36
Əlbəttə, ola bilsin ki, həm Mingəçevir yazısı, həm də sözü-
gedən 52 hərflik əlifbadan Albaniya ərazisində yaşamış hansısa
xalqlar istifadə etmişlər və nəzərə alsaq ki, “ alban” adı bütün bu
xalqlar üçün ortaq idi, bu baxımdan həmin əlifba və yazıları da
“alban yazısı” kateqoriyasına aid etmək olar. Fəqət Albaniyanın
dövlət və ortaq ədəbiyyat dili olan qıpçaq – qarqar dilinə gəlincə,
onun yeni yazısı V əsrdə yaranıb və alban müəlliflərinə aid əldə
olan çox sayda mətn onların istifadə etdikləri əlifbanın erməni
əlifbası ilə eyni mənşəli olmasını sübut edir.
Eyni zamanda, təkcə Laçın rayonu ərazisindən bu əlifba ilə ya-
zılmış və erməni dilində olmayan 22 epikrafik abidə aşkar olun-
muşdur ki, onlardan biri – Alxaslı kəndinin 8 km şimal – qərbində
yerləşən alban vənginin (monastrının) kitabəsindəki yazı barədə V.
A. Əliyev məlumat verməkdədir («Археологические открытия
1980 г.», М., 1981, с. 414—415).
Laçın rayonunun Alxaslı kəndinin 8 km şimal – qərbində yerləşən
alban vənginin (monastrının) kitabəsi.
37
Deyilən fikri təsdiqləyən başqa misallar da var. Məsələn,
fransız şərqşünası Ejen Bore 1838–ci ildə Fransa Elmlər Akade-
miyasına ünvanladığı bir məruzəsində bildirirdi ki, Matedarandakı
əlyazmaların birində o, alban əlifbasını aşkara çıxarıb. Onun yaz-
dığına görə, bu əlifba erməni əlifbası ilə, demək olar ki, eynidir,
amma yazılar erməni dilində deyil.
Bu hadisədən 48 il sonra, yəni 1886–cı ildə ermənişünas alim,
professor N. Karmiants bir məqaləsində Münhendə rastlaşdığı bir
ermənidilli əlyazmadan söz açaraq bildirmişdi ki, Sivasda qələmə
alınmış və miniatürlərlə bəzədilmiş bu əlyazmanın bir yerində
erməni hərflərinə bənzəyən hərflərlə yazılmış, fəqət erməni dilində
olmayan iki sətirlə rastlaşıb. Həmin sətrlərin yanında ermənicə
yazılmış qeyddə bunun alban yazısı olduğu bildirilməkdəydi. Fəqət
bu və haqqında Ejen Borenin məlumat verdiyi əlyazmalar müam-
malı şəkildə yoxa çıxdığından və ya məhv edildiyindən onlar
barədə heç bir dəqiq məlumat yoxdur.
1996–cı ildə Gürcüstan Elmlər Akademiyasının İsrailə ezam
etdiyi elmi ekspedisiya tərəfindən Müqəddəs Yelizaveta kilsə-
sindən 120 səhifəlik bir palimpset tapılmışdır. Alban dilində olduğu
güman edilən bu əlyazmanın üst tərəfində gürcü dilində qeyd var.
Bu qeydə əsaslanan ekspedisiyanın rəhbəri, tanınmış gürcü alimi
Zaza Aleksidze sözügedən yazıların alban yazıları olduğunu iddia
etmiş və bu barədə fikirlərini 2001–ci ilin may ayında Bakıda təşkil
edilən “Qafqaz Albaniyasının etnomədəni irsi” adlı konfransda
(Предварительное сообщение об идентификации и дешифров-
ке албанского текста, обнаруженного на Синайской горе.
Доклад на конференции «Этнокультурное Наследие Кавказ-
ской Албании» 21-22 мая 2001 года в Баку) dilə gətirmişdir.
59 işarəli bir əlifba ilə qələmə alınmış bu yazı artıq nəşr edil-
miş də onun udin dili əsasında şərh edilməsinə cəhd də gös-
tərilmişdir (J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé. The
Caucasian Albanian Palimpsests of Mount Sinai. Brépols, 2009.)
İddiaya görə bu, Bibliyanın ayrı – ayrı hissələrinin tərcüməsidir və
guya udin dilindədir. Fəqət bu iddia digər alimlər tərəfindn ciddi
38
qəbul edilmir. Bu da təbiidir, çünki kitab müəlliflərinin mətnləri
udin dilində şərh etmək cəhdləri falsifikasiyadan və ya olmayanı
olan kimi təqdim etməkdən başqa bir şey deyil. Üstəlik də bütün
mənbələr alban dili üçün əlifbanın udin dili əsasında deyil, qarqar –
qıpçaq dilində tərtib edildiyini söyləyir.
Gürcülərin İsraildən tapdıqları palimpsetdəki 59 işarəsinin 36 –
sı erməni hərfləri ilə üst-üstə düşən hərflərdir ki, bu da təbiidir.
Çünki alban və erməni hərfləri eyni mənşəli olmuşdur. Digər 23
işarə isə, deyilənlərnə görə, gürcü hərflərinə və həbəş ideoqram-
larna çox bənzəyir.
Əgər IV – VII əsrlərə aid olduğu söylənən (Aleksidze IV – V
əsrlərə aid edir) bu əlyazma gerçəkdən də albanlara aiddirsə və ger-
çəkdən də onun yazıldığı əlifba Maştotsun albanlar üçün hazırladığı
əlifbadırsa, tam qətiyyətlə deyə bilərik ki, zamanla o təkmilləşmiş
və 36 işarəli əlifbaya çevrilmişdir. Yəni zamanla “gürcü hərflərinə
və həbəş ideoqramlarına bənzəyən” köməkçi işarələr lazımsız şey
kimi bir kənara atılmışdır.
Yeri gəlmişkən qeyd edək ki, alban dilinin guya udin dili ol-
duğu barədə fikir elmdə çox yayılmışdır və bu fikrin ən qızğın
tərəfdarı və təbliğatçısı kimi daha çox gürcü və erməni alimləri
çıxış edirlər. Gürcülərin bu mövqeyi anlaşılandır. Çünki udin dili
də gürcü dili kimi Qafqaz dilləri ailəsinə aiddir. Gürcülər bu yolla
Azərbaycanın guya qədimdə qafqazdillilərlə məskun olduğunu
“əsaslandırmaq”la, hətta qədim mannalıları da qafqazdilli elan et-
məklə, gələcəkdə torpaqlarımıza iddia üçün “elmi əsas” hazırlama-
ğa çalışırlar ki, bu xəttin də əsası İosif Stalin tərəfindən qo-
yulmuşdur.
Ermənilərin məqsədi isə aydındır, kim olursa-olsun, təki türk
olmasın.
Azərbaycanda ideyanın ən qızğın tərəfdarı mərhum Voroşil
Qukasyan idi. Milliyyətcə udin olan bu alimin də sırf etnik təəs-
sübkeşlikdən çıxış etdiyi və daha çox Abuladzenin əlifbası üzərində
durduğu məlumdur. Lakin o, tək deyildi. Bu gün də bu iddiada olan
Azərbaycan alimləri az deyil. Bu halda isə, əlbəttə ki, söhbət kəm-
39
savadlıqdan və bu iddianın arxasında duran siyasi hədəfləri anla-
mamaqdan, başqa sözlə, siyasi nadanlıqdan getməlidir. Çox təəs-
süflər olsun ki, belələrindən biri də Fəridə xanım Məmmədovadır.
Gözəl tarixçi, albanşünas və ermənişünas olmasına rəğmən, türko-
logiya sahəsində yetərli biliklərə sahib olmayan bu alimin səhv
etdiyini, əlbəttə ki, üzə çıxardığımız alban əlyazmaları bütünlüklə
sübut etməkdədir.
Əldə olan əlyazmalar həm alban dili məsələsinə, həm də alban
əlifbası ilə bağlı suallara tam və birmənalı cavab verməkdədir. Yeri
gəlmişkən qeyd edək ki, erməni və alban əlifbaları eyni mənşəli ol-
salar da, yazılış xətt və üslubuna görə bir-birindən fərqlənirlər.
Yəni hərflər eyni olsa da, xəttlər fərqlidir. Ermənilər “bolorqir” və
“notrqir” adlandırdıqları bu iki xətti erməni yazısının iki fərqli xətti
kimi təqdim edirlər. Gerçək isə budur ki, “bolorqir” ermənilərə,
“notrqir” isə albanlara məxsusdur. Yəni əldə olan bütün alban
mətnləri məhz “notrqir”lə yazılmışdır. Albanlar hətta erməni
dilində yazanda da öz xətlərindən (əlifbalarından) istifadə etmişlər.
Odur ki, “notrqir”lə yazılmış bütün mətnlərin, o cümlədən ermə-
nidilli mətnlərin müəlliflərinin məhz albanlar olduğunu tərəddüd
etmədən söyləmək olar. Albanlar heç vaxt “bolorqir”dən istifadə
etməmişlər. “Bolorqir”lə yazılmış mətnlərin müəllifi, şübhəsiz ki,
ermənilərdir. Əlbəttə, bəzi hallarda, ola bilsin ki, kiçik istisnalar
olmuşdur, fəqət bu bir o qədər də böyük önəm daşımır.
İndisə Maştotsun əlifbasının qəbulundan öncə albanların isti-
fadə etdikləri yazının hansı əlifba ilə ola biləcəyi məsələsinin üzə-
rinə qaydaq.
Nəzərə alsaq ki, Vaçaqan və ondan öncəki Albaniya hökm-
darları Arsak sülaləsindən idilər və kökləri Parfiya Arsaklarına
uzanırdı və Parfiyada isə 22 hərfli arami yazısından istifadə olu-
nurdu, eləcə də Əməniyyə məliyi Artaşesin (e.ə. l əsr) dövrümü-
zədk ulaşan, türkcə yazıldığı anlaşılan və görkəmli dilçi alimimiz
Firidun Ağasıoğlu tərəfindən oxunan kitabəsi də (söhbət sərhəd
daşları üzərindəki yazılardan gedir) eyni əlifba ilə yazılmışdı, söh-
bətin məhz arami əlifbasından getdiyini düşünmək olar. Ehtimal ki,
Dostları ilə paylaş: |