83
Qanunnaməsi. Qədim erməni dilindən tərcümə) adlı kitabına
istinad etdikləri üçün səhv nəticəyə gəlmişlər. Məsələn, A.Qar-
kavets Mxitar Qoşun XII əsrdə yaşadığnı,
təbii ki, əsərini də həmin
əsrdə (1184–cü il) qələmə aldığını bilə - bilə və bunu qeyd edə -
edə, XVI əsrdə tərtib edilən, elə həmin dövrdə də alban (qarqar –
qıpçaq) dilinə tərcümə edilərək, “Törə bitiki”nə əlavə edilən “Er-
məni qanunnaməsi”nə aid olan sözləri ümumilikdə “Törə bitiki”nə
şamil etmiş və onun guya erməni dilindən öncə latın dilinə, sonra
latıncadan polyak dilinə, ondan da sonra polyak dilindən qıpçaq
dilinə tərcümə edildiyini bildirməkdədir. Erməni fitnəkarlığna uyan
bu böyük alim və istedadlı türkoloq yazır:
“Erməni icmasında tətbiq olunan cinayət və mülki qanunlarını
dövlət səviyyəsində leqallaşdırmaq məqsədi ilə Mxitar Qoşun XII
əsr “Qanunnamə”si (Papovyan 1964) erməni dilindən latın dilinə,
sonra latıncadan polyak dilinə və nəhayət, polyakcadan erməni
qıpçaqcasına tərcümə edilmişdir. Latın variantı çoxsaylı düzəliş, əlavə
və kiçik şərhlərə məruz qalan “Qanunnamə”1519–cu ildə 1-ci
Sziqmund tərəfindən təsdiq edilmişdir...”
Fakt isə budur ki, bu halda söhbət əslində Mxitar Qoşun “Törə
bitiki”ndən yox, ona əlavə edilən və əsərin arxasına bütöv halda
yerləşdirilən 124 maddəlik erməni qanunnaməsindən gedir. Maraq-
lıdır ki, A.Qarkavets erməni müəlliflərinin təsirindən çıxa bilmə-
yərək, erməni qanunnaməsini deyil, Mxitar Qoşun qələminə məx-
sus əsas hissəni “sonradan əlavə edilən hissə və əsərə giriş” adlan-
dırmaqda, Mxitar Qoşdan 4 əsr sonra qələmə alınmış “Erməni qa-
nunnamə”sini isə “Törə bitiki” saymaqdadır.
Buna o səbəb olmuş-
dur ki, böyük türkoloq olmasına rəğmən, tarixçi olmayan, Qaf-
qazın, o cümlədən Qafqaz Albaniyasının tarixindən bixəbər olan
cənab Qarkavets “Törə bitiki”nin orijinalının guya erməni dilində
olduğuna inanmışdır. Bununla belə, o mətnin müəyyən bir hissə-
sinin orijinal qıpçaq
mətni olduğunu, yəni erməni dilindən tərcümə
olmadığını, məhz qıpçaq türkcəsində (əslində alban dilində) tərtib
edildiyini sezmiş və bu barədə fikrini yazmağı da unutmamışdır:
84
“Qıpçaq dilində əlavə olunmuş maddələr, sonradan məlum
olduğu kimi, tamamilə orijinal erməni – qıpçaq Prssesual Məcəl-
ləsidir.”
“Törə bitiki”nə əlavə edilmiş 124 maddəlik “Erməni qanun-
namə”si polyak dilində yazılmış kiçik əlavədən (Məhkəmə andı)
sonra gəlir və Oksent oğlu Xaçeresin aşağıdakı ön sözü başlayır:
“Başlanıyır bu diftər ermeni törəsininq, aşağa yazılğanınq ken-
dininq sanına da xayıtlarına, xaysı ki burungidir xağıtına ken-
dininq”.
“Başlanır erməni qanunnaməsi dəftəri sənədin özündən öncə
gələn aşağda qeyd olunmuş maddə başlıqları ilə”
Bundan sonra erməni qanun maddələrinin başlıqlarının siyahısı
gəlir. Daha sonra belə bir qeyd edilmişdir:
“Başlanıyırlar törələri ermənilərninq erməni tilindən da bu-
yurmaxından yarıxlı ulu biyninq, biyninq da biyninq Ziğmuntnunq,
polskiy korolnunq, panninq da dediçninq.
Tilimdən ermeninq latingə çıxarğandır, latindən polskiygə, a
polskidən bizim tilgə, xaysi ki başlanıyır bu sözlər bilə.”
“Başlayır ermənilərin qanunları ulu bəy, bəylər bəyi (knyaz-
lar knyazı) əlahəzrət Polşa kralı Sziqmundun – ağa və hökmdarın
əmri ilə ermənilərin dilindən.
Ermənilərin dilindən latıncaya, latıncadan polyakcaya, pol-
yakcadan bizim dilə tərcümədir. Hansı ki başlayır bu sözlərlə”
Bu deyilənlərdən belə anlaşılır ki, yuxarıdakı sözlər
və maddə
başlıqları tərcüməçinin türkcə etdiyi əlavələrdir və “Erməni qanun-
naməsi”nə ön söz mahiyyətindədir. Erməni dilindən tərcümə edil-
miş mətn bundan bir qədər sonra başlayır. “Erməni
qanunnaməsi”ndə ön sözdə diqqəti çəkən ən önəmli məqam onun
XVI əsrdə Polşada yaşamaqda olan albanların artıq polyak dilinin
təsirinə məruz qalmış dili ilə yazılmış olmasıdır. Elə bu üzdən də
mətndə “polskiy korol” (Polşa kralı) və “pan” (ağa) kimi polyak
dilindən keçmə söz və sözbirləşmələri ilə rastlaşırıq.
Qeyd etmək lazımdır ki, “Törə bitiki”nə edilmiş bütün əlavə və
şərhlər, eləcə də ən başda yazılmış giriş bu dildə olduğu üçün onları
85
“Törə biriki”nin orijinal mətnindən ayırmaq
heç bir çətinlik
törətmir. Üstəlik də əlavələrin məzmunundan onların XVI əsrdə
edilmiş əlavələr olduğunu başa düşmək çətin deyil.
Polyak mənşəli sözlərə “Törə bitiki”nə XVI əsrdə əlavə edilmiş
girişdə də sıx – sıx rast gəlinir. Məsələn, giriş bu başlıqla başlayır:
“Əvəlgi polojenası Törə bitikininq” (Törə bitikinin əvvəlki və-
ziyyəti)
Buradakı polyak mənşəli “polojena” (vəziyyət, mövqe) ifadəsi
diqqəti çəkir. Başlığın ardınca gələn mətnin ikinci cümləsində də
eyni hal ilə üzləşmək mümkündür:
“Ekinci, ki ne üçün yazdıq, ya kiminq priçinasından.” (İkin-
cisi, nə üçün yazdıq və buna kim səbəb oldu)
Bu cümlədə də “priçina” (səbəb) kəlməsi ilə üzləşirik. Mxitar Qo-
şun qələminə məxsus hissədə isə bənzər halla rastlaşmaq mümkün
deyil. Qoşun orijinal mətnində bu kəlmənin əvəzinə alban
dilinə
(qıpçaq türkcəsinə) Azərbaycan türkcəsi vasitəsi ilə keçmiş ərəb mən-
şəli “səbəb” sözü işlənir. Eyni zamanda əlavələrin dilindən fərqli
olaraq, orijinal mətndə “korol” (kral) və “knyaz” kimi ifadələr yoxdur.
Onların ifadə etdiyi mənalada “xan” və “biy” (bəy) kimi təmiz türk
kəlmələri, eləcə də fars mənşəli “padşah” sözü işlənməkdədir.
Maraqlıdır ki, bənzər halla “Erməni qanunnamə”sinin tərcümə
mətnində də rastlaşırıq. Məsələn, sözügedən “Qanunnamə”nin 86–
cı maddəsinin başlığı belədir:
“Kerabllarninq buzulmaxı üçün” (Gəmilərin qəzaya uğraması
barədə)
Burada da polyak mənşəli “kerabl” (gəmi) termini işlənmişdir.
“Törə bitiki”ni redaktə edən, yəni ona əlavələr edən və şərhlər
yazan (şərti olaraq) Oksent oğlu Xaçeresin əlavələrini orijinal
mətndən seçmək heç də çətin deyil. Buna
təkcə əlavə edilmiş şərh
və qanunların mətnlərindəki slavyan (polyak) mənşəli ifadələr de-
yil, həm də onların məzmunu imkan verir. Məsələn, qanunlardan
birini gözdən keçirək:
“Egər ki kimsəgə ermeni yarqusunda ağırlıx körünsə, ki ken-
dininq ağırlıxına körə çaxırğay biyik yarquğa, korolğa aninq biy-
likinə...”