Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   2   3   4   5   6   7   8   9   ...   27

 

10

sonu-1906-cı ilin əvəlində az vaxt ərzində formalaşan “Difai” təşkilatı əhalini səfərbər edərək müqavimət hərəkatını təşkil 



etdi və erməni silahlı  dəstələrinin qarşısını ala bildi. Lakin bu müvəqqəti hal idi. Xarici  havadarlarına arxalanan və 

onlardan kömək alan ermənilər geri çəkilərək təşkilatlarını gücləndirməyə, daha radikal təşkilatlar yaratmağa, dəstələrini 

daha geniş miqyasda silahlandırmağa, yeni hücumlara hazırlaşmağa başladılar.  

Bir müddət sonra beynəlxalq aləmdə “Balkan böhranı”nın yaranması, Birinci Dünya müharibəsinin başlanması ilə 

erməni terror təşkilatları yenidən nəzərlərini Türkiyə  ərazilərinə yönəltdilər. Onlar Türkiyədə pozuculuq fəaliyyətinə, 

silahlı qiyamlara, dinc əhaliyə qarşı qırğınlara başladılar. Erməni silahlı dəstələrinin “fəaliyyəti” nəticəsində 200 mindən 

artıq dinc əhali qətlə yetirildi, ölkənin bir sıra əyalətlərində gərgin qarşıdurma və vətəndaş itaətsizliyi vəziyyəti yarandı, 

separatçılıq meylləri gücləndi. Türkiyə hökuməti vəziyyətdən çıxış yolu olaraq 1915-ci ilin aprelində erməni silahlı 

dəstələri və terror təşkilatlarının, qızışdırıcı fəaliyyətlə məşğul olan bəzi din xadimlərinin həbsi ilə, az sonra isə erməni 

əhalsinin ölkənin digər  ərazilərinə köçürülməsi ilə bağlı  qərarlar verməli oldu. Bu qətiyyətli addımlarla ermənilərin 

pozucu və xəyanətkar hərəkətlərinin qarşısı alındı. Türkiyə hökumətinin qəti mövqeyi ilə üzləşən erməni terror təşkilatları 

öz niyyətlərinə nail ola bilmədikdə, manevr edərək meydana saxta “erməni soyqırım”ı deyilən məsələni  atdılar. Onlar bu 

məsələdən də bu günə qədər yararlanmağa çalışır, lakin ciddi nəticələrə nail ola bilmirlər. Ermənilərin saxta “soyqırım”ı 

dünyada tanıtdırmq cəhdləri artıq bayağı  təbliğat kompaniyasına çevrilmişdir və heç bir dövlət tərəfindən ciddi 

qarşılanmır. Son 40 il ərzində bu məsələ məhz saxta olduğu üçün vaxtaşırı ayrı-ayrı dövlətlər tərəfindən gündəmə gətirilir, 

ötəri maraqlar üçün istifadə olunur, sonra da yenidən unudulur.  

Birinci dünya müharibəsinin sonlarına doğru erməni terror təşkilatları  Cənubi Qafqazda və ilk növbədə 

Azərbaycanda yenidən fəallaşdılar. Rusiya imperiyasının dərin siyasi və iqtisadi böhran içərisində olması, hər yerdə, 

xüsusi ilə  də ucqarlarda hərc-mərcliyin hökm sürməsi ermənilərin  əl-qol açmasına, qanlı olaylar törətməsinə  şərait 

yaradırdı. Rusiyada hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələrin hamısı xristian amilini əsas götürərək 

ermənilərə siyasi və  hərbi dəstək verirdilər. Yaxşı silahlanmış erməni terror təşkilatları bir sıra  ərazilərdə, xüsusilə  də 

Bakı, İrəvan, Zəngəzur, Qarabağ və Naxçıvanda türk-müsəlman əhalisini sıxışdırıb çıxartmağa, həmin əraziləri nəzarətə 

götürməyə çalışırdılar. Məqsəd bu əraziləri dünya birliyinə guya erməni yaşayış məntəqələri kimi təqdim etmək idi. Onlar 

böyük dövlətlərin köməyi ilə  həmin yerlərdə “erməni dövləti” yaratmaq ümidində idilər. Rusiya bolşevikləri Bakıda 

erməni daşnaklarına arxalanırdılar. 1917-ci ilin noyabr-dekabr aylarında burada bolşevik-daşnak ittifaqı yarandı. Bu 

ittifaqa V.Lenin tərəfindən Qafqaza fövqəladə komissar kimi göndərilmiş S.Şaumyan rəhbərlik edirdi. Erməni silahlı 

dəstələri 1918-ci ilin əvvəlində türk-müsəlman əhalisinə qarşı kütləvi qırğınlara başladılar. Demək olar ki, heç bir silahı, 

mütəşəkkil qüvvəsi olmayan dinc əhali onlara ciddi müqavimət göstərə bilmirdi. Ermənilər bütün yerlərdə eyni taktikadan 

istifadə edirdilər. Türkiyədəki Amerika silahlı qüvvələrinin rəhbəri admiral Mark Bristol sonralar yazırdı: “Mən general 

Dro (erməni terror dəstələrindən birinin rəhbəri-müəllif) ilə birlikdə xidmət etmiş öz zabitlərimin məlumatlarına  əsasən 

bilirəm ki, müdafiəsiz kəndlər əvvəlcə bombalanır, sonra zəbt edilir, qaçıb gedə bilməyən sakinlər vəhşiliklə öldürülür

kənd talan edilir, bütün mal-qara aparılır və sonra isə  kənd yandırılırdı. Müsəlmanlardan yaxa  qurtarmaq üçün bütün 

bunlar sistematik şəkildə  həyata keçirilirdi”. Vahid mərkəzdən idarə olunan erməni silahlı  dəstələri hər yerdə eyni 

ssenarini həyata keçirir, eyni vəhşilikləri törədirdilər. 

 1917-ci ilin dekabrında Qafqazda döyüşən rus ordusu buraxıldı. Ermənilər dərhal bu vəziyyətdən istifadə edərək 

rus ordusunda qulluq edən həmsoylarından ibarət 3 piyada diviziyası, bir süvari briqadası, habelə ərazi alayları yaratdılar. 

Azərbaycan türkləri Rusiya hakimiyyəti tərəfindən etibar edilib orduya çağırılımadıqlarına görə yaranmış  şəraitdən 



 

11

istifadə edib öz silahlı qüvvələrini yarada bilmədilər. Nəticədə Azərbaycanın dinc əhalisi yalnız terror təşkilatları ilə deyil, 



həm də nizami erməni ordusu ilə üz-üzə qaldı. 

Erməni silahlı dəstələri o vaxta qədərki ən böyük qırğınları 1918-ci ilin mart ayında törətdilər. Martın 18-də 20 

minlik erməni-bolşevik silahlı qüvvələri Şamaxıya daxil oldular və dinc əhaliyə divan tutdular. Həmin ayın axırına qədər 

davam edən qırğın nəticəsində 12 min azərbaycanlı  qətlə yetirildi. Bakıda martın 30-dan aprelin 2-nə  qədər erməni 

silahlıları tərəfindən aparılan soyqırım nəticəsində 18 min dinc əhali məhv edildi. Eyni vaxtda Quba qəzasına daxil olan 

quldurlar 3 minə yaxın qubalını öldürdülər. Bir neçə gün ərzində erməni bolşevik terror dəstələri Bakıda,  Şamaxıda, 

Qubada,  İrəvanda, Zəngəzurda, Naxçıvanda, Qarabağda və digər yerlərdə 50 min nəfərdən artıq dinc əhalini qətlə 

yetirdilər. Ermənilərin törətdikləri kütləvi qırğınlar bununla kifayətlənmirdi. 1919-cu ilin avqust ayında Ermənistan 

hökuməti Qərb dövlətlərinin təzyiqləri qarşısında bəzi cinayətləri etiraf etməli oldu. Ermənistan hökuməti rəsmi bəyanatla 

quldur dəstələrinin Andronik, Manukyan, Saakyan, Kaçaznuni kimi başçılarının cinayətkar fəaliyyəti nəticəsində 1918-ci 

il ərzində Qafqazda 400 min nəfər azərbaycanlının, 120 min gürcünün, 15 min kürdün və 22 min ləzginin öldürülməsi 

faktını təsdiq edərək, müqəssirlərin cəzalandırılacağına dair öz üzərinə öhdəlik götürdü.    

1918-ci ilin may ayında Cənubi Qafqazda Azərbaycan türkləri və gürcülərlə yanaşı ermənilər də öz 

müstəqilliklərini elan etdilər.  Şərqdə ilk demokratik respublika yaratmış Azərbaycan xalqı müstəqil dövlətçiliyini 

möhkəmlətməklə yanaşı ermənilərin sonsuz ərazi iddialarını da dəf etməli oldu. Ermənilər öz müstəqilliklərini Tiflisdə 

elan etmişdilər, lakin müstəqil dövlət qurmaq üçün nə  əraziləri, nə  də siyasi mərkəzləri var idi. Nəyin bahasına olursa 

olsun Cənubi Qafqazda erməni dövləti yaratmaq istəyən Antanta dövlətləri–İngiltərə, ABŞ, Fransa və digərlərinin təkidli 

xahişləri və  təzyiqləri qarşısında Azərbaycan Xalq Cümhuriyyəti güzəştə getməli oldu. Azərbaycan Milli Şurasının 

(parlamentinin) 29 may 1918-ci il tarixli qərarı ilə İrəvan şəhəri ətraf əraziləri ilə birlikdə öz dövlətlərini yaratmaq üçün 

ermənilərə verildi. Həmin qərarda bu xoşməramlı addımın müqabilində ermənilərin  əsassız  ərazi iddialarından imtina 

etməsi ilə bağlı  şərt qoyulmuşdu. Erməni hökuməti də bu şərtlə razılaşmışdı. Az sonra Türkiyə hökuməti də  həmin 

ərazilərdə erməni dövlətinin yaradılmasına öz razılığını verdi. Qədim Azərbaycan torpaqlarında erməni dövləti belə 

meydana gəldi. Həmin vaxt onun ərazisi 9 min kv.km., əhalisi isə 324 min nəfər idi. Ermənistan hökuməti Azərbaycan 

Xalq Cümhuriyyətinin xoşməramlı addımına ermənisayağı minnətdarlıqla cavab verdi. Onlar bir neçə il ərzində qonşu 

Azərbaycan torpaqları hesabına ərazilərini 30 min kv.km-ə çatdırdılar. 1918-1920-ci illərdə indi Ermənistan adlandırılan 

ərazilərdən 565 min nəfər Azərbaycan türkü zorla deportasiya edildi. 1922-ci il məlumatlarına görə, həmin  ərazilərdə 

yalnız 10 min nəfər azərbaycanlı qalmışdı. Deportasiya edilmiş azərbaycanlıların bir hissəsi sonradan geri qayıda bildilər. 

Daşnakların hakimiyyətdə olduğu 2 il yarımlıq dövr ərzində 489 min nəfər azərbaycanlı  qətlə yetirildi, 157 kənd 

tamamilə, 67 kənd qismən azərbaycanlılardan “təmizləndi”. Beləliklə, 1828-ci ildən başlayan proses 1920-ci ildə indi 

Ermənistan deyilən  ərazilərdə 738 türk-müsəlman kəndindən yerli qədim  əhalinin qovulması  və  həmin yaşayış 

məntəqələrinin tam erməniləşdirilməsi ilə yekunlaşdı.  

1918-1920-ci illərdə Ermənistan hökuməti ələ keçirdiyi Azərbaycan torpaqları ilə kifayətlənmir, digər ərazilərə, o 

cümlədən Qarabağ, Naxçıvan, Zəngəzura iddialar irəli sürür, vaxtaşırı  həmin  ərazilərə silahlı quldur basqınları  təşkil 

edirdi. 1918-ci ilin ortalarında Andronik, Dro, Njdenin başçılığı altında erməni silahlı  dəstələri Qarabağ, Zəngəzur, 

Naxçıvana soxularaq kütləvi qırğınlar törətdilər. 1918-ci ilin martında 10 minlik erməni ordusu  Naxçıvanın Düşün, 

Vənənd, Xanağa, Ağrı və digər kəndlərinin üzərinə hücuma keçdilər. Az sonra onlar Ordubad üzərinə yeridilər. Düşmən 

müqavimətlə rastlaşaraq geri çəkilməli oldu. Həmin vaxt onların Zəngəzura hücumları da uğursuzluqla nəticələndi. 

Andronikin quldur dəstələri 1918-ci ilin may-avqust aylarında irəliləyə bildilər. Onlar Sisyan bölgəsini ələ keçirdilər və 




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə