hamı ona dəyməyə getdi. Rəbi ibn
Mütəhhər də gəlib onun
qabağında oturdu, rəsm olduğu üçün Sahibdən soruşdu: "Nə
şərabı içirsən?". Sahib dedi: "filan şərabı". Soruşdu: "hansı
xörəklərdən yeyirsən?". Dedi: "Sən düzəltdiklərindən", yə'ni
"müzəvvəri"
263
. Katib anladı ki, Sahib işdən xəbərdardır, dedi:
"Ey ağam, and olsun başına, bir də etmərəm". Sahib dedi:
"Tövbə etsən, etdiyini sənə bağışlaram".
Bil ki, belə saxta sənədləri düzəldə bilmək çox böyük işdir,
ondan ehtiyatlı ol hər şeyi dərindən özün öyrən, özün düşün,
tap. Mən hər məsələ haqqında sənə özümdən tam və bitkin
mə'lumat verə bilmərəm, söz uzanar, məqsəddən uzaq düşərəm.
Deməmiş də keçə bilmirəm. Ona görə hər məsələdən işə yaraya
biləcək bir neçə söz deyirəm ki, mə'lumatın olsun. Hər şeydən
bir az danışdıq, əgər diqqətlə qulaq asıb fikirləşsən, özün də bir
sıra nəticələr çıxardarsan, çünki bir çırağla çox çiraqları
yandırmaq olar.
Bəlkə, Allah-taala
sənə mərhəmət göstərdi, katiblik
dərəcəsindən vəzirlik mərtəbəsinə qalxdın, onun üçün vəzirlik
şərtlərini də bil, çünki ən şərəfli vəzifə və elm budur.
168 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Qırxıncı fəsil
ŞAHA VƏZİRLİK ŞƏRTLƏRİ HAQQINDA
Bil, ey oğul, iş gətirsə, vəzir olsan, hesabda, müamilədə,
alıb verməkdə, rəftarda dəqiq və mahir ol, öz ağana sadiq qal,
ne'mət sahibinin haqqını itirmə, hər şeyi yalnız özün üçün
istəmə ki, deyiblər: "hər şeyi özünə istəyən, heç şeysiz qalar".
Hər şeyi sənə verməzlər, versələr
də bir azdan sonra geri
istərlər. Əvvəl əl çəksələr də, sonra əl çəkməzlər.
Deməli, ağanın var-dövlətini qoru, yesən, iki barmaqla ye
ki, boğazında qalmasın. Lakin mə'murların əl-qolunu birdəfəlik
bağlama. Çırpını manqaldan əsirgəyən çiy kabab yeyər.
Başqalarına bir dang verməsən, özün bir dirhəm yeyə
bilməzsən, yesən də məhrum olanlar qoymazlar ki, gizli qalsın.
Öz ne'mət sahibinə qarşı insaflı ol, lakin ondan daha çox
ordu və rəiyyətlə insafla dolan, xırdaçılıq etmə, diş dibindən
çıxarılan ət qarın doydurmaz. Elə gəlirin zərəri qazancından çox
olar. Kiçik verkilər qoşunu düşmən edər, rəiyyəti isə ağana qarşı
qaldırmış olarsan.
Vergi toplamaqdan
məqsədin vəzifə göstərməkdirsə,
quruculuqla məşğul ol, ölkənin viran qalmış yerlərini
www.duddud.com -
Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
abadlaşdır. Həm gəlirin birə on artsın, həm Allah bəndələrinin
ruzisini əlindən alma.
Hekayət. Bil, Pars şahlarından birinin vəzirinə acığı tutdu
və vəzifədən azad etdi, onun yerinə isə başqasını qoydu. Sonra
azad edilmişə dedi: "İxtiyarında olmuş vilayətlərdən özünə bir
yer seç, onu bağışlayım, öz dövlət və xidmətçilərinlə oraya köç.
Vəzir dedi: "Var-dövlət istəmirəm, olanlarını da hökmdara
bağışlayıram, heç bir abad yer də istəmiəm ki, mənə
bağışlayasınız, əgər
lütf etmək fikriniz varsa, məmləkətinizdən
bir uçuq kənd bağışlayın, mən də öz adamlarımla gedib oranı
abad edim və orada qalım". Şah əmr etdi, neçə uçuq kənd
istəyirsə, ona versinlər. Şahın bütün məmləkətini axtardılar, ona
vermək üçün bir xaraba kənd, bir uçuq daxma tapa bilmədilər.
Şaha xəbər verdilər. Vəzir dedi: "Şahım, mən bilirdim ki,
mənim ixtiyarımda olan vilayətlərin heç birində bir dənə də
xaraba yoxdur, indi ki, ölkəni məndən geri alırsai, heç olmasa
elə adama tapşır ki, ondan da geri almaq istəsən, mən qaytaran
kimi sənə qaytara bilsin".
Bu söz mə'lum olduqdan sonra şah azad edilmiş vəzirdən
üzr istədi, ona xələt göndərib vəzirliyi yenidən ona tapşırdı.
Buna görə vəzirlikdə qurucu, abadedici və ədalətli ol ki,
dilin və əlin də uzun olsun. Belə halda həyatın da təhlükədə
olmaz Ordu sənə qarşı çıxsa, ağan çarəsizlikdən sənin əlini
gödəldəcək ki, onun öz əlini gödəltməsinlər.
Demək, sən zülmü yalnız
özünə deyil, orduya, ağana və
özünə etmiş olarsan, o cüz'i vergi sənin işində böyük nöqsan
yaradar.
Şahı ordu və rəiyyətə yaxşılıq etməyə vadar et, çünki
məmləkət rəiyyət və orduya görə, kənd isə kəndliyə görə abad
olar. Demək, abadlığa çalışsan, ölkə dolandırmış olarsan. Bil ki,
ölkəni ordu ilə saxlamaq olar, ordunu isə pulla, pulu isə
abadlıqla qazanmaq olar, abadlığı isə ədalət və insafla yaratmaq
olar. Demək, ədalət və insafı unutmaq olmaz.
Nə qədər sadiq və ehtiyatlı olsan, yenə də həmişə şahdan
qorx, hamıdan çox şahdan qorxası bir adam varsa o da vəzirdir.
Şah nə qədər kiçik olsa, sən onu kiçik hesab etmə, şahzadələr
ördək balaları timsalındadır, ördək balalarına
isə üzmək
öyrətməzlər, çox keçməz ki, o sənin yaxşı və pis işlərindən
xəbər tutar. Şah həddi-büluğa çatmışsa, iki haldan biri olar: ya
ağıllı olacaq ya axmaq. Ağıllı olsa, sənin xəyanətinə dözə
bilməyib üsulluca sənin əlini gödəldəcək, yox, Allah
göstərməsin, axmaq və nadan olsa, ən çirkin yolla səni
170 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
vəzirlikdən qovacaq. Ağıllıdan canını qurtara bilsən də
axmaqdan heç bir vəchlə qurtara bilməzsən. Bir də şah hara
getsə, onu tək buraxma, qoyma düşmənlərin fürsət tapıb sənin
haqqında pis sözlər deməyə və onun fikrini,
dəyişməyə nail
olsunlar. Öz ne'mət sahibinin halından xəbərdar olmağı heç vaxt
unutma, elə et ki, onun yaxın adamları sənin casusun olsunlar,
onun hər çəkdiyi nəfəsdən xəbər tutasan, vaxtında hər zəhərə
qarşı bir padzəhr hazırlayasan.
Ətraf şahların vəziyyətindən xəbərdar ol, elə etmək
lazımdır ki, hər hansı bir ölkədə sənin dost və ya düşmənin bir
qurtum su içsə belə, onların adamları sənə mə'lumat versinlər,
onların məmləkətinin vəziyyətini öz şahının məmləkətini
bildiyin kimi bilməlisən.
H e k a y ə t. Eşitmişəm ki, Fəxrüddövlənin
264
vaxtında
Sahib İsmayıl ibn Əbbad
265
iki gün saraya gəlib divanxanada
oturmur və heç kəsi qəbul etmir. Xəbərçi bunu Fəxrüddövləyə
çatdırır. Fəxrüddövlə bir adam göndərib deyir: "Sənin qanıqara
olduğunu eşitdim, əgər ölkədə qanıqaralığa səbəb olan bir şey
varsa, de, çarə qılaq, yox bizdən küsübsənsə, üzr istəyək". Sahib
deyir: "Allah eləməsin, mən hökmdarımdan küsüm, şah öz
kefində olsun, məmləkətin işləri də öz qaydasındadır,
mənim bu
qanıqaralığım da tez keçər".
Üçüncü gün o, əvvəlki kimi kefi kök, damağı çağ, saraya
gəlir, Fəxrüddövlə soruşur: "Nə üçün qanın qara idi?" Deyir:
"Mənim casusum Kaşğardan yazmışdı ki, Xaqan filan sərkərdə
ilə söhbət etmişdir. Bilmirdim nə barədə danışıblar, çörək
boğazımdan getmirdi, qanım qaralmışdı ki, nə üçün Türküstan
xaqani Kaşğarda söz danışsın, biz burda bilməyək niə deyibdir.
Bu gün başqa bir məktub gəldi,bildim o nə məsələ imiş, ürəyim
şad oldu".
Deməli, dünya şahlarının halından xəbər tutub onları öz
hökmdarına çatdırmaq lazımdır ki, dost və düşməndən arxayın
olasan, sənin iş bacarığın da meydana çıxa.
İş tapşıranda layiq adama tapşır, tamah xatirinə dünyanı
zalım adamların əlinə vermə, Büzürcmehrdən soruşdular: "İş
başında sənin kimi adam ola-ola nə üçün Sasanilərin işi belə
xarab oldu?"
Dedi: "çünki böyük işlərdə kiçik xidmətçilərdən kömək
gözlədilər, ona görə bu kökə düşdülər". Müflis mə'mura iş
tapşırma, o, öz yükünü tutmayınca, sənin yükünü
qaldırmayacaq. Görmürsənmi, tarlaları və ləkləri sulayarkən,
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib