Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə35/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   31   32   33   34   35   36   37   38   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
163
Artur bir-biri ilə onları bəhs etdirir, 
Musiqi iradədir, iradə do, re, mi... si. 
Musiqidə tərbiyə etmək qüdrəti yoxmu, 
Nədən oğlana ülvi hisslər aşılamadı? 
Övlad məhəbbətinin sevinci azmı, çoxmu, 
Ana məhəbbətini övlad qarşılamadı. 
İllər ilə yadına bacı-qardaş düşməzdi, 
Sevdiyi qadınlarla keçirərdi gününü. 
Anasının keyfini bir dəfə soruşmazdı, 
Ancaq özəl həyatı düşündürərdi onu. 
O, tələbə olanda ana min qurban deyib 
Boyunu sevələrmiş, qoymazmış korluq çəkə. 
Fəxr edərmiş ki, oğlu müdafiə eləyib 
Tibbdə Hippokrat kimi məşhur olacaq, bəlkə. 
Mələklər çiyinlərdə əyləşib hesab üçün, 
Kimdə isə qaranı, kimdə ağı yazırlar. 
Qanadsız mələkləri olsa da yer üzünün, 
Həkimlər həm qaranı, həm də ağı yazırlar. 
Bəzən anaya qarşı sevgi tükənə bilər, 
Borc hissi bitməməli sonuncu ana kimi.   
İnsan öz həyatından kimi istəsə silər, 
Ana, bacı silinməz, vicdan susana kimi. 
Uşağını sevən kəs sevməzmi anasını, 
Özgəsinə neçə yol “qurbanın olum” deyən? 
Düşünə bilə gərək hər işin sonrasını, 
Həyatın sınağından qalib çıxmaq istəyən. 
Hər dindirəndə ana danlayırdı özünü: 
“Düz tərbiyə etmədim, görünür, mən onları. 
Heç hansının bir dəfə çevirmədim sözünü. 
Yaman qorxudur məni bu yersiz oyunları”.  
Reqina əsəbləşib qarıya sual verdi: 
– Ədalət hissi nədir, hamı bilirmi bunu? 


Эюйярчин 
 
 
164
Kim haqq ilə haqsızlıq arasındakı fərqi 
Görmürsə, ədalətli görə bilməzsən onu. 
Şəxsi iradəsini təsdiq edirkən insan, 
Bir ayrı iradəni inkar etmirsə əgər, 
Demək, ədalətlidir, pislik gözlənməz ondan. 
Hər kəs davranışıyla bu hissi təsdiqləyər.  
Ədalətin özündən, amma yüksək pilləsi 
Həyat iradəsinin həqiqi inkarıdır. 
– Reqina, bir söz ilə, bunların ailəsi 
Nə bir-birinin qəbul, nə də ki inkarıdır. 
Fəqət baş ağrıdırlar, “o pis, bu yaxşı” deyə, 
Milçəkdən fil düzəldir, kordan işıq umurlar. 
Özü-özünü təyin etməklə üstünlüyə 
Layiq görülməz insan, hər kəsdən bir böyük var.  
Bu mənada dahinin, ya dahilik həddinə 
İlhamlanmış kəslərin fikri hörmətə layiq. 
Çoxu arxayın olub seyid kimi cəddinə, 
Boş sözdən heykəl qurur, postamenti baş-ayaq. 
Faciə yaratmırdı həkim oğlan, Reqina, 
Faciə yaradacaq fikirlər söyləyirdi. 
Əslində, faciəvi demək olmazdı buna, 
Kiçik qardaş milçəyi özü fil eləyirdi. 
Səbəbli, ya səbəbsiz kiçik bacıya nifrət  
Bəsləyərdi həmişə, fəxr sanardı bunu. 
Özünə xoş gəlməsə, boğulardı ədalət, 
Dərk etməzdi həqiqi fikrin mövcudluğunu.  
İradəsinə uyğun olmayan söz eşitsə, 
Hücum təşkil edərdi sahibinin üstünə. 
Özünün də həyatı axarı ilə getsə, 
Pozmağa çalışardı, adət idi pis günə.  
Sonbeşik gözəl idi, nazəninlər misalı, 
Bacı-qardaşlarına böyük sevgisi vardı. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
165
Heç kim soruşmasa da ondan, necədir halı, 
O hər gün hamısının əhvalını sorardı. 
İncidərdilər, amma çox çəkməz, unudardı, 
Rəftarı kinsiz idi, əsəbləri dözümsüz. 
Ağlasa, göz yaşını küləklər qurudardı, 
Gizli sevdası vardı ürəyində çözümsüz.   
Allaha sevgisindən idi barışmaq hissi, 
Heç kim ilə küsülü qalmaq istəməz imiş. 
Gəncliyin rüzgarları sovuşmamışdı izsiz, 
Yoxsulluq həyatını, kədər ruhunu əzmiş. 
Ayrı-ayrı evlərdə tələbəlik illəri  
Qulluqçuluq etmişdi möhtac olmamaq üçün. 
Bu işə görə ona haqq verər bəziləri, 
Tüfeyli həyatı da tutanlar vardı üstün. 
Çətin oldu qız üçün, anasından savayı 
Ayrı yol göstərəni, yad edəni olmadı. 
Günlərin, həftələrin təqib olundu sayı, 
Amma onun ömründən pis günlər sovulmadı. 
Evi, əri, uşağı olsa da, hədələri  
Bitmirdi qardaşının izahlı, ya izahsız. 
Xilas üçün göylərə açılırdı əlləri, 
Heç kimə öz yerini göstərə bilmirdi qız. 
Yuxularda çözürdü sualının çoxunu, 
Doğru yolu yuxuda göstərirdilər ona. 
Yuxuda başlayırmış ulduzların axını, 
Mələklər dəstə-dəstə gəlirmiş sorağına. 
Gecə-gündüz əbədi olan günortasında 
Günəş kimi yanırdı fasiləsiz olaraq. 
Ömrünü ləyaqətlə yaşayırdı, əslində, 
Qəlbindəki ilahi eşqə sadiq qalaraq. 
Başını aşağıya salıb işinə gedər, 
Musiqi öyrədərdi sinfində uşaqlara. 


Эюйярчин 
 
 
166
Gül-çiçək dərmək üçün dağın döşünə gedər, 
At belində enərdi payızda qışlaqlara. 
Ziyalı tək ziyalı, fəhlə kimi fəhləydi
Gah daşdan çıxarırdı, gah mumdan çörəyini. 
Birindən o birinə söz deməz, hal əhliydi, 
Mümkün qədər heç kimin qırmazdı ürəyini. 
Ariflər özü haqda söylənən söz-söhbəti, 
Uşaqların üzünün ifadəsindən bilər.  
Uşaqlar kiçik ikən bilməzlər siyasəti, 
Böyüdükcə onları təkərə salır illər. 
Özündə olmayandan tez-tez söz açar insan, 
Nəyinsə boş yerini doldurmaq cəhdi ilə. 
Çox vaxt bir cinayəti eləyib qaçan insan
Ətrafdan izləməklə özünü verər ələ. 
Qorxutmaqla tərbiyə etmək olmaz heç kimi, 
Əksinə, səhv addıma çox vaxt səbəb qorxudur. 
Cəbhədə gerçəkləşir ancaq hücum təlimi, 
Ailədə tətbiqi ölüm qədər qorxudur. 
Öz-özünə təsəlli vermək üçündür sanki,  
Nağılların sonunda ədalət qalib gəlir. 
Atəşkəs müharibə vahiməsidir, çünki 
Cismi rahatlıq verib ruhi dincliyi alır.   
Baxıcılıq çox qədim peşə hesab olunur, 
Həm ona inamsızlıq, həm şüursuz inam var. 
Öz-özünü aldatmaq hissidir, əslində bu, 
Ağıl aciz qalanda falçıya üz tutular. 
Bəxt açan da az deyil indi, bəxt açdıran da, 
Hətta baxdırmaq üçün çoxu növbəyə durur. 
Uyğun söz müalicə eləyir pis durumda, 
Yalan ola, düz ola insanı ovundurur. 
Zamanın ən qiymətli olduğunu bildiyin 
Andan başlayır həyat, vaxtın qalmır qeybətə. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə