Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə15/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   11   12   13   14   15   16   17   18   ...   157

___________________________________________________ 

 

44



188.

 

Berezovski  Boris Abramoviç (d.1946) - texnika 

elmləri doktoru, Rusiya EA-nın müxbir üzvü. Rusiyanın  ən 

böyük oliqarxlarından biri. Hazırda mühacirətdə-İngiltərədə 

yaşayır. C.17- 98-99, 104, 105; C.18- 76; C.19- 240-248. 



189.

 

Beriya Lavrenti Pavloviç (1899-1953) - 1938-1953-

cü illərdə SSRİ Xalq Dövlət Təhlükəsizliyi Komitəsinin sədri və 

SSRİ Xalq Nazirlər Soveti sədrinin müavini olmuşdur. Stalinin 

“etibarlı cəlladı” adını almış Beriya öz fəaliyyəti ilə həmin dövrdə 

bütün Cənubi Qafqazda olduğu kimi Azərbaycanda da “əks-

inqilabçı”, “xalq düşməni” damğası ilə partiya, sovet, təsərrüfat 

kadrlarının, məşhur mədəniyyət və elm xadimlərinin məhvinə 

rəvac vermişdir. C.10- 337. 



190.

 

Berlin divarı  - Almaniyada faşizm darmadağın 

(1945) edildikdən sonra Berlin 4 işğal zonasına (SSRİ, ABŞ, 

Böyük Britaniya və Fransa) bölündü. Qərb dövlətləri Berlində 

Parlament seçkiləri keçirdilər. Berlinin şərq hissəsində isə 

ADR elan edildi və Şərqi Berlin ADR-nin paytaxtı elan edildi. 

1961-ci ildə ADR əhalisinin kütləvi surətdə Qərbə getməsinin 

qarşısını almaq üçün Berlin divarı tikildi (1990-cı ildə isə 

söküldü), 1990-cı il 3 oktyabrda ADR ilə AFR birləşdikdən 

sonra Berlin birləşmiş Almaniyanın federal paytaxtı elan edildi. 

C.22- 109, 110, 382. 

191.

 

Beynəlxalq Atatürk Sülh mükafatı - Türkiyə Cüm-

huriyyətinin banisi Mustafa Kamal Atatürkün “Yurdda sülh, 

cahanda sülh” prinsiplərinə uyğun olaraq regionda, beynəlxalq 

aləmdə  və ölkələrarası münasibətlərdə sülh, dostluq, anlaşma 

və xoş  məramlı  əməkdaşlıq yaradılmasına xidmət edən gör-

kəmli şəxsiyyətlərə verilir. Mükafat 1986-cı ildə təsis edilmiş-

dir. Sülh mükafatı Atatürkün qızıl suyuna salınmış gümüş 

barelyefi, qızıl döş nişanı, diplom və miqdarı  hər il müəyyən 

edilən maddi mükafatdan ibarətdir. C.20- 10, 11, 13, 225, 231, 

241, 256, 257; C.22- 320, 418-434, 455, 457, 458; C.23- 5-10, 

12, 16, 17, 51, 64, 65, 130, 259, 261, 264, 408, 409; C.25-  24, 

25, 53, 54; C.26- 209, 212, 217, 369. 




___________________________________________________ 

 

45



192.

 

Beynəlxalq Qızıl Xaç Cəmiyyəti - Qızıl Xaç Liqa-

sını, Beynəlxalq qızıl  Xaç Cəmiyyətini də Qızıl Xaç Liqasının 

ictimai təşkilatlarını birləşdirən beynəlxalq ictimai təşkilat. 

1863-cü ildə  əsası qoyulan bu təşkilat  İsveçrə  vətəndaşlarının 

hərbi münaqişələrdə  zərər çəkənlərə yardım etməkdir.  C.23

358; C.28- 65. 



193.

 

Beynəlxalq Valyuta Fondu - BMT-nin hökumətlər-

arası ixtisaslaşdırılmış idarəsi, beynəlxalq valyuta təşkilatı. 1945-

cü ildə yaradılmış, 1947-ci ildən fəaliyyətə başlamışdır.  İdarə 

heyəti Vaşinqtondadır. Dünyanın 130-a yaxın ölkəsi fondun üzvü-

dür. Nizamnaməsinə görə məqsədi beynəlxalq valyuta əməkdaşlı-

ğına yardım etmək, ölkələr arasında valyuta-hesablaşma münasi-

bətlərini nizama salmaq, fonda daxil olan ölkələrin ödəmə balans-

larını tarazlaşdırmaq və valyuta məzənnəsini tənzimləməkdən 

ibarətdir. 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Val-

yuta Fonduna qəbul olunmuşdur  C.10- 25, 386; C.11- 8, 81; C. 



12- 53, 66, 94, 379; C.14- 9, 96, 301, 360; С.16- 289, 393, 394, 

397, 443; C.18- 65, 317-324, 421, 481; C.19- 114, 287, 288; 



C.20- 128, 133, 134; C.23- 87, 327; C.24- 15, 20, 57, 152, 

384-389; C.25- 7, 96, 120, 145, 148, 200, 385; C.26- 94, 402; 



C.27- 62-64, 79, 361. 

194.

 

Beyrut  - Livan Respublikasının paytaxtı. Eramız-

dan əvvəl XVIII əsrdən Berut, Berit adı ilə məlumdur. VII əsr-

də Xulafətə daxil edilmiş. XIV-XV əsrlərdə Misir məmlükləri-

nin, 1516-1918-ci illərdə Osmanlı imperiyasının tərkibində, 

1920-1943-cü illərdə Fransa mandatında, 1943-cü ildən Livan 

Respublikasının paytaxtıdır. C.14- 232. 



195.

 

Bəhmənyar  Əbülhəsən ibn Mərzban  (?-1066) - 

Azərbaycan filosofu, İbn Sinanın  şagirdi və davamçısı. Bəh-

mənyara görə hər şeyin əsasını ən ümumi mənada varlıq təşkil 

edir. Orta əsrlərdə Müsəlman Şərqində fəlsəfi fikrin inkişafında 

böyük rolu olmuşdur. C.14- 5; C.17- 342. 

196.

 

Bəxtiyar Vahabzadə,  Bəxtiyar Mahmud oğ1u 

Vahabzadə (1925-02.13.2009) - Azərbaycanın Xalq şairi, 

dramaturq, ədəbiyyatşünas. Azərbaycan Dövlət mükafatı laure-



___________________________________________________ 

 

46



atı, 1991-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin 

deputatı, Azərbaycan Milli EA-nın akademiki olmuşdur. Azər-

baycan Respublikasının “İstiqlal” ordeni ilə təltif olunmuşdur. 

C.10- 342; C.13- 24, 60, 70, 104, 120, 121, 125, 128, 167-175; 

C.14- 86, 87; C.18- 380; C.19- 81, 82, 83, 128; C.22- 202, 333; 

C.23- 63-108; C.24- 223; C.25- 413; C.26- 18, 299-336; C.27

91-97. 


197.

 

Bəkir Nəbiyev,  Bəkir  Əhməd oğlu  Nəbiyev (d. 

1930) - ədəbiyyatşünas, fılologiya elmləri doktoru, professor, 

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi 

üzvü. Azərbaycan Dövlət mükafatı laureatı. Azərbaycan Res-

publikasının “Şöhrət” ordeni ilə  təltif olunmuşdur.  C.15- 99; 

C.19- 325. 

198.

 

Bəktaşi Tofiq Heydər  oğlu  (1912-1995) - riyaziy-

yatçı. Fizika-riyaziyyat elmləri doktoru, professor. Diferensial 

tənliklər sisteminə, zərbə  nəzəriyyəsinə, nəzəri mexanikaya 

dair tədqiqatların, elmi-metodik və  tədris metodikası  məsələ-

lərinə dair əsərlərin müəllifıdir. C.22- 200. 

199.

 

Bərşadlı Valeh, Valeh Əyyub oğlu Bərşadlı (1927-

2003) - tank qoşunları general-leytenantı. SSRİ Silahlı Qüvvə-

lərində komandirlik fəaliyyəti göstərmişdir. 1991-ci ildə Azər-

baycan Respublikasının Müdafiə naziri, 1992-ci ildə isə Müda-

fiə Nazirliyi Baş  Qərargahının rəisi vəzifələrində calışmışdır. 

Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. С.16- 90. 



200.

 

Bəşir Səfər oğlu (1925-1969) - aktyor. Azərbaycan 

Respublikasının Xalq artisti. 1942-ci ildən Azərbaycan Dövlət 

Musiqili Komediya Teatrında işləmişdir. B.Səfəroğlu yaratdığı 

obrazlarda nadanlığı, geriliyi, riyakarlığı qamçılamış, səhnə 

realizminə sadiq olmuşdur. Onun ifasına incə yumor, mənalı 

gülüş, zəngin mimika və s. cəhətlər xas idi. C.17- 190. 



201.

 

Bibiheybət ziyarətgahı - Bakının Şıx kəndində tür-

bə. Rəvayətə görə, türbədə şiələrin yeddinci imamı Museyi Kazı-

mın qızı Hökumə və onun Heybət adlı nökəri dəfn olunmuşdur. 

“Bibiheybət” adının da buradan yarandığı güman edilir. Başqa 

rəvayətə görə, səkkizinci imam Rzanın qızı  və bacısı Bakı 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə