Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   19   20   21   22   23   24   25   26   27

 

53

06 dekabr 1989-cu il. Azərbaycanın Ali Soveti tərəfindən Dağlıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsi yaradılır, 

Komitəyə Azərbaycan partiya təşkilatının rəhbərlərindən V.Polyaniçko sədr təyin edilir. 

31 dekabr 1989-cu il. Araz çayı boyunca 137 km-lik sərhəddə sərhəd qurğuları dağıdılır. 

04 yanvar 1990-cı il. Erməni terrorçusu Q.Sarkisyan Əsgəran-Ağdam körpüsünü partladır. 

12 yanvar 1990-cı il. Ermənistandan 500 nəfərlik silahlı  dəstə vertolyotlarla Azərbaycanın Xanlar rayonunun Quşçu 

kəndinə gələrək, kəndi dağıdır, onlarla dinc sakini öldürürlər. 



15 yanvar 1990-cı il. SSRİ Ali Soveti Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət elan edir.  

18 yanvar 1990-cı il. Ermənistanın silahlı birləşmələri tərəfindən Naxçıvan Muxtar Respublikasının Kərki kəndi  işğal 

edilir.  



20 yanvar 1990-cı il. Sovet qoşunları Bakıya daxil olaraq qırğın törədirlər. Rəsmi məlumatlara görə 131 nəfər  həlak olur

800-dən artıq adam yaralanır. 



18 fevral 1990-cı il. Ermənilər Şuşa-Bakı avtobusunu partladırlar, 13 nəfər yaralanır.  

11 iyul 1990-cı il. Tərtərdən Kəlbəcərə gedən maşın karvanına ermənilər silahlı hücum edirlər. 14 nəfər həlak olur, 35 

nəfər yaralanır.  



10 avqust 1990-cı il. Tiflis-Ağdam avtobusu erməni terrorçuları A.Avanesyan və M.Tatevosyan tərəfindən partladılır. 20  

nəfər ölür, 30 nəfər yaralanır.  



10 avqust 1990-cı il. Ermənistan terrorçuları  tərəfindən  Şəmkir-Gəncə avtomobil yolunda avtobus partladılır. 17 nəfər 

həlak olur, 26 nəfər yaralanır.  



20 avqust 1990-cı il. Ermənistan silahlı qüvvələri Qazax rayonun Bağanis Ayrım kəndini işğal edirlər. 5 nəfər kənd sakini 

öz evlərində diri-diri yandırılır.  



30 noyabr 1990-cı il. Ermənistan terrorçuları tərəfindən Xankəndi yaxınlığında sərnişin avtobusu partladılır. 2 nəfər həlak 

olur, 11 nəfər yaralanır. 



15 dekabr 1990-cı il. S.Babayanın terror qrupu Əsgəranda 3 nəfər azərbaycanlını qətlə yetirir. 

09 yanvar 1991-ci il. Laçın-Şuşa yolunda 5 nəfərlik erməni terror qrupu “Molodyoj Azərbaycana” qəzetinin müxbiri 

Salatın Əsgərovanı və 2 nəfər hərbçini qətlə yetirir. 



14 yanvar 1991-ci il. Azərbaycan Ali Soveti Şaumyan (kənd) rayonunun ləğvi haqqında qərar qəbul edir.  

18 aprel 1991-ci il. Erməni terrorçusu Q.Sarkisyan Xocavənd rayonunda 3 azərbaycanlı milis işçisini öldürür. 

30 may 1991-ci il. Erməni terrorçuları Moskva-Bakı qatarını partladırlar. 11 nəfər ölür, 22 nəfər yaralanır.  

19 iyun 1991-ci il. Erməni terrorçuları Yevlax-Laçın yolunda avtomaşını partladırlar. 11 nəfər həlak olur, 3 nəfər 

yaralanır. 



27 iyun 1991-ci il. “Qarabağ” adlı erməni terror təşkilatı Dağlıq Qarabağın Qaradağlı  kəndinə hücum edir, 6 nəfər 

azərbaycanlı öldürülür.  



31 iyul 1991-ci il. Erməni terrorçuları tərəfindən Moskva-Bakı sərnişin qatarı partladılır, 16 nəfər ölür, 20 nəfər yaralanır.  

02 avqust 1991-ci il. Dağlıq Qarabağın Hadrut rayonunun Dolanlar kəndində ermənilər tərəfindən avtomaşın partladılır, 4 

nəfər həlak olur, 8 nəfər yaralanır.  



08 avqust 1991-ci il. Ermənistan hakimiyyəti tərəfindən orada azərbaycanlıların yaşadıqları sonuncu Nüvədi kəndi 

boşaldılır, əhalisi döyülərək Ermənistandan qovulur.  



21 avqust 1991-ci il. Dağlıq Qarabağın Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında avtobus partladılır, 2 nəfər həlak 

olur, 10 nəfər yaralanır.  




 

54

23 avqust 1991-ci il. Şuşa-Cəmilli yolunda avtobus erməni terrorçuları  tərəfindən atəşə tutulur, 4 nəfər həlak olur, 13 

nəfər yaralanır.  

30 avqust 1991-ci il. Azərbaycan  müstəqilliyinin bərpa olunması haqda Bəyannamə ilə çıxış edir.  

02 sentyabr 1991-ci il. Ermənilər “Dağlıq Qarabağ respublikası” adında qondarma qurumun yarandığını elan edirlər.  

05 sentyabr 1991-ci il. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaradılır, general Valeh Bərşadlı nazir təyin edilir.  

08 sentyabr 1991-ci il. Erməni terrorçuları  tərəfindən Ağdam-Xocavənd avtobusu atəşə tutulur, 5 nəfər həlak olur, 34 

nəfər yaralanır.  



08 sentyabr 1991-ci il. Erməni terrorçuları  tərəfindən Ağdam-Qaradağlı avtobusu atəşə tutulur, 8 nəfər həlak olur, 42 

nəfər yaralanır. 



23 sentyabr 1991-ci il. Şimali Qafqazda Jeleznovodsk şəhərində Azərbaycan, Ermənistan, Rusiya və Qazaxıstan 

prezidentləri görüşürlər, vəziyyəti nizama salmaq məqsədi ilə “müvəqqəti işçi qrupu yaradılır”. 



26 sentyabr 1991-ci il. Erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunda avtomaşın partladılır, 2 nəfər həlak olur, 14 

nəfər yaralanır.  



18 oktyabr 1991-ci il. Azərbaycan “Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı” qəbul edir.  

19 oktyabr 1991-ci il. Dağlıq Qarabağın Ağdərə rayonu Sırxavənd kəndi yaxınlığında ermənilər tərəfindən avtomaşın 

partladılır, 3 nəfər həlak olur, 2 nəfər yaralanır.  



20 noyabr 1991-ci il. Erməni terrorçuları  tərəfindən Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında “Mİ-8” 

vertolyotu vurulur. Vertolyotda olan bütün şəxslər: Azərbaycan Respublikasının Dövlət Katibi T.İsmayılov, Baş nazirin 

müavini Z.Hacıyev, Prezidentin müşaviri M.Əsədov, Baş Prokuror İ.Qayıbov, deputatlar: V.Cəfərov, V.Məmmədov, 

Prezident aparatının şöbə müdiri O.Mirzəyev, Meliorasiya və su təsərrüfatı nazirinin 1-ci müavini Q.Namazəliyev, Dağlıq 

Qarabağın prokuroru, İ.Plavski, Milli Təhlükəsizlik Nazirliyinin şöbə müdiri S.İvanov, Dağlıq Qarabağın milis rəisi, 

general-mayor V.Kovalyov, komendant N.Jinkin, Dövlət katibinin köməkçisi R.Məmmədov, Azərbaycan televiziya və 

radiosunun  əməkdaşları: A.Mustafayev, A.Hüseynzadə, F.Şahbazov, müşahidəçilər: general-mayor M.Lukaşov və 

podpolkovnik V.Koçarov, Qazaxstan Daxili İşlər nazirinin 1-ci müavini S.Serikov və ekipaj bu terror aktı  nəticəsində 

həlak olurlar. 

26 noyabr 1991-ci il. Azərbaycan parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması haqda qanun qəbul edir.  

27 noyabr 1991-ci il. SSRİ Dövlət Şurası DQMV-nin ləğvi ilə bağlı qərarın dəyişdirilməsini Azərbaycan rəhbərliyindən 

tələb edir.  



08 dekabr 1991-ci. Belorusun Brest şəhəri yaxınlığında Belovejsk deyilən yerdə Rusiya, Ukrayna və Belorus 

respublikaları saziş imzalayaraq Müstəqil Dövlətlər Birliyi yaratdıqlarını elan edirlər.  



10 dekabr 1991-ci il. Dağlıq Qarabağ erməniləri referendum keçirir, “müstəqilliyə” səs verirlər. 

23 dekabr 1991-ci il. Ermənilərin “Qarabağ” adlı terror təşkilatı Dağlıq Qarabağın  Əsgəran rayonu Meşəli kəndinə 

hücum edir, 6 nəfər öldürülür, 15 nəfər yaralanır. 



26 dekabr 1991-ci il. Şuşa  şəhər sakini Süleyman Abbasov, onun hamilə  həyat yoldaşı, yaşyarımında olan oğlu, 

qaynanası və onların getdikləri maşının sürücüsü Ağdam-Şuşa yolunda erməni terrorçuları tərəfindən qətlə yetirilirlər. 



27 dekabr 1991-ci il. Ermənilər ağır texnikanın müşayəti ilə Xankəndi yaxınlığındakı  Kərkicahan qəsəbəsinə hücum 

edirlər. Mehman Hüseynovun başçılığı altında kəndin 22 nəfərdən ibarət müdafiə  dəstəsi qeyri-bərabər döyüşə girirlər. 

Səkkiz saat davam edən döyüşdə 70-dən çox erməni qulduru məhv edilir. 



Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə