyən Ayın  ətrafında yeni ulduzların 
doğmasından, müğənnilər və musiqiçilər hamisi Zöhrə ulduzunun daha da 
şənlənməsindən, həndəvərə bol-bol sevinc, fərəh qığılcımları saçmasından gedir. 
541 B. Pak, təmiz atəş - insanın mənəvi qüvvəti, yaradıcı ilhamı. 
Atəşə su səpmək - mənəvi qüvvəti öldürmək, yaradıcılıq ilhamını söndürmək, 
insanın nəfsə, tamaha uyması, kiməsə yalmanması, mədhnamə yazması və s. 
Yel kimi yedək atını minmək - şöhrət, sərvət düşkunü olmaq, heyvani tələbləri 
ehtiraslar ocağında yelləyib qızışdırmaq. 
553 B. Nizamiyə görə, insan yalnız qırx yaşından sonra kəmala yetməyə başlayır, 
çoxları üçün ömrün qırx ili hədər gedir, çünki bu dövrdə nəfsə, tamaha, ürəyi söküb-
tökən heyvani ehtiraslara uyur. Dərrakəli insan lap gənclikdən gərək bunun qarşısını 
alsın, öz ömrünün və mənliyinin qədrini bilsin. 
565 B. Qapı  cəftəsi - qupquru, cansız predmet, biganəlik rəmzi. Qapı  cəftəsinə 
bənzəyənlər dost deyil, onlar insan menliyinə işıq, qüdrət gətirməyə qadir deyillər. 
571 B. Yəməndə xüsusilə parlaq görünən cənub ulduzu Süheylin işığı,qədim 
təsəvvürə görə, burada emal olunan əla növlü dərinin - ədimin şəffaflığına səbəb olur. 
Nizami ağ dərili, parlaq dərili insanların xoşbəxtliyini də bu ulduz altında doğulması 
ilə bağlayır və həmin ulduzun gözəlliyinə, nur qüdrətinə layiq olmağa çağırır. 
572 B. 
Yəni fikrim işıqlandı. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə