Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   2   3   4   5   6   7   8   9   ...   27

 

6

gəlmiş Məlik Yeqanın, Vərəndə indiki Ermənistan deyilən ərazilərdən gəlmiş Məlik Şahnəzərin, Xaçın yerli alban olan 



Həsən Cəlalın, Çiləbörd yenə də indiki Ermənistan deyilən ərazidən gəlmiş Məlik Allahqulunun və Talış Şirvandan, indiki 

Qəbələ rayonunun Nic kəndindən (hazırda həmin kənddə alban-udinlər yaşayırlar) gəlmiş  Məlik Usubun nəsilləri 

tərəfindən yaradılmışdır. Bu məliklərdən yalnız Xaçının yaradıcıları yerli alban nəslinə mənsub idilər, qalanları Qarabağa 

kənardan gəlmişdilər. Kənardan gələnlərin də heç biri erməni deyildi, alban idilər. Onların heç biri erməni deyil, 

müsəlman adları daşıyır, yalnız müsəlman-türk mühiti ilə qaynayıb-qarışır və çoxlu sayda müsəlman-türk adət və 

ənənələrinə riayət edirdilər.  

Nadir  şahın vəfatından sonra məlikliklərin fəaliyyəti xeyli zəiflədi. Lakin bir sıra xarici və daxili qüvvələr 

onlardan yenə  də Qarabağ hakimi Pənah xana, ondan sonra isə  İbrahim xana qarşı istifadə etməyə başladı. Rusiya 

hökumətinin Tiflisdə oturan nümayəndələri məlikləri oraya çağırır, onlara Qarabağ xanlığını zəiflətmək üçün təlimatlar 

və tapşırıqlar verirdilər. Rusiya hökuməti məlikləri guya onların alban-türk deyil, erməni-xristian olmalarına inandırmaq 

üçün bütün vasitələrdən istifadə edirdi. Rusiya məliklərin əli ilə Qarabağın xristianlaşdırılması və burada xristian dövlət 

qurumunun yaradılması  məqsədlərini də güdürdü. Bu ideya məliklər üçün də  cəlbedici idi, ona görə  də rusların 

tapşırıqlarını  həvəslə yerinə yetirirdilər. Onlar bir neçə  dəfə  İbrahim xana qarşı sui-qəsd də  təşkil etdilər, lakin 

məqsədlərinə nail ola bilmədilər. İbrahim xan məliklərin hamısını və onların katolikosunu həbs etdirməyə məcbur oldu. 

Sonradan onların bəziləri həbsxanadan qaçaraq Tiflisə getdilər və Qarabağ xanlığına qarşı açıq düşmənçilik 

mübarizəsinə başladılar. 

Beləliklə, XVIII əsrin  əvvəllərindən etibarən bir tərəfdən Qarabağın dağlıq hissəsindəki qriqorianlaşdırılmış 

albanların öz dinlərinə uyğun güclü himayədar axtarmaq istəkləri, digər tərəfdən isə, Rusiyanın Cənubi Qafqaz 

regionunu ələ keçirmək planları üst-üstə düşürdü. Rusiya Azərbaycan, Türkiyə və İrana qarşı istifadə etmək məqsədilə 

Qarabağın bir hissəsində kiçik də olsa xristian dövləti, forpost yaratmaq niyyətini gizlətmirdi. Özlərinin müstəqil 

qurumlarına malik olmaq perspektivi isə Qarabağ məliklərini şirnikləndirir və onların separatçı meyllərini gücləndirirdi. 

Əslində isə burada hər hansı müstəqil qurumun yaradılması real deyildi. Ona görə  də Rusiya məliklərə yalnız vədlər 

verməklə kifayətlənir və onların separatçı  hərəkətlərindən Qarabağ xanlığının mövqelərinin zəiflədilməsi

müqavimətinin sındırılması  və sonda nəzarətə götürülməsi, zəbt edilməsi üçün istifadə edirdi. Həmin dövrdə erməni 

kilsəsi xeyli fəallaşaraq Avropa və Rusiya saraylarına nümayəndələrini göndərir, ayrı-ayrı dövlət başçılarının diqqətini 

“erməni məsələsi”nə yönəltməyə, Türkiyə  ərazilərində, yaxud Cənubi Qafqazda hər hansı erməni qurumunun 

yaradılması üçün onların dəstəklərini qazanmağa çalışırdı. Rusiya ermənilərin müraciətlərinə daha çox maraq 

göstərərək, “erməni məsələsi”ni özünün Şərq siyasətində əsas alətlərdən birinə çevirdi. Rusiya II Ekaterinanın vaxtında 

Cənubi Qafqazda erməni qurumu yaratmaq üçün ilk dəfə ciddi cəhd göstərdi. Qarabağda qriqorianlaşmış alban 

məliklərinin daha çox fəallıq göstərməsi diqqəti bu əraziyə çəkirdi. II Ekaterina alban məliklərini erməni toplumuna aid 

edir və bu məliklərin  əli ilə    Qarabağda erməni vilayəti yaratmaqla digər yerlərdən erməniləri buraya cəlb etməyə 

çalışırdı.  Qarabağda ermənilərn və qriqorianlaşmış albanların sayı həddindən artıq az olduğuna görə buraya kənardan 

ermənilərin axınını təşkil etmədən hər hansı erməni qurumunun yaradılması mümkün deyildi. II Ekaterinanın sevimlisi 

və Qafqaz siyasətinin ideoloqu Q.A.Potyomkin Rusiyanın Cənubi Qafqazdakı qoşun başçılarına göndərdiyi 6 aprel 

1783-cü il tarixli təlimatda rus hökümətinin antiazərbaycan siyasətini açıq  şəkildə nümayiş etdirirdi: “Şuşalı  İbrahim 

xan mütləq hakimiyyətdən devrilməli, bundan sonra Qarabağ yalnız Rusiyadan asılı olan erməni vilayətinə 

çevrilməlidir. Bu yeni vilayətin təşkili üçün bütün imkanlardan istifadə etməlisiniz. Bununla ermənilər digər yerlərdən 

buraya axışıb gələcəklər”.  İbrahim xanın ağıllı siyasəti nəticəsində Rusiya məkrli niyyətlərinə nail ola bilmədi. II 




 

7

Ekaterina Cənubi Qafqazı  ələ keçirmək, bir sıra niyyətlərini, o cümlədən bəzi vilayətləri erməniləşdirmək istəklərini 



həyata keçirmək üçün sonuncu dəfə 1796-cı ilin yazında cəhd göstərdi. General V.Zubovun başçılığı altında Cənubi 

Qafqaza yeni yürüş  təşkil edildi. Bu yürüş zamanı V.Zubovun yaxın müşavirlərindən biri erməni keşişi  İosif idi. II 

Ekaterinanın qəfil ölməsi ilə yürüş dayandırıldı.  

Rusiya öz işini asanlaşdırmaq məqsədi ilə Qarabağın dağlıq hissəsindəki xristianlaşmış (qriqorianlaşmış) 

albanlara da “erməni məsələsi”nin tərkib hissəsi kimi baxırdı. Qarabağ  məlikləri uzun müddət bu prosesə, onların 

erməni kimi qəbul olunmasına müqavimət göstərirdilər. Təsadüfi deyil ki, Xaçın knyazı  Həsən Cəlal Gəncəsar 

məbədinin üstündə “Mən, Həsən Cəlal bu kilsəni öz Aqvank xalqım üçün tikdim” sözlərini yazdırmışdı, digər bütün 

mənbələrdə, sənədlərdə  də onlar özlərini alban, aqvan kimi təqdim edirdilər. Lakin sonda, xüsusilə  də Rusiya 

hökumətinin İran və Türkiyədən erməniləri kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürməsindən sonra 

bu ideoloji xəttin qarşısında təslim oldular və “erməni” adını öz üzərlərinə götürməyə qismən razılaşdılar. Rusiya 

Azərbaycanda öz mövqelərini möhkəmləndirdikcə Qarabağa daha çox erməni köçürməyə çalışırdı. Azərbaycana qarşı 

işğalçılıq müharibəsində rus ordusunun erməni  əsilli zabitlərindən geniş  şəkildə istifadə olunurdu. Rus ordusunun 

tərkibində  hərbi  əməliyyatlarda iştirak edən erməni zabitləri Qarabağda ermənilərin mövqelərini gücləndirmək üçün 

bütün vasitələrdən istifadə edirdilər.  İran-Rusiya müharibələri (1804-1813, 1826-1828-ci illər) və Türkiyə-Rusiya 

müharibələri (1806-1812, 1828-1829-cu illər) ermənilərin Qarabağa köçürülməsində  həlledici rol oynadılar. Həmin 

müharibələrin gedişində Türkiyə və İranda yaşayan ermənilər öz dövlətlərinə xəyanət edərək, rus qoşunlarının tərəfinə 

keçdilər. Onlar arxa cəbhədə  dəstələr yaradaraq, rus hərbi komandanlığının tapşırıqlarını yerinə yetirir, İran və türk 

ordularına arxadan zərbələr vurur, qiyamlar təşkil edir, müdafiəsiz qalmış dinc əhaliyə divan tuturdular. Bu erməni 

dəstələrini rus ordusu silahlandırırdı. Ermənilərin rəhbərləri bu hərəkətləri ilə Rusiyanın rəğbətini qazanacaqlarına və 

onun köməyi ilə Türkiyə, yaxud İranın  ərazisində özlərinin hər hansı muxtar, ya da müstəqil dövlət qurumlarını 

yaradacaqlarına ümid edirdilər. Lakin onların niyyətləri özünü doğrultmadı. Onlar Türkiyə  və  İranda etdikləri 

xəyanətlərə görə cəzalanacaqlarından ehtiyat edərək  müharibələr qurtardıqdan sonra Rusiya imperiyasının ərazilərinə 

köçmək istəklərini bəyan etdilər. Bu, Rusiyanın da maraqlarına uyğun idi. Rusiya yenicə zəbt etdiyi Cənubi Qafqaza, o 

cümlədən Azərbaycana erməniləri köçürüb yerləşdirməklə özünə ciddi dayaq yaratmaq məqsədini güdürdü. Rusiyanın 

İranla bağladığı 1828-ci il Türkmənçay müqaviləsi və Türkiyə ilə imzaladığı 1829-cu il Ədirnə müqaviləsi  İran və 

Türkiyədən ermənilərin Azərbaycana köçürülməsini hüquqi cəhətdən rəsmiləşdirdi. Ermənilərin kütləvi surətdə 

Azərbaycana, o cümlədən Qarabağa köçürülməsinə başlanıldı. Qarabağın yerli əhalisi ermənilərin,  ən yaxşı yerlərdə 

yerləşdirilməsinə, ümumiyyətlə, erməni köçünə qarşı müqavimət göstərməyə çalışır, lakin ciddi nəticələrə nail ola 

bilmirdilər. Rus qoşunları  hər hansı müqaviməti amansızlıqla yatırırdı. Qarabağın yerli əhalisinin nümayəndələri 

Rusiyanın  İrandakı  səfiri A.S.Qriboyedova dəfələrlə müraciət edərək erməni köçlərinin qarşısının alınmasını  tələb 

edirdilər. Erməni köçlərinə  rəhbərlik edən rus səfiri hər dəfə onları arxayınlaşdırırdı ki, bu köçlər müvəqqətidir və 

ermənilər burada dayanmayıb Rusiyanın içərilərinə köçürüləcəklər. Digər tərəfdən isə, A.S.Qriboyedov erməniləri yaxşı 

tanıdığına görə Rusiya imperatoruna yazırdı ki, “Əlahəzrət, olmaya mərkəzi rus torpaqlarında ermənilərin 

məskunlaşmasına icazə verəsiniz. Onlar elə tayfadırlar ki, bir neçə il yaşadıqdan sonra dünyaya car çəkəcəklər ki, bura 

bizim qədim  əcdadlarımızın torpaqlarıdır”. Rusiya hökuməti ermənilərin xislətini yaxşı bilir, onların bu xislətindən 

Azərbaycan türklərinə və qonşu gürcülərə qarşı uzun müddətli planlarında məharətlə istifadə edirdi.  

Rusiya hökuməti XIX əsrin  əvvəllərində  İran və Türkiyədən ermənilərin Qarabağa ilkin köçlərini təşkil edirdi. 

Bunun nəticəsi olaraq rusların tərtib etdikləri ilk statistik məlumatlara qriqorianlaşmış albanlarla yanaşı artıq ermənilər 




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə