Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

 

26

- Abışova Çinarə Nazim qızı (10 yaşında) əsirlikdə  qalmışdır, taleyi məlum deyil. 



- Ağayev Vüsal Səttar oğlu (10 yaşında) Kətik meşəsində güllə yarasından ölmüşdür, cəsədi orada qalmışdır, götürmək 

mümkün olmamışdır. 

- Ağayarova Sevinc İsa qızı (7 yaşında) 11 yaşlı qardaşı Nəbi və 6 yaşlı qardaşı Romanla Dəhraz meşəsində qalmışlar, 

taleləri haqda heç bir məlumat yoxdur. 

- Cəfərov Samir Tacir oğlu (5 yaşında) ermənilər tərəfindən girov götürülmüşdür, taleyi haqda heç nə məlum deyil. 

- Çobanova Nəzakət Tapdıq qızı (8 yaşında) Qara qaya yaxınlığında qətlə yetirilmişdir. 

- Ələkbərov Səxavət Təvəkkül oğlu (9 yaşında) güllə yarası ilə öldürülmüşdür. 

- Əliyev Elgiz Firdovsi oğlu (8 yaşında) 10 yaşlı qardaşı Elçinlə birlikdə itgin düşmüşdür, taleləri haqda məlumat yoxdur. 

- Əliyev Elşən Əbil oğlu (5 yaşında) “Alazan”raketinin qəlpəsi ilə öldürülmüşdür. 

- Əliyeva Yeganə Məhərrəm qızı (yaşyarımlıq) düşmən gülləsi ilə öldürülmüşdür. 

- Əmirova Yeganə Təvəkkül qızı (6 yaşında) Qaraqaya yaxınlığında ermənilər tərəfindən qətlə yetirilmişdir. 

- Əzimov Natiq Abbasqulu oğlu (6 yaşında) Naxçivanik yaxınlığında qətlə yetirilmişdir. 

- Həsənov Elgün Nazim oğlu (4 yaşında) Naxçivanik yaxınlığında qətlə yetirilmişdir. 

- Həsənova Aygün Nazim qızı (yaşyarımında) Naxçivanik yaxınlığında qətlə yetirilmişdir. 

- Hüseynova Maral Kamil qızı (6 yaşında) Naxçivanik yolunda öldürülmüşdür. 

- Xəlilova Lalə Tahir qızı (4 yaşında) Xocalını tərk edərkən qətlə yetirilmişdir. 

- Qasımova Rəsmiyyə Ağa qızı (11 yaşında) Xocalı faciəsi zamanı  itgin düşmüşdür, taleyi məlum deyil. 

- Qəmbərova Esmira Səfər qızı (7 yaşında) Xocalıda qətlə yetirilmişdir. 

- Quliyev Samir Taleh oğlunu (2 yaşında) erməni zabiti tüfəngin qundağı ilə başını vurub dağıtmış və qətlə yetirilmişdir. 

- Quliyeva Nuranə Qaryağdı qızı (13 yaşında) itgin düşmüşdür, taleyi haqda heç bir məlumat yoxdur. 

- Quliyeva Rəvanə Qaryağdı qızı (16 yaşında) itgin düşmüşdür, taleyi haqda məlumat yoxdur. 

- Quliyev Şükür Qaryağdı oğlu (7 yaşında) itgin düşümüşdür, taleyi haqda məlumat yoxdur. 

- Quliyeva Sevinc Əkbər qızı ( 8 yaşında) qətlə yetirilmişdir. 

- Mehdiyeva Aysel Murad qızı (5 yaşında) Naxçivanik yolunda qətlə yetirilmişdir. 

- Mehdiyeva Gülmirə Murad qızı (2 yaşında) Naxçivanik yolunda qətlə yetirilmişdir. 

- Muradova Ayşən Zöhrab qızı (1 yaşında) Xocalı faciəsi ərəfəsində ermənilərin atdıqları raket qəlpəsi ilə öldürülmüşdür. 

- Nəbiyeva Maral Kamil qızı (8 yaşında) Xocalının həndəvərində qətlə yetirilmişdir. 

- Orucova Xəyalə Telman qızı (6 yaşında) Naxçivanik yaxınlığında qətlə yetirilmişdir. 

- Orucova Natəvan Nəbi qızı (2 yaşında)  qətlə yetirilmişdir. 

- Səfiyev Sarvan Elxan oğlu (1 yaşında) Naxçivanik meşəsində soyuqdan donub ölmüşdür. 

- Şükürova Əntiqə Vaqif qızı (1 yaşında) Xocalı yaxınlığında qətlə yetirilmişdir. 

- Vəliyev Ağasif Zakir oğlu (6 yaşında) Naxçivanik ətrafında qətlə yetirilmişdir. 

- Yusifova Natəvan Pənah qızı (5 yaşında) Xocalıda qətlə yetirilmişdir. 

- Zeynalova Aynurə Tofiq qızı (6 yaşında) meşədə qətlə yetirilmişdir. 



 

366-cı polkun Xocalı soyqırımında iştirak etmiş zabit və praporşik heyəti: 

- Zarviqarov Yuri Yuryeviç. Polkun komandiri. 




 

27

- Çitçiyan Valeri İcakoviç. Polkun birinci batalyonunun qərargah rəisinin müavini, mayor. 



- Aqriyan Vaçaqan Qriqoryeviç. Polkun kəşfiyyat rəisi, mayor. 

- Ohanyan Seyran Muşeqoviç. Polkun 2-ci batalyonunun komandiri, mayor. 

- Arutyunov Aleksandr Aleksandroviç. Polkun birinci batalyonunun komandiri, mayor. 

- Akopyan Nerses Qrantoviç. Rota komandiri, baş leytenant. 

- Arutyunov Vladislav Vladimiroviç. Rota komandiri, kapitan. 

- Beyleryan Armen Volodyeviç. Texnik, praporşik. 

- Ayrapetyan Vaçik Qurgenoviç. Starşina. 

- Mirzoyan Vaçik Qrantoviç. Starşina. 

- Şixanyan Andrey Artuşeviç. Batalyon komandirinin müavini. 

- Boqdasaryan Valeri. Starşina. 

- Kisebeyan Qriqori Akapoviç. Vzvod komandiri, praporşik. 

- Petrosyan Aşot. Məxfi hissənin rəisi, praporşik. 

- Nabokix Yevqeni. 3-cü batalyonun komandiri (arvadı erməni idi). 

- Lixodey İqor İvanoviç. Artilleriya bölməsinin komandiri. 

- Kuznetsov Andrey. Kimyəvi müdafiə rotasının komandiri. 

- Qarmaş Viktor. Tank rotasının komandiri, baş leytenant. Və digərləri. 

-  İstintaq materiallarında göstərilir ki, Kərkicahan və Malıbəyli kəndlərinə hücum edən erməni silahlılarına 2-ci 

batalyonun komandiri Seyran Ohanyan rəhbərlik etmişdir. Xocalıya hücum isə 3-cü batalyonun komandiri Yevgeni 

Nabokix və 2-ci batalyonun komandiri Seyran Ohanyanın rəhbərliyi ilə həyata keçirilmişdir. 

Xocalı faciəsindən az sonra Rusiya hərbi komandanlığı 366-cı alayı Xankəndindən çıxardı, bu vaxt alayın 25 

tankı, 87 zirehli piyada maşını, 28 digər zirehli texnikası, 45 artilleriya-minomyot sistemi erməni tərəfinə təhvil verildi. 

Ermənilər Xocalı faciəsindən sonra da vəhşiliklərini davam etdirdilər.  İşğalçılar martın 12-də  Sırxavənd, Qaraşlar, 

Bəşirlər, Baş Güneypəyə, Orta Güneypəyə, Xatınbəyli, Manikli kəndlərini zəbt edib yandırdılar. 1992-ci il aprelin 7-də 

Kəlbəcər rayonunun Ağdaban kəndi darmadağın edildi. Kənd tamamilə yandırıldı, 67 nəfər dinc sakin vəhşicəsinə qətlə 

yetirilidi, o cümlədən 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırıldı. Aprelin 12-də ermənilər bəşəriyyət əleyhinə 

cinayət hesab olunan daha bir vəhşiliyə əl ataraq, Şuşanın müdafiəçilərinə qarşı kimyəvi silahdan istifadə etdilər. Bunun 

ardınca Ermənistanın silahlı birləşmələri aprelin 26-da Zəngilan rayonunun Qazançı və Dərəli kəndlərinə soxuldular.   

Xocalı soyqırımından və ermənilərin törətdikləri digər vəhşiliklərdən sonra beynəlxalq təşkilatlar  Qarabağ 

məsələsinə diqqəti artırdılar. Birləşmiş Millətlər Təşkilatı 1992-ci il martın 2-də Azərbaycanı öz üzvlüyünə qəbul etdi və 

bununla ölkəmizin müstəqilliyi, suverenliyi,  Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü rəsmi qaydada tanıdı. 1991-

1992-ci illərdə bir sıra vasitəçilik cəhdləri oldu. B. Yeltsin və N.Nazarbayevin birgə missiyası oldu. ABŞ-ın keçmiş dövlət 

katibi S.Vens BMT baş katibinin  xüsusi nümayəndəsi kimi regiona gəldi. İranın qısamüddətli vasitəçiliyi oldu. ATƏM 

(ATƏT) isə vasitəçilik missiyasına təsadüf nəticəsində başladı. 1992-ci il yanvarın 30-da keçmiş SSRİ respublikalarının 

əksəriyyəti eyni vaxtda bu quruma üzv qəbul olundular. ATƏM-in Praqada keçirilən bu yığıncağının sonunda britaniyalı 

nümayəndə gözlənilmədən çıxış üçün söz istədi və bildirdi ki, bu gün üzv qəbul olunan ölkələrdən ikisi – Azərbaycan və 

Ermənistan müharibə vəziyyətindədir, bu məsələ ilə məşğul olmaq lazımdır. Oradaca qərara alındı ki, vəziyyəti öyrənmək 

üçün regiona missiya göndərilsin. Həmin il martın 24-də qurumun xarici işlər nazirlərinin Helsinki görüşündə  təklif 

olundu ki, bu məsələ ilə bağlı sülh konfransı çağırılsın. Belorus nümayəndəsinin konfransın öz ölkəsinin paytaxtında 




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə