Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

 

40

hüquq-mühafizə orqanları tərəfindən həbs edildi. Cəmiyyətdə Qarabağ partizanları adı ilə tanınan bu gənclərdən biri-



Məmməd Məmmədov ömürlük, digərləri isə uzun müddətə azadlıqdan məhrum edildilər. Erməni işğalı, terrorçuluğu 

və vəhşiliklərinə etiraz olaraq növbəti radikal addım Azərbaycan Ordusunun baş leytenantı Ramil Səfərov tərəfindən 

atıldı. Ramil Səfərov Macarıstanın paytaxtı Budapeşt şəhərində NATO hərbi kurslarında olarkən iki erməni zabitinin 

təxribatlarına dözməyərək, 2004-cü ilin fevralında onlardan birini soyuq silahla qətlə yetirdi. R.Səfərov uşaq 

yaşlarında ermənilərin işğal etdikləri Cəbrayıl rayonundan didərgin salınmış  və müharibənin bütün acılarını 

yaşamışdı. Üstəlik 2 erməni zabitinin onu daim təxribatlara çəkmələri, Azərbaycanın dövlət atributlarını  təhqir 

etmələri, xüsusilə də Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində həmin dəhşətli hadisələri ermənilərin “böyük 

qələbəsi” kimi təqdim etmək, dinc sakinlərə qarşı törədilmiş  vəhşiliklərə  bəraət qazandırmaq və öyünmək cəhdləri 

Azərbaycan zabitinin səbr kasasını doldurmuşdu. Təəssüf ki, R.Səfərovun hərəkətlərinin motivi, hadisənin törənmə 

şəraiti və səbəbləri Budapeşt şəhər məhkəməsi tərəfindən nəzərə alınmadı və o, 2006-cı ilin aprelində ömürlük həbs 

cəzasına məhkum edildi. Macarıstan məhkəməsi Ermənistan hakimiyyəti və erməni lobbisinin təzyiqləri altında 

hüquqi deyil, siyasi qərar qəbul etdi. R.Səfərova qarşı  ədalətsiz məhkəmə hökmü Azərbaycanda ciddi etirazlarla 

qarşılandı, kütləvi etiraz aksiyaları keçirildi. 

Ermənistan hakimiyyəti “xalq diplomatiyası”na yol açmaq üçün 2004-cü ildə NATO strukturlarından istifadə 

etməyə cəhd göstərdi. Həmin ilin sentyabrında Azərbaycanda NATO-nun təşkilatçılığı ilə hərbi təlimlərin keçirilməsi 

nəzərdə tutulurdu. Təlimlərə hazırlıq məqsədilə iyun ayında Bakıda NATO-ya üzv ölkələrin yüksək rütbəli 

zabitlərinin geniş konfransı keçirildi. Konfransda iştirak etmək üçün Ermənistan da öz hərbçilərini göndərmişdi. 

İşğalçı Ermənistan ordusunun tədbirdə  iştirakı  cəmiyyət tərəfindən qəzəblə qarşılandı. Qarabağ Azadlıq Təşkilatı 

konfransın keçirildiyi “Avropa” otelinin qarşısında etiraz aksiyasına başladı. İyunun 22-də bir qrup aksiya iştirakçısı 

polislərin müqavimətini yararaq otelə daxil oldu. Konfrans iştirakçıları öz işlərini dayandırıb Bakını  tərk etməli 

oldular. Aksiya iştirakçılarından 6 nəfər həbs olundu və məhkəmənin hökmü ilə 3 ildən 5 ilədək azadlıqdan məhrum 

edildilər. Lakin bundan sonra da həm QAT-çıların həbsinə, həm də erməni zabitlərinin iştirakı ilə  hərbi təlimlərin 

keçirilməsi planlarına qarşı etiraz aksiyaları davam etdirildi və genişləndi. Bir sıra millət vəkilləri, ictimai, siyasi 

xadimlər, ayrı-ayrı qurumlar həbs olunanların müdafiəsinə qalxdılar. Sentyabr ayında Azərbaycan Respublikasının 

Apellyasiya məhkəməsi QAT-çıların barəsində  çıxarılmış azadlıqdan məhrumetmə hökmlərini  şərti cəzalarla  əvəz 

etdi. NATO rəhbərliyi isə öz tarixində ilk dəfə olaraq təyin olunmuş  hərbi təlimlərini ləğv etmək məcburiyyətində 

qaldı. 

Danışıqların “Praqa prosesi” mərhələsi 

 2004-cü ilin aprelində danışıqların “Praqa prosesi” deyilən mərhələsi başlandı. Bu prosesin fərqli cəhəti 

Azərbaycan  və Ermənistanın xarici işlər nazirlərinin mütəmadi, prezidentlərin isə vaxtaşırı birbaşa görüşlərinin 

keçirilməsi, paket və  mərhələli həll variantlarının uzlaşdırılması  və status məsələsi ilə bağlı mümkün kompromisin 

əldə olunması cəhdlərindən ibarət idi. “Praqa prosesi” nin başlıca qüsuru əsas məsələ kimi işğal faktının deyil, Dağlıq 

Qarabağın statusunun müzakirə olunması idi. Bu prosesin əvvəlində tərəflər həll variantının “paket yaxud mərhələli 

plan” adlandırılmaması ilə bağlı kompromis əldə etdilər: istənilən halda paket şəklində  əldə olunacaq razılaşma 

mərhələlərlə həyata keçirilməlidir.      

 “Praqa prosesi” çərçivəsində 2005-ci ilin sonunadək prezidentlər 4 dəfə (Varşava–aprel, 2004-cü il; Astana–

sentyabr, 2004-cü il; Kazan–avqust, 2005-ci il; Varşava–sentyabr, 2005-ci il), xarici işlər nazirləri isə 11 dəfə 

görüşdülər. Bu görüşləri təşkil edən Minsk qrupu həmsədrləri tərəflərə “keçid statusu” deyilən variantı müzakirə üçün 



 

41

təklif etdilər. Bu variantın mahiyyəti ondan ibarət idi ki, Dağlıq Qarabağdakı qondarma rejimin de-fakto vəziyyətinin 



təsdiqlənməsi əvəzində ətraf rayonların bir hissəsi azad oluna bilərdi. Konkret olaraq müzakirəyə çıxarılan məsələlər 

aşağıdakılardan ibarət idi: 1) “Ermənistan tərəfindən müdafiə edilən Dağlıq Qarabağ qüvvələrinin” bölgə ətrafındakı 

işğal olunmuş  ərazilərin bir hissəsindən çıxarılması; 2) Dağlıq Qarabağı geri qaytarmaq üçün Azərbaycanın güc 

tətbiqindən imtina etməsi; 3) Beynəlxalq sülhyaratma qüvvələrinin münaqişə zonasına yerləşdirilməsi; 4) Köçkünlərin 

öz yerlərinə qayıtması; 5) Ticarət münasibətlərinin bərpa edilməsi və yolların açılması; 6) Dağlıq Qarabağın son 

statusunun orada yaşayan erməni və azərbaycanlıların iştirakı ilə keçiriləcək referendumla müəyyən edilməsi. 

Referendum keçirilənə  qədər Dağlıq Qarabağdakı qondarma rejimin “keçid statusu” ilə mövcudluğunu davam 

etdirməsi və bu statusa beynəlxalq təminatın verilməsi nəzərdə tutulurdu. Azərbaycan bu varianta konkret münasibət 

bildirməyərək,  əks tərəfin mövqe bildirməsini gözlədi. Ermənistan isə Rusiyanın təzyiqləri altında növbəti dəfə 

kifayət qədər sərfəli variantdan imtina etdi. R. Koçaryan saziş layihəsində Dağlıq Qarabağın statusunun müstəqil 

dövlət kimi göstərilməsi tələbini irəli sürdü və bununla da danışıqlar prosesinin yenidən dalana dirənməsinə nail oldu.  

Minsk qrupu həmsədrləri 2006-cı ildə  nəticə  əldə olunacağına böyük ümidlərlə yanaşır, optimist proqnozlar 

verirdilər. Lakin həmin il də uğursuzluqlarla başlandı. Fevral ayında Fransanın paytaxtı Paris yaxınlığındakı Rambuye 

qəsrində prezidentlər arasında keçirilən göruş  nəticəsiz başa çatdı. R. Koçaryan heç bir ciddi səbəb gətirmədən 

danışıqları yarımçıq tərk etdi. Onun bu addımı Rusiyanın diqtəsi ilə atdığı aydın oldu. Rambuyedə də Azərbaycanın 

maraqlarına uyğun olmayan sənəd müzakirə olunurdu. Ekspertlərin fikrinə görə, həmin sənəddə Laçın və  Kəlbəcər 

istisna olmaqla Dağlıq Qarabağ  ətrafındakı digər  ərazilərin boşaldılması, həmin  ərazilərə sülhməramlı qüvvələrin 

yerləşdirilməsi, 15 ildən sonra statusla bağlı referendumun keçirilməsi, bu dövr ərzində isə Dağlıq Qarabağın 

mübahisəli  ərazi olaraq qalması  nəzərdə tutulurdu. Rusiya bir daha münaqişənin dondurulmuş  vəziyyətdə 

saxlanılmasında maraqlı olduğunu nümayiş etdirərək Ermənistanın  təklif olunan varianta razılaşmasına imkan 

vermədi.  

ABŞ yaranmış böhran vəziyyətindən çıxmaq üçün ciddi addımlar atmağa başladı. Bu ölkənin yüksək səviyyəli 

rəsmilərinin bölgəyə dalbadal səfərləri təşkil edildi. İyun ayının ortalarında isə ABŞ administrasiyasına yaxınlığı ilə 

tanınan Metyu Brayza Minsk qrupuna yeni həmsədr təyin edildi. Bu dövrdə ABŞ-ın Qarabağ  məsələsinin həlli ilə 

bağlı mövqeyinə kifayət qədər aydınlıq gətirildi. Rusiya münaqişənin dondurulmuş  şəkildə saxlanılmasından 

bəhrələnməyə çalışdığı halda, ABŞ  məsələnin Ermənistanın maraqlarına uyğun həll edilməsində maraqlı olduğunu 

nümayiş etdirdi. ABŞ administrasiyası bu yolla Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışırdı. Təsadüfi 

deyil ki, yenicə təyin olunmuş Amerikalı həmsədr M.Brayzanın fəal iştirakı ilə hazırlanan bəyanat iyunun 22-də qəbul 

edildi. Həmsədrlər bu sənədlə 2001-ci ildən sonra ilk dəfə birgə  rəsmi açıqlama ilə  çıxış edərək, müzakirəyə  təklif 

etdikləri son variant haqda məlumat verdilər. Bu sənəddə göstərilirdi ki, Azərbaycan və Ermənistan prezidentlərinə 

“nizamasalmanın təməl prinsipləri” təqdim olunmuşdur. Həmin prinsiplər “Laçın və  Kəlbəcərin xüsusi rolu nəzərə 

alınmaqla Dağlıq Qarabağ  ətrafındakı  ərazilərdən erməni qoşunlarının çıxarılmasını; Laçın və  Kəlbəcərin 

boşaldılmasının sonraya saxlanılmasını”, gələcəkdə Dağlıq Qarabağın hüququ statusu ilə bağlı referendumun və 

yaxud səsvermənin  keçirilməsini; münaqişə zonasına sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tuturdu. 

Ermənistan dərhal bu prinsiplər  əsasında danışıqları davam etdirməyə hazır olduğunu bildirdi. Azərbaycan  

hakimiyyəti isə təklif olunan varianta konkret mövqe nümayiş etdirmədi.  

Həmsədrlər 22 iyun bəyanatı ilə öz mövqelərini açıqladıqdan sonra Azərbaycan  hakimiyyətinə  təzyiqləri 

artırdılar. Bu təzyiqlər qarşısında Azərbaycanın güzəştə getmək istədiyi hiss olunurdu. Təsadüfi deyil ki, xarici işlər 




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə