95 Çigillər—Tayfa və xalq adı.
96 Rumilər—Tayfa, xalq adı.
97 Çiyanilər—Tayfa, xalq adı.
98 Tatarlar—Tayfa, xalq adı.
99 Yağmalar—Tayfa, xalq adı.
100 Səqləbilər—Tayfa, xalq adı. 101 Alanlar—Tayfa, xalq
adı.
102 Nubilər—Tayfa, xalq adı.
103 İstisqa -- Ətəş xəstəliyi, çox su içmək xəstəliyi.
104 Burun babasili—Burun iltihabı.
105 Əkəmi—Burada fars olmayan adam mə'nasında
işlənmişdir.
106 Azadanlar -- Burada muzdla
tutulmuş xidmətçilər, qul
olmayanlar nəzərə alınır.
İyirmi dördüncü fəsil
107 Ələvi -b ax:39.
İyirmi beşinci fəsil
108 Dul-dül—Əlinin atının adı.
109 Buğe—Bə'zi nüsxələrdə Bure yazılıb.
110 Əhməd Feriqun—Feriğunilər sülaləsindən ?uzğan
ölkəsinin əmiri. Şapurkan, Farab da bu ölkəyə daxil idi. 111
Dang—b a x: 86.
İyirmi altıncı fəsil
112
ﺖﻣﺮﺣ
Y E. Bertels "Hərəmət" oxuyub "arvadını"
kimi tərcümə etmişdir. Mən "hörmət" kimi oxuyuram. XI- XII
əsrlərə qədər fars dilində "arvad" mə'nasında "hərəm" sözünə
təsadüf edildiyi bizə mə'lum deyildir.
113 Dara—Həxamənilər sülaləsindən üçüncü Dara (Darab)
nəzərdə tutulur (er. əv. 336-330-cu illər) şahlıq etmiş və
İskəndər tərəfindən məğlub edilmişdir.
İyirmi yeddinci fəsil
144 Hacib—b a x: 55.
208 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
115 Zubin—İkihaçalı, gödək nizə. Düşməni öldürmək və
ya yaralamaq üçün düşmənə tərəf atarlarmış.
116 Tab-tab—Çovkan oyununun bir növü. Müqaynsə
et:top-top,top aldı qaç oyunu və s.
117 Absükun—Xəzər
dənizinin köhnə, qədim adlarından
biri. Gürgan çayının Xəzər dənizinə tökülən yerində olmuş
limanın adı. Vaxtilə Gürgan yaxınlığında olmuş, sonralar isə su
altına batmış adanın adı.
118 Mosul—İraqda şəhər adı, neft sənayesi mərkəzidir.
119 Dəclə—b a x: 21.
120 Ukbəra, Əkbəra—Bağdadın yaxınlığında qəsəbə adı.
121 Qoştasp, Kəştasib—İranın qədim şahlarından birinin
adı. Bə'ziləri əfsanəvi şah hesab edir. Deyilənlərə görə,
Zərdüştlə bir dövrdə olmuş və onun dinini qəbul etmişdir.
122 Qostəntəniyyə, Kostəntəniyyə—İstambul, İslambulun
qadim adı.
123 Şəhrbanu—Sasanilərin son hökmdarı III Yəzdgürdün
qızı. 637-ci ildə öldürülmüşdür. Bə'ziləriəin
fikrinə görə, III
Yəzdgürdün belə bir qızı heç olmamışdır.
124 Səlman farsi—Guya Məhəmməd peyğəmbərin ən
yaxın adamı olmuşdur. İranca adı Mahbeh və ya Ruzbehdir.
İsfahan yaxınlığında anadan olmuş, 35/655-6-36/656-7-ci illərdə
isə vəfat etmişdir. İslam dinini ilk qəbul edən iranlılardan
sayılır. Guya Məhəmmədin dəlləyi və dəlləkxana rəisi
olmuşdur. Müasir fars dilində "dəlləkxana" demək olan
"səlmani" sözü də guya buradan əmələ gəlmədir. Bə'ziləri belə
bir adamın heç olmadığını, sonralar iranlılar tərəfindən
uydurulduğunu irəli sürür.
İyirmi doqquzuncu fəsil
125 Əyyar—Xilafət dövründə daimi
sənət və peşəsi
olmayan və təsadüfi işlərlə güzəran keçirən adamlara deyilirdi.
Bunlardan muzdlu silahlı dəstələr düzəldilir, asayişi bərpa
etmək üçün istifadə edirlərmiş. Çox vaxt belə silahlanmış
www.duddud.com -
Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
dəstələr dağlara çəkilib qaçaqlıq edir, bə'zən keşik çəkir, bə'zən
soyğunçuluqla
məşğul olur, lakin bütün hallarda yazıq, yoxsul
adamlara kömək göstərirmişlər. Bu ad qoçaq, igid, bacarıqlı,
diribaş, bərk qaça bilən tərdəst, hər şeyi tez başa düşən,
hazırcavab adamlara da verilirmiş. "Qabusnamə"də əyyar sözü
müsbət mə'nada işlədilmişdir.
126 Söhrab—Firdovsinin məşhur qəhrəmanı Rüstəmin
oğlu, Söhrab atasını görməmişdir. O, atasını axtarır. Rüstəm də
oğlunu görməmişdir. Onlar müxtəlif düşmən çəbhələrdə
olduqlarından təkbətək vuruşmalı olurlar. Əvvəl Söhrab üstün
gəlir, lakin alicənablıq edib Rüstəmi öldürmür.
Sonra Rüstəm
qalib gəlir, aman verməyib dərhal Söhrabı ölümcül yaralayır.
Ölüm ayağında Söhrab kim olduğunu və atası Rüstəmi
axtardığını deyir. Lakin artıq gecdir. Söhrabı xilas etmək
mümkün olmur.
"Rüstəm və Söhrab" dastanı bir çox dillərə, o cümlədən
Azərbaycan dilinə də tərcümə edilmişdir.
127 Seyyidə—Albuye hökmdarı Fəxrüddövlənin arvadı,
Rey şəhərində otuz ilə qədər hökmdar olmuşdur.
128 Fəxrüddövlə Əbulhəsən Əli—Albuye şahı, 976-997-ci
illərdə şahlıq etmiş, öldükdən sonra arvadı Seyyidə hakimiyyəti
ələ almışdır (b a x: 126).
129 Xütbə—Hakimiyyət başında olan şaha, hökmdara
minbərdən oxunan xeyir-dua. Çox vaxt kimin hakimiyyət
başında olduğu və kimin hakimiyyət başına yeni keçdiyi yalnız
bu xütbələrdən bilinərdi. Xütbə oxumaq üçün dövlət tərəfindən
xüsusi adamlar ayrılardı Bunlara xətib deyərdilər. Xətiblər
yalnız
məscidlərdə deyil, xüsusi toplantılarda, bayram
şənliklərində, çoxlu adam yığılmış bazar meydançalarında da
xütbə oxuya bilərdilər. Lakin bir qayda olaraq xütbələr
məscidlərdə oxunardı.
130 Zülqərneyn—Makedoniyalı İskəndərin, İskəndəri-
Kəbirin ləqəbi. Bu barədə müxtəlif rəvayətlər vardır.
210 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Bə'zilərinin fikrinə görə, iki balaca buynuzu olduğu üçün belə
demişlər; bə'zilərinin əqidəsincə, alnının hər iki tərəfindən tük
dəstələri asıldığı üçün bu ad verilmişdir; bir sıra tədqiqatçıların
ehtimalına görə isə İskəndər həm işıqlı dünyanı gördüyü, həm
də zülməti tapdığı üçün Zülqərneyn adını almışdır.
Azərbaycanda ən çox iki buynuz rəvayəti məşhurdur. Hətta
"İskəndərin buynuzu var, buynuzu"
ifadəsi dillərdə misal
olmuşdur.
131 Damğan—İranda şəhər adı. "Qabusnamə"də İskəndər
buraya çatdıqda öldüyü yazılır. Lakin bu tarixi faktlara düz
gəlmir.
132 RX ilə S. Nəfisidə fərq var. Fikrimizə görə RX-dakı
doğrudur, tərcümədə o, əsas götürülmüşdür.
Otuzuncu fəsil
133 Müaviyə—Əməvilərin birinci xəlifəsi, 661-680-cı
illərdə hakimiyyət başında olmuşdur.
Otuz birinci fəsil
134 Fəqihlik—Şəriətçilik, şəriət hüquqşünaslığı.
135 Elm—Dini elmlər nəzərdə tutulur.
136 Ravi—Rəvayət edən. Başqalarının şe'r və əsərlərini
məclislərdə oxuyan adam. Qədimdə yazıçılar, şairlər, ədiblər,
alimlər əsərlərini özləri oxumağa o qədər də meyl
göstərməzdilər. Bunu gözəl oxumağı bacaran bədii söz
ustadlarına—ravilərə tapşırardılar. Şah saraylarında xüsusi
ravilər də olardı. Bə'zən ravilər həm də iste'dadlı şair, gözəl
dastanlar bilən, maraqlı rəvayətlər danışmağı bacaran adamlar
olardı.
137 Üsul—Burada şəriətin əsasları, təki-əsl.
138 Hafiz—Qur'anı əzbərdən bilən adam.
139 Xof və rica—Qorxu və ümidlə.
140 Təbəristan—İranda qədimdə ölkə adı. Bir müddət
müstəqil dövlət olubdur. İndi Mazandaran.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib