17
Qərbi Azərbaycanın, yəni bugünkü qondarma Ermənistanın Şirak
vilayətinin Artik bölgəsinin XX əsrin 40-cı illərində adı dəyişdirilə-
rək “Ariç” şəklinə salınan qədim Xpçax (Qıpçaq) kəndindəki
Xpçaxvəng adlı kilsə və monastrı (XII əsrdə tikildiyi söylənilir)
göstərmək olar.
Qərbi Azəbaycanda (bugünkü Ermənistan) qıpçaq - qarqarların
çox qədim zamanlardan yaşamış olduqlarını, onların torpaqlarının
Ərməniyyə və Kilikiyaya qədər uzandığını erməni (hay)
tarixçiləri
də etiraf edirlər. Məsələn, A. Akopyan özünün “Albaniya – Aluank
qədim yunan – Roma və qədim erməni mənbələrində” (İrəvan,
1987) adlı kitabının 66-67-ci səhifələrində yazır ki, Moksda Qarqar
adlı vilayət, Tsopka və Qərbi Kilikiyada iki Qarqar qalası, Lori və
Parisosda iki Qarqar kəndi var. Bundan başqa Meğri tərəfdə Qarqar
dağının mövcudluğu da məlumdur.
Hazırda Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Zəngə-
zur bölgəsində qarqarlara aid bir monastır
kompleksi də qalmaq-
dadır. Öncələr “Gərgərvəng” və ya “Qarqarvəng” adı ilə məşhur
olan bu monastra bitişik Həzrət Məryəm kilsəsinin tikilməsindən
18
sonra (1283-cü il) daha çox Məryəm kilsəsi və ya “Surb Sion”
monastrı kimi yad edilməyə başlayan bu kompleks alban (həm də
Azərbaycan) memarlığının ən maraqlı nümunələrindən biridir.
Qarqarlar və onların yaşayış arealı barədə əski erməni (hay)
mənbələrində də söz açılmışdır. Məsələn, Moisey Xorenatsi (V əsr)
alban əlifbasının qarqar dili əsasında yaradıldığını söyləmiş, Qarqar
meydanından və Qarqar məlikliyindən söz açmışdır. Gevond (VIII
əsr) Qarqar düzənliyinin, Böyük Vardan (XIII əsr) isə Qarqar vila-
yətinin adını çəkmişlər. Tovma Artsruni
isə türk mənşəli ərəb sər-
kərdəsi Buğanın Qarqar düzənliyinə gələrək, Bərdə şəhərinə daxil
olduğunu yazmışdır.
Ümumiyyətlə, əski yazılı qaynaqlarda qarqarlar və onların
yaşayış arealı barədə yetərincə məlumat bulunmaqdadır. Məsələn,
Strabon qarqarların amazonkalarla qonşuluqda, amazonkaların isə
Albaniya üzərində yüksələn dağlarda yaşadıqlarını yazmışdır.
Bu xalqın adı Qafqaz və Orta Asiyanın toponomikasında geniş
əks olunmuşdur. Bu sırada XIX əsrdə indiki Dağıstanın Teymur-
xanşura vilayətində qeydə alınmış Qarqar yer adını,
Tiflis quberni-
yasının Tionet və Axalsix uyezdlərində qeydə alınmış Qarqar –
meydan, Qarqar – Qutan, Qarqar dağı, Qarqaris və s. toponimlərini,
Qəbələ rayonu ərazisində mövcud olmuş Xaraba – Qaraqarı, eləcə
də Qarabağla Gədəbəy sərhəddində yerləşən bir neçə Qarqar kən-
dini (bu gün onlardan biri Gərgər, digəri isə Xarxar adlanır) və
Naxçıvan uyezdində qeydə alınmış Xarxar kəndini göstərmək olar.
XIII əsr ərəb müəllifi Yaqut əl-Həməvi Beyləqan yaxınlığında yer-
ləşən Qarqar şəhərini xatırlatmışdır. İbn Xordadbeh (IX əsr) isə
Şabran və Dərbənd arasındakı Qarqar şəhərindən söhbət açmaq-
dadır. Deyilənlərə Qarabağ ərazisindəki iki ayrı Qarqar çayını da
əlavə etmək lazımdır. Türkiyə və Cənubi
Azərbaycan ərazisində də
bir neçə Qarqar, Xarxar, Gərgər adlı yaşayış məntəqəsinin olduğu
məlumdur. Qarqarların bir vaxtlar Orta Asiyada da yaşadığını söy-
ləmək olar. Belə ki, Dionisiy Perieqet (II əsr) qarqarların Emod
dağlarından Qanq çayı ilə suvarılan torpaqlara qədər geniş bir
ərazidə yaşadıqlarını yazmışdır.
19
Türk – alban dilində, yəni “erməni qrafikası” (əslində alban
əlifbası) ilə yazılmış, fəqət türkcə (qıpçaq türkcəsində)
olan xristian
ədəbiyyatına gəlincə, bu ədəbiyyatın yaranması barədə V əsr ermə-
ni salnaməçisi Koroyunun yazdığına görə, hələ o dövrdə Albaniya
yepiskopu İremiyanın başçılığı ilə dini kitablar, yəni Bibliya alban
dilinə tərcümə edilmişdi. VIII əsr erməni tarixçisi Gevond özünün
“Tarix” əsərində bildirir ki, onun dövründə “İncil” bir sıra dillərlə
yanaşı alban dilində də tədris edilirdi
və alban dilində olan dini
kitablar ciddi cəhdlə qorunurdular.
Ermənistanın əlyazmalar fondunda araşdırmalar aparan
A.D.Ananyan isə müqəddəs Yeliseyin Şərq ölksində - Albaniyada-
kı fəaliyytindən bəhs edən erməni dilində bir sənəd tapmış və dərc
etdirmişdir. Həmin sənədin erməni dilinə alban dilindən tərcümə
edildiyini tərcüməçilərin özləri qeyd etmişdilər.
Həmin ərazidə mövcud olan erməni qrafikalı türkdilli dini
ədəbiyyata gəlincə, onlar alban ədəbiyyatı nümunələrindən başqa
bir şey deyildir. Bu ədəbiyyatın qələmə alındığı əlifbanın erməni
əlifbası ilə eyni mənşəli olması, eləcə də ortaq
din xristian alban-
ların müəyyən bir hissəsinin zamanla erməniləşməsinə səbəb ol-
muşdur. Bununla belə, çox sayda nümunəsi (onminlərcə səhifə)
Polşa, Rusiya, Avstriya, İtaliya, Rumıniya, Ukrayna və Ermənistan-
da qorunub saxlanmış qıpçaqdilli alban ədəbiyyatını tədqiqatlara
cəlb etmək, onları dərindən öyrənmək ən azı Albaniyanın
tarixini,
Azərbaycanda baş vermiş etnik və etnolinqvistik prosesləri dərin-
dən başa düşmək baxımından çox vacibdir. Biz "Kitabi-Dədə Qor-
qud" sayəsində Azərbaycanda oğuz-qıpçaq münasibətlərində oğuz-
ların rolundan xəbərdarıq. İndi isə qıpçaqdilli alban ədəbiyyatını
araşdırıb proseslərə digər tərəfin də gözü ilə baxmağın vaxtı çatıb.
Üstəlik də bu ədəbiyyatı Azərbaycan ədəbiyyatının tərkib hissəsi
kimi gözdən keçirməyin də vaxtı artıq çoxdan çatmışdır.
Əldə olan təkzibedilməz sənədlər qıpçaq mənşəli qarqar dilinin
Albaniyanın dövlət dili olduğunu və bu dildə beynəlxalq yazışma-
ların aparıldığını söyləməyə tam əsas verir. Məsələn, 505–ci ildə
bugünkü İran ərazisində yaşayan xristianlara ünvanlanmış erməni
dilində olan bir məktubda deyilir: