Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

 

44

onlarla düşmən əsgərini məhv etmişdir. Bu, Azərbaycan cəmiyyətinin ümumi mövqeyini əks etdirir və xalqın müharibəyə 



hazır olduğunu göstərir. 

Son dövrdə  bəzi tendensiyalar müşahidə olunur. Rusiya regionda təsirini gücləndirməyə, Azərbaycanla münasibətləri 

istiləşdirməyə çalışır. Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putinin regiona ilk səfərini (13 avqust 2013) 

Azərbaycana etməsi bundan xəbər verir. Lakin səfərin gedişində Qarabağla bağlı yeni və konkret mövqe nümayiş 

etdirilmədi. ATƏT Minsk qrupunun həmsədrlərinin fəaliyyəti artıq heçə enib. Həmsədr ölkələrin -  ABŞ, Rusiya, Fransa 

dövlət başçıları Barak Obama, Vladimir Putin, Fransua Olland “Böyük İyirmiliy”in (G-20)Meksikanın Los-Kabos 

şəhərində keçirilən sammiti (19 iyun 2012), həmçinin “Böyük Səkkizliy”in  İrlandiyanın paytaxtı Belfast şəhəri 

yaxınlığında keçirilən sammiti (18 iyun 2013) zamanı Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatlarla çıxış etdilər, 

lakin konkret heç bir təklif vermədilər. Onların bu bəyanatları daha çox Minsk Qrupu çərçivəsində vasitəçilik missiyasının 

iflasına mane olmaq cəhdi kimi dəyərləndirilə bilər. Minsk qrupu həmsədrlərinin təkidləri nəticəsində Azərbaycan və 

Ermənistan prezidentləri iki illik fasilədən sonra Vyana şəhərində (19 noyabr 2013-cü il), daha sonra Nüvə 

Təhlükəsizliliyi Sammiti çərçivəsində Haaqa şəhərində (25 mart 2014) görüşdülər. Lakin bu görüşlərin heç bir müsbət 

nəticəsi olmadı. 

 Bəzi türkdilli dövlətlərin fəallaşma meyli hiss olunur. 2011-ci ildə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan 

prezidentlərinin təşəbbüsü ilə yaradılan Türkdilli Dövlətlərin  Əlaqələndirmə  Şurası Dağlıq Qarabağ  məsələsində daha 

kəskin mövqe qoyur. Əlaqələndirmə  Şurasının Azərbaycanın Qəbələ  şəhərində keçirilən III Zirvə toplantısında (14-16 

avqust 2013) Qarabağ məsələsinə türk dünyasının ümumi problemi kimi yanaşıldı, Türkiyənin prezidenti Abdulla Gül isə 

konkret olaraq bildirdi ki, türk dünyasının bütün önəmli məsələlələrinin başında Dağlıq Qarabağ problemi dayanır.Bu 

yöndə digər uğur bir sıra dost ölkələrlə hərbi əməkdaşlığın genişləndirilməsidir. 2014-cü ilin ilk ayları ərzində Türkiyə, 

İran, Pakistan, Gürcüstan, Qazaxıstan kimi dövlətlərlə yeni və daha ciddi hərbi müqavilələr imzalanıb.  Digər bir meyl 

vasitəçilik missiyasının formatının dəyişdirilməsi ideyası ilə bağlıdır. Türkiyənin vasitəçilərdən biri olmasına dair təkilflər 

səslənir.  İran vasitəçi kimi öz xidmətini təklif edir və münaqişənin həllinə dair konkret planının olduğunu bildirir. 

Fransanın həmsədrlikdən uzaqlaşdırılması  və onun əvəzinə Avropa Birliyinin danışıqlar prosesinə  cəlb olunmasını da 

təklif edənlər var. 

 Nəzərə çarpan başqa bir meyl dünya birliyinin Azərbaycanın haqlı mövqeyinə bir qədər obyektiv yanaşma əlamətləri ilə 

bağlıdır. ABŞ-ın Massaçusets (25 fevral 2010), Texas (21 fevral 2012), Nyu-Cersi (28 fevral 2012), Corciya (28 fevral 

2012), Rod-Aylend (17 may 2012), Nyu-Meksika (30yanvar 2013), Arkanzas (9 fevral 2013), Oklahoma (5 mart 2013), 

Tennesi (18 mart 2013), Pensilvaniya (21 mart 2013), Qərbi Virciniya (4 aprel 2013), Konnektikut (9 may 2013), Arizona 

(31 yanvar 2014), Arkanzas (2-ci dəfə, 21 fevral 2014), İndiana (4 mart 2014), Havay (31 mart 2014)  ştatları, həmçinin 

Meksika (20 dekabr 2011), Kolumbiya (23 aprel 2012), Bosniya və Hersoqovina (26 fevral 2013), Peru (13 iyun 2013), 

Honduras (22 fevral 2014) parlamentləri, Çexiya parlamentinin Xarici əlaqələr komitəsi (19 fevral 2013) Azərbaycana 

qarşı Ermənistanın təcavüzü və Xocalı soyqırımı barəsində qətnamə və qərarlar qəbul ediblər. Bunlardan başqa Nyu-Cersi 

(26 mart 2013) və Ayova (4 aprel 2013) ştatları 1918-1920-ci illərdə erməni silahlı bölmələri tərəfindən azərbaycanlılara 

qarşı törədilən soyqırıma, kütləvi qırğınlara dair qətnamələr qəbul ediblər. Türkiyənin Ankara, Uşaq, Qızılcahamam 

şəhərlərində  Xocalı soqırımına həsr olunmuş abidələr ucaldılıb.  Almaniya, Böyük Britaniya, Fransa, ABŞ, Rumıniya, 

Moldova, Türkiyə,  İran, Pakistan və digər ölkələrin parlamentlərinin ayrı-ayrı üzvləri dəfələrlə Ermənistanın işğalçı 

siaysətini, Xocalı soyqırımını pisləyən bəyanatlarla çıxış ediblər.  



 

45

2014-cü il fevralın sonu-martın  əvvəlində Ukraynada vətəndaş qarşıdurması  nəticəsində prezident Viktor Yanukoviç 



ölkəsini tərk edib, Ukrayna Qərblə  Rusiya arasında çəkişmə meydanına çevrilib, Ukraynanın Krım bölgəsi Rusiyaya 

birləşmək haqda referendumla qərar qəbul edib və Rusiya Krımı ilhaq edib. Bundan sonra Ukraynanın Donestk, Xarkov 

və digər cənub-şərq bölgələrində federativləşmə  və ya Rusiyaya birləşmək uğrunda hərəkat başlayıb. Bu hadisələrin 

arxasında Rusiya  dayanıb və Kremlinin işğalçı, ilhaqçı siyasəti, o cümlədən Dağlıq Qarabağda yeritdiyi mürtəce siyasət 

hamı üçün aydın olub. 

  Azərbaycan tərəfi də bəzi müsbət addımlar ata bilib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş 

Assembleyasının 66-cı sessiyasında (27 sentyabr 2011) Qarabağ danışıqları ilə bağlı  rəsmi Bakının konkret mövqeyini 

səsləndirdi: “Qarabağ nizamlanması Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxarılması ilə başlanılmalıdır”. Bu 

mövqe bu günə qədər Azərbaycanın prezidenti və xarici işlər naziri tərəfindən bir neçə dəfə səsləndirilib və artıq konkret 

şərt və  tələb kimi qəbul oluna bilər. Azərbaycanın BMT Təhlükəsizlik  Şurasına iki illik üzv seçilməsi də (25 oktyabr 

2011) ciddi hadisə kimi dəyərləndirliməlidir. Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Macarıstan həbsxanasından 

ekstradisiya olunması və prezidentin fərmanı ilə əfv edilməsi (31 avqust 2012) uğurlu addım hesab edilməlidir. Daha bir 

uğur 2013-cü ilin fevral ayı  ərzində Xocalı soyqırımının ildönümü ərəfəsində ABŞ administrasiyasının veb səhifəsində 

Xocalı soyqırımı və erməni təcavüzü ilə bağlı 200 mindən artıq imzanın toplanması oldu. Azərbaycan höküməti 2014-cü 

ilin aprel-may ayları ərzində üzdəniraq “xalq diplomatiyası”nın qarşısının alınması istiqamətində ciddi addımlar atmağa 

başlayıb. Bütün bunların fonunda Ermənistan danışıqlar prosesini pozmaq üçün xırda  şıltaqlıqlarını davam etdirir, 

məsələn, Xocalı (Xankəndi) hava limanı ilə bağlı hokkabazlıqlar edir və  işğal etdiyi əraziləri hələ  də  nəzarət altında 

saxlayır. Hadisələrin gedişi hərbi əməliyyatları bir daha zəruri edir.  



 

Nəticə 

Ermənistan işğalçı müharibə  nəticəsində Azərbaycanın 360 km-lik  sərhəddini pozmuş, Füzuli rayonundakı 

Horadiz qəsəbəsindən Zəngilanadək 198 kilometrlik Azərbaycan-İran sərhəddini nəzarət altına almışdır. Erməni işğalı 

nəticəsində Dağlıq Qarabağın 57 yaşayış  məntəqəsində yaşayan 50 minədək azərbaycanlı öz yurdlarından qovulub 

çıxarılmışdır. Dağlıq Qarabağın ətrafında isə 7 rayon işğal edilmişdir. Erməni işğalçıları Ermənistandan, Dağlıq Qarabağ 

və onun ətrafındakı rayonlardan 1 milyonadək Azərbaycan türkünü didərgin salmış, qaçqın və  məcburi köçkünə 

çevirmişlər. İşğalçı Ermənistan müharibənin gedişində 890 şəhər, kənd və qəsəbəni, 102 min yaşayış evini, 7 min ictimai 

binanı, 693 ümumtəhsil məktəbini, 695 səhiyyə ocağını, 800 km uzunluğunda avtomobil yollarını, 160 körpünü, 23000 

km-lik su kəmərini, 156 min ha əkin sahəsini, 464 tarixi abidə və muzeyləri zəbt etmiş, yandırmış, dağıtmışdır. Bundan 

başqa, Azərbaycanın civə, obsidan və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materilallarının 35-60 faizi, meşə 

fondunun 23,8 faizi, su ehtiyatlarının 7,8 faizi və s. işğal olunmuş  ərazilərdə qalmışdır. Orada həmçinin 2 qoruq, 3 

yasaqlıq, 3 iri su anbarı da yerləşir. İlkin hesablamalara görə, müharibə nəticəsində Azərbaycana 60 milyard ABŞ dolları 

həcmində zərər dəymişdir.   

Ermənistan atəşkəsdən istifadə edərək, Dağlıq Qarabağ və ətraf rayonlarda işğalçı rejimi gücləndirməyə çalışır, 

bölgənin sərvətlərini vəhşicəsinə talayır. Rəsmi statistikaya görə, 1989-cu ildə Dağlıq Qarabağda 189 min nəfər, o 

cümlədən, 145,5 min nəfər (76,9%) erməni, 40,6 min nəfər (21,5%) azərbaycanlı  və digər millətlərin nümayəndələri 

yaşayırdı. 2011-ci ilin əvvəlinə olan erməni məlumatlarına görə isə, orada 137 min nəfər  əhali yaşayır. Ekspertlər bu 

rəqəmin xeyli şişirdildiyi, keçmiş vilayətin  ərazisində 50-60 min nəfərdən artıq adamın yaşamadığı  qənaətindədirlər. 




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə