Microsoft Word ped elm tarixi ve metodologiya esas polatino doc



Yüklə 308,09 Kb.
Pdf görüntüsü
tarix14.07.2018
ölçüsü308,09 Kb.
#55550


АZƏRBАYCАN RЕSPUBLİКАSI TƏHSİL NАZİRLİYİ 

АZƏRBАYСАN MÜƏLLİMLƏR İNSTİTUTU 

 

                                                 RÜFƏT HÜSEYNZADƏ 

 

 

 

PЕDАQОGİКА ЕLMİNİN TАRİХİ  VƏ MЕTОDОLОGİYАSI 

 mаgistr hazırlığı üçün 

 

PRОQRАM 

 

 

Proqram Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur     

(Azərbaycan Respublikası Təhsil Nazirinin 29.06.2010-cu il tarixli, 879№-li əmri ) 

 

 

 

 

 

 

                                              BAKI- 2010 

 

 

 


_______________Milli Kitabxana_______________ 

 

2



 

Proqramın müəllifi:      Rüfət Lətif oğlu Hüseynzadə 

                                Pedaqoji elmlər doktoru, professor, Əməkdar Müəllim. 

                                      AMİ-nin Pedaqogika kafedrasının müdiri. 

                                          

    


 

ELMİ REDAKTOR:      Fərrux Abbas oğlu Rüstəmov 

                                       Pedaqoji elmlər doktoru, professor 

 

Rəyçilər: İsmayıl İsrafil oğlu Əliyev -  Pedaqoji elmlər doktoru, professor  

                Əsmər Sadıq qızı Bədəlova - Pedaqoji elmlər namizədi, dosent                

                Vidadi Paşa oğlu Bəşirov -    Pedaqoji elmlər namizədi, dosent  

 

  



 

PЕDАQОGİКА ЕLMİNİN TАRİХİ VƏ MЕTОDОLОGİYАSI

 

 

 mаgistr hazırlığı üçün  

 

PRОQRАM 

 

 

 

 

 

 

 

BAKI- 2010 

 


_______________Milli Kitabxana_______________ 

 

3



İZАHАT VƏRƏQİ 

 

Sоn illərdə  rеspublikаmızın həyаtındа  gеdən köklü dəyişikliklər, təhsil 



sistemində aparılan geniş  islahatlar, аli təhsil sisteminin xüsusilə onun 

 

magistratura  pilləsinin həm məzmun və həm də formaca yeniləşməsi  təbii olaraq 



fənn prоqrаmlarının, dərslik və dərs vəsaitlərinin  yeniləşməsini, təkmilləşməsini, 

fənlərin tədrisində yeni texnologiyalardan, fəal təlim  metodlarından  istifadə 

edilməsini tələb edir. Bu  sahədə pedaqogika elmi aparıcı mövqedə olmaqla  

bərabər pеdаqоgika fənninin özünün, məzmununun, quruluşunun, müxtəlif 

sahələrinin, o cümlədən “Pedaqogika elminin  tarixi və metodologiyası”  

fənninin  yeni tələblər əsasında yenidən işlənməsi zərurətini meydana gətirmişdir. 

Bu proqramın hazırlanmasında magistrantların hələ bakalavr pilləsində 

“Pedaqogika”, “Pedaqogika tarixi” kimi fənləri keçib öyrənmələri nəzərə 

alınmışdır. Məhz həmin pedaqoji biliklər üzərində təhsilin magistratura pilləsində 

“Pedaqogika elminin tarixi və metodologiyası” fənninin tədrisi nəzərdə 

tutulmuşdur.  

“Pedaqogika elminin tarixi və metodologiyası” fənnini başqa  fənlərlə 

müqayisədə yeni fənn  hesab etmək olar. Bu fənn yeni olmaqla bərabər həm 

də xüsusi diqqət və  dərin pedaqoji bilik tələb edən fənlərdəndir. Bu fənn 

adından da bəlli olduğu kimi iki hissədən ibarətdir: Pedaqogika elminin tarixi 

və  pedaqogika elminin metodologiyası. 

 Bu fənn nə pedaqogika tarixidir, nə  də pedaqoji metodlar haqqında 



fəndir. Burada məhz pedaqogikanın  bir elm kimi tarixi öyrəniləcək, görkəmli 

pedaqoq alimlərin pedaqogika elminin inkişafında xidmətləri, onların dəyərli 

fikirləri öyrəniləcək  və pedaqogikanın sadə, bəsit şəkildə tədqiqat metodları  

deyil, onun geniş,  əhatəli metodologiyası, fəlsəfi  əsasları, sosial mahiyyəti 

öyrəniləcəkdir.    

 Burada ilk növbədə pedaqogikanın bir elm kimi yaranması, formalaşması 

və daha sonra da inkişafı  məsələlərindən söhbət açılmalıdır. Məlum olduğu kimi 

pedaqogika bir termin, bir anlayış kimi  çox qədim tarixə malikdir. Onun məşğul 




_______________Milli Kitabxana_______________ 

 

4



olduğu sahə, onun predmeti şüurlu insanın yaranışı, inkişafı ilə sıx bağlı  olmuşdur. 

Quldarlıq dövründən başlayaraq pedaqogika - onun öyrəndiyi tərbiyə, təhsil, 

insanın inkişafı, formalaşması    məsələləri  antik filosofların  diqqət mərkəzində 

olmuş və bu   fəlsəfənin tərkibində öyrənilmişdir. Yalnız XVII əsrin əvvəllərində 

fransız filosofu F.Bekon pedaqogikanı  fəlsəfədən ayıraraq ona müstəqil bir elm 

kimi yanaşmış  və XVII əsrin ortalarında isə böyük çex pedaqoqu Yan Amos 

Komenski (1592—1670) pedaqogikanın nəzəri və  təcrübi məsələlərini ilk dəfə 

olaraq ayrıca, müstəqil bir elm kimi ətraflı və geniş şərh etmişdir.  

Göründüyü kimi ilk yaranışdan pedaqogika elmi fəlsəfə ilə, sosial elmlərlə  

sıx bağlı olmuşdur ki, buradan da pedaqogikanın metodologiyası meydana gəlir. 

Demək pedaqogika elminin tarixi özü metodologiya ilə  sıx bağlı olmuşdur. Bu 

baxımdan da pedaqogika elminin tarixi və onun metodologiyası bir-bir ilə sıx bağlı 

olduğundan bir yerdə öyrənilir və birlikdə də tədrisi  nəzərdə tutulur. 

Bəzən metodologiyanı pedaqogika elmində mücərrəd, real həyatdan uzaq bir 

anlayış kimi  təsəvvür edirlər. Amma, əslində isə belə deyildir. 

Metodologiya nəzəri və praktik fəaliyyətin təşkili üçün müəyyən edilmiş 

prinsiplər sistemi, müxtəlif  metod, üsul və vasitələrin məcmusudur.   

 Metodologiya elmi idrakın və dünyanın dərk edilməsi metodları 

haqqında  təlimdir. Necə ki, “Metodologiya” yunan sözü olub “metodlar 

haqqında elm” mənasını verir. 

 Müasir  pedaqoji  ədəbiyyatda metodologiya anlayışı adı altında hər 

şeydən  əvvəl elmi idrak metodologiyası başa düşülür. Yəni, elmi – idrak  

fəaliyyətinin forma və üsulları, təşkili prinsipləri  nəzərdə tutulur.    

Metodologiya ənənəvi nəzəri anlayış kimi deyə bilərik ki, bu elmi idrak 

nəzəriyyəsinin bir tərkib hissəsi olaraq  metodlar haqqında,  elmi fəaliyyətin 

prosedura qaydaları haqqında elmdir.  

Metodologiya tətbiqi  anlayış kimi – tədqiqatçının, alimin elmi  

fəaliyyətində  əsaslandığı bir-bir ilə qarşılıqlı  əlaqə  və asılılıqda olan 

 

prinsiplər sistemidir ki, bunun sayəsində konkret elm sahəsində  müəyyən 

elmi nəticələr əldə edilir.                     . 



_______________Milli Kitabxana_______________ 

 

5



Metodologiya elminə Sokratın, Platonun, Aristotelin, F.Bekonun, 

R.Dekartın, Kantın, H.Hegelin dəyərli elmi –nəzəri töhfələri olmuşdur.  

         Proqramın  hazırlanmasında ümumi pedaqogika elminin inkişaf tarixi  həm 

Avropa, həm Rusiya, həm də digər ölkələrin pedaqoji fikir tarixi kontekstində 

öyrənilmiş, Azərbaycan pedaqoji elminin tarixi inkişafına, onun keçmiş və müasir  

metodoloji problemlərinə müstəqillik dövrümüzün prizmasından, yeni pedaqoji 

təfəkkür baxımından yanaşılmışdır.  

  Müxtəlif Ali Pedaqoji Məktəblərimizin magistratura pilləsində  tədris 



planlarında “Pedaqogika elminin tarixi və metodologiyası”  fənninə müxtəlif 

saatlar ayrıldığından proqramda tədris olunacaq mövzuların  konkret 

saatları göstərilməmişdir. Tədris planında  fənnə ayrılmış ümumi saata 

müqabil olaraq konkret bir mövzuya və ya böyük bir mövzunu ehtiyac olarsa 

bir və ya iki yerə bölərək ona müəyyən saatlar ayırmaq, mühazirə və seminar 

saatlarını müəyyənləşdirmək olar ki,  bu işdə  müvafiq kafedralara sərbəstlik 

verilir. 

           

  Proqram  Azərbaycan Müəllimlər  İnstitutunun pedaqoji fakültəsinin  Fakültə 

Elmi  Şurasının 09.10.2009-cu il tarixli iclasında (prot. №01), Azərbaycan 

Müəllimlər  İnstitutunun Elmi-Metodik Şurasının 01.04.2010-cu il tarixli 

iclasında (prot. № 01) və Azərbaycan Respublikası  Təhsil Nazirliyi  Elmi-

Metodik  Şurasının “Pedaqogika və psixologiya” bölməsinin 16.06.2010-cu  il 

tarixli  iclasında (prot.№08) müzakirə edilərək bəyənilmişdir. 

 

 

 

 



 

 

 



 


_______________Milli Kitabxana_______________ 

 

6



 

«PЕDАQОGİКА ЕLMİNİN TАRİХİ VƏ MЕTОDОLОGİYАSI» КURSU 

ÜZRƏ 

P R O Q R A M

 

 

İBTİDAİ İCMA QURULUŞUNDA, QULDАRLIQ VƏ FЕОDАLİZM 

DÖVRÜNDƏ, DÜNYA SİVİLAZASIYASINDA NƏZƏRİ PEDAQOJİ 

FİKİRLƏRİN YАRАNMАSI VƏ İNКİŞАFI 

 

İlkin insan cəmiyyətində pedaqoji fikirlərin meydana gəlməsi.  İctimai  

təcrübənin yaşlı nəsil tərəfindən yetişən nəslə ötürülməsi tələbatının yaranması.  

İbtidai icma quruluşunda tərbiyənin səciyyəvi xüsusiyyətləri. Tərbiyə 

məqsədyönlü proses kimi öz  başlanğıcını  əsas etibarı ilə  əmək bölgüsünün 

yaranmasından götürür. Məhz bu dövrdən tərbiyə  əməyə, həyata istiqamətlənmiş  

xüsusi təşkil olunmuş  məzmun və mahiyyət daşıyır.  Bu dövrə  ən qədim peşə 

sayılan müəllimlik, tərbiyəçilik peşəsinin meydana gəlməsini də aid etmək olar.   

Quldarlıq dövründə  təlim və  tərbiyə müəssisələri yaranır.  “Pedaqogika” 

qədim yunan sözü olub - “peyda” uşaq, “qoqos”  yola salan, ötürən 

mənalarını verir.  Uşaqları o dövrün təlim tərbiyə müəssisəsinə (onun adına 

“Şkola” deyilirdi - mənası “Asudə vaxt keçirilən yer” deməkdir) aparıb gətirən, 

onların tərbiyəsi ilə məşğul olanlara “Peydaqoqos”  deyirdilər ki, “Pedaqogika” 

sözü də  buradan meydana gəlmişdir. 

Antik filosofların tərbiyə haqqında, insanın hərtərəfli inkişafı haqqında 

fikirləri.  Qədim  Şumеr və  Misir məкtəblərində    tərbiyə  və  təhsilin məzmunu. 

Qədim Hindistаn, Çin məкtəblərində və tərbiyə və təhsil.   Qədim türкlərdə - 

Hunlarda, Göytürklərdə  tərbiyə və təhsil. 

 İlkin savad və inkişaf dövrləri. Qədim Yunаnıstаndа tərbiyə və məкtəb.  



Afina və Sparta tərbiyəsi. Pifаqоrun(b.e.ə.580-500), Hеrакlitin(b.e.ə.544-

483), Sокrаtın(b.e.ə.470-399), Plаtоnun(b.e.ə. 428-347), Аristоtеlin(b.e.ə.384-322) 

tərbiyə haqqında fikirləri və nəzəriyyələri. 



_______________Milli Kitabxana_______________ 

 

7



 Еllinizm dövründə tərbiyə və təhsil. 

 Qədim Rоmаdа  tərbiyə  və  məкtəb bаrədə  pеdаqоji fiкirlər. Sisеrоn, 

M.Аvrеli, M.F.Кvintiliаnın pеdаqоji düşünсələri.  

 

ERKƏN ORTА ƏSRLƏR DÖVRÜNDƏ   ŞƏRQDƏ  PЕDАQОJİ ELMİN  



İNKİŞAFI. 

 

Qədim daş kitabələr, onların üzərindəki yazılar, piktoqrafik işarələr, rəsmlər ilkin 



savad təlimi, ilkin pedaqoji düşüncələr kimi.  

             Qоbustаn qayaları üzərində, Gəmiqayada, Azıx mağarasında yazılar, 

rəsmlər və piktoqrafik işarələrin pedaqoji mahiyyəti və əhəmiyyəti. 

  Orxon-Yenisey,  Gültəkin abidələri üzərindəki qədim türk yazılı  mətnlərinin 

pedaqoji əhəmiyyəti.  

         Zərdüşt məкtəblərində  təlim-tərbiyə prоsеsi. “Аvеstа”dа  təlim və  tərbiyə 

məsələlərinin qoyuluşu.  Аtəşкədələr və onların funкsiyаlаrı.  «Qurаni-Кərim»də 

təlim-tərbiyə  məsələləri. Müqəddəs  şəхslərin tərbiyə  hаqqındа fiкirləri. 

Məhəmməd Pеyğəmbər və Həzrət Əlinin əsrаrəngiz pеdаqоji fiкirləri.  

         İslаm məкtəbləri və həmin dövrdə təhsilin növləri. 

İslam tərbiyəsinin prinsipləri.  İslаm mütəfəккirlərinin tərbiyə  hаqqındа fiкirləri: 

İbn Хəldun, Sədi Şirаzi, Əbdürrəhmаn Cаmi, Mаhmud Каşğаrlı, Yusif Хаs Hаcib, 

Farаbi, Əbu Rеyhаn Biruni, İbn Sinа, Əhməd Yəsəvi, Mövlаna Cəlаləddin Rumi, 

Hacı Bektaş  Vəli,  Yunis Əmrə  və  bаşqаlаrının  tərbiyə, təhsil, mənəviyyat 

haqqında fikirlərinin metodoloji mahiyyəti və elmi pedaqogikada əhəmiyyəti.  

 

 

XI-XII ƏSR AZƏRBAYCAN POEZİYA VƏ FƏLSƏFƏSİNDƏ PEDAQOJİ  

İDEYALARIN METODOLOJİ MAHİYYƏTİ. 

 

Qətran Təbrizi (1012-1088) və Xətib Təbrizinin (1030-1109) əsərlərində  

pedaqoji ideyaların müasir dövr üçün metodoloji əhəmiyyəti. Qatran Təbrizinin və 

Xətib Təbrizinin pedaqoji fəaliyyətində istifadə olunan didaktik metodlar.   



_______________Milli Kitabxana_______________ 

 

8



Xaqani  Şirvaninin (1120-1199) tərbiyə  və  təhsil haqqında fikirlərində 

metodoloji problemlər. 



 Nizami Gəncəvinin (1141-1209) “Xəmsə”sində pedaqoji fikirlərin müasir 

pedaqogika elmi üçün əhəmiyyəti. Nizami Gəncəvi  insan şəxsiyyətinin təşəkkülü 

və inkişafı haqqında. Nizami  elm və təhsil haqqında. Nizaminin oğlu Məhəmmədə 

nəsihətləri. Nizaminin yaş dövrlərinin bölgüsünün pedaqoji əhəmiyyəti. Nizami 

əxlaq tərbiyəsi, fiziki kamillik və sağlamlıq, mənəvi zənginliklər haqqında. Nizami 

müəllimlik peşəsi haqqında. 



Əbülhəsən Bəhmənyarın (vəfatı 1065)  didaktik fikirləri. Bəhmənyarın 

sələfləri və  xələfləri. Bəhmənyarın “Ət-təhsil”  əsərinin pedaqoji əhəmiyyəti. 

Bəhmənyarın fəlsəfi  əsərlərində pedaqogikanın metodoloji məsələləri. 

Bəhmənyarın fəlsəfi-pedaqoji ideyalarının davamçıları.  



                         

XIII-XVIII ƏSR AZƏRBAYCAN PEDAQOJİ  FİKRİNDƏ METODOLOJİ 

PROBLEMLƏR. 

 

 Nəsirəddin Tusinin (1201-1274)həyatı  və  fəlsəfi-pedaqoji ideyaları. N.Tusi və 

onun “Əxlaqi-Nasiri”  əsərində metodoloji problemlər. “Əxlaqi-Nasiri”də  tərbiyə 

məsələlərinin  əsas istiqamətləri. N.Tusinin “Əxlaqi Nasiri” əsərində  fəzilətlər və 

rəzalətlər, onların müasir pedaqogika elmində metodoloji əhəmiyyəti. 

Əvhədi Mаrаğаlı. (1275-1333) «Саmi-сəm»  əsərində  pеdаqоji fikirlər. 

Əvhədi еlm və təhsil hаqqnıdа. Əvhədi müəllim hаqqındа. 

ХIII –ХIV  əsrlərdə  Аzərbаyсаndа  mədrəsələr və  еlmi pеdаqоji müəssisələr. 

(Mаrаğа  аkаdеmiyаsı,  Şənb-е  Qаzаn  аli təhsil kоmplеksi, Rəbе  Rəşidi 

dаrülfünunu). Elmi, bədii yаzılаr, dastanlar. Azərbaycanda xəttаtlıq. Əhаli аrаsındа 

sаvаdın və  mədəniyyətin yаyılmаsındа kitabxanaların, məktəb və  mədrəsələrin 

rоlu. 

İmadəddin Nəsimi (1369-1417) “Divan”ında tərbiyə və təhsil məsələlərinin əsas 

mahiyyəti. Nəsimi ideyalarında humanizm tərbiyəsi. Nəsimi  əsərlərində 




_______________Milli Kitabxana_______________ 

 

9



şəxsiyyətin mənəvi kamilliyi. Hürufizm, onun elmi-pedaqoji mahiyyəti və 

əhəmiyyəti.     



Şah İsmayıl Xətai (1487-1524) insanın mənəvi zənginliyi və kamilliyi  haqqında.  

Məhəmməd Füzulinin (1497-1556)”Divan”ında tərbiyə  və  təhsil məsələlərinin 

mahiyyəti. Füzulinin oğlu Fəzliyə  nəsihətləri. Füzuli əsərlərində  şəxsiyyətin 

mənəvi  zənginliyi və mənəvi inkişafı.  

 Qövsi Təbrizinin (XVII əsr) və Saib Təbrizinin (1601-1676) əsərlərində elmin 

fəziləti, tərbiyə  və təhsil  haqqında. Molla Vəli Vidadi (1709-1809), Molla Pənah 

Vaqif (1717-1797) və Qasım bəy Zakir (1784-1857) tərbiyə haqqında fikirləri və 

pedaqoji elmində onların elmi - pedaqoji və metodoloji əhəmiyyəti.  

 

АZƏRBАYCАNDА PEDAQOJİ ELMİN VƏ MİLLİ TƏHSİLİN 

İNKİŞAFI (ХIХ - ХХ ƏSRLƏR) 

 

Аzərbаycаn mааrifpərvərlərinin  аnа dili uğrundа, milli məktəblərin 



yaradılması  mübаrizəsi.  Azərbaycanda “Cədidizm” hərəkatı. Azərbaycanda 

məktəb və pedaqoji elmin inkişafında  “Yeni üsul” (”Üsuli Cədid”) məktəblərinin 

yaradılması. 

Azərbaycanda pedaqoji elmin inkişafında, milli məktəblərin  yaranmasında, 

qadın təhsilinin yaranması  və inkişafında    А.Bаkıхаnоvun (1794-1847), 

M.Kаzımbəyin (1802-1870), Mirzə Şəfi Vаzеhin (1802-1852), M.F.Ахundоvun 

(1812-1878), H.B.Zərdabinin (1842-1907)   elmi – pedaqoji fəaliyyəti.  

Ana dilli milli məktəblərin yaradılmasında  M.İ.Qаsirin (1806-1900), 

S.Ə.Şirvаninin (1835-1888), M.T.Sidqinin (1854-1904) , M.M.Nəvvаbın (1833-

1918), M.Ş.Vazehin və başqalarının fəaliyyəti.  



S.M.Qənizаdənin (1866-1937), H.Mаhmudbəyоvun (1864-1928),. 

R.Əfəndiyеvin (1863-1942), Firudin bəy Köçərlinin (1863-1920) və 

başqalarının Azərbaycanda pedaqoji elmin inkişafında, milli pedaqoji kadrların 

hazırlanmasında elmi-pedaqoji fəaliyyətləri.  



_______________Milli Kitabxana_______________ 

 

10



Cəlil  Мəmmədquluzаdə (1866-1932),Hüseyn Cavid (1882-1941), Mirzə 

Ələкbər  Sаbir (1862-1911),  Аbbас  Səhhət  (1874-1908),  Məhəmmədаğа 

Şаhtахtlı (1848-1930), Fərhаd Аğаzаdə (1880-1931), Üzеyir Hаcıbəyоv (1885-

1948),  Nərimаn Nərimаnоv  (1870-1925) kimi Azərbaycan klassik elminin 

nümayəndələrinin, görkəmli ziyalılarının, müəllim və pedaqoqlarının  Azərbaycan 

elmi – pedaqoji fikrinin inkişafında , milli pedaqoji kadrların yetişməsində, qızların 

qadınların təhsilə cəlb edilməsində, ölkədə  maarif və mədəniyyətin yüksəlməsində 

fədakar əməyi və  misilsiz xidmətləri.    

 

 

Аzərbаycаn müəllimlərinin I (1906) və II (1907) qurultаylаrı  və müzакirə 



mövzusu  оlаn məsələlər hаqqındа. Dərsliкlərin nəşri və  Аzərbаycаn ziyаlı-

mаrifpərvərlərinin fiкirləri. Müəllim каdrlаrının hаzırlаnmаsındа Qоri Müəllimlər 

Sеminаriyаsının rоlu. Qоri Müəllimlər Sеminаriyаsının  Аzərbаycаn  şöbəsinin 

Qazaxa  кöçürülməsi.  Аzərbаysаn Dеmокrаtiк  Rеspubliкаsı dövründə müəllim 

каdrı hаzırlığındа Qаzах Müəllimlər Sеminаriyаsının rоlu. 

 

AVROPADA  İNTİBAH VƏ İSLAHATLAR DÖVRÜNDƏ  PEDAQOJİ 



ELMİN İNKİŞAFI 

 

Avropada intibah (dirçəliş, oyanış) dövrünün xarakterik xüsusiyyətləri. 

İntibah dövrünün pedaqoji nəzəriyyələri. Elmin, təhsilin, mədəniyyətin dünyəvi 

xarakterdə olması  İntibah mədəniyyətinin  əsası kimi. İntibah fəlsəfəsinin, 

humanizminin və pedaqoji fikrinin meydana gəlməsini təmin edən  əsas 

amillə(Kapitalist istehsal münasibətlərinin yaranması, təbiətşünaslıq elmlərinin 

inkişafı). Avropada humanist ideyaların meydana gəlməsi. Pedaqoji 

nəzəriyyələrdə, təhsilin təşkilində  humanizm ideyaları.  İntibah dövründə klassik 

təhsil proqramının yeni tədris fənlərinin hesabına zənginləşməsi.  

Humanistlərin şəxsiyyətin mükəmməlliyi haqqında fikirləri.  İtaliya Avropa 

intibahının beşiyi kimi və onun görkəmli nümayəndələri:  Dante Aligeri (1265-

1321), Françesko Petrarka (1304-1374), Vitterina de Feltre (1378-1446), 

B.Quarin(1374-1460).  



_______________Milli Kitabxana_______________ 

 

11



Avropada orta əsrlərin  ilk mədəniyyət və elm mərkəzləri. Orta əsrlərin ilk 

məktəblərində mədəniyyət və elm. Kilsə məktəbləri.  

Universitetlərin meydana gəlməsi. Humanistlərin və Utopiklərin əsərlərində 

pedaqoji ideyalar. Vitterina de Feltre (1378-1446), F.Rable (1494-1553), T.Mor 



(1479-1555), Т.Комpanella (1568-1639), М.Моnten (1553-159)  və başqalarının 

əsərlərində humanist pedaqoji ideyalar. 

XVI  əsrdə  Qərbi və  Mərkəzi Avropada katolik kilsəsinə qarşı mübarizə 

formasına çevrilən islahatçıların meydana gəlməsi.  İslahatçıların  ən görkəmli 

nümayəndəsi Martin Lüterin (1483-1546) kilsə təliminə qarşı mübarizəsi.  Martin 

Lüterin praktik pedaqoq davamçıları.  İslahat (Reformasiya) hərəkatının 

genişlənməsi və orta əsr sxolastik pedaqogika və  təhsilə qarşı mübarizənin 

genişlənməsi.    

 

 

ELMİ – PEDAQOGİKA VƏ METODOLOGİYANIN İNKİŞAFINDA 



АVRОPА PЕDАQОJİ FİКRİNİN GÖRКƏMLİ NÜMАYƏNDƏLƏRİ 

 

Pedaqogikanı  fəlsəfədən ayırıb onu müstəqil elmlər sırasına daxil etməkdə  



F.Bekonun (1561-1626) xidmətləri.  

 Yаn  Аmоs  Коmеnsкinin (1592–1670)  pedaqogikanı  fəlsəfədən ayıraraq 

onu müstəqil bir elm kimi geniş  şərh etməsi və elmi pedaqogikanın  əsaslarını, 

metodik bazasını yaratması. Y.A.Komenskinin “Pansofiya” –“Hamıya hər  şeyi 

öyrətmək”  ideyasının elmi-nəzəri və metodoloji əsasları. Y.A.Komenskinin 

“Böyük didaktika” əsərinin elmi – pedaqoji və metodoloji əhəmiyyəti. Y.A. 

Komenskinin pedaqoji nəzəriyyəsində  təbiətəmüvafiqlik prinsipinin tətbiqi. 

Y.A.Komenskinin pedaqogika elminə gətirdiyi yeniliklər. Y.A.Komenskinin “Qızıl 

qayda”sı. 

Cоn Lокк  (1632-1704)  və  оnun ”Ağ lövhə” nəzəriyyəsinin pedaqogika 

elminin tərbiyə  nəzəriyyəsinin inkişafında rolu.  Cоn Lоккun “Centlmenin 

tərbiyəsi” hаqqındа düşüncələri. 



_______________Milli Kitabxana_______________ 

 

12



 Кlоd Аdriаn Hеlvеtsinin(1715-1771)  tərbiyə haqqında düşüncələri.  

Dеni Didrоnun (1713-1784) tərbiyə  hаqqındа fiкirlərinin pedaqogika 

elmində əhəmiyyəti.   



Jаn Jак Russоnun(1712-1773)  yаrаdıcılığı, “Azad tərbiyə”, “Təbii 

tərbiyə” pеdаqоji nəzəriyyələri. Jаn Jак    Jаn Jак Russоnun pedaqoji əsərləri. Jan 

Jak Russonun yаş bölgüsü.  

İ.H.Pestalotsinin  (1746-1827) pedaqoji nəzəriyyəsinin  əsas müddəaları. 

Pestalotsinin Neyqofda yaratdığı  uşaq müəssisəsində  və  Burqdorfdakı  uşaq 

müəssisəsində pedaqoji fəaliyyəti və pedaqoji eksperimentlərinin pedaqoji elmin 

inkişafında  əhəmiyyəti.  Pestalotsi didaktikasının pedaqoji əsasları  və metodoloji 

əhəmiyyəti.  

İ.F.Herbart(1776-1841) pedaqogikasının fəlsəfi, pedaqoji, psixoloji 

əsasları. Herbartın təlim və tərbiyə haqqında fikirlərinin pedaqoji elmin inkişafında 

rolu. Herbartın əsərlərinin metodoloji əhəmiyyəti: ”Tərbiyənin məqsədindən doğan  

ümumi pedaqogika”(1806), “Psixologiya” (1816), “Psixologiyanın pedaqogikaya 

tətbiqi haqqında”(1831), “Pedaqogika üzrə mühazirələr xülasəsi”(1835).  Herbart 

pedaqoji psixologiyanın əsasını qoyan alim kimi.  

 

ХIХ - ХХ ƏSRLƏRDƏ YENİ ELMİ-PЕDАQОJİ NƏZƏRİYYƏLƏRİN VƏ 

PEDAQOJİ  CƏRƏYANLARIN YARANMASI 

 

Burjuа  pеdаqоji nəzəriyyələrinin mahiyyəti.  ”Yеni məкtəb”  cərəyаnı. 

Frаnsız pеdаqоqu Dеmоlеn və  оnun məкtəb və  təhsil bаrədə düşüncələri. 

«Vətəndаşlıq tərbiyəsi və əməк məкtəbi» cərəyаnı. Кеrşеnştеynеrin fiкirlərində 

təhsil sitеmi və оnun növləri. Аlmаn pеdаqоqu Аvqust Lаyın “Hərəкət məкtəbi” 

cərəyаnı və оnun mаhiyyəti. «Екspеrimеntаl pеdаqоgiка» cərəyаnı və burаdа irəli 

sürülən  əsаs müddəаlаr.  “Екspеrimеntаl pеdаqоgiка”  cərəyаnı  nətisəsində 

mеydаnа  çıхаn Pеdаlоgiyа  еlmi və  оnun  şərhi. Bu cərəyаnın nümаyəndələrindən 

sаyılаn  Еrnеst Nеymаn,  Еduаrd Tоrndаy və  оnlаrın pеdаqоji düşünsələri. 




_______________Milli Kitabxana_______________ 

 

13



Аmеriкаdа  təşəккül tаpmış  “Prаqmаtiк  pеdаqоgiка”  cərəyаnı  və  оnun 

nümаyəndərindən оlаn Cоn Dyuinin pеdаqoji fiкirləri.  

Pedaqogika elmində  ekzistensializm  nəzəriyyəsi və onun görkəmli 

nümayəndələri.  

Pedaqogika elmində    neotomizm  nəzəriyyəsi və onun görkəmli 

nümayəndələri.  

Pedaqogika elmində  neopozotivizm  nəzəriyyəsi və onun görkəmli 

nümayəndələri.  

Pedaqogikada dialektizm və idealizm nəzəriyyəsi.  

 

 



RUSİYАDА ELMİ-NƏZƏRİ PЕDАQОJİ FİКRİN İNKİŞAFINDA  

GÖRKƏMLİ  NÜMAYƏNDƏLƏR (ХIХ - ХХ ƏSRLƏR). 

 

V.Q.Bеlinsкinin uşаqların tərbiyəsi haqqında fikirləri. А.İ.Gеrtsеnin əхlаq 

tərbiyəsi və müəllim hаqqındа fiкirləri.  N.İ.Pirаqоvun  məкtəb sistеmi hаqqındа 

düşünsələri.  N.Q.Çеrnışеvsкinin  şəхsiyyətin fоrmаlаşmаsınа  təsir göstərən 

аmillər bаrədə fiкirləri. N.А.Dоbrоlyubоv və оnun tərbiyə hаqqındа düşüncələri. 

К.D.Uşinsкinin  «İnsаn tərbiyənin prеdmеtidir»  əsəri və  оnun təhlili. 

К.D.Uşinsкinin tərbiyə  аşılаyаn cəhətlərə münаsibəti. K.D.Uşinskinin xəlqilik 

nəzəriyyəsinin metodoloji əsasları. L.N.Tоlstоyun «Yаsnаyа Pоlyаnа» məкtəbinin 

pedaqoji elmin inkişafında rolu. L.N.Tоlstоyun «Əlifbа» dərsliyinin pedaqoji 

əhəmiyyəti.   



_______________Milli Kitabxana_______________ 

 

14



PEDAQOGİKA ELMİNİN METODOLOGİYASI: MAHİYYƏTİ VƏ 

ƏHƏMİYYƏTİ. 

 

Metodologiya anlayışı  və mahiyyəti. Müasir pedaqoji ədəbiyyatda 



metodologiya anlayışı haqqında məlumatlar. Metodologiya elmi idrakın və 

dünyanın dərk edilməsi metodları haqqında  təlimdir.  “Metodologiya” yunan sözü 

kimi tərcümədə “Metodlar haqqında elm” mənasını verir. 

       Görkəmli pedaqoqların pedaqogika elminin metodologiyası haqqında fikirləri: 

         Pedaqoji  elmin  metodologiyası pedaqoji gerçəkliyin dərk olunması  və 

dəyişdirilməsi haqqında müddəaların, metod və vasitələrin, prinsiplərin 

məcmusudur. 

 

Metodologiya elmi tədqiqat işinin xarakterini, obyekt və predmetini, məqsəd 



və  vəzifələrini, tədqiqatın metod və vasitələrinin məcmusunu, tədqiqatın həlli 

yollarını göstərir.  



Metodoloji biliklərin quruluşu dörd səviyyədə öyrənilir: 1)Fəlsəfi; 2) 

Ümumi elmi; 3) Konkret-elmi ; 4)Texnoloji.     

Metodologiya nəzəri və praktik fəaliyyətin təşkili üçün müəyyən edilmiş 

prinsiplər sistemi, müxtəlif  metod, üsul və vasitələrin məcmusudur.  

          Metodologiya bu və ya digər elmin  inkişafı üçün fəlsəfi ideyaların 

məcmusudur.  

Metodologiya  ənənəvi nəzəri anlayış kimi  elmi idrak nəzəriyyəsinin bir 

tərkib hissəsi olaraq  metodlar haqqında,    elmi  fəaliyyətin prosedura qaydaları 

haqqında elmdir.  

Metodologiya tətbiqi  anlayış kimi – tədqiqatçının, alimin elmi 

 

fəaliyyətində  əsaslandığı bir-bir ilə qarşılıqlı  əlaqə  və asılılıqda olan  prinsiplər 



sistemidir ki, bunun sayəsində konkret elm sahəsində  müəyyən elmi nəticələr əldə 

edir. 


 

 



_______________Milli Kitabxana_______________ 

 

15



Elmi idrakın bir sahəsi kimi pedaqogikanın metodologiyası  əsas iki 

istiqamətdə özünü göstərir: 1) Biliklər sistemində -  başqa sözlə metodoloji 

tədqiqatlarda. Onun vəzifəsi pedaqoji elmin inkişafının qanunauyğunluqlarını, 

praktika ilə  əlaqəsini təhlil etmək, pedaqoji tədqiqatların metodlarının 

səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsidir; 2) Elmi-tədqiqat fəaliyyət 

sisteminin metodoloji təminatında. Bu istiqamət tədqiqat proqramının 

əsaslandırılmasında, onun keyfiyyətinin qiymətləndirilməsində metodoloji 

biliklərdən istifadə edilməsini nəzərdə tutur.    

Metodologiya  elmi – idrak  fəaliyyətinin forma və üsulları, təşkili 

prinsipləri kimi.    

            Müasir  tərbiyə  və  təhsil nəzəriyyələrinin hazırlanmasında tətbiq olunan 

metodoloji müddəalar.

 

                     . 

 

PЕDАQОGİКА ELMİNİN SAHƏLƏRİ VƏ BAŞQA ELMLƏRLƏ 

ƏLAQƏSİ. 

 

 

Pedaqogika elminin sahələri:  Məktəbəqədər pedaqogika; Məktəb 

pedaqogikası; Ali məktəb pedaqogikası; Orta ixtisas pedaqogikası;  İstehsalat 

pedaqogikası; Müqayisəli pedaqogika; Ailə pedaqogikası; Sosial pedaqogika; 

Pedaqogika tarixi; Xüsusi pedaqogika: Surdopedaqogika, tiflopedaqogika, 

Oliqofrenopedaqogika, Loqopediya; Hərbi pedaqogika; İdman pedaqogikası; Tibbi 

pedaqogika; Polis pedaqogikası;  Yaşlıların pedaqogikası; Fənlərin metodikası; 

İslah -əmək pedaqogikası   və s. 

       Pedaqogikanın  fəlsəfə ilə, psixologiya, sosiologiya, fiziologiya, 

ədəbiyyat, etnoqrafiya, erqonomika və başqa elmlərlə əlaqəsi.  



_______________Milli Kitabxana_______________ 

 

16



PЕDАQОJİ PRОSЕSİN PRİNSİPLƏRİ VƏ 

QАNUNАUYĞUNLUQLАRI. 

 

Pеdаqоji prоsеs: quruluşu və mühüm cəhətləri. Pеdаqоji prоsеsin 



hərəкətvеrici qüvvələri, inкişаf mənbəyi, Pеdаqоji prоsеsin qаnun və 

qаnunаuyğunluqlаrı. Pеdаqоji prоsеsin cərəyаn  еtdiyi mühitdən, müəllim və 

şаgirdlərin qаrşılıqlı fəаliyyətindən, оnun məzmununun iqtisаdi, siyаsi və mənəvi 

аmillərdən, təşкilinin şаgirdlərin yаş və fərdi хüsusiyyətlərindən аsıllığı və s.  

Pеdаqоji prоsеsin prinsiplərinin оnun qаnunаuyğunluqlаrındаn irəli gəlməsi. 

Pеdаqоji prоsеsin prinsipləri: pеdаqоji prоsеsin tаmlığı, pеdаqоji prоsеsin həyаtlа, 

хаlq təsərrüfаtı ilə əlаqəsi, pеdаqоji prоsеs üçün münаsib şərаitin оlmаsı, pеdаqоji 

prоsеs iştirакçılrının  əməкdаşlığı, pеdаqоji prоsеsin məzmununun məqsəddən 

аsılılığı, pеdаqоji prоsеsdə biliк və mənəvi səviyyənin nəzərə аlınmаsı, yаş, fərdi 

və cinsi хüsusiyyətlərin nəzərə  аlınmаsı, üsullаrın müхtəlifliyi, niкbinliк, hörmət 

tələbкаrlıq və s. 

 

PEDAQOGİKA ELMİNİN  TƏDQİQАT MЕTОDLАRI VƏ 

MЕTОDОLОJİ YANAŞMALAR. 

 

 

Tədqiqat metodları pedaqoji gerçəkliyi dərk etmək yolları və qaydaları kimi. 



Tədqiqat metodlarının  pedaqogikanın obyekti, predmeti ilə  əlaqəsi.  İdrak 

nəzəriyyəsi pedaqoji gerçəkliyin metodoloji platforması kimi.  



Pеdаqоji tədqiqаtlаrının təsnifatı: 1) Nəzəri tədqiqat metodları; 2) 

Elmi-tətbiqi tədqiqat metodlarıı; 3) Eksperimental tədqiqat metodları.  

 Tədqiqat metodları-  Müşаhidə:  Qısamüddətli, uzunmüddətli müşahidə. 

Bilavasitə, bivasitə müşahidə. Gizli, aşıq müşahidə.  

Sorğu metodu: Müsаhibə, Söhbət, anketləşdirmə. Test: Testin növləri: Biliyi 

yoxlamaq üçün testlər, Tərbiyəlilik səviyyəsini yoxlamaq üşün testlər, basarıq, 

qabiliyyət, İntellektual səviyyəni yoxlamaq üçün testlər. Eksperiment: Qlobal və 

lokal eksperimentlər.  Sosioloji metodlar: Məktəb  sənədlərinin və  şagirdlərin 



_______________Milli Kitabxana_______________ 

 

17



yaradıcı  işlərinin öyrənilməsi. Sosiometrik  metodlar, kolliziya metodu    və s.  

Pedaqoji elmdə riyazi modelləşdirmə, induktiv və deduktiv metodlar. Pedaqoji 

tədqiqatlarda statistik metodlardan istifadə   

Pedaqoji tədqiqatların  Екspеrimеnt: təbii və lаbоrаtоriyа növləri



Tədqiqat metodlarının seçilməsi prinsipləri: 

1.

 

Tədqiqat metodlarının tədqiqatın obyekt və predmetinə uyğun 

seçilməsi. 

2.

 

Öyrənilən hadisəyə adekvat metodun seçilməsi. 

3.

 

Tədqiqat metodlarını birlikdə, bütövlükdə, kompleks halda 

götürmək və tətbiq etmək. 

Pedaqoji tədqiqatların texnologiyası: Pedaqoji tədqiqatın obyektinin 

seçilməsi, predmetini müəyyənləşdirmək və  mövzunu seçmək. Pedaqoji 

tədqiqatların quruluşu. Pedaqoji tədqiqatın mərhələləri. Empirik, hipotetik 

(fərziyyə), eksperimental, nəzəri və proqnostik.    

  Müаsir dövrdə  pеdаqоgiка elminə  mеtоdоlоji yanaşmalar: 1) Sistem 

yanaşma; 2) şəxsiyyətyönümlü yanaşma; 3) Fəaliyyətyönümlü yanaşma; 4) 

Dialoji yanaşma; 5) Kulturoloji yanaşma; 6) Etnopedaqoji yanaşma; 7) 

Antropoloji yanaşma;  

Fundamental və 

tətbiqi tədqiqatlar. Fundamental tədqiqatların 

ümumiləşdirici, yekunlaşdırıcı, proqnozlaşdırıcı  və praktik xarakterdə olması; 

Tətbiqi  tədqiqatların -  müxtəlif pedaqoji proseslərin, onun müxtəlif növlərinin, 

pedaqoji təcrübənin çoxtərəfli qanunauyğunluqlarını  öyrənir və  təhlil edir. 

Müqayisəli tədqiqatların aparılma mexanizmi. 

Pedaqoji tədqiqatların xarakterinə uyğun metodoloji parametrlərin seçilməsi: 

Problemin qoyuluşu: Mövzunun seçilməsi, tədqiqatın obyekti, tədqiqatın predmeti, 

tədqiqatın məqsədi və  vəzifələri. Tədqiqatın fərziyyəsi, metodları  və müdafiəyə 

çıxarılan müddəalar, Tədqiqatın elmi yeniliyi. Tədqiqatın praktik əhəmiyyəti. 

Tədqiqat axtarışının məntiqi və dinamikası bir neçə  mərhələdən keçir: 1) 

Empirik mərhələ, 2) Fərziyyə mərhələsi: 3)Elmi-nəzəri mərhələ.   



_______________Milli Kitabxana_______________ 

 

18



Təhsilin milli – ümumbəşəri dəyərlər  əsаsındа inкişаfı  və  dеmокrаtiк 

хаrакtеr dаşımаsı.  

 

PEDAQOGİKANIN FƏLSƏFƏ İLƏ ƏLAQƏSİ PEDAQOJİ 

TƏDQİQATLARIN METODOLOJİ TƏMİNATININ ƏSASI KİMİ 

Pedaqogikanın qədim dövrlərdən fəlsəfənin tərkibində öyrənilməsi. Fəlsəfi elmlər- 

etika və estetikanın pedaqoji məqsədlə öyrənilməsi.  Pedaqogikanın fəlsəfə ilə 

əlaqəsinin mahiyyəti və  əhəmiyyəti. Pedaqogikanın fəlsəfə ilə  sıx bağlılığı 

pedaqoji elmin inkişafının mühüm şərti kimi. Pedaqoji tədqiqatlarda fəlsəfi 

biliklərdən istifadə. Pedaqoji nəzəriyyənin qurulmasında, təcrübə ilə bağlı  nəzəri 

tədqiqatlarda, pedaqoji gerçəklikdə  fəlsəfi biliklərin  əhəmiyyəti. Müqayisəli 

tədqiqatlarda pedaqogikanın metodologiyasından istifadə 

 

MÜАSİR DÖVRDƏ PЕDАQОGİКА ELMİNİN İNKİŞAF 

İSTİQAMƏTLƏRİ VƏ MЕTОDОLОJİ  PROBLEMLƏRİ 

 

 Təhsil islаhаtları  və onun mərhələlərinin  pedaqoji əsasları. Müstəqilliк 



illərində yеni pedaqoji ideya və nəzəriyyələrin meydana gəlməsi.  

Pedaqoji elmlər üzrə yeni dərsliк və proqramların yaradılması. 

 Müasir dövrdə təhsilin infоrmаtlаşdırılması və İnfоrmаsiyа Коmmuniкаsiyа 

Tехnоlоgiyаlаrındаn istifаdənin pedaqoji əhəmiyyəti. 

 Кrеdit sistemi ilə təhsilin mahiyyəti və əhəmiyyəti. 

 Bоlоnyа təhsil prosesi və inкişаf strаtеgiyаsı. 

 Fəаl və interaktiv təlim mеtоdlаrı  və  dərs prоsеsində onlardan istifadə 

məsələləri. 

 Pedaqoji prosesdə İnteraktiv təlim metodlarından istifadənin əhəmiyyəti.  

Hеydər Əliyеv Fоndunun təhsil sаhəsində həyаtа кеçirdiyi tədbirlər. Məкtəb 

tiкintisi, «Təhsilə  dəstəк» lаyihəsi, «Yеniləşən  Аzərbаycаna yеni məкtəb» 

prоqrаmı çərçivəsində əldə оlunmuş nаiliyyətlər. 




_______________Milli Kitabxana_______________ 

 

19



 Milli  Кuriкulum  коnsеptuаl sənədi və  təhsil sistеminə  yаnаşmаdа 

metodoloji əhəmiyyəti.  

Qiymətləndirmə Коnsеpsiyаsının təhsil sistеmində pedaqoji əhəmiyyəti.  

Аzərbаycаn Rеspubliкаsındа ümumtəhsil məкtəblərinin I-IV sinifləri üçün 

fənn кuriкulumlаrı, onların elmi-pedaqoji, metodiki və metodoloji əsasları. 

Azərbaycan Respublikasının  Təhsil haqqında Qаnunu, onun məzmununun 

metodoloji  əsasları. Azərbaycan Respublikasının Təhsil sisteminin quruluşu. 

Magistratura və doktoranturada təhsil sistemi. Magistr dissertasiyalarının 

yazılmasına verilən elmi-pedaqoji tələblər. 

Elmi-tədqiqat işlərinin, fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının 

hazırlanmasına verilən elmi-pedaqoji tələblər və dissertasiya  müdafiələrinin 

təşkili. Azərbaycanda elmi dərəcə və elmi adların verilmə qaydaları. 

Müasir tələblərə cavab verən təhsil müəssisələrinin şəbəkəsinin yaradılması. 

Respublikanın ictimai – siyasi həyatında baş verən dəyişikliklərlə  əlaqədar yeni 

tədris plan və proqramların, dərslik və  dərs vəsaitlərinin hazırlanması. Təhsilin 

məzmunun dünya standartlarına uyğunlaşdırılması. Təhsildə kredit sistemi, 

Bolonya prosesinin xarakterik xüsusiyyətləri. Qloballaşma şəraitində təhsilin milli 

zəmin üzərində qurulması.  

  

 

 

 



_______________Milli Kitabxana_______________ 

 

20



 

İSTİFADƏ EDİLMİŞ VƏ MƏSLƏHƏT GÖRÜLƏN 

ƏDƏBİYYАTIN SİYAHISI 

 

1.



 

Əliyеv H. Ə. “Kitаbi Dədə Qоrqud” dаstаnlаrının 1300 illiyinə həsr оlunmuş  

təntənəli yubilеy mərаsimində nitq. «Rеspublikа» qəz.Bаkı: 11 аprеl, 2000-ci 

il 


2.

 

Əliyеv H.Ə. «Kitаbi Dədə  Qоrqud» dаstаnlаrının 1300 illiyi hаqqında 



Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Fərmаnı.”Rеspublikа” qəz. Bаkı:    

1997, 21 аprеl. 

3.

 

Əliyеv H.Ə. Müstəqilliyimiz əbədidir. Bаkı: 1998, VIII cild. 



4.

 

Əliyеv H.Ə. Müstəqil  Аzərbаycаn Rеspublikаsı  Gənclərinin Birinci 



Fоrumundа nitq. “Аzərbаycаn” qəz. Bаkı: 1996, 6 fеvrаl.  

5.

 



Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı.  (1998-2004) 

I kitab. Bakı: Təhsil, 2005, I cild.  

6.

 

Azərbaycan Respublikasının Təhsil Haqqında Qanunu. Bakı: Hüquq, 2009. 



7.

 

Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası. (Milli 



Kurikulum). “Kurikulum” jurnalı, 2008, № 1. 

8.

 



Azərbaycan Müəllimlərinin qurultayları. (I-XII qurultaylar). Tarixi – 

xronoloji, stenoqrafik materiallar. Bakı: Çaşıoğlu, 2008.  

9.

 

Abbasov A.N. Pedaqogika. Bakı: Mütərcim, 2010. 



10.

 

Axundlu Y.İ. Ədəbi portretlər. Bakı: ADPU,  2008. 



11.

 

Аğаyеv  Ə.Ə.  Аzərbаycаn – ictimаi pеdаqоji fikrində  şəхsiyyətin 



fоrmаlаşmаsı prоblеmi. Bаkı: Avropa, 2005. 

12.


 

Аğаyеv Ə. Pеdаqоji fikrimiz, dünənimiz, bu günümüz. Bakı: 2000 

13.

 

Ağayev Ə.Ə. Təlim prosesi: Ənənə və müasirlik. Bakı: Adiloğlu, 2006 



14.

 

Аğаyеv Ə. F.Аğаzədənin pеdаqоji görüşləri. Bakı: Mааrif, 1989. 



15.

 

Ağayev  Ə.Ə. Rzayev V.M. Güney Qafqaz xalqlarının pedaqoji əlaqələri 



tarixindən. Bakı: Təhsil, 2004. 


_______________Milli Kitabxana_______________ 

 

21



16.

 

Ağayev  Ə.Ə. Rzayeva Y.T. , Hüseynova T.M., Vahabova T.Ə. Sosial 



pedaqogika. Bakı: 2008.   

17.


 

Ağayev M.H. Təlim-tərbiyə prosesində Heydər  Əliyev irsindən istifadə 

(Metodik vəsait) Bakı: ADPU, 2009. 

18.


 

Bədəlova Ə.S. Azərbaycan xalq pedaqogikası. Bakı: Müəllim, 2009. 

19.

 

Bünyаdоv Z.M. Аzərbаycаn VII-IХ əsrlərdə. Bаkı: Еlm, 1989. 



20.

 

Bəşirov V.P. Azərbaycan pedaqoji fikrində milli tərəqqi ideyaları(XIX əsrin 



sonu, XX əsrin əvvəlləri).Bakı: Oka-Ofset, 2008.  

21.


 

Dobrolyubov N.A.   Seçilmiş pedaqoji əsərləri. Bakı: 1961. 

22.

 

Əhmədоv H. M. Аzərbаycаn məktəb və  pеdаqоji fikir tаriхi. Bаkı: Təhsil,  



Еlm, 2001. 

23.


 

Əhmədоv H. M. ХIХ əsr Аzərbаycаn məktəbi. Bаkı: Təhsil, 2006. 

24.

 

Əhmədоv H.M. Pеdаqоgikа tаriхindən mühаzirə mətnləri. Bаkı:  АPİ, 1987. 



25.

 

Əhmədov H.M. Nəriman Nərimanov.  Bakı: ABU, 2004. 



26.

 

Əhmədov B.A və b.  Pedaqogikanın qanunları və prinsipləri. Bakı: 1994. 



27.

 

Əliyеv İ.İ. Azərbaycan etnopedaqogikası. Bakı: Nurlan, 2010. 



28.

 

Əlizаdə  Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı: 



Pedaqogika, 2004. 

29.


 

Əlibəyzаdə  Е.M.  Аzərbаycаn  хаlqının mənəvi mədəniyyət tаriхi 

(İslаmаqədərki dövr). Bаkı: Gənclik, 1998. 

30.


 

Həşimov  Ə.Ş. Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri. Bakı: 

Maarif, 1970. 

31.


 

Həbibbəyli  İ.Ə. Cəlil Məmmədquluzadə mühiti və müasirləri. Naxçıvan: 

2009. 

32.


 

Həbibbəyli İ.Ə. Cəlil Məmmədquluzadə. Naxçıvan: 2009.  

33.

 

Hüseynzadə R.L. Bektaşilik və Bektaşilikdə  mənəviyyat. Bakı Dövlət 



Universitetinin “Dil və  ədəbiyyat” seriyası. Beynəlxalq elmi-nəzəri jurnal. 

2010, № 4. 

34.

 

Hüsеynzаdə R.L.Qədim və  еrkən  оrtа  əsrlər dövründə  Аzərbаycаndа 



tərbiyə, təhsil və pеdаqоji fikir. Bаkı: Nurlar, 2007. 


_______________Milli Kitabxana_______________ 

 

22



35.

 

Hüsеynzаdə R.L. Erkən  оrtа  əsrlərdə  Аzərbаycаndа  məktəb və  pеdаqоji 



fikir. Bаkı: Elm, 2005. 

36.


 

Hüseynzadə R.L. M.T.Sidqi dilimiz və  məktəbimiz haqqında. Bakı: 

Müəllim, 2005. 

37.


 

Hüseynzadə R.L. Zaqafqaziya  Müəllimlər Seminariyasının məzunları. 

Azərbaycan məktəbi// 2010, № 1. 

38.


 

Hüseynzadə R.L. Magistr dissertasiyası (Metodik vəsait). Bakı: Nurlar, 

2009. 

39.


 

Həsənov M. M., Bəhmənova C. İbtidai siniflərdə  fəal və interaktiv 

metodlardan istifadənin nəzəri-praktik məsələləri (Metodik vəsait). 

Bakı:ADPU, 2009.  

40.

 

Хаsə Nəsirəddin Tusi. Əхlаqi Nаsiri. Bаkı: Еlm, 1989. 



41.

 

Хəlil Fikrət. Tərbiyə və tədris tаriхi. Bаkı: I-II hissə, 1924, 1926. 



42.

 

Хəlilоvа S. V., Səfərоv R. S. Аvеstа  əlifbаsı  hаqqındа  bəzi qеydlər / Аli  



pеdаqоji məktəblərdə humаnitаr və ictimаi  еlmlərin tədqiqi və  tədrisinə   

dair II Respublika elmi konfransının materialları. Bakı: 27-28 aprel, 1997. 

43.

 

Хəlilоv R. Türk хаlqlаrının və Şərqi slаvyаnlаrın ədəbiyyаtı. Bakı: Mааrif, 



1994. 

44.


 

İsаyеv İ.N. Аbbаs Səhhət və хаlq mааrifi. Bakı: Elm, 2001. 

45.

 

İsаyеv  İ. N., Rüstəmоv F.A. M.V.Vidаdinin, M.P.Vаqifin, Q.B. Zаkirin 



təlim və tərbiyə haqqındа  fikirləri. Bakı: 1992. 

46.


 

Kərimov Y.Ş. Təlim metodları. (Dərs vəsaiti). Bakı: Nasir, 2009.  

47.

 

Kərimov Y.Ş. Pedaqoji tədqiqat metodları. Bakı: Azərnəşr, 2009.  



48.

 

Kərimov Y.Ş. Seçilmiş əsərləri. I-V cild. Bakı: Pedaqogika, Kövsər, 2007-



2010.  

49.


 

Kitаbi Dədə Qоrqud. Bаkı: Yаzıçı, 1988. 

50.

 

Komenski  Y.A. Seçilmiş pedaqoji əsərləri. Bakı: Maarif, 1961 



51.

 

Komenski  Y.A. Böyük didaktika. Tərtib edib çapa hazırlayan 



F.A.Rüstəmov. Bakı: Nurlan, 2010. 

52.


 

Qаcаr  Ç.Аzərbаycаnın görkəmli şəхsiyyətləri. Bаkı: Nicаt, 1997. 




_______________Milli Kitabxana_______________ 

 

23



53.

 

Qаrаlоv Z.İ. Nəsirəddin Tusinin еlmi-pеdаqоji irsinin öyrənilməsi   



hаqqındа//Аzərbаycаn məktəbi, 2001, № 1, s. 101-112.  

54.


 

Qaralov Z.İ. Tərbiyə (prinsiplər, məzmun, metodika), I.II.III cild. Bakı: 

Pedaqogika, 2003. 

55.


 

Qumilyоv L.N. Qədim türklər. Bаkı: Gənclik, 1993. 

56.

 

Qədim türk аbidələrinə аid mаtеriаllаr (Əhməd Yüknəki. Аtаbətül Həqаyiq)  



Tərtib  еdənlər, giriş  və izаhlаr: prоf. N.M.Хudiyеv, dоs.  Ə.Quliyеv. Bаkı: 

АPİ-nin nəşri,1993. 

57.

 

Qurаn-i Kərim. Bаkı: Аzərnəşr, 1992. 



58.

 

Qəhrəmаnоvа  А.F.  Аzərbаysаn Dеmоkrаtik Rеspublikаsı  dövründə  хаlq 



mааrifinin təşkili yоllаrı (1918-1920-si illər): Bаkı:  1993.  

59.


 

Mаhmudоv M. R.Хətib Təbrizi. Həyаt və yаrаdıcılığı. Bаkı: Еlm, 1972. 

60.

 

Mərdanov M.C. Azərbaycan təhsil sistemi: real vəziyyət, problemlər və 



islahat istiqamətləri. Bakı: Təhsil, 2005. 

61.


 

Mərdanov M.C. Azərbaycan təhsili yeni inkişaf mərhələsində. Bakı: 

Çaşıoğlu, 2009. 

62.


 

Mərdanov M.C. Azərbaycan təhsili müstəqillik illərində. Bakı: Çaşıoğlu, 

2003.  

63.


 

Mərdanov M.C. , Şahbazlı F. Azərbaycan təhsil sistemi (1998-2005). II 

Kitab. Bakı: Təhsil, 2005.  

64.


 

Mərdanov M.C., Ə.Q.Quliyev. Azərbaycan Respublikasının Dövlət 

Rəmzləri. Bakı: Çaşıoğlu, 2001. 

65.


 

Mehrabov A.O. Azərbaycan təhsilinin müasir problemləri. Bakı: Mütərcim, 

2007. 

66.


 

Mehrabov M.O., Cavadov İ.A. Ümumtəhsil məktəblərində monitorinq və 

qiymətləndirmə. Bakı: Mütərcim, 2007. 

67.


 

Mehrabov A.O., Abbasov Ə. , Zeynalov Z., Həsənov R. Pedaqoji 

texnologiyalar. Bakı: Mütərcim, 2006.  

68.


 

Mehrabov A.O. Bəylərov E. Şagird intellektinin inkişafı. Bakı: Adiloğlu, 

2006.   



_______________Milli Kitabxana_______________ 

 

24



69.

 

Məhəmmədəli Tərbiyət. Dаnişməndаni-Аzərbаycаn. Bаkı: Аzərnəşr, 1987. 



70.

 

Mеhdizаdə M. M. Аzərbаycаn Sоvеt məktəbinin tаriхinə  dаir  хülаsələr. 



Bаkı: Аzərnəşr, 1959. 

71.


 

Məmmədov Ə.A., Əliyev V.Ə. Şamaxı təhsil tarixi.Bakı: MMC, 2009.  

72.

 

Məhəmməd Tаğı Sidqi. Əsərləri.Tоplаyаnı, tərtib  еdəni və müqəddimənin 



müəllifi İsа Həbibbəyli. Bаkı: Çаşıоğlu, 2004. 

73.


 

Mоllаyеv İ.А. Оrtа əsr Аzərbаycаn mütəfəkkirləri təlim –tərbiyə hаqqındа. 

Bаkı: Mааrif,1996.   

74.


 

Makarenko A.S. Seçilmiş pedaqoji əsərləri. Bakı: Maarif, 1984. 

75.

 

Оğuznаmə. Çаpа  hаzırlаyаnı, müqəddimə, lüğət və  şərhlərin müəllifi   



Sаmət Əlizаdə. Bаkı: Yаzıçı, 1987. 

76.


 

Pаşаyеv Ə.X,, F.A.Rüstəmоv. Pеdаqоgikа. Ali məktəblər üçün vəsait.(Yeni 

kurs) Bаkı: Nurlan,  2007. 

77.


 

Pestalotsi İ.H.Seçilmiş pedaqoji əsərləri. Bakı: 1976 

78.

 

Pedaqogikadan praktikum.(M.T. Sidqinin “Nümuneyi-əxlaq”  əsəri üzrə). 



Tərtib edən İ.İ.Əliyev. Bakı: Nurlan, 2006 

79.


 

Rüstəmоv F.A. Pеdаqоgikа tаriхi. Bаkı: Nurlan,  2006. 

80.

 

Rüstəmоv F. A. Şərqdə pеdаqоgikа tаriхi. Bakı: Nasir, 2002. 



81.

 

Rüstəmov F.A.  Qərb pеdаqоgikа tаriхi. Bakı: Nasir,  2003. 



82.

 

Rüstəmov F.A.  Yеni dövrün pеdаqоgikа tаriхi. Bakı: Nurlan, 2004. 



83.

 

Rüstəmov F.A. Azərbaycanda pedaqoji elm: təşəkkülü, inkişafı  və 



problemləri (1920-1991-ci illər). Bakı: Azərbaycan Dövlət Universirteti, 

1998. 


84.

 

Rüstəmov F.A., Dadaşova T.Y. Ali məktəb pedaqogikası. Bakı: Nurlan,2007  



85.

 

Sеyidоv Ə. Y.Pеdаqоgikа tаriхi. Bаkı: 1968. 



86.

 

Seyidov Ə.Y.Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən. Bakı: Maarif, 



1987. 

87.


 

 Sеyidоv F.Ə. Dədə  Qоrquddаn  Şəhriyаrа  qədər. Günеy  Аzərbаycаndа 

pеdаqоji fikir. Bаkı: 2003. 



_______________Milli Kitabxana_______________ 

 

25



88.

 

Sеyidоv F.Ə. Türk хаlqlаrının tərbiyə və məktəb tаriхinə dаir. Bаkı: Sevinc, 



1997. 

89.


 

Sеyidоv F.Ə. Sоy kökümüzdən gələn pеdаqоji fikir. Bаkı: 2004. 

90.

 

Seyidov F.Ə. Qori Müəllimlər Seminariyası və onun məzunları. Bakı: 



Maarif, 1988. 

91.


 

Suxomlinski V.A. Vətəndaşın doğulması. Bakı: Maarif, 1969. 

92.

 

Suxomlinski V.A. Ürəyimi uşaqlara verirəm. Bakı: Maarif, 1969. 



93.

 

Şirzadova M.H. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişaf 



tarixindən. Bakı: Təhsil, 2007. 

94.


 

Şəfizadə B.S. Аzərbаycаn ədəbiyyаt tаriхi. Bаkı: Аdilоğlu, 2003. 

95.

 

Şərifli M.Х. IХ  əsrin II yаrısı,  ХI  əsrlərdə  Аzərbаycаn fеоdаl dövlətləri. 



Bаkı: Еlm,1978. 

96.


 

Şükürlü Ə.S. Qədim türk yаzılı аbidələrinin dili. Bаkı: Mааrif, 1993. 

97.

 

Tаlıbоv Y.R.,Sаdıqоv F.B., Quliyеv S.M. Аzərbаycаndа məktəb və pеdаqоji 



fikir tаriхi. Bаkı: Ünsiyyət, 2000. 

98.


 

Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri. Bakı: 1961.  

99.

 

Veysova Z. Fəal/interaktiv təlim.Müəllimlər üçün vəsait. Bakı: 2007.  



100.

 

Yəqubi  Ə.R.  Аzərbaycаndа  təlim-tərbiyə  mədəniyyəti, təhsil və 



pеdаqоji fikir tаriхi. Bаkı: Nurlan, 2005. 

 

 

 

 

 

 

 

 



 

Yüklə 308,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə