Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

 

34

Ermənistan işğalçı niyyətlərini tam şəkildə reallaşdırmaq məqsədi ilə 1993-cü ilin oktyabr ayında yenidən 



fəallaşdı. Düşmənlər oktyabrın ortalarında cəbhənin cənub kəsiyində yeni əməliyyata başladılar. Oktyabrın 23-də erməni 

silahlı birləşmələri 12 tankla Horadiz üzərinə yeridilər. Düşmən bu vacib nəqliyyat qovşağını ələ keçirərək, Zəngilanın, 

həmçinin Cəbrayıl və Qubadlı rayonlarının hələ işğal olunmamış yaşayış məntəqələrinin Azərbaycanın digər əraziləri ilə 

əlaqəsini kəsdi. Mühasirə  vəziyyətinə düşmüş  Zəngilan alayının az saylı qüvvələri işğalçılara ciddi müqavimət göstərə 

bilmədilər. İşğalçılar hücumu genişləndirərək, Ermənistanın Qafan və Mehri ərazilərindən yeni qüvvələrlə, o cümlədən 40 

ədəd zirehli texnikanın iştirakı ilə Zəngilanın içərilərinə doğru irəlilədilər. Ağır döyüşlərdən sonra düşmən oktyabrın 28-

də Mincivan dəmiryol stansiyasını, oktyabrın 29-da isə Zəngilan rayon mərkəzini və ətrafdakı yaşayış məntəqələrini zəbt 

etdi. Zəngilan alayının şəxsi heyəti, həmçinin dinc əhali Araz çayını keçərək İran ərazisinə getməli oldu.  

1993-cü ilin 8 ayı  ərzində Azərbaycan Dağlıq Qarabağın  ətrafındakı 6 böyük rayonunu itirərək ağır duruma 

düşdü. Ermənistan işğalçı planlarını əsasən yerinə yetirdi. Bu vaxt ərzində davam edən fasilələsiz hakimiyyət böhranları 

qoşunlarımızın ciddi müqavimət göstərməsinə imkan vermədi. Digər tərəfdən, Rusiyanın ermənilərə açıq şəkildə hərbi və 

siyasi dəstək verməsi, rus hərbiçiləri, silah və texnikasının ermənilər tərəfdən hərbi  əməliyyatlarda iştirakı da həlledici 

amillərdən oldu. Beynəlxalq təşkilatlar işğal faktı qarşısında ciddi addımlar atmaq, işğalçı Ermənistanı  cəzalandırmaq 

əvəzində qeyri-müəyyən ibarələrdən ibarət qərar, qətnamə  və  bəyanatlarla kifayətləndilər. BMT Təhlükəsizlik  Şurası 

1993-cü ildə 822, 853, 874, 884 saylı dörd qətnamə qəbul etdi. Bu sənədlərdə Azərbaycanın işğal edilmiş ərazilərinin azad 

olunması tələbi qoyulur, lakin işğalçı tərəf kimi “yerli erməni qüvvələri” göstərilirdi. 884 saylı qətnamədə isə Ermənistana 

təklif olunurdu ki, “Dağlıq Qarabağ ermənilərinin qətnamələrə riayət etməsi üçün öz təsir imkanından istifadə etsin”. Bu 

cür absurd sənədlərlə münaqişənin nizama salınması mümkün deyildi.  

1993-cü ilin sonu üçün cəbhədə  vəziyyət bir qədər dəyişdi. Azərbaycanın hərbi-siyasi rəhbərliyi bir sıra vacib 

tədbirlər həyata keçirdi. Mərkəzləşmiş komandanlıq və idarəetmə sistemi təkmilləşdirildi, təlim mərkəzləri və 

poliqonlarda döyüş hazırlığının səviyyəsi yüksəldildi, MDB-nin ayrı-ayrı yerlərindən azərbaycanlı zabitlərin Milli Orduya 

cəlb olunması prosesi intensivləşdirildi. Noyabrın 2-dən etibarən Milli Orduya könüllülərin geniş şəkildə cəlb olunmasına 

başlanıldı. 1993-cü ilin oktyabrından 1994-cü ilin mayına qədər Silahlı qüvvələrə 4 çağırış həyata keçirildi. Xaricdən silah 

və texnika alındı, bir sıra xarici dövlətlərlə hərbi əməkdaşlıq genişləndi. Bu tədbirlərin nəticəsində Milli Ordunun döyüş 

qabiliyyəti xeyli yüksəldi.  

Ermənistan daha çox zəbt etdiyi ərazilərdə möhkəmlənməyə, yeni müdafiə  səddləri yaratmağa diqqət yetirirdi. 

İşğalçı dövlətin daxili ehtiyatları dəfələrlə həyata keçirilən çağırışlar nəticəsində xeyli tükənmişdi. Ona görə də daha çox 

xaricdən muzdluları cəlb etməyə çalışırdılar. Bu dövrdə Rusiyanın Ermənistanda yerləşən 127-ci motoatıcı diviziyası və 

sərhəd qoşunları  hərbiçilərinin müqavilə  əsasında erməni ordusuna cəlb olunması halları çoxalmışdı. Muzdluların sayı 

xeyli artmışdı: 1993-cü ilin noyabrında  Qarabağda Rusiyanın Sakit okean donanması dəniz piyada taburunun 480 keçmiş 

hərbi qulluqçusu, ABŞ, Avropa, Yaxın  Şərqdəki erməni diaspor təşkilatlarının cəlb edib göndərdikləri 870-dən artıq 

muzdlu, Şimali Qafqazdan gətirilmiş 1200-ə qədər kazak ermənilər tərəfdən vuruşurdu. Bu vaxt Ermənistanın hərbi-siyasi 

rəhbərliyində qarabağlı ermənilərin təsiri güclənirdi. Müdafiə naziri S.Sarkisyanın başçılıq etdiyi qrup işğalçı 

əməliyyatların Beyləqan istiqamətində davam etdirilməsini tələb edirdi.  

1993-cü il dekabrın 10-da Ermənistanın işğalçı qüvvələri Beyləqan rayon mərkəzi istiqamətində yeni hücuma 

başladılar. Qoşunlarımız ciddi müqavimət göstərərək tezliklə düşmənə  əkszərbə vurdular və geri çəkilməyə  məcbur 

etdilər. Dekabrın 15-dən başlayaraq Azərbaycan Ordusu beş əməliyyat istiqamətində -Füzuli, Xocavənd, Ağdam, Ağdərə, 

Kəlbəcər istiqamətlərində əkshücuma keçdi. Əsas zərbə cəbhənin cənub kəsiyində Füzuli, Horadiz istiqamətində endirildi. 




 

35

Ciddi manelərə, ərazinin böyük hissəsinin minalanmasına baxmayaraq, qoşunlarımız düşmənin müdafiə xəttini yardı və 



Araz çayı boyunca Füzuli rayonunun içərilərinə doğru irəlilədi. Yanvarın  əvvəli üçün 11 yaşayış  məntəqəsi və 

Azərbaycan-İran sərhəddinin 40 km-lik hissəsi azad edildi. Yanvarın 8-də 702-ci alayın hissələri düşmənin müqavimətini 

qıraraq döyüşlərlə Horadizə daxil oldu, qəsəbəni, dəmiryol stansiyasını və Xudafərin körpüsünü azad etdi. Yanvarın 26-da 

Azərbaycan Ordusu düşmənin artan müqavimətini sındıraraq Füzuli və  Cəbrayıl rayon mərkəzlərinin  həndəvərinə 

çıxdılar. Lakin bundan sonra hücumu davam etdirə bilmədilər. Xocavənd və  Ağdam istiqamətlərində qoşunlarımız bir 

qədər irəlilədilər, lakin ciddi nəticələrə nail ola bilmədilər. Cəbhənin Tərtər-Ağdərə hissəsində ağır döyüşlərdən sonra 3 

yaşayış məntəqəsi azad edildi və hərbi hissələrimiz Sərsəng su anbarına yaxınlaşdılar. Lakin burada da hücum əməliyyatı 

dekabrın 31-də dayandırıldı.  

Cəbhənin şimal kəsiyində 701-ci briqadanın birləşmələri yanvarın 20-də ağır döyüşlərdən sonra Ömər aşırımından 

keçərək Kəlbəcər rayonunun ərazisinə daxil oldular. Qoşunlarımız 12 yaşayış  məntəqəsini düşməndən təmizlədilər və 

Kəlbəcər-Ağdərə yoluna çıxdılar. Ermənilər dərhal Rusiyanın nəqliyyat vasitələri ilə buraya Ermənistanın daxili 

rayonlarından, o cümlədən Vardenis bazasından əlavə qüvvələr gətirdilər. Yanvarın 21-22 -də düşmənin bir taburu Çəpli 

kəndi yaxınlığında darmadağın edildi, 200 nəfərə yaxın canlı qüvvəsi məhv edildi, xeyli hərbi qulluqçusu, o cümlədən, bir 

neçə erməni zabiti və 5 rusiyalı hərbçi əsir götürüldü. Digər erməni hərbi birləşmələri də ciddi itkilər verdilər. Fevralın ilk 

həftəsində Azərbaycan qoşunları Kəlbəcər şəhərinə yaxınlaşdılar. Azərbaycan  Ordusu iki aylıq əməliyyatların gedişində 

bir sıra nəticələrə nail oldu. Füzuli rayonu ərazisində 23 yaşayış  məntəqəsi düşməndən təmizləndi. Bunun ardınca 

Cəbrayıl rayonunun bir hissəsi, Kəlbəcər rayonunun Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, 

Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı  kəndləri azad edildi. Düşmən Çiçəkli dağdan və digər 

yüksəkliklərdən çıxarıldı, Kəlbəcər-Laçın yolunun xeyli hissəsi nəzarət altına alındı. Döyüşlərin dəniz səviyyəsindən 

2500-3500 metr yüksəklikdə, sərt hava şəraitində aparılması, arxa cəbhə ilə  əlaqənin yaradılmaması, canlı qüvvə  və 

texnika ilə təminatın zəif olması və bir sıra digər amillər əldə olunmuş uğurların genişləndirilməsinə imkan vermədi. Eyni 

zamanda beynəlxalq təşkilatlar Azərbaycana qarşı  təzyiqlərini gücləndirdilər, atəşkəs rejimi haqda siyasi 

məsləhətləşmələrə başlanıldı. Ona görə  də Azərbaycanın hərbi-siyasi rəhbərliyi hərbi  əməliyyatın dayandırılması  və 

qoşunların ilkin döyüş mövqelərinə, Murovdan şimala tərəf çəkilməsi haqda qərar verdi. Fevralın 18-də Azərbaycan 

qoşunları Ömər aşırımını keçərək geri çəkildi. İki Azərbaycan briqadası mühasirəyə düşdü və dar keçiddən geri çəkilməyə 

cəhd göstərdi. Ermənilər həmin keçidi “qrad”lardan atəşə tutdular, burada qoşunlarımız 1500 nəfərdən artıq itgi verdi. 

Təxmini hesablamalara görə, bu qış kompaniyası zamanı Azərbaycan tərəfi 4 min, ermənilər isə 2 min nəfər itgi verdilər.  

Bəzi mənbələr bu rəqəmlərin həddindən artıq şişirdildiyini, Azərbaycanın itgilərinin 250 nəfərdən çox olmadığını bildirir. 

Azərbaycan Ordusu xeyli itgi versə də, düşmənin müdafiə xəttinə ciddi zərbə vurdu və Kəlbəcərin qısa vaxt ərzində azad 

edilə biləcəyinin mümkünlüyünü nümayiş etdirdi. Azərbaycan Ordusunun digər istiqamətlərdən fərqli olaraq burada 

qarşılaşdığı uğursuzluq daha çox hava şəraitinin nəzərə alınmaması ilə bağlı oldu. 

Azərbaycan Ordusunun dekabr-fevral hücumu Qarabağ müharibəsinin mühüm hadisələrindən hesab edilir. 

Azərbaycanın hərbi-siyasi rəhbərliyi bu hücum əməliyyatı ilə düşmənə qarşı  qətiyyətini nümayiş etdirdi. Ordumuzun 

hücum əməliyyatı keçirmək qabiliyyəti və əzmi əyani şəkildə göstərildi, döyüş əhval-ruhiyyəsi bərpa edildi. İşğal edilmiş 

ərazilərin bir hissəsi azad olundu. Ermənistan canlı qüvvə və texnika ilə ciddi itgilər verdi.  

Azərbaycan Ordusunun uğurları ilə hesablaşmaq istəməyən düşmən mart ayının  əvvəlində Füzuli rayonu 

ərazisində üç istiqamətdən yeni hücumlara başladı. Ermənilər Horadiz nəqliyyat qovşağını  ələ keçirməyə, sonrakı 

hücumlar üçün zəmin hazırlamağa çalışırdılar. Düşmən qoşunlarımızın müdafiə  xəttini yarmağa bir neçə  dəfə  cəhd 




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə