Microsoft Word qeydl?R X cild son



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə2/157
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#17766
1   2   3   4   5   6   7   8   9   ...   157

___________________________________________________ 

 

5



totalitar rejiminin qurbanlarındandır. C.10- 55; C.17- 189; C.18

18; C.27- 96. 



7.

 

Abdulla MuxtarovAbdulla İbrahim oğlu Muxtarov 

(d.1918) - fizik. Fizika-riyaziyyat elmləri doktoru, professor. 

Azərbaycan MEA-nın müxbir üzvü. Tədqiqatları elementar 

zərrəciklərə və sahə nəzəriyyəsinə aiddir. Azərbaycan Respub-

likasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur. C.19- 259, 269. 

8.

 

Abdulla Saleh (d.1932) - marşal, 1994-cü ildən Yə-

mən Respublikasının Prezidenti. C.27- 253. 



9.

 

Abdulla  Şaiq, Abdulla Mustafa oğlu Talıbzadə 

(1881-1959) - Azərbaycan yazıçısı, müəllim və ictimai xadim. 

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi. Yara-

dıcılığında realizm və romantizm meylləri daha güclüdür. 

A.Şaiq uşaq  ədəbiyyatının görkəmli nümayəndələrindəndir. 

C.17- 344. 

10.

 

Abdullah Ocalan - Kürd Fəhlə Partiyasının sədri, 

qatı separatçı-terrorist. 30 mindən çox günahsız insanın ölümü-

nə fitva vermişdir. Hazırda türk məhkəməsi tərəfindən ömürlük 

həbs cəzasına məhkum edilmişdir. C.19- 187. 



11.

 

 Aberdin  şəhəri  - Böyük Britaniyada (Şotlandiya) şəhər. 

Şimal dənizi sahilində port. Aberdin qraflığının inzibati mərkəzidir. 



C.10- 39. 

12.

 

 ABƏŞ  -  Azərbaycan Beynəlxalq  Əməliyyat  Şirkəti 

Bakıda fəaliyyət göstərən neft şirkətlərindən biri. 1994-cü ilin 

axırlarında yaradılmışdır. “Xəzərin Azərbaycan sektorunda neft 

yataqlarının müştərək işlədilməsi və istifadəyə verilməsi” haq-

qında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və 

dünyanın bir neçə böyük neft şirkətləri ilə imzalanmış müqavi-

lənin payçıları adından onun şərtlərini həyata keçirmək məq-

sədilə yaradılmış  əməliyyat  şirkətidir. Buraya 7 ölkəni (B.-

Britaniya, ABŞ, Yaponiya, Norveç, Rusiya, Türkiyə və Səudiy-

yə  Ərəbistanı) təmsil edən 11 iri neft şirkəti daxildir. C.10

168;  C.11-120; C.13- 182, 190, 197, 200; C.14- 396.  С.16

315, 377, 387; C.18- 107, 116, 144, 164, 412; C.19- 201, 390, 




___________________________________________________ 

 

6



391, 420, 445-446; C.20- 15, 21, 109, 110, 283; C.21- 409, 

413; C.22- 8, 27, 101, 339; C.23- 52, 223, 226. 



13.

 

ABŞ Dövlət Departamenti - ABŞ-da 1789-cu ildən 

Xarici  İşlər Nazirliyi funksiyasını  həyata keçirən  əsas xarici 

siyasət idarəsi, dövlət katibi başçılıq edir. Prezidentin və Konq-

resin hazırladığı xarici siyasi xətti həyata keçirir. C.19- 447, 

451; C.20- 182, 207, 336, 337, 350; C.22- 49; C.25- 422.  

14.

 

 ABŞ Konqresi - ali qanunverici hakimiyyət orqanı. 

İki palatadan-Senatdan və Numayəndələr Palatasından ibarət-

dir. ABŞ-ın ictimai-siyasi həyatında mühüm rol oynayır. Senat-

ın 100 nəfər üzvü var. Ölkənin hər ştatından Senata iki senator 

seçilir. Nümayəndələr Palatasının 435 üzvü var. Bu palatanın 

üzvləri hər seçki dairəsində yaşayan əhalinin sayına görə seçi-

lir. Qanun layihələri hər iki palatada müzakirə olunur. Konqres 

tərəfindən qəbul olunan qanunları ABŞ Prezidenti təsdiq edir. 

Hər ilin yanvar ayında ABŞ Prezidenti Senata gələrək ölkənin 

vəziyyəti barədə hesabat verir. C.11- 6, 63, 103, 130, 162, 188, 

224, 393, 305, 405; C.12-  87, 122, 123, 145;  С.16- 117, 118, 

186; C.17- 126, 127; C.19- 17, 18, 20, 37, 352, 451, 457; C.20

50, 57, 83, 84, 88, 123, 138, 139, 143, 147, 149, 155-165, 214, 

218, 243, 246, 253, 275, 286, 329, 330, 337, 351, 400; C.21

26, 96, 98, 336, 371; C.22- 106; C.23- 153, 163, 235, 236, 334; 

C.24- 352; C.25-  70, 71, 97, 98, 99, 111, 114, 119, 130, 131, 

134, 135, 141, 192, 193, 196, 229, 308, 309, 365; C.27- 384; 



C.28- 14, 261, 262;  

15.

 

 ABŞ-dakı  Yəhudi  İcmaları  Prezidentləri Konfransı 

Təşkilatı - 53 yəhudi təşkilatını birləşdirən əlaqələndirici orqan. 

Əsas və mühüm vəzifəsi bütün sahələrdə Amerika-İsrail müna-

sibətlərini möhkəmləndirməkdən, xaricdə yaşayan yəhudilərin 

təhlükəsizliyinin təmin edilməsindən və qorunmasından, insan 

hüquqları  və beynəlxalq qarşılıqlı anlaşma uğrunda mübarizə-

dən ibarətdir. Konfrans 1955-ci ildən fəaliyyət göstərir.  C.10

103; C.11- 64, 71. 



16.

 

 ABŞ-ın Hərbi Dəniz  Akademiyası - dünyanın  ən 

nüfuzlu hərbi təhsil ocaqlarından biri. Hərbi dəniz məktəbi 




___________________________________________________ 

 

7



kimi 1845-ci ildə  təşkil edilmiş, beş il sonra isə  Hərbi Dəniz 

Akademiyasına çevrilmişdir. Akademiyada təhsil müddəti 4 

ildir. 1976-cı ildən etibarən akademiyaya qadınlar da qəbul edi-

lir. Akademiya şəhərciyinin sahəsi 338 akrdır. Burada 4 min 

kursant təhsil alır. C.20- 65-76, 118, 183; C.25- 115, 116. 

17.

 

 “Acip”  şirkəti  - Dünyanın  ən iri neft şirkətlərindən 

biri.  İtaliyanın “Acip” şirkəti 1926-cı ildə yaradılmışdır. 

“Acip” 1995-ci ildən Azərbaycanın neft layihələrində fəal işti-

rak edir. Neftin kəşfiyyatı, çıxarılması və emalı ilə məşğul olur. 



C.10- 250; C.12- 191, 195, 198, 199, 200, 212, 242, 249; C.15

429; С.16- 6; C.22- 19; C.27- 432, 434. 



18.

 

 Adam Mitskeviç (1798-1855) - görkəmli polyak şai-

ri, milli azadlıq hərəkatı  təşkilatçısı. Azərbaycan alimi M.C. 

Topçubaşov 1826-cı ildə Peterburqda Mitskeviçlə görüşmüş, 

onun yaradıcılığını yüksək qiymətləndirmişdir.  Şeirləri Azər-

baycan dilinə  tərcümə olunmuş  və kitab şəklində  çıxmışdır. 

C.12- 42; C.22- 383. 

19.

 

 Adəm - iudaizm, xristian və islam dinlərinə görə ilk 

insan. Adəmi Allah torpaqdan yaratmış  və bütün insanlar 

Adəm və Həvvadan törənmişlər. C.23- 125. 

20.

 

 Abid  Şərifov, Abid Qoca oğlu  Şərifov (d.1940) - 

inşaatçı. 1995-ci ildən Azərbaycan Respublikası Baş nazirin 

müavini, Fövqəladə Hallar Üüzrə dövlət komissiyasinın sədri-

dir. C.10- 380; C.13- 253; C.14- 64;  С.16- 117, 251; C.17

271, 272; C.18- 184, 443; C.21- 215, 218; C.22- 147, 150; 

C.27- 142, 351, 391-398. 

21.

 

 Adil  Babayev, Adil Qafar oğlu Babayev (1925-

1977) - Azərbaycan şairi, dramaturq. Əsasən lirik şeirləri, teatr 

tarixi və  səhnə xadimləri haqqında  əsərləri ilə  məşhurdur. 

C.13- 70. 

22.

 

 Adil  İsgəndərov, Adil Rza oğlu  İsgəndərov (1910-

1978) - rejissor, aktyor və pedaqoq. SSRİ Xalq artisti, SSRİ Döv-

lət mükafatı laureatı. Azərbaycan Milli Dram Teatrının rejis-

soru, baş rejissoru, direktoru, “Azərbaycanfilm” kinostudiyası-

nın direktoru olmuşdur. O, kino aktyoru kimi də fəaliyyət gös-



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə