Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

 

42

naziri E.Məmmədyarov 2006-cı ilin ikinci yarısında azərbaycanlılar Dağlıq Qarabağa qayıtdıqdan sonra orada 



referendumun keçirilməsinin mümkünlüyü haqda bəyanatlarla çıxış etdi. O, hətta referendumun müddəti ilə bağlı 

fərqli fikirlərin olduğunu da dilə gətirdi: “ermənilər referendumun 5, biz isə 15 ildən sonra keçirilməsini istəyirik”. 

Lakin az sonra Azərbaycan  daha qətiyyətli mövqe nümayiş etdirə bildi. 

Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə 2007-ci ilin yanvarında Moskvada, martında Cenevrədə, aprelində 

Belqradda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşləri keçirildi. Bu görüşlərin nəticələri və müzakirə 

olunan məsələlərlə bağlı həmsədrlərin ayri-ayrılıqda açıqlamaları oldu. Cenevrədə təməl prinsiplərinin, o cümlədən, 

Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsi, Qarabağdakı qondarma rejim üçün aralıq statusu verilməsi ilə 

bağlı məsələlərin müzakirə olunduğu bildirildi. Belqrad danışıqlarından sonra amerikalı həmsədr M.Brayza tərəflərin 

ötən il verilən əsas prinsiplərin bazasında razılaşmaya yaxın olduqlarını bəyan etdi. O, bu prinsiplərin Dağlıq Qarabağ 

ətrafındakı beş rayonun azad edilməsi, iki rayonla (Laçın və Kəlbəcər) bağlı müzakirələrin davam etdirilməsi, Dağlıq 

Qarabağ  və Ermənistan arasında dəhlizin təmin olunması, statusla bağlı referendum deyil, səsvermənin 

keçirilməsindən ibarət olduğu haqda məlumat verdi. Rusiyalı həmsədr Y.Merzlyakov isə “tərəflərin əsas prinsipləri 

razılaşdırmağa yaxın olduqlarını” təsdiq etdi. Y.Merzlyakovun az sonra verdiyi açıqlama həmsədrlərin bu nikbinliyinə 

və danışıqların hansı istiqamətdə getdiyinə aydınlıq gətirdi: “Rusiya Dağlıq Qarabağı müstəqil dövlət saymır, lakin bu 

o demək deyil ki, Rusiya onu Azərbaycanın hissəsi hesab edir... Bizim ölkə Azərbaycanın ərazi bütölüyünü tanıyır. 

Lakin bu o demək deyil ki, biz  Qarabağı Azərbaycanın hissəsi kimi tanıyırıq”. Azərbaycan  hakimiyyətinin 

danışıqların məzmunu ilə bağlı eyni vaxtda verdiyi açıqlamalar həmsədrlərin mövqeyi ilə ziddiyət təşkil edirdi. 

Prezident İ.Əliyev 2007-ci ilin may ayında Azərbaycanın konkret mövqeyi ilə bağlı ilk dəfə açıqlama verdi: “Əvvəlki 

danışıqlarda 5 rayonun boşaldılması məsələsi qoyulurdusa, son danışıqlarda 7 rayonun dərhal boşaldılması məsələsi 

müzakirə edilir... Laçın və  Kəlbəcərin qaytarılması ilə bağlı heç bir şərt qoyula bilməz... Yalnız qaçqınlar öz 

torpaqlarına, o cümlədən  Şuşa və digər yerlərə qayıtdıqdan sonra Qarabağın statusu məsələsi həll oluna bilər”. 

Ermənistan rejimi də eyni vaxtda əks mövqedən çıxış edərək, danışıqlarda Dağlıq Qarabağ ermənilərinin “öz 

müqəddaratını  təyinetmə hüququnun” əsas məsələ kimi müzakirə olunduğunu bildirdi. Tərəflərin tamamilə zidd 

mövqelərdən çıxış etdiyi bir şəraitdə həmsədrlər yenidən xarici işlər nazirlərini bir araya gətirdilər. Bu görüş 2007-ci 

il noyabrın sonu dekabrın  əvvəlində Madriddə  təşkil edildi. Həmsədrlər müzakirələrdən sonra tərəflərə yeni təməl 

prinsiplərini təqdim etdilər. Yeni təməl prinsiplərinə münasibəti öyrənmək üçün həmsədrlərin 2008-ci ilin yanvarında 

Azərbaycan  və Ermənistan prezidentləri ilə keçirdikləri görüşlər heç bir nəticə vermədi.  

2008-ci il martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında  Qarabağ  məsələsi müzakirə olundu və 

“Azərbaycanın işğal olunmuş  ərazilərindəki vəziyyət haqqında” qətnamə  qəbul edildi. Bu, BMT Təhlükəsizlik 

Şurasının 1993-cü il qətnamələrindən sonra beynəlxalq səviyyədə  qəbul olunmuş  ən ciddi sənəd idi.  Qətnamədə 

Azərbaycanın suverenliyi və  ərazi bütövlüyünə hörmətlə yanaşıldığı bir daha bildirilir, Ermənistanın işğalçı 

qüvvələrinin zəbt olunmuş  ərazilərdən qeyd-şərtsiz çıxarılması  tələb olunur, erməni işğalı  nəticəsində yaranmış 

vəziyyətin, yəni işğalçı Ermənistanın zəbt olunmuş ərazilərdə yaratdığı qondarma qurumun heç bir dövlət tərəfindən 

tanınmamasının zəruriliyi vurğulanırdı. Sessiya iştirakçılarından 40 dövlət qətnamənin lehinə, 7 dövlət əleyhinə səs 

verdi, 100 dövlət bitərəf qaldi. Lehinə  səs verənlərin böyük əksəriyyətini müsəlman dövlətləri təşkil edirdi. Minsk 

qrupuna həmsədrlik edən hər üç ölkə–ABŞ, Rusiya, Fransa qətnamənin əleyhinə səs verdilər. Səsvermənin nəticələri 

Minsk qrupu çərçivəsində aparılan danışıqların Azərbaycan  üçün təhlükəli perspektivlərinə bir daha aydınlıq gətirdi.  



 

43

2008-ci il avqustun əvvəllərində Tiflisin Cənubu Osetiyada öz suveren hüquqlarını  bərpa etmək cəhdi və buna 



cavab olaraq Rusiyanın Gürcüstana hərbi müdaxilə etməsi regionda hərbi-siyasi şəraiti dəyişdirdi. Gürcüstan danışıqların 

heç bir nəticə verməyəcəyini dərk edərək, ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə cəhd göstərdi, lakin Rusiya buna 

imkan vermədi. Kreml işğalçı  və ilhaqçı mahiyyətini açıq-aydın nümayiş etdirdi. Gürcüstan regionda yaradılmış 

qondarma qurumların, onların “öz müqəddəratını təyin etmə və azadlıq hərəkatları”nın üzərindən pərdəni götürərək, bu 

hərəkatların xaricdən təşkil və idarə olunduğunu sübut etdi. Gürcüstan dünyanın rəğbətlə yanaşdığı “öz müqəddəratını 

təyinetmə  hərəkatı” ilə deyil, birbaşa rus işğalı ilə üz-üzə qaldı. Bu vəziyyət Gürcüstana ciddi beynəlxalq dəstək üçün 

təminat verdi və Rusiyanın güc tətbiqi ilə işğal olunmuş ərazilərdən çıxarılması üçün əsas yaratdı. Yeni şəraitdə Qarabağ 

məsələsi ilə də bağlı fərqli yanaşmalar meydana çıxdı. Vasitəçilik etmək istəyən ölkələrin  sayı artdı. İlk olaraq Türkiyə və 

İran vasitəçilik təşəbbüsləri ilə çıxış etdilər. Moskva və Vaşinqton da təşəbbüsü əldən verməmək üçün fəallaşdılar. 2008-

ci il noyabrın 2-də Moskvanın təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan prezidentləri birgə  Bəyannamə 

imzaladılar. Bəyannamədə danışıqların beynəlxalq hüquq normaları əsasında davam etdirilməsi, Minsk qrupu formatının 

saxlanılması, münaqişənin siyasi yolla nizama salınması, qarşılıqlı etimadın gücləndirilməsi kimi məsələlər əks olundu. 

Lakin bu diplomatik fəallıq və təşəbbüslər heç bir nəticə vermədi. 

Bundan sonra da münaqişənin nizama salınması istiqamətində müəyyən təşəbbüslər oldu. Minsk qrupunun 

həmsədri olan ölkələrin prezidentləri Böyük səkkizliyin  İtaliya (10 iyul 2009-cu il) və Kanadada (26 iyun 2010-cu il) 

keçirilən sammitlərində Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına dair birgə  bəyanatla çıxış etdilər. Prezidentlər 

yeniləşmiş Madrid prinsiplərini müdafiə etdiklərini bildirdilər. Həmsədr ölkələr Türkiyə-Ermənistan münasibətlərinin 

normallaşdırılması  və bu müstəvidə Dağlıq Qarabağ  məsələsinin həllinə  də  təsir göstərməyə  cəhd etdilər. Onların 

vasitəçiliyi ilə 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində iki ölkə arasında münasibətlərin 

normallaşdırılmasına dair 2 sənəd imzalandı. Bu, Azərbaycan dövləti və cəmiyyəti tərəfindən kəskin etirazla qarşılandı. 

Nəticədə Türkiyə parlamenti bu sənədləri ratifikasiya etmədi. Minsk qrupu həmsədrlərinin təşəbbüsü və iştirakı ilə 2010-

cu il oktyabrın 7-dən 12-dək Dağlıq Qarabağ ətrafındakı 7 rayona Qiymətləndirmə missiyası həyata keçirildi. Missiyanın 

hesabatı 2011-ci ilin mart ayında qismən açıqlandı və əsasən bölgədəki acınacaqlı vəziyyəti, qanunsuz məskunlaşdırma 

məsələlərini  əks etdirdi. 2010-cu ilin noyabrında Lissabonda NATO-nun növbəti sammiti keçirildi, yeni Təhlükəsizlik 

konsepsiyası  qəbul olundu. Bu konsepsiyada Cənubi Qafqazdakı münaqişələrə  də münasibət bildirildi və bu 

münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi əks etdirildi. ATƏT-in Astanada keçiriləcək Zirvə 

toplantısına da böyük ümidlər bəslənilirdi. Bu sammit 11 ildən sonra 2010-cu il dekabrın 1-də baş tutdu, lakin heç bir 

ciddi sənəd qəbul olunmadı. Həmsədr ölkələrin, Azərbaycan və Ermənistan prezidentlərinin adından verilən birgə 

bəyanatla münaqişənin dinc vasitələrlə nizama salınmasının vacibliyi vurğulandı. 

Bütün bu hadisələrin fonunda Rusiya daha çox fəallıq göstərmişdir. Rusiya prezidentinin təşəbbsü ilə Azərbaycan, 

Rusiya, Ermənistan prezidentlərinin Moskvada (18 iyul 2009-cu il), Kişinyovda (9 oktyabr 2009-cu il), Soçidə  (25 yanvar 

2010-cu il), Sankt-Peterburqda (17 iyun 2010-cu il), Həştərxanda (27 oktyabr 2010-cu il), yenə Soçidə (5 mart 2011-ci il) 

və Kazanda (24 iyun-2011-ci il) üçtərəfli görüşləri keçirildi, lakin ciddi bir nəticə  əldə olunmadı. Qərb dövlətlərinin 

təşəbbüsü ilə Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin arasında təşkil olunan görüş də 

(22 noyabr 2009-cu il) nəticəsiz qaldı. Bütün bu görüşlərə, danışıqlara baxmayaraq Ermənistan öz mövqeyindən

Azərbaycana qarşı əsassız iddialarından geri çəkilmədi. Danışıqların heç bir nəticə verməməsi Azərbaycan cəmiyyətində 

radikal addımlara meyli gücləndirmişdir. Azərbaycan Ordusunun hərbçisi Mübariz İbrahimovun hərəkəti buna əyani 

nümunədir. O, 2010-cu il iyunun 18-də təkbaşına cəbhə xəttini keçmiş, düşmənin böyük canlı qüvvəsi ilə döyüşə girmiş, 




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə