Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə13/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   ...   9   10   11   12   13   14   15   16   ...   157

___________________________________________________ 

 

38



publikasının ilk konstitusiyası  qəbul edilmişdir.Bu konstitusiya 

əsasında 1995-ci ilin noyabrında Azərbaycanın ilk parlamentinə 

seçkilər keçirilmişdir. C.10- 16, 98, 158. 

159.

 

Azərneftyağ İstehsalat Birliyi - yanacaq və yağlar 

istehsal edən neft emalı birliyi, 1994-cü ildə yaradılmışdır. 

Birlik 20-dən çox neft məhsulları, o cümlədən, standart və tex-

niki müqavilə şərtlərinə uyğun gələn dizel yanacağı, aviakero-

sin, odluq mazut, həmçinin müxtəlif markalı sürtgü yağları, bi-

tum və s. hasil edir. C.28- 5-18. 



160.

 

Azərsun holdinq - ticarət mərkəzı. 1997-ci ildə 

təsis olunub. “Azərsun holdinq”in istehsal etdiyi məhsullar 

MDB ölkələrinə və Avropaya ixrac edilir. C.18- 473. 

161.

 

Babək, Babək  əl-Xürrəmi (təqr.795/798-838) - 

Xürrəmilər hərəkatının rəhbəri, görkəmli Azərbaycan sərkərdə-

si və siyasi xadimi. Babək Azərbaycan xalqının ərəb istilaçıla-

rına və Xilafətə qarşı azadlıq müharibəsinə başçılıq etmiş-

dir.Babəkin rəhbərliyi ilə xürrəmilər 20 ildən çox yadellilərə 

qarşı mübarizə aparmışlar. Babək hərəkatı Abbasilər xilafəti 

üçün ciddi təhlükəyə çevrilmişdi. Buna görə də Babək hərəka-

tının getdikcə güclənməsindən qorxuya düşən xəlifə Mütəsim 

Bizans dövləti ilə sülh bağladı  və Xilafətin bütün hərbi qüv-

vələrini xürrəmilərə qarşı göndərdi. 838-ci ildə xəyanət nəticə-

sində Babəki ələ keçirdilər və işgəncə ilə öldürdülər. C.14- 5; 

С.16- 82. 

162.

 

Bağdad - İraqın paytaxtı. Bağdadın əsası 762-ci il-

də qoyulmuşdur. Abbasilər dövlətinin mərkəzi olmuşdur. IX-X 

əsrlərdə Yaxın  Şərqin  ən böyük iqtisadi və  mədəni mərkəzi 

olmuşdur. 1921-1958-ci illərdə  İraq krallığının, 1958-ci ildən 

isə İraq Respublikasının paytaxtıdır. C.18- 374. 

163.

 

Bakatin Vadim Viktoroviç (d.1937) - 1989-1990-

cı illərdə SSRİ Daxili İşlər naziri, 1991-1992-ci illərdə SSRİ 

DTK-nin sədri və Rusiya Federasiyası Təhlükəsizlik İdarəsinin 

direktoru işləmişdir. Bakatin 1990-cı ilin yanvarında Bakıda 

baş verən Qanlı Yanvar faciəsinin təşkilatçılarından biridir. 

C.17- 46; C.19- 66; C.28- 224. 



___________________________________________________ 

 

39



164.

 

Bakı Dövlət Universiteti (BDU) - Azərbaycanda 

elmi-pedaqoji kadrlar hazırlayan ən böyük ali təhsil ocağı, elmi-

tədqiqat müəssisəsi. 1919-cu ildə yaradılmışdır. İlk vaxtlar tibb və 

tarix-filologiya fakültələri fəaliyyət göstərmişdir. Hazırda BDU-

nun 17 fakültəsi, onlarla kafedrası, elmi-tədqiqat laboratoriyası və 

s. var. Universitetdə 43 ixtisas üzrə 13 minə yaxın tələbə  təhsil 

alır.  C.10- 10; C.13- 232-238, 239; C.15- 38, 320-323; C.17-

213, 214, 217, 218, 342, 347, 348, 361, 370; C.18- 361, 384; 



C.19- 194, 292; C.21- 216, 245; C.22- 184; C.24- 75, 119; 

C.25- 35-56; C.26- 213, 214, 226, 353, 432; C.27- 402, 403; 

C.28- 197, 250, 356. 

165.

 

Bakı Musiqi Akademiyası  - Ü.Hacıbəyli adına 

Bakı Musiqi Akademiyası 1921-ci ildə yaradılıb. Bakı Musiqi 

Akademiyası Azərbaycanda ilk musiqi tədris müəssisəsidir. 4 

fakültəsi var. Təhsil iki pilləlidir-bakalavr və magistratura. 

Bakı Musiqi Akademiyasının tərkibində Opera studiyası  və 

musiqi məktəb studiyası  fəaliyyət göstərir.  C.14- 310; С.16

41, 56; C.19- 198. 

166.

 

Bakı-Novorossiysk neft kəməri  - 1994-cü ilin 

sentyabrında Azərbaycan Respublikası hökumətinin xarici neft 

şirkətləri ilə imzaladığı  “Əsrin müqaviləsi”nin həyata keçiril-

məsinin mühüm bir hissəsi Bakı-Novorossiysk neft kəməridir. 

Bu kəmər 1997-ci ilin noyabrında istifadəyə verilmişdir. C.20

17, 21, 69, 94, 104, 137, 148, 243, 277, 283, 461; C.22- 26, 27, 

426;  C.23- 30, 165, 222, 307, 315, 316, 419, 420; C.24-331; 

C.25- 92, 118, 125, 126, 145; C.26- 121; C.27- 376; C.28- 32, 

61, 94, 156. 



167.

 

Bakı-Supsa neft kəməri - 1994-cü ilin sentyabrında 

Azərbaycan hökumətinin xarici neft şirkətləri ilə imzaladı-

ğı“Əsrin müqaviləsi”nin həyata keçirilməsinin mühüm bir vəsi-

ləsi Bakı-Supsa neft kəməridir.Kəmərin uzunluğu 830 km, 

gündəlik maksimum ötürmə gücü 115 min barreldir. Supsada 

hər birinin tutumu 250 min barrel olan dörd terminal tikilmiş-

dir. 



___________________________________________________ 

 

40



Aprelin 17-də Supsada ilkin Xəzər neftinin Qərb istiqa-

mətində nəqli üçün Bakı-Supsa ixrac boru kəmərinin və Supsa 

yerüstü terminalının təntənəli rəsmi açılış  mərasimi olmuşdur. 

C.19- 181-182, 188, 388, 396, 397, 418, 420, 423, 424, 425, 

426, 427, 445, 446, 452; C.20- 15-22, 57, 69, 77, 81, 91, 94, 

109, 137, 144, 148, 243, 260, 277, 283, 461-462; C.21- 209, 

364; C.22- 9, 44, 113, 153, 337, 340, 353, 354, 355, 356; C.23

32, 165, 200, 201, 222, 223, 224, 307, 315, 316, 420; C.24

308, 316, 331; C.25- 92, 118, 125, 126, 145, 372, 393; C.26- 

45, 67, 121; C.27- 376, 404; C.28- 32, 94, 156. 

168.

 

Bakı-Tbilisi-Ceyhan  neft kəməri - 1998-ci il 

oktyabrın 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, 

Özbəkistan Prezidentləri və ABŞ-ın Energetika naziri Bakı-

Tbilisi-Ceyhan marşrutunu müdafiə edən “Ankara bəyannamə-

sini” imzalamışlar. Uzunluğu 1695 km olan Bakı-Tbilisi-Cey-

han neft kəməri 2006-cı ildə istifadəyə verilmişdir.  C.20- 19, 

20, 56, 69, 110, 241, 243, 246, 250, 255, 259, 260, 261, 277, 

278, 283, 462; C.21- 31, 273, 364-365, 373, 383, 412; C.22

47, 114, 315, 316, 318,  338, 339, 340, 354, 397, 398, 401, 426, 

427; C.23- 9, 14, 51, 81, 82, 106, 135, 136, 148, 149, 150, 151, 

55, 159, 160, 161, 166, 177, 178, 179, 180, 190, 200, 206, 210, 

211, 213, 214, 216, 222, 223, 224, 226, 228, 237, 251, 264, 

294, 300, 307, 315, 316, 331, 335, 415; C.24- 141, 156, 165, 

166, 173, 178, 184, 187, 229, 231, 232, 233, 239, 240, 241, 

242, 255, 261, 262, 267, 324, 328, 331, 332, 340, 341, 342, 

343, 347, 349, 351, 352, 356, 358, 359, 360, 362, 367, 372, 

445; C.25- 27, 64, 66, 67, 69, 70, 71, 72, 74, 75, 76, 82, 92, 93, 

95, 113, 118, 124, 125, 126, 137, 140, 141, 146, 160, 162, 163, 

175, 192, 199, 365, 393; C.26-  17, 20, 23, 24, 29, 68, 69, 80, 

81, 82, 118, 121, 122, 129, 134, 152, 159, 167, 201, 234, 364, 

379, 380, 395, 396; C.27- 128, 142, 376, 403, 404, 405, 406; 

C.28- 33, 34, 39, 44, 57, 58, 94, 131, 132, 136, 154, 155, 156, 

157, 214, 395. 



169.

 

Bakıxanovlar sülaləsi  - Bakıxanovlar nəslindən 

olan hərbçilər. Bu nəsildən XIX əsrdə 17 hərbçi olub. Bunlar-




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə