Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

 

38

keçirildi. Referenduma çıxarılan məsələ müstəqilliklə deyil, yüksək muxtariyyətlə bağlı idi. Həmin dövrdə beynəlxalq 



təşkilatlar tərəfindən xüsusi olaraq vurğulandı ki, müstəqilliklə bağlı referendumların keçirilməsüi üçün, ümumiyyətlə, 

hüquqi mexanizm yoxdur. Kvebeklə bağlı bir qədər  əvvəl iki dəfə–1980 və 1995-ci illərdə referendum keçirilmişdi. 

Həmin referendumlarda da Kvebekin müstəqilliyi deyil, bu əyalətin Kanadanın tərkibində yeri haqda məsələ 

səsverməyə  çıxarılmışdı. 1998-ci ildə isə Kanadanın Ali Məhkəməsi belə bir qərar qəbul etdi ki, “Kvebek əyalətinin 

əhalisi..., onun təmsilçi qurumları... beynəlxalq qanunlara görə, birtərəfli qaydada Kanadanın tərkibindən çıxmaq 

hüququna malik deyildirlər”.  

Təəssüf ki, bu presedentlərin baş verdiyi dövrdə Minsk qrupu həmsədrləri Qarabağ münaqişəsi ilə bağlı ikili 

standartlar mövqeyindən çıxış edərək,  fərqli təkliflər irəli sürdülər. Həmsədrlərin “Dağlıq Qarabağ münaqişəsinin 

aradan qaldırılmasına dair hərtərəfli saziş” adlandırdıqları birinci variant 1997-ci il iyul ayının 18-də tərəflərə təqdim 

olundu. Bu sənəd daha çox “paket həlli variantı” kimi tanınırdı. Məzmun etibarı ilə bu variant bir paketdə birləşdirilən 

iki anlaşmadan ibarət idi. Sənəd Dağlıq Qarabağın ətrafındakı rayonların azad edilməsi ilə bölgənin özünü idarəetmə 

statusunun eyni vaxtda müəyyənləşdirilməsini nəzərdə tuturdu. Azərbaycan tərəfi müəyyən  şərtlərlə layihəni qəbul 

etdiyini bildirdi. Ermənistan isə Dağlıq Qarabağın müstəqilliyi üzərində israr edərək layihəni rədd etdi. Bundan sonra 

beynəlxalq təşkilatlar Ermənistana müəyyən təzyiqlər göstərdi. Təzyiqlərin nəticəsi olaraq Ermənistanın mövqeyi bir 

qədər yumşaldı. 1997-ci ilin oktyabrında Avropa Şurasının Strasburqda keçirilən sammitində Azərbaycan və 

Ermənistan prezidentləri birgə bəyanatla çıxış etdilər. Həmsədrlər bu bəyanatın əsasında yeni sənəd layihəsi üzərində 

işləməyə başladılar. Belə razılıq əldə olundu ki, əvvəlcə rayonların azad edilməsi, kommunikasiyaların açılması və s. 

məsələlər barədə sənəd hazırlansın, sonra bölgənin statusu ilə bağlı müzakirələrə başlanılsın. 1997-ci il dekabrın 2-də 

həmsədrlər “mərhələli həll” variantını tərəflərə təqdim etdilər. Lakin bu variantın müzakirəsinə imkan olmadı. 1998-ci il 

fevralın 3-də Ermənistanda dövlət çevrilişi baş verdi. R. Koçaryan L. Ter-Petrosyanı devirərək, hakimiyyəti ələ keçirdi 

və  dərhal “mərhələli həll” planını  rədd etdi. Bu plana görə, Dağlıq Qarabağın  ətrafındakı rayonlar 5+1 prinsipi ilə 

(Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, sonra isə  Kəlbəcər) azad edilməli idi. Laçının boşaldılması sonraya 

saxlanılırdı. Sənəddə  həmçinin göstərilirdi ki, Ermənistanın silahlı qüvvələri münaqişə zonasını  tərk etməli, Dağlıq 

Qarabağın qüvvələri isə bölgənin inzibati sərhədləri daxilinə çəkilməlidir. Azərbaycanın silahlı qüvvələrinin 5 km geri 

çəkilməsi və Dağlıq Qarabağın inzibati sərhədləri boyunca bufer zonanın yaradılması  nəzərdə tutulurdu. Buraya və 

Laçın dəhlizinə beynəlxalq sülhyaratma qüvvələri nəzarət etməli idilər. Laçın rayonunun hansı ərazilərinə dinc əhalinin 

qayıtması Dağlıq Qarabağın statusu ilə eyni vaxtda həll edilməli idi.  Naxçıvanla dəhliz məsələsi sonraya saxlanılırdı. 

Dağlıq Qarabağın statusu de-fakto müstəqilliyə  bərabər idi. Sənədə görə, Dağlıq Qarabağ Azərbaycanın tərkibində 

“dövlət və ərazi qurumu” kimi mövcud olmalı idi. Dağlıq Qarabağdakı qondarma “qurum” üçün  konstitutsiya, bayraq, 

gerb, polis, milli qvardiya, himn və s. atributlar nəzərdə tutulurdu. Şuşanın xüsusi statusu olmalı, bu status Şaumyan 

rayonunun statusu ilə uyğunlaşdırılmalı idi. Göründüyü kimi, Rusiyanın diqtəsi ilə ermənilərin imtina etdikləri 

“mərhələli həll” planı da Azərbaycanın maraqlarına uyğun deyildi. 1998-ci il noyabrın 7-də münaqişənin həllinə dair 

“ümumi dövlət” adı ilə tanınan 3-cü təklif irəli sürüldü. Bu variant mahiyyətcə Dağlıq Qarabağı müsəqil dövlətə 

çevirmək məqsədi güddüyünə görə Azərbaycan tərəfindən rədd edildi.  

2001-ci ilin əvvəlində Qarabağ münaqişəsi ilə bağlı bir sıra yeni müzakirələr və danışıqlar aparıldı. Azərbaycan 

Respublikasının prezidenti H. Əliyevin təşəbbüsü və  iştirakı ilə fevral ayının 23-24-də Milli Məclisdə geniş 

müzakirələr keçirildi və 6 bənddən ibarət qərar qəbul olundu. Qərarda münaqişənin qarşılıqlı kompromislər yolu ilə 

nizama salınmasının zəruriliyi göstərildi. Mart ayında Parisdə H. Əliyev və R. Koçaryan arasında danışıqlar aparıldı. 




 

39

Müzakirə olunan məsələlər Ermənistanın maraqlarını kifayət qədər təmin edirdi. Dağlıq Qarabağdakı qondarma 



“qurum”a yüksək statusun verilməsi nəzərdə tutulur, onun Bakıdan asılılığı faktiki olaraq heçə endirilirdi. Bunun 

müqabilində erməni tərəfi Dağlıq Qarabağın  ətrafındakı 6 rayonun azad edilməsinə  və azərbaycanlıların  Şuşaya 

qayıtmasına razılaşırdı. Razılığa görə, Laçın dəhlizi ermənilərə qalır, əvəzində isə Mehri vasitəsi ilə Naxçıvana yol 

açılırdı. Paris danışıqları 1 ay sonra ABŞ-ın Ki-Uest şəhərində davam etdirildi. Burada Azərbaycan prezidenti yeni 

təkliflərlə  çıxış edərək, Kəlbəcər  ərazisi ilə Qarabağ  və Ermənistan arasında dəhliz açılması müqabilində Laçının 

bütövlükdə Azərbaycana qaytarılması tələbini qoydu. Bundan əlavə, H.Əliyev azərbaycanlıların təkcə Şuşaya deyil, 

Dağlıq Qarabağın digər yaşayış məntəqələrinə də qaytarılmasının vacibliyini göstərdi. Şərtlərin ermənilər üçün sərfəli 

olmasına baxmayaraq, yenə  də  İrəvan Moskvanın təzyiqləri altında danışıqlardan geri çəkildi. Azərbaycanın bütün 

mümkün güzəştlərə hazır olmasına baxmayaraq, Minsk qrupunun vasitəçiliyi ilə aparılan bu danışıqlar birmənalı 

şəkildə Ermənistanın tələblərinin tam yerinə yetirilməsinə yönəlmişdi. Sonda H.Əliyev acı həqiqəti etiraf etməli oldu: 

“Aparılan bütün bu danışıqlardan, Minsk qrupunun verdiyi təkliflərdən mənə bir şey aydındır ki, bunlar Dağlıq 

Qarabağa müstəqilliyə yaxın bir status verməklə məsələni həll etmək, yaxud da tamam müstəqillik vermək istəyirlər”. 

2000-ci ilin əvvəllərindən başlayaraq Azərbaycanda ictimai fəallıq xeyli artdı. Həmin ilin yanvarında cəmiyyətin 

müxtəlif təbəqələrinin erməni işğalına qarşı fəallığının artırılması, ictimai müqavimətin gücləndirilməsi məqsədi ilə 

Qarabağ Azadlıq Təşkilatı yaradıldı (QAT). Tanınmış ziyalılar, sabiq hərbiçilər, qaçqın və köçkünlərin nümayəndələri 

bu Təşkilatda birləşdilər, Akif Nağı qurumun sədri seçildi. QAT Qarabağ  Əlillər Cəmiyyəti, Veteranlar Birliyi, 

“Azəri-Türk” Qadınlar Birliyi, Şəhid Ailələrinin Hüquqlarını Müdafiə  Cəmiyyəti, Sülh və Demokratiya İnstitutu, 

həmçinin siyasi partiyalar və digər qurumlarla birlikdə cəmiyyətin fəallaşdırılması üçün bir sıra ciddi addımlar atdı, o 

cümlədən, 2001-ci ilin dekabrında, 2002-ci ilin yanvarında, 2003-cü ilin fevralında birgə Qarabağ mitinqləri keçirildi 

və erməni işğalının nəticələrinin hərbi yolla aradan qaldırılmasına dair tələblər irəli sürüldü. 2001-ci ildə 4 tanınmış 

ictimai və siyasi xadim–Eldar Namazov, Tofiq Zülfüqarov, Nazim İmanov və Sabit Bağırov “Qarabağ Xartiyası” 

deyilən sənədlə çıxış etdilər. Sənəddə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün siyasi vasitələrlə yanaşı 

hərbi qüvvədən istifadənin mümkünlüyü, Dağlıq Qarabağ  əhalisinə geniş muxtariyyətin verilməsi, münaqişənin 

mərhələli həll variantına üstünlük verilməsi kimi məsələlər  əks olunurdu. Xartiya əksər siyasi və ictimai təşkilatlar 

tərəfindən müdafiə olundu. 

2001-ci ildən başlayaraq erməni tərəfi “xalq diplomatiyası”ndan istifadə edərək Azərbaycanla münasibətləri 

normallaşdırmağa çalışırdı. Bu ənənəvi erməni siyasəti idi. 1905-1906-cı, 1918-1920-cı illərdə  də ermənilər 

Azərbaycanın torpaqlarını  zəbt etdikdən sonra barışıq elan edir, xoş münasibətlər yaradaraq işğal faktlarının 

unutdurlumasına nail olmuşdular. Bu dəfə ermənilərin cəhdləri Azərbaycan cəmiyyəti tərəfindən narazılıqla 

qarşılandı. 2001-ci il sentyabrın əvvəlində İrəvan və Xankəndindən nümayəndə heyəti Bakıya gəldi. Onlar rəsmi və 

qeyri-rəsmi səviyyələrdə bir sıra görüşlər planlaşdırmışdılar. Bu görüşlər zamanı  işğal faktına toxunmadan 

cəmiyyətlərarası dialoqun təşkili, düşmənçilik  əhval-ruhiyyəsinin aradan qaldırılması ilə bağlı müzakirələrin 

aparılması  nəzərdə tutulurdu. Azərbaycan cəmiyyəti ermənilərin məkrli niyyətini başa düşərək kəskin etirazla çıxış 

etdi. Qarabağ Azadlıq Təşkilatı daha radikal mövqedə dayanaraq, etiraz aksiyaları keçirdi, erməni nümayəndə heyəti 

ilə görüşlərin keçirilməsinə imkan vermədi. Ermənilər səfərlərini yarımçıq kəsərək geri qayıtmalı oldular. Bu 

hadisədən sonra Azərbaycan cəmiyyətində erməni işğalına qarşı daha radikal və barışmaz əhval-ruhiyyə formalaşdı. 

2003-cü ildə bir qrup gənc dəstə yaradaraq, düşmənə qarşı partizan müharibəsinə başlamaq üçün cəbhə  xəttini 

keçməyə cəhd göstərdi. Rövşən Bədəlovun rəhbərlik etdiyi 23 nəfərlik qrup 2003-cü ilin avqust ayında Azərbaycanın 




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə