Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 

16

həmişə erməni iddialarının ideya rəhbəri və təşkilatçısı olmuş kilsənin fəaliyyətini tam şəkildə bərpa etməyə çalışırdılar. 



Onlar bu məqsədlərinə nail oldular. Həmin məclisdə bütün dünyadakı ermənilərin fəaliyyətini  əlaqələndirən mərkəz 

yarandı, kilsənin hesabına dərhal iri məbləğdə pullar keçirildi və bu proses sonralar da davam etdirildi. Bu dövrdən 

etibarən ermənilərin  ərazi iddiaları, qondarma “soyqırım”la bağlı proseslərə Eçmiədzin kilsəsi rəhbərlik edirdi. Erməni 

kilsəsinin fəaliyyətinin canlandırılmasından az sonra Ermənistanın kommunist rəhbərliyinin Dağlıq Qarabağa ərazi iddiası 

ilə çıxış etməsi təsadüfi deyildi. 

Ermənistan rəhbərliyi eyni vaxtda Türkiyənin Qars və  Ərdahan vilayətlərinə, həmçinin Azərbaycanın Dağlıq 

Qarabağ vilayətinə  ərazi iddiaları irəli sürdü. 1945-ci il noyabr ayının 28-də Ermənistanın kommunist rəhbəri 

Q.Arutinov Moskva rəhbərliyinə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi təklifi ilə müraciət göndərdi. Stalinin 

hakimiyyəti dövründə belə bir müraciətin  əvvəlcədən razılaşdırılmadan ortaya çıxması mümkünsüz idi. Azərbaycan 

rəhbərliyinin qəti mövqeyi bu razılaşdırılmış planın həyata keçirilməsinə mane oldu. Azərbaycanın kommunist rəhbəri 

M.C.Bağırovun məsələyə münasibəti və cavabı birmənalı oldu. Moskvaya göndərilən cavab məktubunda bildirilirdi ki, 

ermənilərin iddialarının təmin edilməsi mümkün deyil, bu ərazi qədim zamanlardan Azərbaycanın tərkibində olmuşdur. 

M.C.Bağırov digər tərəfdən əsaslandırılmış iddialar irəli sürərək, Şuşa istisna olmaqla Dağlıq Qarabağın Ermənistana 

verilməsinə şərti olaraq razılaşır, bunun müqabilində isə qədimdən Azərbaycana məxsus olan və “sovetləşmə” dövründə 

Ermənistana verilmiş Vedi, Qarabağlar və  Əzizbəyov rayonlarının, Gürcüstana verilmiş Borçalı mahalının, Rusiyaya 

verilmiş Dərbənd və Qasımkənd rayonlarının Azərbaycana qaytarılması tələblərini qoyur. Azərbaycan rəhbərliyinin bu 

cür qətiyyətli və əsaslandırılmış mövqeyindən sonra Moskva geri çəkilməli, Ermənistan isə fikrindən daşınmalı oldu. Bu 

hadisəni Azərbaycanın müdafiə taktikasının uğuru kimi dəyərləndirmək olar. Lakin sonrakı hadisələr göstərdi ki, yalnız 

müdafiə taktikası ilə ciddi nəticələrə nail olmaq, xüsusilə  də  işğalçı  və ilhaqçı niyyətlərin qarşısını almaq mümkün 

deyildir. Ermənilər hücum taktikasından tam yararlanaraq əsassız Qarabağ iddialarının ödənilməməsindən özlərini incik 

tərəf kimi göstərdilər və dərhal digər istiqamətdə–indi Ermənistan deyilən Qərbi Azərbaycan ərazilərindən Azərbaycan 

türklərinin kütləvi surətdə deportasiya edilməsi, “türksüz Ermənistan” yaradılması istiqamətində ciddi nəticələr  əldə 

etdilər. Ermənilər Sovet imperiyasının tərkibində “Ermənistan” deyilən qurum yaranan gündən bu xətti həyata 

keçirməyə çalışırdılar. 

 İkinci dünya müharibəsindən sonra, xüsusilə  də “soyuq müharibə” dövründə Moskva xaricdən müxtəlif 

millətlərin nümayəndələrinin yaşamaq üçün ölkəyə  gəlməsinə önəm verir, bu prosesdən guya sosializm sisteminin 

üstünlüyünün təbliğ olunması üçün istifadə edirdi. Ermənilər bu məqamdan istifadə edərək guya xaricdən çoxlu sayda 

erməninin Ermənistana gəlmək istəməsi və onların yerləşdirilməsi üçün ərazilərin kifayət etməməsi və bunun üçün də 

oradan azərbaycanlıların çıxarılıb Azərbaycana göndərilməsinin zəruriliyi haqda Moskva rəhbərliyi qarşısında məsələ 

qaldırdılar. Moskva dərhal bu plana razılaşdı  və 1947-1953-cü illər  ərzində 150 mindən artıq azərbaycanlı  əsrlərlə 

yaşadıqları yurdlarından deportasiya edildilər. Deportasiya edilən azərbaycanlıların yerinə xaricdən 90 mindən artıq 

erməni köçürüldü. Bununla “Ermənistan” deyilən  ərazilərdə ermənilərin sayının  əsasən kənardan köçürülmə ilə 

artırılması  ənənəsi davam etdirilirdi. Köçürülən ermənilərin  əksəriyyəti  şəhərlərdə  məskunlaşdılar, azərbaycanlıların 

zorla çıxarıldığı kəndlərin isə xeyli hissəsi boş qaldı. Əsas məqsəd xaricdən gələn ermənilər üçün yer hazırlamaq deyil, 

azərbaycanlıları oradan çıxarmaq idi. Bu proses Sovet imperiyası dövründə müxtəlif adlar altında davam etdirilmişdir. 

Ermənilər paralel şəkildə “Ermənistan” deyilən  ərazilərdən azərbaycanlıları  çıxarır və Dağlıq Qarabağla bağlı  əsassız 

idialarını reallaşdırmağa çalışırdılar. 1960-cı illərin  əvvəllərində Sovet imperiyası  və Türkiyə arasında münasibətlər 

kəskinləşdi, Moskva geniş antitürk təbliğat kampaniyasına başladı. Ermənilər bu vəziyyətdən istifadə edərək qondarma 




 

17

“erməni genosidi” məsələsini ortaya atdılar və Dağlıq Qarabağa yenidən iddia irəli sürdülər. O vaxt Kreml rəhbərliyinə 



daxil olan mahir intriqa ustası A.Mikoyan həmtayfalarına xidmət göstərmək məqsədilə Dağlıq Qarabağın Ermənistana 

birləşdirilməsi haqda məsələ qaldırdı. Sovet rəhbərliyi bu təklifin imperiya üçün təhlükə yaradacağından, digər yerlərdə 

də  ərazi məsələlərinin ortaya çıxacağından ehtiyat edərək A.Mikoyana rədd cavabı verdi. Kreml rəhbəri N.Xruşşov 

ermənilərin məkrli niyyətlərinə işarə vuraraq, əgər Dağlıq Qarabağ erməniləri Ermənistana qovuşmaq istəyirlərsə, “mən 

onlara dərhal 12 min yük maşını ayırmağa hazıram”,-demişdi. Ermənilər 1965-ci ildə 45 min nəfərin imzaladığı 

müraciəti Moskvaya göndərərək yenə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş etdilər. Həmin  ərəfədə 

emissarlar İrəvandan Xankəndinə gələrək təbliğat aparır, imza toplamağa cəhd edirdilər. Emissarların bütün səylərinə 

baxmayaraq Qarabağ ermənilərinin  əksəriyyəti imza verməkdən imtina etdilər. Moskvaya göndərilən imzalar əsasən 

Ermənistan deyilən ərazilərdə yaşayan ermənilərə məxsus idi. Moskva rəhbərliyi bu müraciətə heç bir reaksiya vermədi. 

Ermənilər eyni zamanda Dağlıq Qarabağda milli zəmində qarşıdurma törətməyə cəhd göstərdilər. Ermənilərin Dağlıq 

Qarabağ  iddialarından fərqli olaraq qondarma “erməni genosidi” kampaniyası sovet rəhbərliyi tərəfindən dəstəkləndi. 

Ermənilər ilk dəfə bu tarixi Sovet imperiyasının müxtəlif yerlərində, o cümlədən İrəvanda geniş şəkildə qeyd etdilər. Bu 

gün də davam etdirilən “genosid kampaniyası”nın başlanğıcı məhz 1965-ci ildə uydurma hadisələrin 50 illiyi münasibəti 

ilə Moskva rəhbərliyi tərəfindən qoyuldu. Düzdür, Moskva bu məsələyə o dövrdə bir qədər şübhə ilə yanaşırdı. Bəlkə də 

ermənilərin bu çürük ideyanı bu qədər dartıb uzadacaqları Sovet rəhbərliyinin heç ağlına da gəlmirdi.  

 1977-1978-cı illərdə  mərkəzdə  və yerlərdə konstitusiyalar dəyişdirilərkən ermənilər yenidən Dağlıq Qarabağ 

məsələsini qaldırdılar, lakin cəhdləri yenə  də heç bir nəticə vermədi. Bütün dövrlərdə Dağlıq Qarabağın Ermənistana 

verilməsi absurd bir ideya kimi qəbul olunmuş və rədd edilmişdir. Lakin ermənilər bütün vasitələrdən istifadə edir, bəzən 

xırda nəticələrə nail olurdular. 1981-ci ilin iyun ayında Moskvanın təzyiqi ilə Dağlıq Qarabağa fərqli status verildi. Yeni 

qəbul olunmuş əsasnaməyə görə yerli orqanlara bir sıra imtiyazlar verildi. Bu imtiyazlar vilayətin mərkəzdən asılılığını bir 

qədər azaldırdı. Məsələnin müəmmalı  tərəfi ondan ibarət idi ki, bu yeni status sovet imperiyasının onlarla muxtar 

qurumundan heç birinə deyil, yalnız Dağlıq Qarabağa verilirdi. 



 

 

Qarabağ müharibəsinin başlanması 

Ermənilər Sovet imperiyasında ciddi dəyişikliklərin olacağını hiss edərək bir sıra hazırlıq işlərinə başladılar. 

1984-1985-ci illərdə Cənubi Qafqazın tarixini saxtalaşdıran bəzi məqalələr və kitablar çap olundu, “elmi” konfranslar 

keçirildi. Ermənilər təbliğat işini genişləndirməklə guya Cənubi Qafqazda yerli əhali olduqlarını, həmçinin bir sıra 

ərazilərə iddialarını əsaslandırmağa çalışırdılar. Bir sıra erməni təşkilatları “erməni məsələsi”nə diqqəti cəlb etmək üçün 

1985-ci ildə uydurma “genosid”in 70 illiyini geniş miqyasda qeyd etməyə  cəhd göstərdilər. Lakin Moskva rəhbərliyi 

Türkiyə ilə münasibətlərin korlanacağından ehtiyat edərək bu hay-küylü tədbirlərin yalnız Ermənistanda keçirilməsinə 

icazə verdi. Ermənilər bu tədbirlərə xaricdən çoxlu sayda qonaqlar dəvət etməklə xeyli yalançı təbliğat işi apara bildilər. 

M.Qorbaçovun 1985-ci ildə Moskvada hakimiyyətə  gəlməsi, onun açıq ermənipərəst mövqeyi və ortaya atdığı 

“yenidənqurma prosesləri” ermənilərin işğalçı niyyətləri üçün geniş imkanlar yaratdı. “Qarabağ komitəsi” 

Ermənistanda, onun şöbəsi olan “Krunk” təşkilatı isə Dağlıq Qarabağda leqal fəaliyyətə başladı, Azərbaycana qarşı 

işğalçı  və ilhaqçı  tələblər açıq  şəkildə  səsləndirildi.  İrəvandan Dağlıq Qarabağa gələn emissarlar təbliğat və  təşkilat 

işlərini genişləndirdilər. 1987-ci il noyabrın 16-da M.Qorbaçovun müşaviri, erməni akademiki A.Aqanbekyan Parisdə 



Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə