Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə18/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   14   15   16   17   18   19   20   21   ...   107

 
55
Gördüyümüz kimi, müəllif öncə alban etnosunu ümumiyyətlə 
inkar edir, daha sonra isə antik mənbələrdə bu etnos haqqnda möv-
cud olan çoxsaylı  məlumatlardan qaçmağın mümkün olmadığını 
görüb, albanların guya xristianlığı ermənilərdən qəbul edib ermə-
niləşdiklərini iddia edir və bunun antik dövrlərdə baş verdiyini önə 
sürür. Halbuki, həm alban, həm də erməni mənbələrində yazıldı-
ğına görə, ermənilər xristianlığı albanlardan çox – çox sonralar qə-
bul etmişdilər. Albanların bir qisminin gerçəkdən də erməniləşdiyi 
məlumdur, fəqət bunun XlX əsrdən tez olmadığını sübut edən 
mənbələr var. Bu halda söhbət o dövrə  qədər böyük əksəriyyəti 
İslamı  qəbul edib Azərbaycan türkləri ilə qarışan türk mənşəli 
albanlardan (albanlar, qarqarlar, saklar, kəngərlər, qazaxlar, don-
darlar, qaytaqlar, kergillər və s.) və ya bugünə qədər etnik simasını 
qoruyan qeyri – türk albanlardan (ləzgilər – leqlər, avarlar – silvlər, 
xınalıqlılar – qatlar, ubıxlar – boxlar və s.) yox, onların xristianlıq-
da dirənən kiçik bir hissəsindən gedə bilər. Hər halda xristian udin-
lərin bu günə  qədər etnik simalarını saxlamış olması da bu halın 
kütləvi olmadığını göstərir.  
Əldə olan mənbələr isə Şamaxı və Ağsu bölgəsindəki bir - iki 
xristian tat kəndinin zamanla erməniləşdiyini təsdiq edir. Bu barədə 
Qiyasəddin Qeybullayev XIX – XX əslərə aid rəsmi sənədlərə isti-
nadən məlumat verməkdədir. Bundan başqa sənədləşmiş heç bir 
fakt yoxdur və albanların bir qisminin guya orta əsrlərdə erməni-
ləşməsi barədə söylənilənlər, o cümlədən Azərbaycan tarixçilərinin 
söylədikləri  əslində sübut olunmamış  fərziyyə  və ehtimallardan 
başqa bir şey deyil. Fakt isə budur ki, türk mənşəli albanların 
əksəriyyəti  İslamı  qəbul edərək Azərbaycan türklərinin etnogene-
zində yaxından iştirak etmişlər. Bunu ən azı  Qərbi Azərbaycanın 
(bugünkü Ermənistanın) Sisian rayonunun Urud kəndindəki 
müsəlman qəbristanlığndan tapılmış  və XIV əsrlərə aid edilən iki 
alban qəbri sübut edir. Hər iki qəbrin sinə daşının ərəb əlifbası ilə 
(biri türkcə, digəri farsca) ilə qeyd edilmiş kitabələrində onların 
məhz albanlara aid olduğu bildirirlir. Bu fakt eyni zamanda Qərbi 
Azərbaycan  ərazisinin, yəni bugünkü qondarma Ermənistanın 


 
56 
köklü  əhalisinin ermənilər deyil, albanlar olduğunu da təkzib-
edilməz şəkildə ortaya qoyur. 
Deyilənlərə onu da əlavə edək ki, türk mənşəli xristian albanlar 
XIX  əsrə  qədər Azərbaycan türkcəsində çox sayda şer nümunəsi 
yaratmışlar ki, bu fakt da onların ən azı XIX əsrə qədər öz ana dil-
lərində danışdıqlarını  və  hətta  şerlər yazdıqlarını göstərir. Erməni 
qrafikası (alban əlifbası) ilə yazılmış bu əsərləri Əkbər İrəvanlı üzə 
çıxarmış  və  hələ sovet dövründə onlar barədə məlumat vermişdir. 
Fəqət sovet dövründə mövcud olan basqı üzündən o, bu əsərlərin 
müəlliflərindən “azərbaycanca yazıb – yaratmış erməni şairləri” ki-
mi söz açmışdır. 
Ş.Smbatyanın irəli sürdüyü iddialardan biri də “ənənəvi erməni 
mövzusu”nu  əhatə edir. O da digər erməni tarixçiləri kimi Kür – 
Araz ovalığının ermənilərə aid olduğunu önə sürür və antik müəl-
liflərin, ilk növbədə  də Srabonun Albaniyanın sərhədləri barədə 
söylədiklərinə istinad edir. Yeri gəlmişkən qeyd edək bu, bütün er-
məni müəlliflərinin əsas arqumentidir. Digərləri kimi Smbatyan da 
başlanğıcda Albaniyann Kürdən  şimalda yerləşdiyini  əsas tutaraq
qeyd edir ki, V əsrə qədər (onun fikrincə, Kür – Araz ovalığı V əsr-
də Albaniyanın tərkibinə keçmişdir) bu ərazilər yalnız  Ərməniy-
yənin tərkibində ola bilərdi. Onun fikrincə, çünki o dövrdə guya 
bölgədə  Ərməniyyədən başqa heç bir qüvvətli ölkə yox idi. Yəni 
müəllif bu halda hər hansı bir konkret fakta deyil, öz “erməni mən-
tiqinə”  əsaslanır. O ki qaldı V əsrə  qədər bölgədə  Ərməniyyədən 
güclü dövlətin olmaması məsələsinə, bu, əlbəttə ki, gülməli fikirdir. 
Çünki bu halda qüdrətli Parfiya - türk imperatorluğu və onu III 
əsrdə  əvəz etmiş fars – Sasani imperatorluğu bilərəkdən gözardı 
edilir. Üstlik də  həmin dövrdə  Ərməniyyə  və Albaniya hökmdar-
larının türk – Arsaklar sülaləsinə  mənsubluğu barədə  də bir söz 
deyilmir. 
Kür – Araz ovalığı ən azı e.ə. IX əsrdən etibarən Mannanın tər-
kibində idi və Bərdə də (Parta) Mannanın “Saqarta” (Zikertu) adla-
nan bölgəsinin mərkəzi şəhəri idi. Sonrakı dövrlərdə bu ərazinin adı 
mənbələrdə Sakasena, o cümlədən erməni mənbələrində “Şakaşen” 


 
57
kimi çəkilir ki, bu da “saklar ölkəsi” deməkdir. Sakların isə türklər 
olduğu məlumdur. Polibi və Strabonun verdiyi məlumatlardan isə 
belə aydın olur ki, e.ə. 331–ci ildən, yəni Atropatena (Azərbaycan) 
dövlətinin tarix səhnəsinə  çıxmasından sonra bu ərazi onun tərki-
bində olmuş və bu ölkənin nüvəsini təşkil etmişdir. Təsadüfi deyil 
ki, ölkənin həm yay, həm də qış paytaxtları bu ərazidə yerləşirdi. 
Albaniya və albanlar haqqında cəfəng fikirlərə A. Akopyanın 
da  əsərlərində rast gəlinməkdədir. Onun da fikrincə, Kür – Araz 
ovalığı Ərməniyyənin şərq torpaqları olmuş və Kür çayı təkcə guya 
Ərməniyyə ilə Albaniyanın deyil, həm də erməni etnosu ilə alban 
etnosunun sərhəddini müəyyən etmişdir. Müəllif iddia edir ki, guya 
bu ərazi e.ə VI əsrdən, yəni Ervanditlər dövründən Ərməniyyənin, 
ondan öncə isə Urartunun tərkib hissəsi idi. Əlbəttə ki, dediklərini 
sübut edə bilmək üçün heç bir sübut gətirə bilmir, sadəcə, faktların 
təhrifi ilə məşğul olur. 
A. Akopyan da yazır ki, guya özünü “alban” adlandıran etnos 
olmamışdır və guya bu adla Albaniya əhalisini qonşuları adlan-
dırmışlar. O bunu iddia edərkən, təbii ki, Musa Kağankatlının “Al-
ban tarixi” kitabında özünü və  mənsub olduğu xalqı alban adlan-
dırmasını gözardı edir. Onun fikrincə, Parfiya hökmdarı tərəfindən 
Albaniyanın məliyi təyin edilən Ərən (e.ə II əsr, bəzi mənbələrə gö-
rə, I əsr) guya Ərməniyyənin şərq əyalətlərinin canişini olmuşdur.  
Əldə olan çoxsaylı albandilli əsərin əlyazma mətnləri bu kimi 
iddialara çox tutarlı cavab olacaq. Yeri gəlmişkən, həmin mətnlərin 
məzmunu tariximizin bütöv bir mərhələsinə  əski baxışları önəmli 
dərəcədə dəyişmək iqtidarındadır. Lakin unudulmamalıdır ki, bun-
ların bir qismi həmin  əsərlərin erməni keşişləri tərəfindən təhrif 
edilmiş surətləridir. Onların əsilləri Venesiya və Vyanadakı erməni 
mxitaristlərinə aid monastır və kilsələrdə, eləcə də İrəvanda, Mate-
daranda saxlanlır və başqa adamların onlarla tanış olmasına imkan 
verilmir. Bununla belə, əldə olan materiallar da alban dili və ədə-
biyyatı barədə dolğun təsəvvür əldə etmək üçün tamamilə yetərlidir 
və biz bu kitabda onların sadəcə kiçik bir hissəsini təqdim edirik. 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə