atmaq kimi şeydir. Lakin yaxşılığı layiq
olan adamlardan
əsirgəmə və yaxşılıq öyrədən ol ki, peyğəmbər əleyhissəlam
demişdir: "yaxşılıq yolunu göstərən adam yaxşılıq edən adama
bərabərdir". Yaxşılıq et və yaxşılığı öyrət, çünki bunlar bir-
birindən ayrılmaz ekiz qardaşdırlar. Yaxşılıq etməkdən peşman
olma, çünki yaxşı və pisliyin mükafatı sənə hələ bu dünyada, o
dünyaya getməmişdən əvvəl çatacaqdır. Bir adama yaxşılıq
edən vaxt o adam nə qədər rahat olursa, sən də o qədər rahat
olursan bir adama pislik etdikdə o nə qədər inciyirsə, sənin də
qəlbin bir o qədər ağrı və sıxıntı duyur, buna görə sən heç kəsə
pislik etmə. Həqiqət gözü ilə baxsan, görərsən ki,
sən özün əzab
çəkmədən heç kəsə ziyan vura bilməzsən və sənin öz xoşun
olmadan heç kəs səndən yaxşılıq görə bilməz. Deməli, "yaxşı və
pisin mükafatı o dünyaya getməmiş hələ bu dünyada yetişəcək"
sözləri tamamilə doğrudur. Heç kəs mənim bu dediklərimi inkar
edə bilməz. Kim bütün ömrü boyu birinə yaxşılıq ya pislik
edibsə, dərindən düşünsə, o mənim haqlı olduğumu anlar və bu
dediyim sözləri təsdiq edər. Deməli, nə qədər bacarırsansa,
yaxşılığı heç kəsdən əsirgəmə, yaxşılıq axırda bir gün öz
bəhrəsini verəcəkdir.
H e k a y ə t. Eşitmişəm, Mütəvəkkilin
20
Fəth adlı çox
gözəl camallı, xoşbəxt və savadlı, tərbiyəli bir qulu var imiş.
Mütəvəkkil onu oğulluğa götürmüş və doğma uşaqlarından daha
çox sevərmiş.
Bu Fəth üzməyi öyrənmək arzusuna düşür. Üzgüçülər
çağrılır, Dəclədə
21
ona üzməyi öyrətməyə başlayırlar. Fəth uşaq
olduğundan üzməyi hələ yaxşı öyrənə bilməmişdi. Lakin bütün
uşaqlar kimi, özünü elə göstərirdi ki, guya üzməyi öyrənmişdir.
Bir gün müəllimindən gizlin Dəcləyə atıldı, su bərk
axdıdığından Fəthi gicəllətməyə başladı. Fəth suya üstün gələ
bilməyəcəyini anladıqda özünü suyun ixtiyarına verdi, suyun
axarı üzrə camaatın gözündən itdi. Su bir müddət onu belə
apardı. Dəclənin kənarında ovuqlar var idi, Fəth
bu cür
ovuqlardan birinin yanından keçərkən əl atıb, çox əlləşdikdən
sonra özünü onun içinə sala bildi. Orada oturub öz-özünə dedi:
"Görək Allah dalısın neyləyəcək, hələ ki özümü bu
qaniçici suyun əlindən qurtarmışam". Yeddi gün o, bu ovuqda
qaldı. Elə birinci gün Mütəvəkkilə xəbər verəndə ki, Fəth suya
atılıb boğulmuşdur, o, taxtdan düşüb yerə oturmuş və üzgüçüləri
çağıraraq demişdi: "Kim Fəthi ölü ya diri gətirsə, ona min dinar
48 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
verəcəyəm". Sonra and içdi ki, nə qədər ki onu necə varsa, elə
tapıb gətirməyiblər, yeməyə əl vurmayacaqdır.
Üzgüçülər Dəcləyə gedib suya baş vurdular, ümid gələn
hər yeri axtardılar. Nəhayət yeddinci gün, üzgüçülərdən biri
hamin
ovuğa rast gəldi, Fəthi görüb çox sevindi və dedi:
"Burada ol, gedim qayıq gətirim". Oradan qayıdıb Mütəvəkkilin
yanına gəldi və dedi: "Ya Əmirəlmö'minin, Fəthi diri gətirsəm,
mənə nə verərsən? Dedi: "Beş min dinar nəqd verərəm".
Üzgüçü dedi: "Fəthi diri tapmışam". Qayıq gətirib Fəthi
apardılar. Mütəvəkkil əmr etdi üzgüçüyə verdiyi və'də dərhal
əməl etsinlər. Sonra vəziri çağırıb dedi: "Get xəzinəmə, orada nə
varsa, yarısını payla yoxsullara". Sonra dedi: "Yemək gətiriniz,
axı o, yeddi gündür acdır". Fəth dedi: "Ya Əmirəlmö'minin, mən
toxam".
Mütəvəkkil dedi: "Dəclənin suyundanmı toxsan?".
Fəth dedi: "Yox, mən bu yeddi günü heç ac olmamışam,
çünki hər gün üzərində iyirmi çörək olan bir tabaq su üzərində
aşağı axırdı, mən əlləşib ondan iki-üç dənəsini ələ gətirir,
onlarla dolanırdım. Hər çörəyin üstünə yazılmışdı: "Məhəmməd
ibn əl-Hüseyn əl-Əskaf".
Mütəvəkkil əmr etdi şəhərdə car çəksinlər və desinlər ki,
Dəcləyə çörək atan kimdirsə, qorxmasın gəlsin, Əmirəlmö'minin
ona yaxşılıq edəcəkdir. Belə də car çəkdilər. Sabahısı gün bir
kişi gəlib dedi. "Mənəm o adam". Mutəvəkkil dedi:"Sübut!".
Kişi dedi: "Sübutum odur ki, hər çörəyin üzərində mənim adım
yazılmışdır: "Məhəmməd ibn əl-Hüseyn əl-Əskaf". Mütəvəkkil
dedi: "Doğrudur. indi de görüm, nə vaxtdan sən Dəcləyə çörək
atırsan?" Məhəmməd ibn əl-Hüseyn dedi: "Bir ildir".
Mütəvəkkil soruşdu: "Nə üçün belə edirsən?". Kişi dedi;
"Eşitmişdim deyirlər: yaxşılıq elə, at suya,
bir gün gələr, xeyrini
görərsən. Mənim əlimdən başqa yaxşılıq gəlmirdi, elə bunu
bacarırdım ki, onu da etdim və öz-özümə dedim: "görək xeyri
nə olacaq".
Mütəvəkkil dedi: "Eşitdiyini etdin, gördüyün işdə xeyir
götürdün". Sonra Mütəvəkkil kişiyə Bağdadda bir malikanə və
beş parça kənd bağışladı. Kişi hamin malikanəyə köçüb, varlı-
sanlı oldu. Onun övladından hələ indi də Bağdadda yaşayanı
var.
Mən əl-Qaim Bi-əmrillah
22
dövründə həccə getmişdim,
yaradan mənə öz evini ziyarət etmək imkanı vermişdi, onun
övladını gördüm və bu əhvalatı Bağdadın qocalarından və
ağsaqqallarından eşitdim.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
Deməli, nə qədər bacarırsansa yaxşılıq etməkdən əl çəkmə
camaata özünü yaxşılıq edən adam kimi tanıtdır, elə ki
tanıtdırdın, və'dəxilaf olma, dildə bir şey deyib, ürəyində başqa
şey tutma ki, buğda göstərib arpa satanlara oxşamayasan.
Bütün işlərdə ədalətli ol, çünki özü ədalətli olanın qazıya
ehtiyacı olmaz.
Qəm və sevincini yalnız o adama de ki, qəminə qəmlənib,
şadlığına şadlansın, qəm və şadlıqını adamlar içində büruzə
vermə, hər yaxşı və pis şey üçün tez şadlanıb tez kədərlənmə.
Belə iş uşaqlara yaraşar. Çalış hər xırda şey üstündə özündən
çıxma. Böyük adamlar hər doğru və yalan üstündə öz
yerlərindən oynamazlar.
Nəticəsi şadlıq
olan qəmi qəm, nəticəsi qəm olan şadlığı
şadlıq hesab etmə.
Ümidsizlik baş verdikdə ümidini itirmə, çünki ümidsizlik
ümidlə, ümid ümidsizliklə bağlıdır.
Dünyada bütün işlərin dəyişkən olduğunu bil. Nə qədər ki,
sağsan haqqı inkar etmə. Kim səninlə höccətə başlasa susmaqla
onu susdur, çünki axmaqların cavabı susmaqdır.
Lakin heç kəsin əməyini itirmə, hər kəsə özünə layiq haqq
qazandır. Xüsüsilə öz qohüm-qardaşının haqqını unutma
bacardıqca onlara yaxşılıq elə, ailə və tayfanızın qocalarının
hörmətini saxla, Peyğəmbər (Allah ona xeyir-dua versin)
demişdir: "Peyğəmbər öz ümməti arasında necədirsə, ağsaqqal
da öz tayfası arasında elədir". Lakin onlara çox da valeh olma
ki, məziyyətlərini görə bildiyin kimi, eyblərini də görə biləsən.
Başqasından təhlükə gözləyirsənsə, tez çalış ki, müvafiq
şəkildə öz təhlükəsizliyini tə'min edəsən.
Təhlükə gözlədiyin adamdan "heç bir şey edə bilməz" deyə
arxayın olma, "heç bir şey olmaz" deyə zəhər içmək ağıllı iş
hesab edilə bilməz.
Öz iste'dadınla qürrələnmə, dolanmaq üçün ağılsız və
iste'dadsız olmaq lazımsa, ağılsız və iste'dadsız ol, belə olmaq
lazım deyilsə, o zaman bir sənət öyrən, öyrənməkdən və yaxşı
sözə qulaq asmaqdan ar etmə, beləliklə sən arsızlıqdan
qurtarmış olarsan.
Yaxşı və pisə fikir ver, insanların müsbət və mənfi
cəhətlərini öyrən, onların nədən və nə qədər xeyir götürüb ziyan
çəkdiklərinə diqqət yetir və öz xeyrin üçün onlardan istifadə et.
Bax gör, insanları zərərə yaxınlaşdıran nədir, ondan qaç
və ona
yaxınlaş ki, o, insanları xeyrə yaxınlaşdırır.
50 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Bədənini elm və sənət kəsb etməyə öyrət bilmədiyin şeyi
öyrənməyə çalış. Bunun sənə iki faydası olar: ya bildiyin şeyi
təcrübədən keçirmiş olarsan, ya bilmədiyin şeyi öyrənərsən.
Sokrat
23
demişdir: "Bilikdən daha zəngin xəzinə, pis
xasiyyətdən daha rəzil düşmən ola bilməz, bilikdən daha böyük
izzət, həyadan daha qəşəng zinət ola bilməz"
Deməli, oğlum, sən bilik yollarını tapmalısan, elə
etməlisən ki, hansı vəziyyətdə olursan ol, bir saatın belə elm
öyrənmədən boş keçməsin; axı biliyi nadanlardan da öyrənmək
olar.
Əgər sən nadana qəlbinin gözü ilə baxıb, ağlının nəzəri ilə
diqqət yetirsən onun xoşa gəlməz hərəkətlərini görərsən və
bilərsən ki, nələri etmək lazım deyildir. İskəndər
24
demişdir:
"Mən xeyri yalnız dostlardan deyil, düşmənlərdən də götürürəm.
Məndən
çirkin bir xəta baş verdikdə, dostlar dostluq xatirinə
onu ört-basdır edirlər ki, mən bilməyim, düşmənlər isə əksinə,
düşmənçilik üzündən açıb deyirlər, mən də ondan xəbərdar
olub, hamin pis işi bir daha təkrar etmirəm. Deməli, mən bu
xeyri dostdan deyil, düşməndən görmüş oluram". Sən də o biliyi
alimdən deyil, cahildən öyrənmiş olarsan.
Elm və sənət öyrənmək, istərsə böyük olsun, istərsə kiçik,
hamıya vacibdir, çünki insan öz tay-tuşları arasında üstünlüyü
yalnız elm və sənətə görə əldə edə bilər.
Tay-tuşlarda olmayan
bir iste'dadı insan özündə gördükdə, həmişə üstünlük hiss edir,
camaat da onu bilik və iste'dadına müvafiq olaraq başqalarından
üstün tutur. Ağıllı adamlar bilik və iste'dadlarına görə tay-
tuşlarından daha üstün tutulduqlarını gördükdə çalışarlar ki, öz
bilik və iste'dadlarını daha kamil etsinlər. Deməli insan belə
edərsə, az keçməz ki, o, hamıdan böyük olar.
Bilik əldə etmək tay-tuş üzərində üstünlük əldə etməkdir,
elm və sənətdən əl çəkmək isə geriliklə razılaşmaq deməkdir.
Bilik əldə edib sənət öyrənmək, bədəni tənbəllik
xəstəliyinə tutmağa qoymamaq çox faydalıdır. Deyiblər ki,
tənbəllik bədən üçün fəsaddır. Bədən sənin sözünə baxmırsa,
ayıq ol, buna yol vermə, bil ki, bədən tənbəllik və rahatlığı
sevdiyindən sənin sözünə baxmır. Bədənimizin hərəkəti təbii və
özbaşına olmadığından və bədən istədiyi kimi deyil, əmr
edildiyi kimi hərəkət etdiyindən,
nə qədər ki, sən əmr
etməmisən, heç vaxt sənin bədənin işləməyi arzu etməyəcəkdir.
Deməli, sən bədənini sözə qulaq asmağa və sənə tabe olmağa
zorla məcbur etməlisən, çünki öz bədənini sözə baxmağa vadar
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib