Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə11/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   7   8   9   10   11   12   13   14   ...   157

___________________________________________________ 

 

32



138.

 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı  - 

keçmiş Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Kome-

diya Teatrı-respublikanın  ən böyük müsiqili teatrlarından biri. 

1938-ci ilə  qədər müsiqili komediyalar Azərbaycan Opera və 

Balet Teatrında oynanılırdı. 1938-ci ildə müstəqil musiqili 

komediya teatrı yaradıldı. C.18- 17-22, 325-332. 



139.

 

Azərbaycan Dövlət Muzeyi - Burada R.Mustafayev 

adına Azərbaycan Dövlət  İncəsənət Muzeyi nəzərdə tutulur. 

1936-cı ildə Azərbaycan Dövlət Muzeyinin incəsənət şöbəsi əsa-

sında yaradılmış  və 1937-ci ildə açılmışdır. Muzeyin fondunda 

on minə  qədər incəsənət  əsəri qorunub saxlanılır. Ekspozisiya-

sında Azərbaycan, rus sənətkarlarının, Qərbi Avropa və  Şərq 

ölkələrinin boyakarlıq, qrafika, heykəltəraşlıq və s. əsərləri nü-

mayiş etdirilir. C.10- 126. 



140.

 

Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və 

Layihə  İnstitutu (AzNSETLİ) - Azərbaycan Respublikası Neft 

Sənayesi Nazirliyinin “Azərneft” istehsalat birliyi nəzdində 

elmi-tədqiqat institutu. 1929-cu ildə Bakıda yaradılmışdır. 

İnstitut ilk əvvəllər Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutu 

adlandırılmış, neftçıxarma və neftayırma üzrə tədqiqatlar apar-

mışdır. 1945-ci ildə iki müstəqil instituta (neftçıxarma və neft-

ayırma üzrə) ayrılmışdır. 1970-ci ildən AzNSETLİ adlanır. 

İnstitutun  əsas tədqiqat problemləri: neft yataqlarının geologi-

yası və işlənilməsi, qazımanın texnika və texnologiyası, quruda 

və dənizdə neft və qaz çıxarılması. İnstitutun elmi tədqiqatları-

nın nəticələrindən ölkənin neft sənayesində geniş istifadə edilir. 



C.19- 215-216. 

141.

 

Azərbaycan Dövlət Opera və Balet Teatrı - Respub-

likanın ən böyük musiqili teatrı. Azərbaycan XKS-nin 1920-ci il 1 

iyul tarixli qərarı ilə Birləşmiş Dövlət Teatrı yaradılmışdı. 1924-cü il-

də opera truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrı-

na çevrilmişdir. 1928-ci ildə teatra M.F.Axundovun adı verilmişdir. 

1959-cu ildən Akademik Opera və Balet Teatrı adlanır. C.10- 35; 



C.13- 293, 303; C.14- 310; C.15- 318, 342, 343; C.18- 220-

226; C.23- 343; C.25- 325, 327; C.26- 437-440. 




___________________________________________________ 

 

33



142.

 

Azərbaycan Dövlət Tibb Universiteti -  respublikada 

tibb mütəxəssisləri hazırlayan ali təhsil ocağı. 1919-cu ildə Bakı 

universitetinin nəzdində tibb fakültəsi, 1920-ci ildə isə  həmin 

fakültənin əsasında müstəqil Tibb İnstitutu yaradılmışdır. Univer-

sitetin 8 fakültəsi var. Universitetdə 6700 tələbə təhsil alır. C.15

38; C.17- 361, 370-379; C.19- 298, 324; C.25- 49; C.26- 354, 

355; C.28- 171-172, 196-209. 

143.

 

Azərbaycan Dövlət Universiteti, bax: Bakı Dövlət 

Universiteti. 



144.

 

Azərbaycan Milli Elmlər Akademiyası - respublika-

nın ali dövlət elmi təşkilatı. 1945-ci ildə Bakıda təsis edilmişdir. 

2001-ci ilin may ayından Azərbaycan Milli Elmlər Akademiyası 

adlanır. Aşağıdakı bölmələri vardır: fizika-riyaziyyat və texnika 

elmləri; kimya elmləri; Yer elmləri; biologiya elmləri; humanitar 

və ictimai elmlər. C.10- 204; C.15- 366; C.17- 326, 327, 372; 



C.18- 361, 382; C.24- 119; C.25- 35; C.26- 315. 

145.

 

Azərbaycan  Ədəbiyyatı Muzeyi - Azərbaycan Res-

publikası MEA Nizami adına Azərbaycan Dövlət  Ədəbiyyatı 

Muzeyi-1945-ci ildə Nizaminin həyat və yaradıcılığını  əks et-

dirən muzey kimi Bakıda yaradılmışdır. Muzeydə  ən qədim 

zamanlardan müasir dövrədək Azərbaycan  əbədiyyatının inki-

şaf yolu əks etdirilir. Muzeyin ekspozisiyasında 4 mindən çox 

əlyazması, nadir kitab, yazıçıların xatirə əşyaları, portret, heykəl, 

illüstrasiya, miniatür, bədii işləmə və s. eksponatlar nümayiş et-

dirilir. Nizaminin “İsgəndərnamə” poemasının 1413-cü ildə, 

Füzulinin “Bəngü-Badə” əsərinin 1569-cu ildə köçürülmüş əlyaz-

ma nüsxələri ən qiymətli eksponatlardır. Muzeyin qədim və orta 

əsrlər Azərbaycan ədəbiyyatı, 19-20-ci illər Azərbaycan ədəbiy-

yatı ekspozisiyaları  və elmi fondlar, bədii tərtibat, elmi-kütləvi 

şöbələri var. Elmi fondlar şöbəsində 70 minə yaxın qiymətli əş-

ya qorunub saxlanılır. C.19- 278. 

146.

 

Azərbaycan Xalq Cəbhəsi (AXC) - ictimai-siyasi 

təşkilat. 1989-cu ildə  təsis konfransı keçirilmiş, Proqram və 

Nizamnaməsi qəbul olunmuşdur.  İyun 1992- iyun 1993-cü il-

lərdə hakimiyyətdə olmuşdur. 1995-ci il iyulun 25-də keçirilmiş 




___________________________________________________ 

 

34



qurultayın qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası adlan-

dırılmışdır. C.10- 115, 139, 166, 213, 320, 349, 350; C.12- 88, 

90, 93; C.13- 39, 40, 41, 42, 43, 44, 266, 268, 269, 279, 280, 

283, 284; C.14- 88, 134, 135, 153, 207; C.15- 157,266; C.17

26, 47, 67-70, 83, 447; C.18- 238; C.21- 6; C.22- 209, 210, 

211, 214, 274, 275, 276, 277, 278, 279, 280, 281, 282, 283; 



C.23- 84, 88, 89, 90, 136, 175, 187, 236; C.24- 24, 47, 48, 49, 

50; C.25- 196, 353; C.27- 214, 371; C.28- 272. 



147.

 

Azərbaycan Xalq Cümhuriyyəti - Müsəlman Şər-

qində ilk dəfə dünyəvi, demokratik respublikanın əsasını qoy-

muş müstəqil Azərbaycan dövləti. Cəmi 23 ay (1918-ci il 

mayın 28-də yaradılmış,1920-ci il aprelin 28-də bolşeviklərin 

və daşnakların səyi ilə devrilmişdir) yaşamışdır. Paytaxtı əvvəl-

cə Gəncə (1918, 16 iyun-17 sentyabr), sonra Bakı şəhəri (1918, 

17 sentyabr-1920, 28 aprel) idi. Azərbaycan hökuməti yeni 

suveren milli dövlətin müxtəlif problemlərinin həlli yollarında 

böyük əzmlə çalışırdı. Nazirlər Şurasının 27 iyun 1918-ci il ta-

rixli fərmanı ilə respublikada dövlət dili türk dili elan edildi. 

İctimai həyatın digər sahələrinin milliləşdirilməsi sahəsində 

xeyli iş görüldü. Azərbaycan respublikasının parlamenti 1919-

cu il avqustun 11-də Azərbaycan vətəndaşlığı haqqında qanun 

qəbul etdi. Xalq maarifi sahəsində  qısa müddətdə böyük 

tədbirlər həyata keçirildi. Qori Müəllimlər Seminariyasının 

Azərbaycan şöbəsi Qazaxa köçürüldü, Bakı Dövlət Universiteti 

təsis edildi, xarici ölkələrdə kadr hazırlığı  məqsədi ilə 1919-

1920-ci tədris ilində 100 nəfər gənc Avropanın müxtəlif təhsil 

müəssisələrinə göndərildi. Məktəblərin xeyli hissəsi milliləşdi-

rildi, kitabxanalar açıldı, savadsızlıgın ləğvi üçün kəndlərdə 

kurslar yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət 

rəmzləri (üçrəngli bayraq, gerb, himn) milli Azərbaycan rəmz-

ləri kimi tanındı. Azərbaycan Dövlət Bankı yaradıldı, 1918-ci 

ilin martında dağıdılmış neft sənayesi və Bakı-Batum neft 

kəməri bərpa edildi. C.10- 5-8, 331, 332; C.12- 43, 178; C.14- 6, 

76;  C.15- 108, 174, 175, 258, 259, 371, 372, 378-383, 386, 

389-413, 417, 421; С.16- 81, 84, 85, 167, 170, 236, 401; C.17



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə