___________________________________________________
44
188.
Berezovski Boris Abramoviç (d.1946) - texnika
elmləri doktoru, Rusiya EA-nın müxbir üzvü. Rusiyanın ən
böyük oliqarxlarından biri. Hazırda mühacirətdə-İngiltərədə
yaşayır. C.17- 98-99, 104, 105; C.18- 76; C.19- 240-248.
189.
Beriya Lavrenti Pavloviç (1899-1953) - 1938-1953-
cü illərdə SSRİ Xalq Dövlət Təhlükəsizliyi Komitəsinin sədri və
SSRİ Xalq Nazirlər Soveti sədrinin müavini olmuşdur. Stalinin
“etibarlı cəlladı” adını almış Beriya öz fəaliyyəti ilə həmin dövrdə
bütün Cənubi Qafqazda olduğu kimi Azərbaycanda da “əks-
inqilabçı”, “xalq düşməni” damğası ilə partiya, sovet, təsərrüfat
kadrlarının, məşhur mədəniyyət və elm xadimlərinin məhvinə
rəvac vermişdir. C.10- 337.
190.
Berlin divarı - Almaniyada faşizm darmadağın
(1945) edildikdən sonra Berlin 4 işğal zonasına (SSRİ, ABŞ,
Böyük Britaniya və Fransa) bölündü. Qərb dövlətləri Berlində
Parlament seçkiləri keçirdilər. Berlinin şərq hissəsində isə
ADR elan edildi və Şərqi Berlin ADR-nin paytaxtı elan edildi.
1961-ci ildə ADR əhalisinin kütləvi surətdə Qərbə getməsinin
qarşısını almaq üçün Berlin divarı tikildi (1990-cı ildə isə
söküldü), 1990-cı il 3 oktyabrda ADR ilə AFR birləşdikdən
sonra Berlin birləşmiş Almaniyanın federal paytaxtı elan edildi.
C.22- 109, 110, 382.
191.
Beynəlxalq Atatürk Sülh mükafatı - Türkiyə Cüm-
huriyyətinin banisi Mustafa Kamal Atatürkün “Yurdda sülh,
cahanda sülh” prinsiplərinə uyğun olaraq regionda, beynəlxalq
aləmdə və ölkələrarası münasibətlərdə sülh, dostluq, anlaşma
və xoş məramlı əməkdaşlıq yaradılmasına xidmət edən gör-
kəmli şəxsiyyətlərə verilir. Mükafat 1986-cı ildə təsis edilmiş-
dir. Sülh mükafatı Atatürkün qızıl suyuna salınmış gümüş
barelyefi, qızıl döş nişanı, diplom və miqdarı hər il müəyyən
edilən maddi mükafatdan ibarətdir. C.20- 10, 11, 13, 225, 231,
241, 256, 257; C.22- 320, 418-434, 455, 457, 458; C.23- 5-10,
12, 16, 17, 51, 64, 65, 130, 259, 261, 264, 408, 409; C.25- 24,
25, 53, 54; C.26- 209, 212, 217, 369.
___________________________________________________
45
192.
Beynəlxalq Qızıl Xaç Cəmiyyəti - Qızıl Xaç Liqa-
sını, Beynəlxalq qızıl Xaç Cəmiyyətini də Qızıl Xaç Liqasının
ictimai təşkilatlarını birləşdirən beynəlxalq ictimai təşkilat.
1863-cü ildə əsası qoyulan bu təşkilat İsveçrə vətəndaşlarının
hərbi münaqişələrdə zərər çəkənlərə yardım etməkdir. C.23-
358; C.28- 65.
193.
Beynəlxalq Valyuta Fondu - BMT-nin hökumətlər-
arası ixtisaslaşdırılmış idarəsi, beynəlxalq valyuta təşkilatı. 1945-
cü ildə yaradılmış, 1947-ci ildən fəaliyyətə başlamışdır. İdarə
heyəti Vaşinqtondadır. Dünyanın 130-a yaxın ölkəsi fondun üzvü-
dür. Nizamnaməsinə görə məqsədi beynəlxalq valyuta əməkdaşlı-
ğına yardım etmək, ölkələr arasında valyuta-hesablaşma münasi-
bətlərini nizama salmaq, fonda daxil olan ölkələrin ödəmə balans-
larını tarazlaşdırmaq və valyuta məzənnəsini tənzimləməkdən
ibarətdir. 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Val-
yuta Fonduna qəbul olunmuşdur C.10- 25, 386; C.11- 8, 81; C.
12- 53, 66, 94, 379; C.14- 9, 96, 301, 360; С.16- 289, 393, 394,
397, 443; C.18- 65, 317-324, 421, 481; C.19- 114, 287, 288;
C.20- 128, 133, 134; C.23- 87, 327; C.24- 15, 20, 57, 152,
384-389; C.25- 7, 96, 120, 145, 148, 200, 385; C.26- 94, 402;
C.27- 62-64, 79, 361.
194.
Beyrut - Livan Respublikasının paytaxtı. Eramız-
dan əvvəl XVIII əsrdən Berut, Berit adı ilə məlumdur. VII əsr-
də Xulafətə daxil edilmiş. XIV-XV əsrlərdə Misir məmlükləri-
nin, 1516-1918-ci illərdə Osmanlı imperiyasının tərkibində,
1920-1943-cü illərdə Fransa mandatında, 1943-cü ildən Livan
Respublikasının paytaxtıdır. C.14- 232.
195.
Bəhmənyar Əbülhəsən ibn Mərzban (?-1066) -
Azərbaycan filosofu, İbn Sinanın şagirdi və davamçısı. Bəh-
mənyara görə hər şeyin əsasını ən ümumi mənada varlıq təşkil
edir. Orta əsrlərdə Müsəlman Şərqində fəlsəfi fikrin inkişafında
böyük rolu olmuşdur. C.14- 5; C.17- 342.
196.
Bəxtiyar Vahabzadə, Bəxtiyar Mahmud oğ1u
Vahabzadə (1925-02.13.2009) - Azərbaycanın Xalq şairi,
dramaturq, ədəbiyyatşünas. Azərbaycan Dövlət mükafatı laure-
___________________________________________________
46
atı, 1991-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin
deputatı, Azərbaycan Milli EA-nın akademiki olmuşdur. Azər-
baycan Respublikasının “İstiqlal” ordeni ilə təltif olunmuşdur.
C.10- 342; C.13- 24, 60, 70, 104, 120, 121, 125, 128, 167-175;
C.14- 86, 87; C.18- 380; C.19- 81, 82, 83, 128; C.22- 202, 333;
C.23- 63-108; C.24- 223; C.25- 413; C.26- 18, 299-336; C.27-
91-97.
197.
Bəkir Nəbiyev, Bəkir Əhməd oğlu Nəbiyev (d.
1930) - ədəbiyyatşünas, fılologiya elmləri doktoru, professor,
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi
üzvü. Azərbaycan Dövlət mükafatı laureatı. Azərbaycan Res-
publikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur. C.15- 99;
C.19- 325.
198.
Bəktaşi Tofiq Heydər oğlu (1912-1995) - riyaziy-
yatçı. Fizika-riyaziyyat elmləri doktoru, professor. Diferensial
tənliklər sisteminə, zərbə nəzəriyyəsinə, nəzəri mexanikaya
dair tədqiqatların, elmi-metodik və tədris metodikası məsələ-
lərinə dair əsərlərin müəllifıdir. C.22- 200.
199.
Bərşadlı Valeh, Valeh Əyyub oğlu Bərşadlı (1927-
2003) - tank qoşunları general-leytenantı. SSRİ Silahlı Qüvvə-
lərində komandirlik fəaliyyəti göstərmişdir. 1991-ci ildə Azər-
baycan Respublikasının Müdafiə naziri, 1992-ci ildə isə Müda-
fiə Nazirliyi Baş Qərargahının rəisi vəzifələrində calışmışdır.
Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. С.16- 90.
200.
Bəşir Səfər oğlu (1925-1969) - aktyor. Azərbaycan
Respublikasının Xalq artisti. 1942-ci ildən Azərbaycan Dövlət
Musiqili Komediya Teatrında işləmişdir. B.Səfəroğlu yaratdığı
obrazlarda nadanlığı, geriliyi, riyakarlığı qamçılamış, səhnə
realizminə sadiq olmuşdur. Onun ifasına incə yumor, mənalı
gülüş, zəngin mimika və s. cəhətlər xas idi. C.17- 190.
201.
Bibiheybət ziyarətgahı - Bakının Şıx kəndində tür-
bə. Rəvayətə görə, türbədə şiələrin yeddinci imamı Museyi Kazı-
mın qızı Hökumə və onun Heybət adlı nökəri dəfn olunmuşdur.
“Bibiheybət” adının da buradan yarandığı güman edilir. Başqa
rəvayətə görə, səkkizinci imam Rzanın qızı və bacısı Bakı
Dostları ilə paylaş: |