Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   19   20   21   22   23   24   25   26   27

 

48

Beləliklə, Beynəlxalq təşkilatlar, böyük dövlətlər Qarabağ məsələsinin ədalətli prinsiplər əsasında nizama salınmasını, 



işğala məruz qalmış Azərbaycanın haqlı mövqeyini müdafiə etmək istəmirlər. Onlar bölgədə sabitliyin qorunub 

saxlanılmasında maraqlıdırlar. Lakin ötəri və müvəqqəti tədbirlərlə sabitliyi saxlamaq mümkün deyildir. Davamlı sabitlik 

yalnız ədalətli yanaşma ilə əldə oluna bilər. Ermənistan Rusiyanın dəstəyi ilə əldə etdiyi qələbə eyforiyasından tədricən 

uzaqlaşır və bu “qələbə”nin onun üçün hansı fəlakətləri hazırladığını anlamağa başlayır. Müharibənin və atəşkəs dövrünün 

acı  həqiqətlərindən dərs götürmüş Azərbaycan isə  məğlubiyyəti qələbəyə çevirmək  əzmindədir. Qüdrətli və  ləyaqətli 

millətə, dövlətə doğru aparan yol Qarabağdan keçir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

49

 



Xronologiya 

Eradan əvvəl IV əsr. Arsax-Qarabağ vilayətinin də daxil olduğu Azərbaycan Albaniya dövləti yaradılır. 

VII əsr. Qarabağ Ərəb Xilafəti dövlətinin tərkibinə daxil edilir. Vilayətin əhalisinin böyük əksəriyyəti islam dinini qəbul 

edir.  


IX əsr. Qarabağ Sacilər dövlətinin tərkibində. 

XII əsr. Qarabağ Atabəylər dövlətinin tərkibində.  

XIV-XV əsrlər. Qarabağ Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində.  

XVI-XVIII əsrlər. Qarabağ Səfəvilər dövlətinin tərkibində.  

1750-ci il. Qarabağ xanlığı yaradılır.  

14 may 1805-ci il. Qarabağ xanlığı Rusiya dövlətinin himayəsini qəbul edir.   

1823-cü il. İlk rəsmi siyahıyaalmaya görə, indiki Dağlıq Qarabağ ərazisində yaşayan 18563 ailədən yalnız 1559-u və ya 

8,4%-i erməni ailələridir.  



1827-ci il. Qafqaz Arxeoqrafiq Komissiyasının aktına əsasən Qarabağın Dağlıq hissəsində 12 min ailə yaşayırdı ki, 

bunlardan da yalnız 2,5 mini qeyri-müsəlmanlar idi. 



1828-1830-cu illər.  Türkmənçay müqaviləsinə  əsasən  İrandan 40 min,Türkiyədən 84 min nəfər erməni köçürülərək, 

İrəvan və Yelizavetpol (indiki Gəncə) qəzalarında yerləşdirilir. Gəncə qəzasına göndərilənlərin çoxu indiki Ağdərə rayonu 

ərazisinə yerləşdirilir.  

1832-ci il. Dağlıq Qarabağ ərasisində köçürmələr nəticəsində ermənilərin sayı 34,8%-ə çatdırılır.  

1878-ci il. İngiltərə və Rusiya Berlin konqresinin gedişində ilk dəfə “erməni məsələsi”ni  gündəmə gətirirlər.  

1886-cı il. “Qafqaz təqvimi” məcmuəsində göstərilir ki, Zəngəzur mahalında azərbaycanlılar 45,7%, ermənilər 24,8%, 

digər millətlər isə 29,5% təşkil edir.  



Fevral 1905-ci il. Erməni terror təşkilatları Bakı, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yerlərdə azərbaycanlılara 

qarşı kütləvi qırğınlara  başlayırlar, 50 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilir.  



Avqust 1905-ci il. Erməni dəstələri  Şuşanın azərbaycanlılar yaşayan məhəllərinə hücuma keçirlər, 100-ə  qədər 

azərbaycanlı ödürülür, 20-ə qədər ev yandırılır. 



Dekabr 1905-ci il. Əhməd bəy Ağaoğlunun başçılığı altında “Difai” (Müdafiə) təşkilatı yaradılır. 

26 dekabr 1905-ci il. Ağdərə rayonunun 500 nəfərlik Umudlu kənd sakinləri Ağdama pənah apararkən yolda Avram 

hampanın dəstəsi tərəfindən qətlə yetirilirlər.  



İyul 1906-cı il. Erməni silahlıları ikinci dəfə Şuşaya hücum edirlər.  

1918-ci il. İrəvan quberniyasının 4 mahalında 199 Azərbaycan kəndi dağıdılır, 135 min nəfər azərbaycanlı didərgin 

salınır.  



17 mart 1918-ci il. Urmiya  şəhərində erməni terrorçuları 10 min nəfərdən artıq azərbaycanlını  qətlə yetirirlər. Həmin 

tarixdən başlayaraq bir ay ərzində Urmiya, Salmas, Xoy, Maku, Şərəfxan və digər yerlərdə 100 mindən artıq adam 

öldürülür. 

18 mart 1918-ci il. Şamaxı qəzasının 53 kəndində ermənilər 8 min 27 nəfəri, o cümlədən 4190 kişi, 2560 qadın, 1277 

uşağı qətlə yetirmişlər. Həmin ayın sonuna qədər öldürülənlərin sayı 12 min nəfərə çatdırılır. 



19-31 mart 1918-ci il. Bakı şəhərində ermənilər tərəfindən 18 min azərbaycanlı qətlə yetirilir. 


 

50

1-9 may 1918-ci il. Quba qəzasında 122 kənd dağıdılır, 2800 nəfər azərbaycanlı öldürülür. 



29 may 1918-ci il. Azərbaycan parlamenti (Milli Şura) Antanta dövlətlərinin davamlı  təzyiqlərindən sonra Azərbaycan 

şəhəri İrəvanın Ermənistana verilməsi haqda qərar qəbul edır. 



1918 ci ilin yay və payız ayları.  Zəngəzur qəzasında 115 azərbaycanlı  kəndi ermənilər tərəfindən dağıdılır, 7729 

azərbaycanlı öldürülür. 400-ə qədər azərbaycanlını qapıları bağlayaraq, diri-diri məsciddə yandırırlar. 



29 yanvar  1919-cu il. Qarabağ general qubernatorluğu yaradılır. 

01 dekabr 1920-ci il. Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı    ilə Ermənistana 

verilir. 



07 iyul 1923-cü il. Moskva rəhbərliyinin qərarı ilə Dağlıq Qarabağa muxtar vilayət statusu verilir.  

18 sentyabr 1923 cü il. Xankəndinın adı dəyişdirililərək, “Stepanakert” adlandırılır.  

18 fevral 1929-cu il. Moskva rəhbərliyinin qərarı ilə Naxçıvan Muxtar Respublikasına məxsus olan 657 kv.km ərazi–

Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun 

Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verilir. 

1930-cu il. Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Əldərə, Lehvaz, Astazur və digər yaşayış məntəqələri Ermənistana 

verilir və bu ərazilər üzrə Mehri rayonu yaradılır. 



1938-ci il. Moskva rəhbərliyinin qərarı ilə Naxçıvanın Sədərək və Kərki kəndlərinin bir hissəsi Ermənistana verilir.  

28 noyabr 1945-ci il. Ermənistan rəhbəri H.Arutinov Stalinə müraciət edərək Dağlıq Qarabağın Ermənistana 

birləşdirilməsini xahiş edir.  



1947-1953-cü illər. Ermənistanda toplum şəkildə yaşayan 150 min nəfərdən artıq azərbaycanlı SSRİ rəhbərliyinin qərarı 

ilə Azərbaycana köçürülür.   



1965-ci il. Xankəndində yaşayan M.Hovenesyan 13 nəfər erməninin imzası ilə Dağlıq Qarabağın Ermənistana 

birləşdirilməsi xahişi ilə məktubu SSRİ Ali Sovetinə göndərir. 



İyun-avqust 1967-ci il. Dağlıq Qarabağın Xocavənd rayonunun Kuropatkin kəndində erməni Benikin uşağı yoxa çıxır, 

sonra isə onun meyiti Ələmşah Mustafayevin briqadasına məxsus olan sahədən tapılır. Bu hadisəyə görə briqadir 

Ələmşah, direktor Ərşad, kənd sakini Zöhrab həbs olunurlar. Bu şəxslərin günahı sübut olunmadığına görə məhkəmə işi 

yenidən istintaqa qaytarılır. Lakin ermənilər yolda həbsxana maşınını saxladır, onu çevirir, hər üç nəfəri öldürür, sonra da 

yandırırlar. Az sonra sübut olunur ki, uşağı öz dayısı öldürüb. 

1969-cu il. Xankəndində “Qarabağ” mehmanxanasının eyvanından qumbara atılır, üç azərbaycanlı yaralanır.  

1969-cu il. Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi  ərazilərinin, Qazax rayonunun Kəmərli 

kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana 

verilir.  

1982-ci il. Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri 

ərazilərinin bir hissəsi Ermənistana verilir.  



Dekabr 1985-ci il. “Daşnaksütyun” partiyasının Afinada keçirilən XXII qurultayı “Böyük Ermənistan” uğrunda 

mübarizəni genişləndirmək qərarını qəbul edir.  



1986-cı il. Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun 2500 hektarlıq ərazisi Ermənistana verilir.  

1987-ci il. Akademik A.Aqambekyanın təkidi ilə Parisdə keçirilən erməni ümummilli konqresi SSRİ-də yaranmaqda olan 

dəyişiklikərdən istifadə edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir.  




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə