Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

 

36

göstərdikdən sonra itgilər verərək geri çəkilməli oldu. 1994-cü ilin aprelində  cəbhədə  vəziyyət yenidən kəskinləşdi. 



İşğalçı Ermənistan yeni genişmiqyaslı hərbi əməliyyat planlaşdırmışdı. Düşmən Tərtər rayonu ərazisində qoşunlarımızın 

müdafiə  xəttini yarmaq, Tərtər, Bərdə  və Yevlax şəhərlərini  ələ keçirərək  şimal-qərb regionunu Azərbaycanın digər 

ərazilərindən ayırmaq məqsədi güdürdü. Ermənilər bu niyyətlərini həyata keçirmək üçün Rusiyanın hərbi-siyasi dəstəyinə 

arxalanırdılar. Düşmən aprelin 9-dan 10-a keçən gecə hücuma başladı. Dərhal üç istiqamətdən Tərtər üzərinə  zərbələr 

endirildi.  Əsas zərbə istiqamətində Ermənistanın 83-cü motoatıcı briqadası  və Stepanakert (Xankəndi) yerli alayının 

qüvvələrindən istifadə olunurdu. Buraya 2 mindən artıq canlı qüvvə, 17 tank, 15-ə  qədər digər zirehli texnika 

cəmləşdirilmişdi. Düşmən qəfil hücuma keçməsinə baxmayaraq, ilk anda nəzərdə tutduğu planı  həyata keçirə, 

qoşunlarımızın müdafiə xəttini yara bilmədi. Azərbaycan Ordusu uğurlu müdafiə döyüşləri apararaq düşmənə əkszərbələr 

endirdi.  

Düşmən ağır itgilərinə baxmayaraq əlavə qüvvələr, o cümlədən 5-ci motoatıcı briqadanı, “Tiqran Mets” əlahiddə 

motoatıcı taburunu da cəlb etdi və aprelin 16-dan mayın 6-a qədər cəbhə xəttini yarmaq üçün 5 dəfə davamlı cəhdlər etdi. 

Lakin heç bir ciddi nəticəyə nail ola bilmədi, qoşunlarımız  əsas müdafiə mövqelərini qoruyub saxladılar. Ermənilər 

Ağdamdan şimala və Tərtərdən qərbə doğru yalnız bir neçə yaşayış məntəqəsini tuta bildilər. Azərbaycan Ordusu aprelin 

19-da cəbhənin Füzuli-Cəbrayıl kəsiyində düşmənə əkszərbə vurdu və Ermənistan silahlı qüvvələrinin əlahiddə kəşfiyyat 

taburunu darmadağın etdi. Digər istiqamətlərdə, o cümlədən Ömər aşırımında da düşmənə əkszərbələr vuruldu. 33 gün 

ərzində fasiləsiz davam edən döyüşlər nəticəsində düşmən ciddi itgilər verdi. Ermənilərin 1000 nəfərdən artıq canlı 

qüvvəsi, 50 ədədə  qədər zirehli texnikası, çoxlu sayda digər texnika, silah və sursatı  məhv edildi. İşğalçı Ermənistan 

ordusunda mənəvi-psixoloji durum böhran həddinə çatdı, kütləvi fərarilik, döyüşlərdə  iştirakdan imtina geniş hal aldı. 

Ermənilər qrup şəklində  əsir kimi Azərbaycan  tərəfinə keçməyə başladılar. Erməni hərbi komandanlığı hücum 

əməliyyatlarının dayandırılması və müdafiə mövqeyinə keçilməsi haqda əmr vermək məcburiyyətində qaldı.  

1994-cü il mayın 4-5-də MDB-nin parlament nümayəndələri Bişkekdə toplaşmışdılar. Bu toplantıya Dağlıq 

Qarabağ “parlament”inin rəhbəri Karen Baburyan da dəvət olunmuşdu. Burada “Bişkek protokolu” deyilən sənəd 

hazırlandı. Azərbaycan parlamenti sədrinin müavini A.Cəlilov müzakirələrdə iştirak etdi, lakin ölkə rəhbərliyinin razılığı 

olmadan imza etməyəcəyini bildirdi. V.Kazimirov həmin sənədlə birlikdə Bakıya gəldi, burada H.Əliyevin iştirakı ilə 

xüsusi iclas keçirildi və uzun müzakirələrdən sonra razılıq  əldə olundu. Azərbaycan tərəfi sənədi Dağlıq Qarabağın 

azərbaycanlı icmasının rəhbəri N.Bəhmənovun da imzalamalı olduğunu bildirdi və bu şərt qəbul olundu. Azərbaycan 

parlamentinin sədri R.Quliyev digər tərəflərlə birlikdə sənədi imzaladı. Mayın 9-da atəşkəs haqda sənədi Azərbaycanın 

müdafiə naziri M.Məmmədov, mayın 10-da Ermənistanın müdafiə naziri S.Sarkisyan, mayın 11-də Dağlıq Qarabağın 

“silahlı qüvvələri”nin rəhbəri S.Babayan imzaladı. Mayın 11-dən 12-nə keçən gecə atəşkəs rejimi qüvvəyə mindi. Bundan 

sonra Rusiyanın müdafiə naziri P.Qraçov rus hərbi qüvvələrinin regiona yerləşdirilməsinə dair sazişdə  nəzərdə tutulan 

bəndin yerinə yetirilməsinə  cəhd göstərdi. Lakin Azərbaycan Rusiyanın bu təhlükəli təşəbbüsünün reallaşdırılmasına 

imkan vermədi. 



Atəşkəs dövrü və danışıqların davam etdirilməsi 

Atəşkəs haqda saziş imzalandıqdan dərhal sonra beynəlxalq vasitəçilər xeyli fəallaşdılar. ATƏT-in Minsk qrupu 

və digər beynəlxalq qurumların fəaliyyəti ilk növbədə atəşkəs rejiminin saxlanılmasına, iri hərbi  əməliyyatlara yol 

verilməməsinə yönəlmişdi. Vasitəçilər ilk olaraq qoşunların cəbhə  xəttindən çəkilməsi ilə bağlı  təkliflər verdilər. 

Rusiyanın 1994-cü ilin yayında təklif etdiyi plana görə, 5-15 km-lik bufer zona yaradılması, regiona 1800 nəfərlik rus 

ayırıcı qüvvələrinin yeridilməsi, 49 müşahidə postunun yaradılması, idarəetmə məntəqəsinin Ağdamda yerləşdirilməsi 




 

37

nəzərdə tutulurdu. ATƏT uyğun olaraq 10-km-lik bufer zonası, Türkiyə, Rusiya, Avstriya, Macarıstan hərbçilərindən 



ibarət 1600-2000 nəfərlik ayırıcı qüvvə, çevik nəzarət qrupları ilə bağlı təkliflərlə çıxış etdi. Bu plan həmçinin dayaq 

bazasının Türkiyənin Ərzurum şəhərində yaradılmasını nəzərdə tuturdu. Bu və sonralar irəli sürülən təkliflərin heç biri 

reallaşdırılmadı.  

Atəşkəs rejiminin bərqərar olması daha çox beynəlxalq təşkilatların, ayrı-ayrı böyük dövlətlərin və 

Ermənistanın maraqlarına uyğun idi. Dünyanı bürümüş qanlı münaqişə ocaqlarının hər hansı birinin dayandırılması, ən 

azından dondurulması beynəlxalq təşkilatları  təmin edir. Regionda böyük iqtisadi layihələri həyata keçirən Qərb 

dövlətləri və birinci növbədə ABŞ-a müharibənin alovlanması  sərf etmir. Rusiya isə atəşkəs rejimi ilə dondurulmuş 

münaqişədən və münaqişənin dondurulmuş  vəziyyətdə saxlanılmasından Azərbaycan və Ermənistanı  təsir altında 

saxlamaq üçün istifadə edir. Atəşkəs dövründə vasitəçilik missiyasının fəallaşdırılması münaqişənin nizama 

salınmasına,  ədalətli həll variantının tapılmasına deyil, böyük dövlətlərin regionda öz geostrateji maraqlarını 

reallaşdırmaq cəhdlərinə yönəlmişdir. Qarabağ münaqişəsi ABŞ, Rusiya və qismən də Avropa arasında qarşıdurma və 

maraqların mübarizəsi meydanına çevrilmişdir. Böyük dövlətlər öz maraqlarını Minsk qrupu həmsədrləri institutu  və 

digər beynəlxalq qurumlar, o cümlədən müxtəlif komitələr, missiyalar, məruzəçilər və s. vasitəsi ilə reallaşdırmağa 

çalışırlar.  

ATƏM-in (ATƏT-in) 1994-cü ilin dekabrında Budapeştdə keçirilmiş sammitində Minsk qrupunun idarə olunması 

ilə bağlı dəyikşiklikər edildi, həmsədrlik institutu yaradıldı. Rusiya və İsveçin nümayəndələri həmsədr oldular (1995-ci 

ildə İsveçi Finlandiyanın nümayəndəsi əvəz etdi). Budapeşt sammiti tərəfindən Minsk qrupu qarşısında iki əsas vəzifə 

qoyuldu: atəşkəs rejiminin davam etdirilməsinə nail olmaq və “silahlı münaqişənin dayandırılmasına dair siyasi saziş”in 

imzalanması üçün danışıqlar aparmaq. İmzalanması  nəzərdə tutulan sazişin konsepsiyası Minsk qrupu tərəfindən 

hazırlanmış bir sıra sənəd layihələrinə əsaslanırdı. Bu layihələr daha çox “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 

yerinə yetirilməsinə dair Təxirəsalınmaz tədbirlər Qrafiki” adlanırdı. Hər hansı başqa məsələ, o cümlədən Dağlıq 

Qarabağın statusu ilə bağlı məsələ Minsk qrupunun mandatına daxil edilməmişdi. Statusun müzakirə edilməsi və qərar 

qəbul olunması Minsk konfransının səlahiyyətinə daxil idi. Budapeşt sammitində  həmçinin münaqişənin 

nizamlanmasından sonra regiona ayırıcı qüvvələrin yerləşdirilməsi ilə bağlı  təklif də müzakirə edildi. Bu təkliflə 

əlaqədar qərar layihəsinin hazırlanması, müəyyən hazırlıq işələrinin həyata keçirilməsi üçün Yüksək Səviyyəli 

Planlaşdırma Qrupu (YSPQ) yaradıldı. YSPQ-nin mənzil-qərargahı Vyanada  

yerləşir.  . 

 

 ATƏT-in 1996-cı ilin dekabrında keçirilmiş Lissabon sammitində müəyyən konkret qərarlar qəbul etməyə  cəhd 



göstərildi. Minsk qrupu münaqişənin nizama salınması üçün 3 əsas prinsipi təklif etdi: Azərbaycan və Ermənistanın 

ərazi bütövlüyünün tanınması; Azərbaycanın tərkibində yüksək idarəetmə  dərəcəsi ilə Dağlıq Qarabağın hüquqi 

statusunun müəyyən edilməsi; Dağlıq Qarabağ  və onun bütün əhalisi üçün təhlükəsizlik təminatının verilməsi. Bu 

prinsiplər 53 iştirakçı dövlət tərəfindən müdafiə olundu, yalnız Ermənistan qətnaməyə veto qoydu. Ona görə də sənəd 

ATƏT-in fəaliyyətdə olan sədrinin yalnız tövsiyyə xarakterli xüsusi bəyanatı kimi qəbul olundu. Bu sənədin elə bir 

ciddi əhəmiyyəti yox idi. Lissabon sammitinin sonunda Minsk qrupu həmsədrləri institutunun formatında dəyişikliklərlə 

bağlı razılıq əldə olundu. 1996-cı il dekabrın 30-da ATƏT-in fəailiyyətdə olan sədrinin qərarı ilə Fransa Fınlandiyanın 

əvəzinə  həmsədr təyin olundu. Azərbaycanın bu təyinata etirazlarından sonra ABŞ üçüncü həmsədr təyin edildi. 

Bununla üç həmsədrdən (ABŞ, Rusiya, Fransa) ibarət yeni struktur formalaşdı. Minsk qrupunun üç həmsədrlik 

institutunun formalaşdıgı dövrdə beynəlxalq təcrübə baxımından Azərbaycanın haqlı mövqeyini möhkəmləndirən iki 

hadisə baş verdi. Bu Şotlandiya və Kvebekin taleyi ilə bağlı  məsələlər idi. 1998-cı ildə  Şotlandiyada referendum 



Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə