36
göstərdikdən sonra itgilər verərək geri çəkilməli oldu. 1994-cü ilin aprelində cəbhədə vəziyyət yenidən kəskinləşdi.
İşğalçı Ermənistan yeni genişmiqyaslı hərbi əməliyyat planlaşdırmışdı. Düşmən Tərtər rayonu ərazisində qoşunlarımızın
müdafiə xəttini yarmaq, Tərtər, Bərdə və Yevlax şəhərlərini ələ keçirərək şimal-qərb regionunu Azərbaycanın digər
ərazilərindən ayırmaq məqsədi güdürdü. Ermənilər bu niyyətlərini həyata keçirmək üçün Rusiyanın hərbi-siyasi dəstəyinə
arxalanırdılar. Düşmən aprelin 9-dan 10-a keçən gecə hücuma başladı. Dərhal üç istiqamətdən Tərtər üzərinə zərbələr
endirildi. Əsas zərbə istiqamətində Ermənistanın 83-cü motoatıcı briqadası və Stepanakert (Xankəndi) yerli alayının
qüvvələrindən istifadə olunurdu. Buraya 2 mindən artıq canlı qüvvə, 17 tank, 15-ə qədər digər zirehli texnika
cəmləşdirilmişdi. Düşmən qəfil hücuma keçməsinə baxmayaraq, ilk anda nəzərdə tutduğu planı həyata keçirə,
qoşunlarımızın müdafiə xəttini yara bilmədi. Azərbaycan Ordusu uğurlu müdafiə döyüşləri apararaq düşmənə əkszərbələr
endirdi.
Düşmən ağır itgilərinə baxmayaraq əlavə qüvvələr, o cümlədən 5-ci motoatıcı briqadanı, “Tiqran Mets” əlahiddə
motoatıcı taburunu da cəlb etdi və aprelin 16-dan mayın 6-a qədər cəbhə xəttini yarmaq üçün 5 dəfə davamlı cəhdlər etdi.
Lakin heç bir ciddi nəticəyə nail ola bilmədi, qoşunlarımız əsas müdafiə mövqelərini qoruyub saxladılar. Ermənilər
Ağdamdan şimala və Tərtərdən qərbə doğru yalnız bir neçə yaşayış məntəqəsini tuta bildilər. Azərbaycan Ordusu aprelin
19-da cəbhənin Füzuli-Cəbrayıl kəsiyində düşmənə əkszərbə vurdu və Ermənistan silahlı qüvvələrinin əlahiddə kəşfiyyat
taburunu darmadağın etdi. Digər istiqamətlərdə, o cümlədən Ömər aşırımında da düşmənə əkszərbələr vuruldu. 33 gün
ərzində fasiləsiz davam edən döyüşlər nəticəsində düşmən ciddi itgilər verdi. Ermənilərin 1000 nəfərdən artıq canlı
qüvvəsi, 50 ədədə qədər zirehli texnikası, çoxlu sayda digər texnika, silah və sursatı məhv edildi. İşğalçı Ermənistan
ordusunda mənəvi-psixoloji durum böhran həddinə çatdı, kütləvi fərarilik, döyüşlərdə iştirakdan imtina geniş hal aldı.
Ermənilər qrup şəklində əsir kimi Azərbaycan tərəfinə keçməyə başladılar. Erməni hərbi komandanlığı hücum
əməliyyatlarının dayandırılması və müdafiə mövqeyinə keçilməsi haqda əmr vermək məcburiyyətində qaldı.
1994-cü il mayın 4-5-də MDB-nin parlament nümayəndələri Bişkekdə toplaşmışdılar. Bu toplantıya Dağlıq
Qarabağ “parlament”inin rəhbəri Karen Baburyan da dəvət olunmuşdu. Burada “Bişkek protokolu” deyilən sənəd
hazırlandı. Azərbaycan parlamenti sədrinin müavini A.Cəlilov müzakirələrdə iştirak etdi, lakin ölkə rəhbərliyinin razılığı
olmadan imza etməyəcəyini bildirdi. V.Kazimirov həmin sənədlə birlikdə Bakıya gəldi, burada H.Əliyevin iştirakı ilə
xüsusi iclas keçirildi və uzun müzakirələrdən sonra razılıq əldə olundu. Azərbaycan tərəfi sənədi Dağlıq Qarabağın
azərbaycanlı icmasının rəhbəri N.Bəhmənovun da imzalamalı olduğunu bildirdi və bu şərt qəbul olundu. Azərbaycan
parlamentinin sədri R.Quliyev digər tərəflərlə birlikdə sənədi imzaladı. Mayın 9-da atəşkəs haqda sənədi Azərbaycanın
müdafiə naziri M.Məmmədov, mayın 10-da Ermənistanın müdafiə naziri S.Sarkisyan, mayın 11-də Dağlıq Qarabağın
“silahlı qüvvələri”nin rəhbəri S.Babayan imzaladı. Mayın 11-dən 12-nə keçən gecə atəşkəs rejimi qüvvəyə mindi. Bundan
sonra Rusiyanın müdafiə naziri P.Qraçov rus hərbi qüvvələrinin regiona yerləşdirilməsinə dair sazişdə nəzərdə tutulan
bəndin yerinə yetirilməsinə cəhd göstərdi. Lakin Azərbaycan Rusiyanın bu təhlükəli təşəbbüsünün reallaşdırılmasına
imkan vermədi.
Atəşkəs dövrü və danışıqların davam etdirilməsi
Atəşkəs haqda saziş imzalandıqdan dərhal sonra beynəlxalq vasitəçilər xeyli fəallaşdılar. ATƏT-in Minsk qrupu
və digər beynəlxalq qurumların fəaliyyəti ilk növbədə atəşkəs rejiminin saxlanılmasına, iri hərbi əməliyyatlara yol
verilməməsinə yönəlmişdi. Vasitəçilər ilk olaraq qoşunların cəbhə xəttindən çəkilməsi ilə bağlı təkliflər verdilər.
Rusiyanın 1994-cü ilin yayında təklif etdiyi plana görə, 5-15 km-lik bufer zona yaradılması, regiona 1800 nəfərlik rus
ayırıcı qüvvələrinin yeridilməsi, 49 müşahidə postunun yaradılması, idarəetmə məntəqəsinin Ağdamda yerləşdirilməsi
37
nəzərdə tutulurdu. ATƏT uyğun olaraq 10-km-lik bufer zonası, Türkiyə, Rusiya, Avstriya, Macarıstan hərbçilərindən
ibarət 1600-2000 nəfərlik ayırıcı qüvvə, çevik nəzarət qrupları ilə bağlı təkliflərlə çıxış etdi. Bu plan həmçinin dayaq
bazasının Türkiyənin Ərzurum şəhərində yaradılmasını nəzərdə tuturdu. Bu və sonralar irəli sürülən təkliflərin heç biri
reallaşdırılmadı.
Atəşkəs rejiminin bərqərar olması daha çox beynəlxalq təşkilatların, ayrı-ayrı böyük dövlətlərin və
Ermənistanın maraqlarına uyğun idi. Dünyanı bürümüş qanlı münaqişə ocaqlarının hər hansı birinin dayandırılması, ən
azından dondurulması beynəlxalq təşkilatları təmin edir. Regionda böyük iqtisadi layihələri həyata keçirən Qərb
dövlətləri və birinci növbədə ABŞ-a müharibənin alovlanması sərf etmir. Rusiya isə atəşkəs rejimi ilə dondurulmuş
münaqişədən və münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasından Azərbaycan və Ermənistanı təsir altında
saxlamaq üçün istifadə edir. Atəşkəs dövründə vasitəçilik missiyasının fəallaşdırılması münaqişənin nizama
salınmasına, ədalətli həll variantının tapılmasına deyil, böyük dövlətlərin regionda öz geostrateji maraqlarını
reallaşdırmaq cəhdlərinə yönəlmişdir. Qarabağ münaqişəsi ABŞ, Rusiya və qismən də Avropa arasında qarşıdurma və
maraqların mübarizəsi meydanına çevrilmişdir. Böyük dövlətlər öz maraqlarını Minsk qrupu həmsədrləri institutu və
digər beynəlxalq qurumlar, o cümlədən müxtəlif komitələr, missiyalar, məruzəçilər və s. vasitəsi ilə reallaşdırmağa
çalışırlar.
ATƏM-in (ATƏT-in) 1994-cü ilin dekabrında Budapeştdə keçirilmiş sammitində Minsk qrupunun idarə olunması
ilə bağlı dəyikşiklikər edildi, həmsədrlik institutu yaradıldı. Rusiya və İsveçin nümayəndələri həmsədr oldular (1995-ci
ildə İsveçi Finlandiyanın nümayəndəsi əvəz etdi). Budapeşt sammiti tərəfindən Minsk qrupu qarşısında iki əsas vəzifə
qoyuldu: atəşkəs rejiminin davam etdirilməsinə nail olmaq və “silahlı münaqişənin dayandırılmasına dair siyasi saziş”in
imzalanması üçün danışıqlar aparmaq. İmzalanması nəzərdə tutulan sazişin konsepsiyası Minsk qrupu tərəfindən
hazırlanmış bir sıra sənəd layihələrinə əsaslanırdı. Bu layihələr daha çox “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin
yerinə yetirilməsinə dair Təxirəsalınmaz tədbirlər Qrafiki” adlanırdı. Hər hansı başqa məsələ, o cümlədən Dağlıq
Qarabağın statusu ilə bağlı məsələ Minsk qrupunun mandatına daxil edilməmişdi. Statusun müzakirə edilməsi və qərar
qəbul olunması Minsk konfransının səlahiyyətinə daxil idi. Budapeşt sammitində həmçinin münaqişənin
nizamlanmasından sonra regiona ayırıcı qüvvələrin yerləşdirilməsi ilə bağlı təklif də müzakirə edildi. Bu təkliflə
əlaqədar qərar layihəsinin hazırlanması, müəyyən hazırlıq işələrinin həyata keçirilməsi üçün Yüksək Səviyyəli
Planlaşdırma Qrupu (YSPQ) yaradıldı. YSPQ-nin mənzil-qərargahı Vyanada
yerləşir. .
ATƏT-in 1996-cı ilin dekabrında keçirilmiş Lissabon sammitində müəyyən konkret qərarlar qəbul etməyə cəhd
göstərildi. Minsk qrupu münaqişənin nizama salınması üçün 3 əsas prinsipi təklif etdi: Azərbaycan və Ermənistanın
ərazi bütövlüyünün tanınması; Azərbaycanın tərkibində yüksək idarəetmə dərəcəsi ilə Dağlıq Qarabağın hüquqi
statusunun müəyyən edilməsi; Dağlıq Qarabağ və onun bütün əhalisi üçün təhlükəsizlik təminatının verilməsi. Bu
prinsiplər 53 iştirakçı dövlət tərəfindən müdafiə olundu, yalnız Ermənistan qətnaməyə veto qoydu. Ona görə də sənəd
ATƏT-in fəaliyyətdə olan sədrinin yalnız tövsiyyə xarakterli xüsusi bəyanatı kimi qəbul olundu. Bu sənədin elə bir
ciddi əhəmiyyəti yox idi. Lissabon sammitinin sonunda Minsk qrupu həmsədrləri institutunun formatında dəyişikliklərlə
bağlı razılıq əldə olundu. 1996-cı il dekabrın 30-da ATƏT-in fəailiyyətdə olan sədrinin qərarı ilə Fransa Fınlandiyanın
əvəzinə həmsədr təyin olundu. Azərbaycanın bu təyinata etirazlarından sonra ABŞ üçüncü həmsədr təyin edildi.
Bununla üç həmsədrdən (ABŞ, Rusiya, Fransa) ibarət yeni struktur formalaşdı. Minsk qrupunun üç həmsədrlik
institutunun formalaşdıgı dövrdə beynəlxalq təcrübə baxımından Azərbaycanın haqlı mövqeyini möhkəmləndirən iki
hadisə baş verdi. Bu Şotlandiya və Kvebekin taleyi ilə bağlı məsələlər idi. 1998-cı ildə Şotlandiyada referendum