Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

 

20

Onların aşkar etdikləri qaynaqlanmış borunun içərisindən 71 azərbaycanlı  uşağın meyidləri çıxarıldı. Məlum oldu ki



erməni quldurları hələ noyabrın 12-də uşaqları diri-diri həmin borunun içərisinə salaraq, hər iki tərəfini qaynaq etmişdilər. 

Bu hadisə  uşaqlardan birinin anası  Mədinə  Şərifovanın gözləri qarşısında baş vermişdi. M.Qorbaçov başda olmaqla 

Moskva rəhbərliyi Ermənistanın “etnik təmizləmə” və ilhaqçı siyasətini dəstəkləyir, işğalçı tərəfin Azərbaycanın hesabına 

ərazilər  əldə edərək möhkəmlənməsində maraqlı olduğunu gizlətmirdi. Hadisələrin bu ssenari əsasında davam 

etdirilməsində M.Qorbaçovun erməni  əhatəsinin də kifayət qədər rolu var idi. Zəlzələdən sonra M.Qorbaçov 

Ermənistanda oldu, bir sıra görüşlər keçirdi və “Qarabağ komitəsi”nin fəaliyyəti ilə bağlı bəzi tənqidi fikirlər səsləndirdi. 

Lakin bu fikirlər yalnız söz olaraq qaldı. Düzdür, M.Qorbaçovun səfərindən dərhal sonra bu komitənin üzvlərini həbs edib 

Moskvaya apardılar, lakin cəmisi altı aydan sonra onları  sərbəst buraxdılar və onlar geriyə qayıdaraq öz fəaliyyətlərini 

davam etdirdilər.  

Ermənilər Azərbaycan türklərinin Ermənistandan deportasiya olunması ilə yanaşı Dağlıq Qarabağın Azərbaycanın 

nəzarətindən hər hansı ad altında çıxarılmasına çalışırdılar. Onlar tezliklə bu niyyətlərinə nail oldular. 1988-ci il iyunun 

24-də Moskva özünün xüsusi təmsilçisini Dağlıq Qarabağa göndərdi, Arkadi Volski orada “Siyasi büronun nümayəndəsi” 

təyin edildi. 1989-cu il yanvarın 12-də M.Qorbaçovun qərarı ilə Dağlıq Qarabağ Azərbaycanın tabeçiliyindən çıxarılaraq 

birbaşa Moskvaya tabe etdirildi və bu regionun birbaşa mərkəzdən idarə olunması üçün Xüsusi İdarə Komitəsi deyilən 

qurum yaradıldı, heç vaxt ermənipərəst mövqeyini gizlətməyən A.Volski isə həmin quruma rəhbər təyin olundu. Moskva 

bu addımı atmaqla sonrakı  mərhələdə Dağlıq Qarabağın Ermənistana verilməsini sürətləndirmək məqsədi güdürdü. 

A.Volski Xankəndinə gələn gündən erməniləri, onların silahlı dəstələrini himayə edir və Azərbaycan türklərinin çıxarılıb 

qovulması üçün əlindən gələni edirdi. Moskva açıq-aşkar erməniləri dəstəkləməklə  həm də Azərbaycan xalqının ciddi 

müqavimət göstərməyəcəyinə ümid edir, Azərbaycan tərəfini yalançı  vədlər verməklə sakitləşdirməyə  və 

arxayınlaşdırmağa çalışırdı. Lakin düşmənlər tezliklə yanıldıqlarını başa düşdülər.  

Azərbaycanda erməni iddialarına qarşı hərəkat aşağılardan, xalqın özü tərəfindən başlandı. Bir sıra qeyri-formal 

qurumlar, ictimai-siyasi təşkliatlar meydana gəldi. Ayrı-ayrı ziyalı və vətənpərvər qruplar tərəfindən nümayişlər, yürüşlər 

və digər aksiyalar təşkil edildi. Bakıda ilk nümayiş 1988-ci il fevralın 19-da oldu, nümayiş  iştirakçıları Elmlər 

Akademiyası binasının qarşısından Ali Sovetə qədər yürüş etdilər, “Qarabağ bizimdir!” şüarları səsləndirdilər. Bakıda və 

Dağlıq Qarabağa yaxın rayonlarda başlayan ilk çıxışlar, kütləvi aksiyalar yüksələn xətlə inkişaf edərək, həmin ilin 

noyabrında izdihamlı  və fasiləsiz mitinqlərə çevrildi. 1988-ci il noyabrın 18-dən dekabrın 5-dək Bakının “Azadlıq” 

meydanında davam etmiş fasiləsiz mitinqdə yüz minlərlə insan iştirak edərək xalqın iradəsini ortaya qoydu. Mitinq dekabr 

ayının 4-dən 5-ə keçən gecə Sovet ordusu tərəfindən vəhşicəsinə dağıdıldı, yüzlərlə adam xəsarət aldı, minlərlə adam həbs 

edildi. Lakin Azərbaycan xalqının iradəsini sındırmaq artıq mümkün deyildi. Xalq Ermənistanın işğalçı  və ilhaqçı 

siyasətinin qarşısının alınmasını tələb edir və özü də təşkil olunaraq mübarizə meydanına çıxırdı. 1989-cu il iyulun 16-da 

xalqın ən mütəşəkkil qurumu olaraq Azərbaycan Xalq Cəbhəsi (AXC) yaradıldı. Əbülfəz Elçibəy AXC-nin sədri seçildi, 

bir sıra tanınmış ziyalılar, gənc alimlər  İdarə Heyətinə daxil oldular. AXC həm ictimai müqaviməti təşkil edir, həm də 

könüllülərdən ibarət dəstələr yaradaraq cəbhə bölgəsinə göndərirdi. Cəbhəboyu  ərazilərdə özünümüdafiə  dəstələri də 

əsasən AXC-nin yerli şöbələri tərəfindən yaradılırdı. AXC həmin dövrdə yaranan digər qeyri-formal təşkilatları da öz 

ətrafında cəmləşdirərək həmçinin geniş  təbliğat və izahat işi aparır, Ermənistanın işğalçı  və Moskvanın antiazərbaycan 

siyasətlərinin ifşa olunması üçün bütün vasitələrdən istifadə edirdi.  

1990-cı il yanvarın  əvvəllərində erməni tərəfi Dağlıq Qarabağın  şimal hüdudlarına yaxın olan Goranboy 

rayonunun kəndlərini havadan gülləboran etdi. Bu məqsədlə onlar döyüş silahları ilə  təmin edilmiş  Mİ-8 mülki 




 

21

vertolyotlarından ilk dəfə istifadə etdilər. Ermənilərin bu hücumları vəziyyəti gərginləşdirdi. AXC tərəfindən yaradılmış 



Milli Müdafiə  Şurası dinc əhalini müdafiə etmək üçün könüllü dəstələrin bir hissəsini Gəncə-Xanlar sahəsində 

cəmləşdirdi. Yanvarın 11-də Goranboy rayonu ərazisində bir neçə silahlı qarşıdurma baş verdi. Bu hadisələrdən sonra 

Moskva Azərbaycanın Dağlıq Qarabağ  və  ətraf rayonlarında fövqəladə  vəziyyət rejimi elan etdi. Eyni zamanda 

Azərbaycan-Ermənistan sərhəddinin Naxçıvan hissəsində  də silahlı toqquşmalar baş verdi. Yanvarın 18-də Naxçıvan 

Muxtar Respublikasının Kərki kəndi Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edildi. Qarabağ və Naxçıvanda gedən 

döyüşlərlə paralel olaraq Azərbaycanda siyasi böhran kəskinləşirdi. Bakıda hakimiyyət, demək olar ki, iflic vəziyyətində 

idi. Bəzi cənub rayonlarında hakimiyyət AXC-nin yerli şöbələrinin nəzarəti altına keçmişdi. 1989-cu il dekabrın 29-da 

Cəlilabadda, 1990-cı il yanvarın 11-də Lənkəranda Sovet hakimiyyəti devrildi. 1989-cu ilin sonu–1990-cu ilin əvvəlində 

İranla 137 km-lik sərhəd zolağı açıldı, mühəndis-texniki qurğular sıradan çıxarıldı. Bakıda və digər iri şəhərlərdə kütləvi 

vətəndaş itaətsizliyi aksiyaları keçirilir, əsas dövlət orqanları  və  hərbi hissələrin fəaliyyəti dayandırılırdı. Azərbaycanda 

Sovet imperiyasına qarşı nifrət yüksək həddə çatmışdı.  İşğalçı Ermənistanı  dəstəkləyən Moskva hakimiyyətinə son 

qoyulması tələb edilirdi.  

Moskva Azərbaycanda hakimiyyətini itirəcəyindən ehtiyat edərək güc tətbiq etmək, xalqa divan tutmaq qərarına 

gəldi. 1990-cı il yanvarın 16-19-da Moskva rəhbərliyi Bakı ətrafında 50 min nəfərdən artıq hərbi qüvvə cəmləşdirdi. Bu 

qüvvələr Zaqafqaziya, Moskva, Leninqrad hərbi dairələri, hərbi-dəniz donanması, Daxili İşlər Nazirliyi daxili qoşunları və 

digər hərbi birləşmələrin hesabına formalaşdırılmışdı. Yanvarın 19-dan 20-ə keçən gecə qoşunlar Bakı üzərinə yeridildi. 

Sovet qoşunlarının müdaxiləsinə etiraz edən dinc əhali bütün növ silahlardan amansız atəşə tutuldu. Hələ  də tam 

dəqiqləşdirilməmiş  məlumatlara görə, bu qanlı hücum nəticəsində 131 nəfər dinc əhali öldürüldü, 800-dən artıq adam 

yaralandı. Bakıdakı qanlı hadisələrlə eyni vaxtda Moskva 2 motoatıcı diviziyanı  İranla sərhədə, 2 xüsusi təyinatlı 

diviziyanı isə Dağlıq Qarabağa yeritdi. Bakı, Qarabağ, Naxçıvan, qərb və  cənub rayonlarında sərt fövqəladə  vəziyyət 

rejimi tətbiq olundu. Bu qanlı hadisələr tarixə “Qara Yanvar” adı ilə düşdü. Ölməkdə olan Sovet imperiyası son 

cinayətlərini xüsusi qəddarlıqla törədirdi. Sovet qoşunlarının cəza tədbirləri nəticəsində Azərbaycanın işğalçı Ermənistana 

qarşı müqavimət imkanları xeyli məhdudlaşdırıldı. Azərbaycanın cəbhəboyu rayonlarında  əhalidən ov tüfəngləri, hətta 

orta məktəblərdə təlim, hərbi hazırlıq silahları da yığıldı.  

Ermənistan yaranmış  vəziyyətdən tam yararlandı. 1989-cu il dekabrın 1-də Ermənistan Ali Soveti və Dağlıq 

Qarabağda yaradılmış qondarma “milli şura” birgə qətnamə qəbul etdilər. Qətnamədə göstərilirdi ki, onlar “Ermənistan 

SSR və Dağlıq Qarabağın birləşməsini elan edirlər və həmin andan başlayaraq Dağlıq Qarabağ əhalisi Ermənistan SSR 

vətəndaşlarının bütün hüquqlarına malik olurlar”. Ermənistan işğalçı  və ilhaqçı niyyətlərini gizlətmir və geniş hazırlıq 

işlərini davam etdirirdi. Fövqəladə vəziyyət rejimi Ermənistana tətbiq olunmamışdı. Ona görə də erməni hərbi dəstələri bu 

vəziyyətdən istifadə edərək, DİN, Mühafizə, Yanğınsöndürmə, doluya qarşı artilleriya parkları, ali məktəblərin hərbi 

kafedraları və digər müəssisələrin hamısında olan silah və sursatı dərhal ələ keçirdilər. Onlar 1990-cı ilin yanvar-fevral 

ayları  ərzində  cəmi 6.179 atıcı silah, 19 ədəd zirehli texnika, 133 doluvuran və 17 raket qurğusu, 3 minomyot, 13 min 

mərmi və raket, 1.921 ton partlayıcı maddə, çoxlu sayda nəqliyyat və rabitə vasitələri zəbt etmişdilər. Erməni hərbi 

dəstələri yerli hakimiyyət orqanlarının birbaşa himayəsi ilə mart ayından etibarən Moskvaya tabe olan hərbi hissələrə də 

hücumlar edir, silah və sursatı götürürdülər. Onlar dəmir yolu stansiyalarının birində  hətta 15 ədəd T-72 tankını  ələ 

keçirmişdilər. Bu hərbi birləşmələr mart ayında Qazax, Tovuz, Gədəbəy, Naxçıvan və digər sərhədboyu bölgələrə dağıdıcı 

hücumlar etdilər. 1990-cı ilin ortalarında Ermənistanda 15 min nəfərin daxil olduğu silahlı qruplaşmalar fəaliyyət 

göstərirdi. Onlardan 10 min nəfərlik erməni milli ordusu (EMO) əsasən sərhəd bölgələrində  və Dağlıq Qarabağda 




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə