Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   19   20   21   22   23   24   25   26   27

 

55

08 yanvar 1992-ci il. Erməni terrorçuları Krasnovodskdan Bakıya üzən sərnişin bərəsini partladırlar. 25 nəfər ölür, 88 

nəfər yaralanır.  

10 yanvar 1992-ci il. Respublika Təşkilat komitəsi Xankəndini tərk edir. 

15 yanvar 1992-ci il. Kərkicahan qəsəbəsi işğal edilir.  

26 yanvar 1992-ci il. Şuşa yaxınlığındakı Daşaltı kəndində Azərbaycan əsgərləri ermənilərin pusqusuna düşürlər, qeyri-

bərabər döyüşdə 33 nəfər həlak olur, 36 nəfər yaralanır, 34 nəfər itgin düşür. 



28 yanvar 1992-ci il. Ağdam-Şuşa marşurutu ilə uçan mülki vertolyot erməni terrorçuları  tərəfindən vurulur. Əsasən 

qadın və uşaqlardan ibarət olan 41 nəfər sərnişin və 3 nəfər ekipaj üzvü həlak olur. 



30 yanvar 1992-ci il. Azərbaycan və Ermənistan eyni vaxtda ATƏM (ATƏT) üzvlüyünə qəbul edilirlər. 

10 fevral 1992-ci il. Quşçular və Malıbəyli kəndləri işğal edilir. 

13-17 fevral 1992-ci il. Dağlıq Qarabağın Xocavənd rayonu Qaradağlı kəndi işğal edilir. 

25-26 fevral 1992-ci il. Erməni quldur dəstələri Rusiyanın 366-cı polku ilə birlikdə Xocalı  şəhərini darmadağın edir, 

dəhşətli soyqırım törədirlər.  



02 mart 1992-ci il. Azərbaycan BMT-yə üzv qəbul edilir. 

08 mart 1992-ci il. Qazax rayonunun Xeyrimli kəndi işğal edilir.  

12 mart 1992-ci il. Qazax rayonunun Aşağı Əskipara kəndi işğal edilir.  

12 mart 1992-ci il. Dağlıq Qarabağın Sırxavənd, Qaraşlar, Bəşirlər, Baş Güneypəyə, Orta Güneypəyə, Xatınbəyli, 

Manikli kəndləri işğal edilir.  



22 mart 1992-ci il. Erməni terrorçuları  tərəfindən Qazax rayonu ərazisində avtomaşın partladılır, 3 nəfər həlak olur, 2 

nəfər yaralanır. 



24 mart 1992-ci il. ATƏM (ATƏT) tərkibində 11 ölkənin nümayəndələrinin daxil olduğu Minsk qrupu yaradılır. Qrupa 

Azərbaycan, Ermənistan, Belorus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Türkiyə, Fransa, İsveç, Çexoslovakiyanın (sonralar 

onun əvəzinə Avstriya, Finlandiya, Norveç daxil edilir) nümayəndələri daxil olurlar. 

07 aprel 1992-ci il. Kəlbəcər rayonunun Ağdaban kəndi zəbt edilir və yandırılır.  

12 aprel 1992-ci il. Ermənilər Şuşa şəhərinin müdafiəçilərinə qarşı kimyəvi silahdan istifadə edirlər. 

27 aprel 1992-ci il. Qazax rayonunun Sofulu kəndi işğal edilir. 

08 may 1992-ci il. Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilir. 

11 may 1992-ci il. Qazax rayonunun Qızıl Hacılı kəndi işğal edilir. 

15 may 1992-ci il. “SSRİ-nin hərbi  əmlakının bölüşdürülməsi haqqında” Daşkənddə imzalanmış müqavilə əsasında IV 

ordunun silahlarını Azərbaycana təhvil verməyə başlayırlar.  



18 may 1992-ci il. Ermənistan silahlı qüvvələri tərəfindən Laçın işğal edilir.  

20 may 1992-ci il. Zəngilan rayonunun Qazançı kəndi yaxınlığında erməni terrorçuları tərəfindən avtomaşın partladılır, 2 

nəfər həlak olur, 2 nəfər yaralanır. 



08 iyun 1992-ci il.  Qazax rayonunun Yuxarı Əskipara kəndi işğal edilir.  

12 iyun 1992-ci il. Azərbaycan Ordusu geniş miqyaslı hərbi əməliyyatlara başlayır. 83 gün davam edən hücum əməliyyatı 

nəticəsində Dağlıq Qarabağın yarısı düşməndən azad edilir. 



08 avqust 1992-ci il. Gədəbəy rayonunun Başkənd qəsəbəsi azad edilir. 

24 oktyabr 1992-ci il. ABŞ konqresi “907-ci akta düzəliş” qəbul edir. Bu düzəliş Azərbaycana ABŞ hökuməti tərəfindən 

yardımı qadağan edir.  




 

56

10-12 dekabr 1992-ci il. Ermənistanın işğalçı qoşunları Qubadlı və Zəngilan rayonlarının Şayıflı, Seidlər, Ərkənd, Bərəli, 

Qazançı, Günqışlaq, Pirveyisli, Canbar, Yuxarı Qayalı kəndlərini zəbt edirlər. 

28 fevral 1993-cü il. Kislovodsk-Bakı  sərnişin qatarı erməni terrorçuları  tərəfindən partladılır, 11 nəfər həlak olur, 18 

nəfər yaralanır. 



27-28 mart 1993-cü il. Kəlbəcər rayonunun Ağqaya, Mərcimək, Təzəkənd, Ağcakənd, Narışlar kəndləri işğal edilir.  

02 aprel 1993-cü il. Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilir.  

30 aprel 1993-cü il. BMT Təhlükəsizlik Şurası 822 saylı qətnaməsini qəbul edir. 

20 may 1993-cü il. Rus qoşunları Azərbaycanın ərazilərini tərk etməyə başlayırlar.  

02 iyun 1993 cü il. Bakı dəmir yol vağzalında sərnişin qatarı Ermənistan xüsusi xidmət orqanlarının göndərdiyi terrorçu 

qrup tərəfindən partladılır, təsadüf nəticəsində ölən və yaralananlar olmur. 



12-15 iyun 1993-cü il. Ağdam rayonunun Əliağalı, Əlimədədli, Qalayçılar kəndləri işğal edilir.  

25 iyun 1993-cü il. Ağdam rayonunun Boyəhmədli, Papravənd kəndləri işğal edilir.  

26 iyun 1993-cü il. Ermənilər Ağdərə şəhərini işgal edirlər. 

04 iyul 1993-cü il. Füzuli rayonunun Arış, Qoçəhmədli, Qaracalı, Xatınbulaq, Gorazilli kəndləri işğal edilir.  

05 iyul 1993-cü il. Ağdam rayonunun Şelli kəndi işğal edilir. 

21 iyul 1993-cü il. Ağdam rayonunun Muğanlı və Şıxbabalı kəndləri işğal edilir. 

22 iyul 1993-cü il. Ağdam rayonunun Mərzili, Novruzlu, Yusifcanlı, Qiyaslı, Xıdırlı, Sarıcalı, Muradbəyli kəndləri işğal 

edilir.  



22 iyul 1993-cü il. Tərtər rayonu ərazisində erməni terrorçuları tərəfindən partlayış törədilir, 5 nəfər həlak olur, 18 nəfər 

yaralanır.  



22 iyul 1993-cü il. Qazax rayonu ərazisində erməni terrorçuları tərəfindən partlayış törədilir, 6 nəfər həlak olur, 10 nəfər 

yaralanır.  



23 iyul 1993-cü il. Ermənistan silahlı qüvvələri Ağdamı işğal  edirlər.  

24 iyul 1993-cü il. Füzuli rayonunun Cuvarlı kəndi işğal edilir.  

29 iyul 1993-cü il. BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməsini qəbul edir.  

15 avqust 1993-cü il. Füzuli rayonunun Aşağı Veysəlli, Yuxarı Yağlıvənd kəndləri, Cəbrayıl  rayonunun Sur, Banazur, 

Quşçular, Qışlaq kəndləri işğal edilir.  



23 avqust 1993-cü il. Ermənistan silahlı qüvvələri Füzulini işğal edirlər.  

23 avqust 1993-cü il. Ermənistan silahlı qüvvələri Cəbrayılı işğal edirlər. 

27 avqust 1993-cü il. Qarabağ Azadlıq Hərəkatı yaradılır. Xəqani Hüseynov sədr seçilir. 

30 avqust 1993-cü il. Hadrut rayonu ərazisində erməni terrorçuları tərəfindən avtomaşın partladılır, 2 nəfər həlak olur.  

31 avqust 1993 cü il. Ermənistan silahlı qüvvələri Qubadlını işğal edirlər. 

02 sentyabr 1993-cü il. Hadrut rayonunun çıxacağında erməni terrorçuları tərəfindən sərnişin avtobusu partladılır, 4 nəfər 

həlak olur, 8 nəfər yaralanır. 



24 sentyabr 1993-cü il. Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olur.  

14 oktyabr 1993-cü il. BMT Təhlükəsizlik Şurası 874 saylı qətnaməsini qəbul edir.  

23 oktyabr 1993-cü il. Füzuli rayonunun Horadiz qəsəbəsi işğal edilir.   

28 oktyabr 1993-cü il. Zəngilan rayonunun Mincivan qəsəbəsi işğal edilir.  

29 oktyabr 1993-cü il. Ermənistan silahlı qüvvələri Zəngilanı işğal edirlər.  


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə