Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə31/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   27   28   29   30   31   32   33   34   ...   134

Azərbaycan Tarixi 
 
 
121 
məsləhəti ilə bəzi mülahizələri nəzərə alaraq, Yusifi zindandan 
çıxartdı  və bütün Azərbaycana hakim təyin etdi. O, bu dəfə 
Xilafət xəzinəsinə ildə 500 min dinar vergi ödəməli idi.  
 Bu hadisələrdən sonra Xilafətə qarşı üsyanlar baş verdi. 
Qərimətlərin xəlifəyə qarşı üsyanı daha təhlükəli idi. Xəlifə 
qərimətlərə qarşı göndərdiyi orduya bacarıqlı  sərkərdə Yusifi 
baş komandan təyin etdi. 927-ci il dekabrın 27-də Kufə şəhəri 
yaxınlığında Xilafət ordusu ilə üsyançılar arasında baş verən 
döyüşdə sərkərdə Yusif yaralandı, əsir düşdü və öldürüldü.  
 Bacarıqlı sərkərdə olan Yusif həm də çevik siyasəti idi. 
Sacilər sülaləsinin nümayəndələri arasında ən nüfuzlu hökmdar 
olan Yusif Sacilər dövlətini 24 il idarə etmişdi. Onun dövründə 
Sacilər dövləti istiqlaliyyət qazandı, Azərbaycanda mərkəzləş-
dirilmiş dövlət yarandı. Son nəticədə ölkədə  təsərüfat həyatı 
canlandı, şəhərlərdə sənətkarlığın, ticarətin və mədəniyyətin in-
kişafına əlverişli zəmin yarandı. Onun maliyyə və vergi siyasəti 
ölkənin iqtisadiyyatının dirçəlməsinə, əhalinin artmasına təkan 
verdi. 
 Yusifin ölümündən sonra hakimiyyət  əldən-ələ keçdi
Azərbaycan yenidən müharibələr meydanına çevrildi. Nəhayət 
hakimiyyətdə Sacilər sülaləsini Salarilər sülaləsi əvəz etdi. 
9.3. Salarilər dövləti. X əsr Azərbaycanın siyasi tarixin-
də mövcud müstəqil feodal dövlətlərin möhkəmlənməsi və ye-
nilərinin yaranması dövrü olub. Azərbaycanda hakimlik edən 
sülalələr müsəlmanların mənəvi siyasi başçısı ərəb xəlifələrinə 
zahiri tabeliklərini saxlayır, lakin bir çox hallarda, Yusif Sac ki-
mi, siyasi hakimiyyəti də ələ keçirirdilər. 
Sacilər sülaləsini  əvəz edən Salarilər sülaləsi mənşəcə 
Deyləmdən idilər. Salarilərin ilk nümayəndəsi Deyləm hakimi 
Mərzban ibn Məhəmməd ibn Müsafir olmuşdur. Mərzban 
Azərbaycana gəlməmişdən öncə  hələ Deyləmdə olarkən, qar-
daşı Vəhsudah ilə birlikdə atasına qarşı çıxaraq, vilayətin əsas 
qalaları Tarom və Şümiranı ələ keçirmişdi. 942-ci ildə Mərzban 
Sacilərin son nümayəndəsi Deysəmin maliyyə işləri üzrə vəziri 
Qəzənfər Rəcəbli 
 
 
122
Əli ibn Cəfərin təhriki ilə Azərbaycana hücum edir. Döyüş 
zamanı Deysəmin əskərlərinin bir qismi, əsasən deyləmlilər və 
kürdlər Mərzbanın tərəfinə keçirlər və Deysəm məğlub olur. 
Deysəmin ordusunu darmarağın edən Mərzban Azərbay-
canda hakimiyyəti ələ keçirir. Ərdəbili tutmaqla Azərbaycanın 
tam hüquqlu hökmdarına çevrilən Mərzban ibn Məhəmməd Sa-
larilər sülaləsinin hakimiyyətinin əsasını qoyur. Onun hakimiy-
yət başında olduğu illər Salarilər dövlətinin çiçəklənməsi dövrü 
kimi səciyyələndirilir. Salarilərin bu dövrdəki dövlət sərhədləri 
Sacilər dövlətinin ən yüksək inkişaf dövrü hüdudları ilə üst-üstə 
düşürdü. Beləliklə, Salarilər dövlətinin  ərazisi  şimallı-cənublu 
bütün Azərbaycanı əhatə edərək, şimalda Dərbəndə çatdı. Sala-
rilər dövlətinin də paytaxtı Ərdəbil şəhəri idi. 
Mərzbanın hakimiyyətinin başlanğıcında Salarilər döv-
lətinin  şimal torpaqları rusların basqısına məruz qaldı. 944-cü 
ildə ruslar Xəzər dənizindən Kür çayının mənsəbi ilə gəmilərlə 
hərəkət edərək Bərdəyə  qədər gəlib çatdılar. Mərzban 5 min 
nəfərlik qoşunla  qənşərimə çaöda, lakin məğlub oldu. Ruslar 
Bərdə  şəhərinin alıb qarət etdilər və  əhaliyə divan tutdular. 
Mərziban 30 min nəfərlik qoşunla yenidən  hərəkət edərək  
Bərdəni mühasirəyə aldı. Ruslar ciddi müqavimət göstərdilər və 
şəhəri tərk etmədilər. Elə bu zaman Azərbaycanın cənub tor-
paqları Mosul əmirinin qoşunlarının hücumlarına məruz qaldı. 
Mərzban qoşununun bir hissəsini Bərdənin mühasirəsində sax-
ladı. Qoşunun qalan hissəsi ilə cənuba Mosul əmirinin qoşunla-
rının çatdığı Salmas şəhərinə doğru hərəkət etdi. Tərəflər ara-
sında döyüş baş verdi. Lakin yağmağa başlayan qar bədəvi 
ərəblərdən təşkil edilmiş Mosul qoşunlarının geri çəkilməsinə 
səbəb oldu. Məhz bu vaxt Bağdad üzərinə hücum etmək qəra-
rına gəlmiş Mosul əmiri öz sərkərdələrini tabeliklərində olan 
qoşunla geri çağırdı. Bu zaman rus qoşununda başlanan kəskin 
epidemiya və Salari qoşunlarının aramsız həmlələri rusları Bər-
dənin tərk etməyə  məcbur etdi. Onlar qarət etdikləri qəniməti 
gəmilərinə yükləyib Xəzərə  çıxdılar və öz ölkələrinə  tərəf 


Azərbaycan Tarixi 
 
 
123 
üzdülər. Bərdəni mühasirəyə almış Salari qoşunları o qədər zəif 
idi ki, rusların çıxıb getməsinə mane ola bilmədilər. Mərzban 
ibn Məhəmməd Bərdəyə qayıdanda ruslar artıq Bərdə və onun 
ətrafını tərk etmişdilər. 
Mərzban ibn Məhəmməd dövlətinin cənub-şərq 
sərhədlərini möhkəmlətmək məqsədilə  İsfahan və  Həmədan 
üzərinə yürüş edir. Lakin 949-cu ildə  Qəzvin  şəhəi 
yaxınlığındakı döyüşdə  Həmədan və  İsfahanın hakimi 
Ruknəddin tərəfindən məğlubiyyətə uğradılır. Mərzban özü və 
sərkərdələri əsir alınıb Samiran qalasına göndərilirlər. 
Ərdəbildə hakimiyyəti Mərzbanın atası  Məhəmməd ibn 
Müsafir  ələ alır. Lakin Məhəmməd həddən artıq özbaşınalıq 
etdiyinə görə qoşun üsyan qaldırır, onu həbs edir.  
Mərzban üzərində  qələbə çalmış Ruknəddin öz 
sərkərdələrindən Məhəmməd ibn Əbdurrəzzaqı Azərbaycana 
hakim təyin edir. 
Hadisələrin belə inkişafından narahat olan Mərzbanın 
qardaşı  Vəhsudan Məhəmməd ibn Əbdurrəzzağa qarşı  çıxmaq 
üçün hələ  də Tavron qalasında yaşayan sacilərin devrilmiş 
hökmdarı Deysəmi Azərbaycana dəvət edir. Vəhsudanın təklifi 
ilə geri qayıdan Deysən Sac Varsana gəlir. O, bütün xəzinəsini 
vəziri ibn Mahmuda etibar edib onu Muğana göndərir ki, 
hadisələrin nəticəsini gözləsin, özü isə  Məhəmməd ibn 
Əbdürrəzaq ilə müharibəyə hazırlaşır. Ibn Mahmud xəyanət 
yolu seçərək  Ərdəbilə  gəlir və  Məhəmməd ibn Əbdürrəzaqın 
tərəfinə keçir. Bu hadisə Deysəm ilə  Məhəmməd ibn 
Əbdürrəzzaqın arasındakı döyüşün taleyini ikincinin xeyrinə 
həll edir. Nəticədə Azərbaycan iki yerə bölünür. Məhəmməd 
ibn  Əbdürrəzzaq  Ərdəbildə hakim qalır, Deysəm Sac isə 
yenidən hakimyyətə qayıdır və Varsamda hakim olur. 
953-cü ildə  hələ  də Samiranda saxlanan Mərzban ibn 
Məhəmməd həbsdən qaça bilir. O, Ərdəbilə  gələrək 
Azərbaycanda öz hakimiyyətini bərpa edir. 957-ci ildə Salari 
hökmdarı  Mərzban ibn Məhəmməd vəfat edir. Mərzbanın 
Qəzənfər Rəcəbli 
 
 
124
vəfatından sonra onun oğlanları ilə qardaşı Vəhsudan arasında 
taxt-tac üstündə mübarizə kəskinləşir. 
X  əsrin 70-ci illərində saray çəkişmələri və feodalların 
müstəqilik uğrunda mübarizəsi ona gətirib çıxartdı ki, hələ 
əsrin 50-ci illərində Salarilərə 50 min dinar vergi verən 
Əbdülheycə ibn Rəvvad, artıq 981-ci ildə Salari hökmdarı 
İbrahimə qarşı mübarizəyə başladı. Salarilərin əlində qalan az-
çox torpaqlar 983-cü ildən sonra Qoxtan vilayətinin əmiri Əbu 
Dulət tərəfindən tutuldu. Nəhayət 988-ci ildə  Rəvvadi hakimi 
Əbdülheycə bu torpaqları  Əbu Dulətdən alaraq, Rəvvadilər 
dövlətinə qatdı.  
Beləliklə, Salatilər dövləti süqut etdi. Təqribən 40 il 
mövcud olmuş bu dövlət Sacilər dövləti kimi Azərbaycan 
tarixində özünə layiq yer tutur.  
9.4. Rəvvadilər dövləti.  Azərbaycanın orta əsrlər müs-
təqil feodal dövlətlərindən biri də Rəvvadilər dövləti olmuşdur. 
Əslində  Rəvvadilər dövləti yeni dövlət deyil, Sacilər və 
Salarilər dövlətinin davamıdır. Sadəcə olaraq hakimiyyətdə 
sülalələr dəyişmişdir; Sacilər sülaləsini Salarilər sülaləsi, onu 
da Rəvvadilər sülaləsi  əvəz etmişdir. Rəvvadilər sülaləsinin 
hakimiyyəti 981-ci ildən 1065-ci ilə  qədər davam etmişdir. 
Rəvvadilər dövlətinin paytaxtı Təbriz şəhəri olmuşdur.  
Rəvvadilər sülaləsinin əcdadları ərəb mənşəli olub ilk də-
fə Azərbaycana VIII əsrin sonlarında Yəməndən gəlmişlər. O 
vaxt Azərbaycan canişini olan Yəzid ibn Xaqin xəlifənin sərən-
camı ilə Yəməndən köçüb gəlmiş bəzd qəbiləsinin nümayəndə-
si Rəvvad ibn əl-Məsnanı qohum-əqrəbası ilə birlikdə  Təbriz 
kəndində məskunlaşdırılmış və Təbrizdən Bəzdə qədər olan bü-
tün torpaqları ona vermişdi. Rəvvadın oğlanlarından əl-Vəcnə, 
Məhəmməd, Yəhya və  Əbülhecaycənin adları tarixdə  məlum-
dur. Rəvvaddan sonra onun mülklərini əl-Vəcnə idarə etmişdir. 
O, Təbrizi abadlaşdırmış, onun qala hasarını tikdirmiş  və onu 
şəhərə çevirmişdir. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə