Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə27/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   19   20   21   22   23   24   25   26   27

 

57

12 noyabr 1993-cü il. BMT Təhlükəsizlik Şurası 884 saylı qətnaməsini qəbul edir. 



21-22 dekabr 1993-cü il. MDB parlament Assambleyası Dağlıq Qarabağ məsələsini “Aland modeli”  üzrə həll etməyi 

təklif edir.  



08 yanvar 1994-cü il. Füzuli rayonunun Horadiz qəsəbəsi erməni işğalından azad edilir. Hərbi əməliyyatlar nəticəsində 

Azərbaycan Ordusu düşməni geri oturdur və 30 km irəliləyir. 



01 fevral 1994-cü il. Kislovodsk-Bakı sərnişin qatarı erməni terrorçuları tərəfindən partladılır, 3 nəfər ölür, 20 nəfərdən 

çox adam yaralanır. 



18 mart 1994-cü il. Erməni terrorçuları Xankəndi üzərində İran diplomatlarını və onların ailə üzvlərini daşıyan təyyarəni 

vururlar, 34 nəfər həlak olur.          



19 mart 1994-cü il. Erməni terrorçuları Bakıda “20 yanvar” metro stansiyasında partlayış törədirlər, 14 nəfər həlak olur

49 nəfər yaralanır. 



13 aprel 1994-cü il. Moskva-Bakı  sərnişin qatarı erməni terrorçuları  tərəfindən partladılır, 6 nəfər həlak olur, 3 nəfər 

yaralanır. 



12 may 1994-cü il. Azərbaycanla Ermənistan arasında müvəqqəti atəşkəs elan olunur. 

03 iyul 1994-cü il. Bakıda metro qatarı erməni terrorçuları tərəfindən partladılır, 13 nəfər həlak olur, 42 nəfər yaralanır.  

10 noyabr 1994-cü il. Avropa Şurası parlament Assambleyası Qarabağ münaqişəsinə dair 1047 saylı qətnaməsini qəbul 

edir və tərəfləri atəşkəsi poza biləcək hərbi hərəkətlərdən çəkinməyə çağırır. 



05-06 dekabr 1994-cü il. ATƏT-in Budapeşt sammiti keçirilir. İlk dəfə olaraq Dağlıq Qarabağ məsələsi xüsusi problem 

kimi müzakirə olunur, mərhələli nizamlama variantının ilkin prinsipləri müəyyən edilir.  



13 dekabr 1994-cü il. İslam Konfransı Təşkilatının Kasablankada keçirilən zirvə toplantısında qəbul edilən qətnamə ilə 

Ermənistan təcavüzkar dövlət kimi tanınır. 



29 noyabr 1995-ci il. Bakı metropolitenində erməni terrorçuları tərəfindən partlayış törədilir, 286 nəfər həlak olur, 269 

nəfər yaralanır. 



03 dekabr 1996-cı il. ATƏT-in Lissabon sammiti keçirilir. Sammitdə daha çox Ermənistanın iddiaları  nəzərə alınır,  

Qarabağ münaqişəsi ilə bağlı yekdil sənəd qəbul olunmur. 



Fevral 1997-ci il. Minsk qrupunun 3 həmsədrlik institutu yaradılır.  

18 iyul 1997-ci il. ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün “Paket 

variantı”nı təklif edir. 



29 avqust  1997-ci il. Rusiya və Ermənistan arasında “Dostluq və əməkdaşlıq haqda” hərbi ittifaq müqaviləsi imzalanır. 

02 dekabr 1997-ci il. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsinin mərhələli həll variantını təklif edir. 

28 iyun 1998-ci il. İctimai və siyasi qurumların Qarabağ üzrə Koordinasiya Şurası yaradılır. 

07 noyabr 1998-ci il. ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə dair “Ümumi dövlət” 

konsepsiyasını təklif edirlər. 



29 iyul 1999-cu il. Bakıda Azərbaycan və Türkiyə arasında hərbi yardıma dair müqavilə imzalanır.  

1-30 avqust 1999-cu il. Qarabağ üzrə Kordinasiya Şurası aclıq aksiyası keçirir, beynəlxalq təşkilatlar qarşısında 

Ermənistanın təcavüzkar tərəf kimi tanınması, ona qarşı sanksiyaların tətbiq olunması tələbləri qoyulur.  



27 oktyabr 1999-cu il. Erməni terrorçuları Ermənistan parlamentinə soxularaq parlamentin sədrini, baş naziri və bir neçə 

deputatı öldürürlər. 




 

58

19 noyabr 1999-cı il. ATƏT-in  İstanbul sammiti keçirilir. Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılır, lakin 

konkret sənəd qəbul olunmur.  

28 yanvar 2000-ci il.  Qarabağ Azadlıq Təşkilatı yaradılır. Akif Nağı sədr seçilir. 

25 yanvar 2001-ci il. Azərbaycan və Ermənistan eyni vaxtda Avropa Şurasına üzv qəbul edilirlər.  

23-24 fevral 2001-ci il. Azərbaycan parlamentində ictimai, siyasi qurumların nümayəndələrinin iştirakı ilə Qarabağ 

məsələsinə dair müzakirələr keçirilir.  



22 dekabr 2001-ci il. Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Qarabağ mitinqi keçirilir, işğal altında olan ərazilərin 

hərbi yolla azad edilməsi tələbləri qoyulur. 



18 yanvar 2002-ci il. Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Qarabağ mitinqi keçirilir, yenə  də torpaqların yalnız 

hərbi yolla azad edilə biləcəyi ilə bağlı tələblər qoyulur. 



22 fevral 2003-cü il. Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımının ildönümünə  həsr edilmiş mitinq 

keçirilir. 



13 avqust 2003-cü il. Qarabağda partizan hərəkatını başlamaq üçün dəstə yaratmış bir qrup gənc həbs edilir.  

Aprel 2004-cü il.  Qarabağ danışıqlarının “Praqa prosesi” başlanır. 

08 may 2004-cü il. Qarabağ Azadlıq Təşkilatı Qarabağa dinc yürüş  həyata keçirir, yürüş  iştirakçıları Azərbaycan 

əsgərlərinin səngərlərinə qədər çatır və orada mitinq keçirirlər. 



22 iyun 2004-cü il. Qarabağ Azadlıq Təşkilatı erməni zabitlərinin Bakıda keçirilən NATO konfransına dəvət olunmasına 

etiraz olaraq, həmin konfransın keçirildiyi “Avropa” otelinin qarşısında etiraz mitinqi keçirir, mitinq iştirakçılarından bir 

qrup otelə daxil olur, konfransın işi dayandırılır. QAT üzvlərindən 6 nəfər həbs olunur. NATO rəhbərliyi Bakıda 

Ermənistan hərbçilərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan hərbi təlimləri ləğv etmək məcburiyyətində qalır.  



25 yanvar 2005-ci il. Avropa Şurası Parlament Assambleyası qətnamə qəbul edir, Azərbaycanın ərazilərinin Ermənistan 

tərəfindən işğal olunduğunu təsdiq edir. 



08 may 2005-ci il. Qarabağ Azadlıq Təşkilatı  Şuşanın işğalının ildönümü ilə  əlaqədar Bakının bir neçə yerində dinc 

yürüşlər keçirir. 



Sentyabr 2005-ci il. Minsk qrupu həmsədrləri tərəflərə “keçid statusu” deyilən variantı təklif edirlər. 

30 noyabr 2005-ci il. Qarabağ Azadlıq Təşkilatı Rusiya, ABŞ və Fransanın Azərbaycandakı səfirlikləri qarşısında etiraz 

aksiyaları keçirir, Minsk qrupunun fəaliyyətinə son qoyulmasını tələb edir. 



16 dekabr 2005-ci il. Qarabağ Azadlıq Təşkilatı Minsk qrupu həmsədrlərinin Bakıya səfərinə etiraz olaraq hava 

limanında, Xarici İşlər Nazirliyinin qarşısında, həmsədrlərin mətbuat konfransı keçirdikləri “Hiyat park” otelinin 

qarşısında etiraz aksiyaları keçirir, QAT fəalları  mətbuat konfransı keçirilən zala daxil olaraq mətbuat konfransını 

dayandırır və həmsədrlərin ölkəni tərk etmələrini tələb edirlər.  



13-17 aprel 2006-cı il. Qarabağ Azadlıq Təşkilatı Azərbaycan Ordusunun zabiti Ramil Səfərov haqda Budapeşt  şəhər 

məhkəməsinin  ədalətsiz qərarına etiraz olaraq Bakı,  Şəki, Mingəçevir, Ağsu, Lənkəran, Bərdə  və digər  şəhərlərdə, 

həmçinin çadır düşərgələrində yürüş-mitinqlər keçirir. 

22 iyun 2006-cı il. Minsk qrupu həmsədrləri birgə  bəyanatla çıxış edərək “nizamasalmanın təməl prinsipləri”ni 

açıqlayırlar. 



13-19 oktyabr 2006-cı il. Qarabağ Azadlıq Təşkilatı Fransa parlamentinin saxta “erməni soyqırımı”nı tanımamağa görə 

cəza haqqında qəbul etdiyi qanuna etiraz olaraq həmin ölkənin Azərbaycandakı  səfirliyinin qarşısında silsilə aksiyalar 

keçirir. 



 

59

29 dekabr 2006-c il. Minsk qrupu həmsədrləri 2006-cı ildə heç nəyə nail ola bilmədiklərini etiraf edirlər.  



29 noyabr-01 dekabr 2007-ci il. Minsk qrupu həmsədrləri Madriddə tərəflərə “yeni təməl prinsipləri”ni təqdim edirlər.  

14 mart 2008-ci il. BMT Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət 

haqqında” qətnamə qəbul olunur. 



08 avqust 2008-ci il. Rusiya Gürcüstana hərbi müdaxilə edir, regionda hərbi-siyasi vəziyyət dəyişir. 

Avqust-sentyabr 2008-ci il. Türkiyə və İran Qarabağ məsələsi ilə bağlı yeni vasitəçilik təşəbbüsü ilə çıxış edirlər. Rusiya 

və ABŞ-ın diplomatik fəallığı artır.  



10 iyul 2009-cu il. Böyük Səkkizliyin  İtaliyada keçirilən sammitində Minsk qrupuna həmsədr ölkələrin prezidentləri 

Dağlıq Qarabağ məsələsinə dair birgə bəyanatla çıxış edirlər. 



18 iyun 2010-cu il. Milli Ordunun hərbçisi Mübariz İbrahimov onlarla erməni əsgərini məhv edir. 

24 mart 2011-ci il. Qiymətləndirmə missiyasının hesabatı açıqlanır.  

26 may 2011-ci il. Böyük Səkkizliyin Dovil şəhərində(Fransa) keçirilən sammitində ABŞ, Rusiya və Fransanın 

prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına dair birgə bəyanatla çıxış edirlər. 



24 iyun 2011-ci il. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan şəhərində üçtərəfli görüşü keçirilir. 

25 oktaybr 2011-ci il. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilir.  

19 iyun 2012- ci il. 

ABŞ, Rusiya, Fransa prezidentləri Barak Obama, Vladimir Putin, Fransua Olland “Böyük 

İyirmiliy”in Meksikanın Los-Kabos şəhərində keçirilən sammitində Dağlıq Qarabağ münaqişəsinə dair birgə 

bəyanatla çıxış edirlər.  



31 avqust 2012-ci il. Azərbaycan Ordusunun zabiti Ramil Səfərov ekstradisiya edilir və əfv olunur.  

18 iyun 2013-cü il. ABŞ, Rusiya, Fransa prezidentləri Barak Obama, Vladimir Putin, Fransua Olland “Böyük 

Səkkizliy”in İrlandiyanın paytaxtı Belfast şəhəri yaxınlığında keçirilən sammitində Dağlıq Qarabağ 

münaqişəsinə dair birgə bəyanatla çıxış edirlər.  

14-16 avqust 2013-cü il. Azərbaycanın Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurasının III 

Zirvə toplantısı keçirilir.  



18 sentyabr 2013-cü il. Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. 

19-30 sentyabr 2013-cü il. Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Türkiyədə “Qarabağ Təbliğat Turu” 

həyata keçirilib.  



16 oktybr 2013-cü il. İlham Əliyev yenidən Azərbaycan Prezidenti seçilib.  

22 oktyabr 2013-cü il. Səfər Əbiyev Müdafiə Naziri vəzifəsindən azad edilib, onun yerinə Zakir Həsənov təyin 

edilib.  



19 noyabr 2013-cü il.  Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan Avstriyanın 

paytaxtı Vyanada görüşüblər. Görüş ATƏT Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə baş tutub. 



28-30 noyabr 2013-cü il. Azad Qarabağ Uğrunda Alyansın təşəbbüsü ilə Gürcüstanda “Qarabağ Təbliğat Turu” 

həyata keçirilib.  



11-12 dekabr 2013-cü il.  İranın Təbriz şəhərində “Qarabağ və İslam dünyası” mövzusunda elmi-praktiki 

konfrans keçirilib. 




 

60

18 dekabr 2013-cü il. Prezident İlham Əliyevin fərmanı ilə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu 

yaradılıb.  

19 fevral 2014-cü il.  İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) Tehranda keçirilən 9-cu 

toplantısının Yekun Sənədində Xocalı hadisəsəi növbəti dəfə “soqırım aktı və insanlığa qarşı cinayət” kimi 

qiymətləndirilib. 

24 mart 2014-cü il. Qarabağ Azadlıq Təşkilatı Minsk qrupunun buraxılması tələbi ilə ATƏT-in Bakı ofisi 

qarşısında etiraz aksiyası keçirib. 



2 aprel 2014-cü il. Qarabağ Azadlıq Təşkilatı Kəlbəcərin işğalının ildönümü  və Rusiyanın işğalçı siyasətinə 

qarşı Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.  



7 aprel 2014-cü il. Ermənistan nümayəndə heyəti Qarabağ Azadlıq Təşkilatının etirazından sonra MDB Baş 

Qərargah rəislərinin Bakıda keçirilən iclasında iştirakdan imtina edib. 



20 aprel 2014-cü il. Araşdırmaçı jurnalist Rauf Mirqədirov Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələrdə 

şübhəli bilinərək həbs olunub. 



23 aprel 2014-cü il. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan  rəsmi Ankaranın ilk təmsilçisi olaraq 

ermənilərə qondarma “erməni soyqırımı” ilə bağlı başsağlığı verib. 



23-24 aprel 2014-cü il. Azərbaycan prezidenti İlham Əliyev Praqa şəhərində keçirilən Avropa Birliyinin “Şərq 

Tərəfdaşlığı” sammitinə qatılıb.  Sammitdə “Şərq Tərəfdaşlığı” ölkələrinin – Azərbaycan, Gürcüstan, 

Ermənistan, Moldovanın prezidentləri, eləcə də Çexiya, Avstriya, Litva, Polşa, Slovakiyanın dövlət başçıları 

iştirak ediblər. Ukrayna xarici işlər naziri Andrey Deşitsa ilə təmsil olunub. Bu sammitlərə 2009-cu ildə 

Praqada start verilib, daha sonra Varşava və Vilnüsdə keçirilib.   

 

   



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 


 

61

 



 

İstifadə olunmuş ədəbiyyat: 

 

Aslan İsmayılov. Sumqayıt-SSRİ-nin süqutunun başlanğıcı. B., 2010. 

Atamoğlan Məmmədli. “Ermənilərin gerçək tarixi”. B., 2005. 

Aygün Həsənoğlu. “Erməni sindromu”. B., 2007. 

Beynəlxalq böhran qrupu. Dağlıq Qarabağ: Hadisə yerindən münaqişəyə baxış. Məruzə  №166 

Avropa-14 sentyabr 2005-ci il (rus dilində). 

Beynəlxalq böhran qrupu. Dağlıq Qarabağ: Sülh yaradılması planı. Məruzə №167-11 oktyabr 2005-

ci il (rus dilində). 

Beynəlxalq böhran qrupu. Dağlıq Qarabağ: Müharibə təhlükəsi. Məruzə №187 Avropa-14 noyabr 

2007-ci il (rus dilində). 

Cahangir Araslı. “Erməni-Azərbaycan münaqişəsi. Hərbi aspekt”.(rus dilində). B., 1995. 

Feliks Sersvadze. “Erməni təbliğatının ikiüzlülüyü və yalanı” (rus dilində). B., 2007. 

Feliks Sersvadze. “Unudulmuş genosid” (rus dilində). Nyu-York, 2005. 

Güntəkin Nəcəfli. “XVIII əsrdə Azərbaycan  ərazisində erməni dövləti yaradılması  cəhdləri”. B., 

2007. 

İrşad İbrahimov. Vətəndaş və tarix. B., 2005. 

Qafar Çaxmaqlı. “Erməni məsələsi”. Tarixin izi ilə. B., 2008. 

“Qarabağ dünən, bu gün və sabah”. Elmi-əməli konfransın materialları. I-IX buraxılışlar. B., 2002-

2010. 

Qarabağ gündəliyi, 1-4 bülletenlər, B.2010-2011. 

Qarabağ münaqişəsi: “Azərbaycanın baxışı” (rus dilində). Moskva, 2006.  

Məmməd Səid Ordubadi. “Qanlı illər”. B., 1995.  

Mir Möhsün Nəvvab. “1905-1906-cı illərdə erməni-müsəlman davası”.B., 1993. 

Niyaz Hacıyev. “Dağlıq Qarabağın tarixindən sənədlər”. B., 2005 

Robert Arakelov. “Dağlıq Qarabağ: Faciənin günahkarları məlumdur” (rus dilində). B., 1991. 

Tomas de Vaal. “Qara bağ”. (rus dilində). Moskva, 2005. 

Yaqub Mahmudov, Kərim Şükürov. “Qarabağ”. Real tarix, faktlar, sənədlər. B., 2005. 

Kütləvi informasiya vasitələrinin 1988-2011-ci illər üzrə materialları: ANS, ATV, İTV telekanalları, 

day.az, karabakh-doc.azerall.info, azadqarabag.azerall.info, anspress.com, mediaforum.az, 1news.az, 

apa.az, regnum.ru, panarmenian.net, noyan-tapan.am internet saytları; “Azərbaycan”, “Azadlıq”, 

“Azərbaycan XXI əsr”, “Yeni  Azərbaycan”, “Yeni Müsavat”, “Exo”, “Zerkalo”, “525-ci qəzet”, 

“Şərq”, “Xalq cəbhəsi”, “24 saat”, “Ekspress”, “Təzadlar”, “Qarabağ”, “Bakı  xəbər”, “Xural” 

qəzetləri, “Akkord”, “İrs-Nasledie”, “Türk eli”, “Hesabat”, “Elmlər Akademiyasının Xəbərləri. 

Tarix, Fəlsəfə və Hüquq seriyası” jurnalları.   

 

 

 

 

 

 




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə